Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1035/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1035/2019 şəhəri 18 fevral 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxx” ASC-nin vəkili X12 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-cı il tarixli, 2(105)2750/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqa yıt Şəhər Məhkəməsinin (hakim C.Məmmədov) 24.10.2017-ci il tarixli, 2(060)12300/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 27.09.2011-ci il tarixli, 2V/-102 reyestr nömrəli və 16.11.2011-ci il tarixli, 2V-114 reyestr nömrəsi olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum X9 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş və ötürülmüş müddətin üzrlü hesab edilərək uzadılması, Sumqayıt şəhəri, ********************* yerləşən yaşayış sahəsinə və torpaq sahəsinə dair Z1 ilə Cavabdeh arasında bağlanmış 27.09.2 011-ci il tarixli, 4Ə109 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin 1-ci bəndinin, 16.11.2011-ci il tarixli, 4Ə-122 nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə, ev 102/11-də yerləşən yaşayış sahəsinə və torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏRDX tərəfindən verilmiş 22.11.2011-ci il tarixli, ******* seriyal nömrəli çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, ************** yerləşən yaşayış sahəsinin statusu əvvəlki vəziyyətinə qaytarılaraq (mərhum Zülfüqarova Firuzə Nəcəf qızının adına verilmiş 27.09.2011-ci il tarixli, 2V-101 reyestr nömrəsi olan sağ qalmış arvadıa mülkiyyət hüququ haqqında şəhadətnamə ilə verilmiş fərdi yaşayış evinə dair olan ½ hissədə payı istisna olmaqla) fə rdi yaşayış evinə və torpaq sahəsinə miras qoyan X5 vərəsələri İddiaçı və Cavabdeh paylarının müəyyən edilməsi, həmin paylara vərəsələrin mülkiyyət hüququnun tanınması, qeyd olunan paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Sumqayıt şəhər 2 saylı notariat kontoruna, mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏRDX-nin 2 saylı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Məmmədov, Ş.Abasov, A.Abbasov) 13.09.2018-cı il tarixli qətnaməsi ilə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24.10.2017-ci il tarixli, 2(060)-12300/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yen i qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 2 saylı notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, şəhadətnamələrin əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və miras əmlakda paylarının müəyyən edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 2 saylı notariat kontoruna, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə və X13 qarşı “vərəsəlik şəhadətnamə sinin və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, miras əmlakda vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə 07.08.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 2 saylı notariat kontoru tərəfindən Sumqayıt şəhəri, ************* ünvanda yerləşən ümumi sahəsi 129 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evinə və həmin ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə Cavabdeh F1 adına verilmiş 27.09.2011-ci il və 16.11.2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh adına danışnmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və onun adına verilmiş Seriya MA, ******* nömrəli Hüquqların döv lət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, mərhum atası X4 miras qalmış Sumqayıt şəhəri, **************** ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə və fərdi yaşayış evinə vəsiyyət üzrə vərəsəlik əsasında 100% paya vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, ************ yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin həm qanun və həm də vəsiyyət üzrə vərəsə olaraq mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılıb uzadılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi X6 tərəfindən ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qa nun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin qanun üzrə vərəsəlik hüququ üzrə şəhadətnamələrin əsasında verilmiş çıxarışın etibarsız deyil, ləğv edilməsini, 27.09.2011-ci il tarixli, 4Ə-109 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin 1-ci bəndinin, 16.11.2011-ci il tarixli, 4Ə-122 nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və miras əmlakda İddiaçı və X21 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddia tələbinin əsası olaraq iddiaçı cavabdeh q ardaşı Cavabdehlə eyni olaraq mərhum atasının ölümündən sonra miras qalmış əmlakı qəbul etmişdir və qanun üzrə vərəsədir. Tərəflərin atası sağlığında özünə məxsus adı çəkilən fərdi yaşayış evini digər vərəsələrin yanında iddiaçıya vəsiyyət etmişdir. İddiaçı atasının ölümündən sonra cavabdeh olan qardaşı İlham ilə miras əmlakı faktiki olaraq qəbul etmişdir. O, özü Rusiya Federasiyasında yaşadığından vərəsəliyin rəsmiləşdirilməsini qardaşı olan cavabdehə həvalə etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh, həmçinin digər vərəsələr olan bacıları ataların tərəfindən evin qardaşları İddiaçı vəsiyyət edildiyini təkzib etməmişlər. Həqiqətən də əmlakın iddiaçıya vəsiyyət edildiyinə dair miras qoyanın öz əlyazması ilə ev vəsiyyətnaməsi mövcuddur. Lakin birinci instansiya məhkəməs i miras əmlakda payları vərəsəlik qanun üzrə vərəsəlik qaydada müəyyən etdiyindən və iddiaçı buna etiraz etmədiyindən ev vəsiyyətnaməsinə lüzum qalmamışdır. Ona görə də apelyasiya instansiyası məhkəməsinin vəsiyyətnamə və etibarnamə ilə bağlı göstərdiyi hallar və bununla bağlı gəldiyi qənaətin əsası kimi istinad etməsi işin həqiqi hallarına ziddir və doğru deyildir. Məhkəmə kollegiyası miras qoyan cavabdeh 06.09.2009-cu il tarixdə vəfat etdiyi baxımından, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş 6 aylıq müddətə istinad edərək, İddiaçı müddətin üzrsüz buraxıldığı qənaətinə gəlmişdir. Məhkəmə bu qənaətə gələndə unutmamalı idi ki, Cavabdeh özü də mirasa dair qanun üzrə vərəsəlik şəhadətnaməsini 2011-ci ildə, yəni atasının vəfatından 6 ay sonra deyil, 2 il sonra almışdır. Cavabdeh izahatı nda atasının vəziyyəti ağırlaşdığından qardaşının Rusiya Federasiyasından gəldiyini, dəfn və yas mərasimlərində iştirak etdiyini, bir müddətdən sonra getdiyini, bu müddətdə miras əmlakı olan evdə yaşadığını qeyd etmişdir. Bütün bunla hər iki vərəsənin atalarının ölümündən sonra miras əmlakın faktiki qəbul etdiklərinə sübutdur. Necə ola bilər ki, eyni vəziyyətə çıxış edən iki qanun üzrə vərəsədən birinin mirası qəbul etməsi qanuni hesab edilir, digərinin isə yox. Həmçinin məhkəmə kollegiyası iddiaçının miras əmlakda qeydiyyatda olmadığına, onun Rusiya Federasiyasının vətəndaşı olduğuna istinad edərək, onun miras əmlakı faktiki qəbul etməsinin mümkün olmadığını göstərmişdir. Halbuki qanun üzrə vərəsəlik zamanı qanunda vərəsənin miras əmlakda qeydiyyatda olub-olmaması və ya başqa ölkənin vətə ndaşı olub-olmaması ayrı-seçkilik nəzərdə tutulmamışdır. Apellyasiya insitansiyası məhkəməsinin gəldiyi nəticənin əsası kimi istinad etdiyi digər bir dəlil ondan ibarətdir ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 19.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 47000 ABŞ dolları kredit götürmüş və krteditin təminatı olaraq mübahisələndirilən miras əmlakı ipoteka ilə yüklü etmişdir. Apellyasiya məhkəməsinin bununla bağlı gəldiyi qənaət ondan ibarət olmuşdur ki, nə qədər ki, həmin əmlak ipoteka ilə yüklüdür, həmin əmlaka vərəsəlik şamil oluna bilməz. Cavabdeh həmin kreditin qaytarılmasını yubatmaq məqsədilə vaxtı uzatmaqdadır. Lakin məkəmə gəldiyi bu nəticənin hüquqi izahını verməmiş və maddi hüquq normasını tətbiq edə bilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəm əsi işin faktiki hallarını düzgün araşdırmamış, maddi hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də onlar, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-cı il tarixli, 2(105)-2750/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı və vəkili Vəkil1, Cavabdeh, Sumqayıt şəhər 2 saylı Notariat Kontorunun və üçüncü şəxslər X16, X14 və Azərbaycan Respublikası ƏMDK yanında DƏRDX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə mə lumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxx” ASC-nin vəkili X18 vermiş olduqları apelyasiya şikayətinin məzmununa və dəlillərinə uyğun izahat verərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-cı il tarixli, 2(105)-2750/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. B elə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, X15 iddiaçı və cavabdehin atasıdır və o, 06.09.2009-cu il tarixdə ölmüşdür. Tərəflərin anası Z1isə 15.05.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X3 tərəfindən verilmiş 777 saylı, 08.12.2016-cı il tarixli, 2 saylı forma üzrə arayışdan görünür ki, cavabdeh Sumqayıt şəhəri, ***************** yerləşən 102 saylı fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 27 sentyabr 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 06.09.2009-cu il tarixdə vəfat etmiş X5 vərəsələri hər birinin payı ¼ hissədə olmaqla arvadı Z1, Ca vabdeh, miras əmlak ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 129,0 kv.metr olan 4 otaqdan ibarət fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 27 sentyabr 2011-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 06.09.2009-cu il tarixdə vəfat etmiş X2 qalmış arvadı Z1 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır, həmin əmlak ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 129,0 kv.metr olan 4 otaqdan ibarət fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 16 noyabr 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında ş əhadətnamənin surətindən görünür ki, 06.09.2009-cu il tarixdə vəfat etmiş X5 vərəsələri hər birinin payı ½ hissədə olmaqla arvadı Z1, oğlu Cavabdeh, miras əmlak Sumqayıt şəhəri, ********** ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, ********** saylı ev və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına 22 noyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabı nın 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X15, anası Z1. Birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontorundan tələb edilərək mülki işin materiallarına əlavə edilmiş vərəsəlik işlərindən görünür ki, Cavabdeh Həsən oğlu və Z1 Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontoruna müraciət edərək 06.09.2009cu il tarixdə vəfat etmiş X4 miras qalmış evə və torpaq sahəsinə dair onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, onlardan başqa X7 və X10 vərəsə olduğunu göstərmişlər. X14 və X16 26 sentyabr 2011-ci il tarixdə Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontoruna müraciət edərək ataları X4 miras qalmış əmlakı nə faktiki, nə də n otariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiklərini bildirmişlər. Birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontorundan tələb edilərək mülki işin materiallarına əlavə edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair notariat işlərindən görünür ki, Z1 qanun üzrə vərəsəlik hüququ haqqında və ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamələrə əsasən ona məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 129,0 kv.metr olan 4 otaqdan ibarət fərdi yaşayış evinin müvafiq olaraq ¼ və ½ hissələrini 27 sentyabr 2011-ci il tarixdə, həmin evin yerləşdiyi torpaq sahəsinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən ½ hissəsini isə 16 noyabr 2011-ci il tarixdə oğlu X11 bağışlamışdır. İş ma teriallarına əlavə edilmiş “xxxx” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 may 2015-ci il tarixli, 0199/İK-15 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik faiz dərəcəsi 20% olmaqla 36 ay müddətinə 47000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 may 2015-ci il tarixli, 0199/İK-l5 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “xxxx” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 may 2015-ci il tarixli, 0199/İK15 saylı kredit müqaviləsi və 19 may 2015-ci il tarixli, 019/KK-15 saylı kredit kartı üzrə öhdəliklərin icasının təmini kimi Cavabdeh məxsus Sumqayıt şəhəri, ************* ünvanında yerləşən 129,9 kv.m ümumi, 91 kv.m yaşayış, 38,9 kv.m ya rdımçı sahədən ibarət 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi, yerləşdiyi 0,06 ha torpaq sahəsi və həyətdəki tikililərlə birlikdə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(060)-20643/2016 saylı qətnaməsinin surətindən görünür ki, “xxxx” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin xeyrinə 40956,89 ABŞ dolları əsas kredit borcu, 5978,67 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları hesablanmış cərimə, cəmi 46985,56 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 31 manatın tutulması, tutmanın Cavabdeh məxsus olan və banka ipotekaya qoyulmuş Sumqay ıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə, 102 ünvanında yerləşən fərdi yaşayış evinə, yerləşdiyi 0,06 ha torpaq sahəsinə həyətdəki tikililərlə birlikdə yönəldilərək açıq hərracdan satılması, əldə edilən vəsait hesabına “xxxx” ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin, dövlət rüsumunun, bildirişin ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2018-ci il tarixli, 2(105)-116/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh 40.956,89 ABŞ dolları əsas kredit borcunun, 5.978,67 ABŞ dolları faiz borcunun, 50 ABŞ dolları hesablanmış cərimənin, c əmi 46.985,58 ABŞ dolları məbləğində pulun ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçı “xxxx” açıq səhmdar cəmiyyətinə verilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, *************** ünvanında fərdi yaşayiş evi və 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli, 2(103)-6465/2017 saylı qət naməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli, 2(102)-8246/2017 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli, 2(103)-6465/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, X15 06.09.2009-cu il tarixdə ölmüş və onun ölümündən sonra miras kimi Sumqayıt şəhəri, ************* ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi qalmışdır. Birinci instansiya məhkəməsi i ddianı təmin edərkən Cavabdeh anası və bacıları ilə birlikdə Sumqayıt şəhəri 2 saylı notariat kontoruna ərizə ilə müraciət edərkən bilərəkdən X21 oğlunun mövcud olmasını gizlətmələrinə, mənzil istismar sahəsi tərəfindən verilmiş 08 dekabr 2016-cı il tarixli, 2 saylı forma üzrə arayışa əsasən İddiaçı Sumqayıt şəhəri, *************** saylı evdə qeydiyyatda olmasına, bununla da vərəsə olan Cavabdeh Mülki Məcəllənin 1300-cü maddəsinin tələblərini pozmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işə əlavə olunmuş sənədlərə uyğun deyildir. Belə ki, İddiaçı iddia ərizəsində atası X1 əmlakını bütün vərəsələrin önündə aşkar şəkildə ona vəsiyyət etdiyini, buna digər vərəsələrin etiraz etmədiklərini, atas ının vəziyyətinin pisləşməsi və sonra da vəfat etməsi ilə bağlı Sumqayıt şəhərinə gəldiyini, yas mərasimindən sonra miras əmlaka dair atasının vəsiyyətinə uyğun olaraq hüququnun qeydə alınmasını qardaşı olan Cavabdeh həvalə etdiyini və bunun üçün qardaşına etibarnamə verdiyini göstərmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, X15 tərəfindən əmlakının İddiaçı vəsiyyət edilməsi və vərəsəlik işinin aparılması barədə iddiaçı tərəfindən qardaşı Cavabdeh etibarnamə verilməsinə dair iş materiallarında heç bir sənəd yoxdur və bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində atasının vəziyyətinin pisləşməsi və sonra da vəfat etməsi ilə bağlı Sumqayıt şəhərinə gəldiyini, yas mərasimində iştirak etdiyini göstərmişdir. X15 06.09.2009-cu il tarixdə ö ldüyündən həmin vaxt mirasın açıldığı gün hesab edilir. Göründüyü kimi, İddiaçı atasının ölümünü, bununla bağlı vərəsə olduğunu həmin vaxt bilmişdir. Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş materiallarından görünür ki, İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamışdır. Azərbaycan Respublikası MM-nin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Biri nci instansiya məhkəməsinin X4 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunda nəzərdə tutulmuş və ötürülmüş müddəti üzrlü hesab edərək uzadarkən hansı halları üzrlü hesab etməsi iş materiallarından görünmür və iş materiallarında bu halların təsdiq edən hər hansı bir sübut yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənzil istismar sahəsi tərəfindən verilmiş 08 dekabr 2016-cı il tarixli, 2 saylı forma üzrə arayışa əsasən İddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12, 102 saylı evdə qeydiyyatda olmasına istinad etməsini də əsassız hesab etmişdir. Belə ki, vərəsəlik işində olan 15 sentyabr 2011-ci il tarixli, 2 saylı forma üzrə arayışda Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12, 102 saylı evdə ancaq Z1 və X8 qeydiyyatda olduqları göstərilmişdir. Di gər tərəfdən, iş materiallarından görünür ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və onun nümayəndəsinə verdiyi etibarnamədə də onun Rusiya Federasiyasının vətəndaşı olduğu göstərilmişdir. Belə olan halda, miras açılan vaxt İddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12, 102 saylı evdə qeydiyyatda olmasını məhkəmə kollegiyası inandırıcı hesab etmir və iş materiallarında bunu təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, “xxxx” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 may 2015-ci il tarixli, 0199/İK-l5 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh “xxxx” açıq səhmdar cəmiyyəti qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini kimi Sumqayıt şəhəri, ************* ünvanında yerləşən 129,9 kv.m ümumi, 91 kv.m yaşayış, 38,9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi, yerləşdiyi 0,06 ha torpaq sahəsi və həyətdəki tikililərlə birlikdə ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(060)-20643/2016 saylı qətnaməsi ilə “xxxx” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edildikdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsinə dair iddiası təmin edilmədikdən və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli, 2(103)-6465/2017 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanıldıqdan sonra, yəni 07 avqust 2017- ci il tarixdə İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir və bu hal ipoteka predmetinə tutmanın yönəldilməsinin qarşısını almaq məqsədi güdməsi kimi qiymətləndirilməlidir. Apelyasiya insitansiyası məhkəməsi qeyd etdiyi xüsusatlara istinad etməklə qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1146, 1151, 1159, 1243, 1246 və 1248-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi13.09.2018-cı il tarixli qətnaməsi ilə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24.10.2017-ci il tarixli, 2(060)-12300/2017 saylı qətnaməsinin ləğv edi lməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 2 saylı notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, şəhadətnamələr əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və mirasda əmlakda paylarının müəyyən edilməsinə dair iddiasının təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuş, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X19 qarşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göst ərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-cı il tarixli, 2(105)2750/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-1035/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1035/2019
18.02.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver