Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1035/2022 17.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7554/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları “Kia Sportage” markalı minik avtomobili 29 iyul 2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, 28 avqust 2012-ci il tarixdə İddiaçı Cavabdeh2 adına həmin avtomobilin üzərində sərəncam hüququ verən etibarnamə vermişdir. Cavabdeh2 həmin etibarnamə əsasında avtomobilin alqı-satqısına dair Cavabdeh1 ilə 22 sentyabr 2012-ci il tarixdə müqavilə bağlamış və sonuncunun adına avtomobilə mülkiyyət hüququ bildirən şəhadətnamə verilmişdir. Bundan sonra Cavabdeh1 avtomobili idarə etmək üçün Cavabdeh2 adına etibarnamə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin dekabr ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli avtomobilin onun adına qeydiyyata alınmasına baxmayaraq əslində bacısı qızı X1 tərəfindən 2011-ci ildə 25.000 manata alınmaqla faktiki olaraq ona məxsus olmasını, 2020-ci ildə Samirə Heydərovanın qeyri-rəsmi ailə münasibətində olduğu Cavabdeh2 birinci nikahından olan uşağını həmin avtomobillə İran İslam Respublikasına müalicəyə aparmaq üçün onu və Samirə Heydərovanı aldadaraq avtomobilin ölkədən çıxarılmasına icazə verən etibarnamə almaq adı ilə onu notariat kontoruna apararaq əslində ondan aldatma yolu ilə avtomobilin üzərində sərəncam hüququ verən etibarnamə almasını və həmin etibarnamə əsasında avtomobili Cavabdeh1 adına alqısatqı yolu ilə rəsmiləşdirsə də, sonuncudan etibarnamə almaqla avtomobili özü idarə etməsini və əslində avtomobilin Cavabdeh2 sahibliyində olmaqla onun verdiyi etibarnamədən öz mənafeyi üçün istifa də etməsini və s. əsas göstərməklə Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış 22 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, onun əsasında verilmiş həmin tarixli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə və avtomobilin cavabdehlərdən alınaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-770/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək mübahisəli avtomobilin əslində onun tərəfindən 2011-ci ildə 21.500 manata alınmasını, lakin birinci arvadı ilə boşanma ərəfəsində olduğundan həmin avtomobili qeyri-rəsmi ailə münasibətində olduğu Sami rə Heydərovanın xalası İddiaçı adına rəsmiləşdirməsini, sonra isə Samirə Heydərova mənzil alarkən dostu Cavabdeh1 20.000 manat məbləğində borc aldığı üçün avtomobili onun adına rəsmiləşdirməsini, məhkəmənin sübutlara düzgün qiymət vermədən iş üzrə səhv nəticəyə gəlməsini əsas göstərməklə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7554/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianı n rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq e dilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 359.1 Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmə dən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı avtomobil üzərində sərəncam hüququ verən etibarnaməni aldatma təsiri altında verməsini, Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin görünüş üçün bağlanmasını iddia etsə də, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, o, 2012-ci ildə Cavabdeh2 avtomobil üzərində istədiyi kimi sərəncam vermək hüququnu verən etibarnamə vermiş və sonuncu etibarnamə üzrə ona verilmiş səlahiyyətdən istifadə edərək avtomobili Cavabdeh1 satmışdır. Avtomobil Cavabdeh1 mülkiyyəti kimi 2012-ci ildə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublik asının Mülki Məcəlləsinin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Cavabdeh2 avtomobilin alqı-satqısına dair hərəkəti etibarnamə ilə ona verilmiş səlahiyyətə uyğun olmuş və o, həmin səlahiyyətdən kənara çıxmamışdır. İddiaçı mübahisəli avtomobilin bacısı qızı tərəfindən alınmaqla ona məxsus olmasını bildirsə də, Cavabdeh2 bunu inkar etmiş və avtomo bilin dəyərinin onun tərəfindən ödənilməsini, lakin birinci arvadı ilə boşanma ərəfəsində olduğu üçün avtomobili iddiaçının adına sənədləşdirməsini göstərmişdir. İddiaçı etibarnaməni imzalayarkən onun avtomobil üzərində sərəncam hüququ verən etibarnamə olmasından xəbərsiz olmasını bildirsə də, onun göstərdikləri iş materialları ilə təsdiq olunmamışdır. Alqı-satqı müqaviləsinin görünüş üçün bağlanması iddia olunsa da, iddiaçı tərəfindən əqdin uydurma əqd olması sübuta yetirilməmişdir. İşdən görünür ki, avtomobil 2012-ci ildən Cavabdeh1 mülkiyyətindədir və dostluq münasibətində olduğu Cavabdeh1 tərəfindən Cavabdeh2 avtomobili idarə etmə üçün etibarnamə verilməsi əqdin etibarsız sayılması üçün əsas verməmişdir. Avtomobilin alqı-satqısına dair müqavilə 2012-ci ildə bağlandığı halda işdən görün ür ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 2020-ci ildə, 8 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı qanunda müəyyən olunmuş 1 illik müddəti ötürməklə alqı-satqı müqaviləsini mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmi şdir ki, müqavilənin etibarsız sayılması üçün qanuni əsaslar yoxdur. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş yuxarıda göstərilən halları və tətbiq olunan maddi hüquq normaları iddianın rədd edilməsi üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7554/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1035/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1035/2022
17.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver