Məhkəmə qərarları › İş №2(102)-1038/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1038/2022

14.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1038/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı sökülməsi və pul tələbi tələbinə dair iş üzrə qanunsuz tikilinin QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8424/2021 nömrəli iş üzrə 01.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 7 nəfərin ümumi paylı mülkiyyətindədir, o cümlədən İddiaçı və Cavabdeh2 evin mülkiyyətçiləridir. İddiaçı payı reyestrdə belə göstərilib: 1-ci mərtəbə 1 otaq – 14,6 kv.m (2); k/s-12,3 kv.m (11,12,13,14); 2-ci mərtəbə 2 otaq (11,6 kv.m və 21,0 kv.m); k/s-9,1 kv.m (1,4) və 5,0 kv.m açıq eyvan. Cavabdeh2 payı reyestrdə belə göstərilib: 2 otaq 27,6 kv.metrdən 1/5 hissə. Mübahisə Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən 1 “P” nömrəli fərdi yaşayış evinə bitişik inşa olunmuş, texniki pasportda göstərilməyən tikili ilə bağlıdır (bundan sonra – mübahisəli tikili). Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1nə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə 27.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək qanunsuz tikilinin sökülüb iki qonşu arasında arakəsmə divarın bərpa olunaraq texniki pasporta uyğun mövcud halda göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı 10.11.2020-ci il tarixli məhkəmə iclasında vəsatət verərək müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək qanunsuz tikilinin sökülüb, iki qonşu arasında arakəsmə divar bərpa olunaraq texniki pasporta uyğun mövcüd halda reyestrdə göstərilməsi və Cavabdeh2 kirayə müqaviləsi üzrə məcburi ödədiyi 300 (üç yüz) manat kirayə haqqının 2018-ci ildən yekun məhkəmə aktı çıxarılnadək hesablanmaqla onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun paylı mülkiyyətindədir. Evinin qarşısında qonşusu Cavabdeh2 Mikayil qızı mülkiyyətində olan ərazidə qanunsuz tikili inşa edərək onun evindən istifadəsinə maneələr yaratmışdır. Onun evinin qarşısında nəfəslik açmaq adı ilə onun qapı və pəncərəsini bağlamış, bunu da etiraf etmişdir. Cavbadeh öz şəraitini onun ziyanına dəyişmişdir. Beləliklə də onu öz evinin istifadəsindən məhrum etmiş, o, başqa evdə kirayə qalmaq məcburiyyətində qalmışdır. Həmin illər ərzində cavabdehin təqsiri ucbatından ödədiyi kirayə haqları da onun xeyrinə tutulmalıdır. Cavabdeh2 Mikayil qızı iddia tələbinə etiraz edərək bildirmişdir ki, yaşadığı mənzil onun xüsusi mülkiyyətindədir və həmin mənzil dövlət reyestrində qeydə alınaraq adına müvafiq çıxarış verilmişdir. Hesab edir ki, həmin tikili iddiaçıya heç bir maneə törətmir. Əlavə olaraq bildirir ki, həyət bu tikililərlə birlikdə onun qayınatasına satılmışdır. O, yalnız dəmir darvazanı götürüb, həmin səhəyə hasarı yenilətmiş və qapı qoydurmuşdur. Fərdi yaşayış evinə dair texniki pasportdan və tikilinin faktiki vəziyyətindən görünür ki, iddia tələbində göstərilmiş bərpa olunması xahiş edilən arakəsmə divar sökülməmişdir. Ekspert rəydə bu nəticəyə gəlməməsinə baxmayaraq, onun t ərəfindən məhkəməyə izahat verən zaman Cavabdeh2 giriş qapısının davamı olan hasarın iddiaçıya məxsus giriş qapısına mane olduğu, həmin hasarın iddiaçının balkonuna mane olduğu göstərilmişdir. Bildirir ki, ekspertin izahatında göstərilmiş hasar həmişə mövcud olmuşdur. Cavabdeh2 ailəsi fərdi yaşayış evinin onlara məxsus olan hissəsini əldə etdikdə həmin hasar və hazırki giriş qapısının yerində darvaza mövcud olmuş, Cavabdeh2 ailəsi tərəfindən həmin darvaza götürülərək, onun yerində hasar inşa edilmişdir. İddiaçının istinad etdiyi, onun mülahizəsinə görə hasarın mane olduğu giriş qapısı isə onun tərəfindən sonradan açılmışdır və texniki pasport da mövcud deyil. Bu hal Cavabdeh1 iddiaçıya ünvanladığı 10.01.2020-ci il tarixli məktubu ilə də təsdiq olunur. Məhkəmə iclasında şahid qismində din dirilmiş xxx oğlu ifadəsində bildirmişdir ki, mübahisəli evin əvvəlki sahibidir. Orada olan 4-5 evi o, tikmişdir. Hazırda cavabdehə məxsus olan, hasarın kənarında yerləşən ev anbar idi, ev deyildi. Həmin anbarı da o, özü tikmişdir. Həmin yeri oğlu 1200 manata satmışdır. Həmin anbarın ancaq qapısı var idi, o da küçəyə baxırdı. Həmin anbarın həyətə pəncərəsi olmayıb. İşdə olan fotoşəkillərdən də görünür ki, göstərilən evin qapı və pəncərəsi sonradan açılmışdır. Ümumiyyətlə, Alatavada ikimərtəbəli ev olmamışdır. Həyəti isə Sevda xanıma yox, onun qayınatasına alğı-satqı yolu ilə satmışdır. 1988-1990-cı illərdə onlara evlər barədə çıxarış verilmişdir. Həmin həyətin dəmir darvazası olmuşdur, evi də elə vəziyyətdə Sevda xanımın qayınatasına təhvil vermişdir. Həyət ümumi həyət deyil. 13.04.2021-ci il tarixli, 10/3733 saylı ekspert rəyinə əsasən Təmir-tikinti, quraşdırma və s. işlərinin hansı dövrdə (müddətdə) aparılmasının müəyyən edilməsinə dair metodika olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. ünvan 4 ünvanına aid texniki pasportun məlumatları araşdırılan zaman, mübahisəli (hamam, ayaqyolu və dəhliz) tikililərin texniki pasportun məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. ünvan 4 ünvanına inşa edilmiş tikililərin İddiaçı maraqlarına toxunub-toxunmaması hüquqi məsələ olmaqla ekspertin səlahiyyət dairəsindən kənardır və buna görə də, bu sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə iclasında iştirak edən ekspert X3 ifadəsində bildirmişdir ki, iddiaçının mülkiyyətində olan giriş-çıxış qapısının sol tərəfində olan hasar iddiaçının giriş-çıxışına maneə t örədir və həmin tikili qeyri-qanuni tikilidir. İddiaçı eyvanına da rahat çıxa bilmir. Həmin tikili iddiaçının pəncərəsinə də maneə törədir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin (Hakim- X4) 2(004)-374/2021 saylı 17.06.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı qanunsuz tikilinin sökülüb, iki qonşu arasında arakəsmə divar bərpa olunaraq texniki pasporta uyğun mövcud halda reyestrdə göstərilməsi və Cavabdeh2 kirayə müqaviləsi üzrə məcburi ödədiyi 300 (üç yüz) manat kirayə haqqının 2018-ci ildən yekun məhkəmə aktı çıxarılnadək hesablanmaqla onun xeyrinə tutulması barədə iddiası təmin edilməmişdir. Məhkəmənin mövqeyinə görə iş materialları ilə sübut olunur ki, sözügedən tikili həmin yerdə əvvəl də mövcud olmuşdur. Həmin tikili mövcud olduğu vaxt əksinə iddiaçıya məxsus qapılar və yuxarı mərtəbəd ə pəncərə olmamışdır. Həyətin dəmir darvazası götürülmüş, hasar yenilənmiş və yeni qapı qoyulmuşdur. Cavabdeh2 tərəfindən iddiaçının hüququnun pozulduğu öz təsdiqini tapmamışdır. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 152, 180, 215, MPM-nin 14,77-ci maddələrinə istinad etmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-374/2021 saylı 17.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə) 2(103)-8424/2021 saylı 01.10.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qətnam əsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 1 “P” nömrəli fərdi yaşayış evinin texniki pasport üzrə “A” tikilisinin 1-ci mərtəbəsində yerləşən, İddiaçı aid olan, sahəsi 14,6 kv.m təşkil edən 2 saylı otağın çöl dirvarına (giriş qapısı olan divara) bitişik inşa olunmuş, Cavabdeh2 aid olan, texniki pasportda göstərilməyən bütün tikililərin sökülməsi və çöl divarının (giriş qapısı olan divarın) qarşısının texniki pasporta uyğun vəziyyətə gətirilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli tikili iddiaçının mülkiyyətində olan otaqlardan birinin (sahəsi 14,6 kv.m olan otağın) çöl divarına bitişik inşa olunub və Cavabdeh2 sahibliyindədir. Mübahisəli tikilinin fotosu iş materiallarına əlavə edilib (cild 1, iş v. 101). Fotoda iddiaçıya aid olan otağa giriş qapısı (tünd rəngli) və Cavabdeh2 aid olan, mübahisəli tikili (divarı suvaqlı) və onun qapısı (açıq rəngli) əks olunub. Fərdi yaşayış evinə aid olan, iddiaçının adına 24.10.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, iddiaçıya aid olan otağa (sahəsi 14,6 kv.m olan otağa) giriş qapısı (fotodakı tünd rəngli qapı) pasportda öz əksini tapıb, Cavabdeh2 aid olan, mübahisəli tikili (divarı suvaqlı) və onun qapısı (fotodakı açıq rəngli qapı) isə pasportda əksini tapmayıb. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəli tikilinin sökülməsi üçün Yasamal RİH-nə müraciət edib. Yasamal RİH-nin iddiaçıya ünvanladığı 10.01.2020-ci il tarixli cavab məktubundan görünür ki, tikilinin sökülməsi İH-nin səlahiyyəti xaricindədir (cild 1, iş v. 7). Məhk əmənin mövqeyinə görə mübahisəli tikili özbaşına tikinti sayılır. Belə ki, o, müvafiq sənədləşmə olmadan tikilib və fərdi yaşayış evinin texniki pasportunda göstərilməyib. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 13.04.2021-ci il tarixli, 10/3733 nömrəli rəyində qeyd olunub ki, həmin ünvana aid olan texniki pasportun məlumatları araşdırılan zaman mübahisəli (hamam, ayaqyolu və dəhliz) tikililərin texniki pasportun məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Bundan başqa, iddiaçının kirayədə yaşaması, ayda 300 manat kirayə haqqı ödəməsi və kirayədə yaşayış ilə cavabdehin davranışı arasında səbəbli əlaqənin olması barədə sübutlar təqdim olunmamışdır. Ona görə də, məhkəmə Mülki Məcəllənin 14-cü maddəsinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, kirayə haqqın ın əvəzini iddiaçıya ödəmək vəzifəsi Cavabdeh2 üzərinə qoyula bilməz. İddia tələbi cavabdeh Yasamal RİH-nə münasibətdə təmin edilə bilməz, çünki tikinti işlərinə İH-nin hər hansı formada aidiyyətinin olduğu təsdiqini tapmamışdır. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 14, 180-cı maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-8424/2021 saylı 01.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə işin yeni baxışa göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin özbaşına tikili hesab etdiyi divar, hamam, ayaqyolu və dəhliz Cavabdeh2 mərhum qayı natası tərəfindən həmin daşınmaz əmlak alqı-satqı yolu ilə əldə edilərkən (1998-ci ildə) mövcud olmuşdur. Bu fakt iş üzrə dindirilmiş (daşınmaz əmlakı Cavabdeh2 mərhum ərinə satmış) şahidin ifadəsi ilə də təsdiq olunur. Cavabdeh2 mülkiyyətində olan evin 1998-ci ildə xxx oğlu tərəfindən Cavabdeh2 mərhum əri X1, iş materiallarında olan 24.10.1998-ci il tarixli 062563 saylı alqı- satqı müqaviləsi ilə təsdiq olunur Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş xxx oğlu da ifadəsində bu faktları təsdiq etmişdir. Mübahisəli divar, həmin həyətlə küçənin təcrid olunmasını təmin edir. Həmin divarın söküləcəyi halda, ümumiyyətlə həyətin küçə ilə sərhədi olmayacaqdır. Bakı apellyasiya məhkəmədsinin qətnamə ilə sökülməsi nəzərdə tutulna digər tikililərin (hamam, ayaqyolu və dəhli z) bir divarı Cavabdeh2 mülkiyyətində olan otaqlarla ümumi divardır. Həmin hamam, ayaqyolu və dəhliz, otağın tavanından həyətə doğru mövcud olan navalçanın (kozeroq) bağlanması ilə formalaşmışdır. Şahidin də göstərdiyi kimi həyət Cavabdeh2, onun mülkiyyətinə keçənədək isə mərhum qaynatasının istifadəsində olduğundan, həmin həyətlə bağlı iddiaçının heç bir subyektiv hüququ mövcud deyil. Apellyasiya məhkəmə tərəfindən nəzərə alınmamış daha bir hal, iddiaçı tərəfindən sökülməsi tələb edilən tikililərin maneə törətdiyi istinad olunan qapı, yalnız 2019-cu ildə açılmışdır. Yəni sonradan açılmış qapı, qapının açılmasından ən azı 20 il əvvəl mövcud olmuş tikililərin sökülməsinə əsasdır. Kassator öz mövqeyini əsaslandırarkən Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87, MPM-nin 4, 77-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz verərək, onun iddiasının işdə olan mötəbər sübutlarla təsdiq edildiyini, qətnamənin qanuni və əsaslı olduğunu bildirərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımd an apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya inst ansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8424/2021 nömrəli iş üzrə 01.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar