Məhkəmə qərarları › İş №2(102)-1038/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1038/2024

01.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1038/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-1038/2024 Açar sözlər: işin kassasiya baxışından çıxarılması Bakı şəhəri, 1 mart 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı X5 cavabdeh X1 qarşı kredit müqaviləsi ilə yaranmış öhdəliyin bölüşdürülməsi və ödənmiş borcun yarısının tutulması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22(105)-1957/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qə tnaməsindən iddiaçının kassasiya şikayəti üzrə işə 1 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən xx.xx.2022ci il tarixli DK/35964/83 nömrəli nömrəli və CC/55238/83 nömrəli kredit sazişləri ilə cavabdehlə birgə təsərrüfatı idarə etmək üçün aldıqları kreditin bundan sonra ödənilməsi ilə bağlı olaraq cavabdehdən bundan sonra hər ayın 28-dək xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər hər ay 154.84 manat pulun alınaraq ona ödənilməsinin təmin edilməsi, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli DK/35964/83 nömrəli və CC/55238/83 nömrəli kredit sazişləri ilə cavabdehlə birgə təsərrüfatı idarə etmək üçün aldıqları kreditin bundan sonra ö dənilməsi ilə bağlı olaraq cavabdehdən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər 156.47 manat pulun alınaraq ona ödənilməsinin təmin edilməsi, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli DK/35964/83 nömrəli və CC/55238/83 nömrəli kredit sazişləri ilə cavabdehlə birgə təsərrüfatı idarə etmək üçün aldıqları kreditin xx.xx.2022-ci ildən sonra onun tərəfindən ödənilən 1870 manat məbləğin yarısının, yəni ümumi 935 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsinin təmin edilməsi, AL/34635/74/11 nömrəli 29 oktyabr 2021-ci il tarixli kredit sazişi ilə cavabdehlə birgə təsərrüfatı idarə etmək üçün "xxxx"-da birgə nikah dövründə açdıqları Bolkart Ailə kartı ilə nikah dövründə ailə xərclərinin ödənilməsi üçün xərclədikləri 1236.44 manat borcun yarısının, yəni 618.22 manat məbləğin d ə cavabdehdən alınaraq ona ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(060)-1538/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1957/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Lətifə Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, yeni qətnamə ilə, iddianın təmin edilməməsi qət ed ilmişdir.

5. İddiaçı (vəkil X3) qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

6. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd icraata qəbul edilmişdir.

7. Belə ki, MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

8. Göründüyü k imi, MPM-də əmlak xarakterli iddialar üzrə yalnız qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan yuxarı olduqda kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

9. Hazırkı işdən görünür ki, iddiaçının mübahisələndirdiyi məbləğin qanunvericilikdə kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş məbləğdə olması müəyyən edilmir.

10. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).

11. Belə olan ha lda, hazırkı kassasiya icraatı üzrə iddiaçının kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli, şikayət kassasiya baxışından çıxarılmalı və şikayətin mümkünlüyünün yenidən araşdırılması üçün iş apelyasiya məhkəməsinə qaytarılmalıdır.

12. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 28 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1957/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxış ından çıxarılsın və iş kassasiya şikayətin mümkünlüyünün yoxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar