Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1039/2025 03.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) MMC-nin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdən az ödənildikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vüsalə Ələkbər qızı Baxışova (məruzəçi), Zəki Baba oğlu Babayev və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması” tələbinə və id diaçı cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 10 dekabr tarixli, 2(106)-469/2024 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDiLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən yaradılmış süni maneənin aradan qaldırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması işlərinin tam icra edilməsi üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilməmiş 1136 0 manat məbləğin və iddiaçı tərəfindən ödənilmiş 124.08 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 10 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə geri ödənilməli olan 41830 manat, gecikdirilmiş günlər üçün hesablanan 6845 manat penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 manat zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 manat, fotosessiya üçün ödənilən 200 manat, tibbi xərclərə görə 1133 manat, hüquqi yardımın göstərilməsinə görə 1500 manat, vəkil orderi üçün 100 manat, ümumilikdə 62329 manat maddi zərər və 20000 manat mənəvi zərər, ümumilikdə 82329 manat pul məb ləğinin cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən yaradılmış süni maneənin aradan qaldırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması işlərinin tərəflərindən tam icra edilməsi üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilməmiş 11360 (on bir min üç yüz altmış) manat məbləğin və tərəflərindən ödənilmiş 124.08 (yüz iyirmi dörd manat səkkiz qəpik) manat məhkəmə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan, iddiaçı X1 cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddia ərizələri üzrə mülki iş, Salyan Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh X3 qarşı maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə 2(057)-1121/2023 saylı mülki işə birləşdirilmiş, həmin işlərə 2(057)-1121/2023 nömrə altına b ir icraatda baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir.
5. Salyan Rayon Məhkəməsinin (hakim Ə.Məmmədli) 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən müqavilə öhdəlikləri üzrə mebelin quraşdırılması işlərinin tam icra edilməsi üçün şəraitin yaradılması və ödənilməmiş 1160 manat pulun və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzi olaraq 31,60 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi, İddiaçı MMC-nin iddiasının qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının r ədd edilməsi qət edilmişdir.
6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, özünün iddia tələbinin tam təmin edilməsi, İddiaçı MMC-nin iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 10 dekabr tarixli 2(106)-469/2024 nömrəli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Aytən Novruzova və Tofiq Heydərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş. İddiaçı MMC-nin cavabdeh qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulma sı” iddia tələbi təmin edilməmiş. iddiaçı cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək mebel quraşdırılması ilə əlaqədar verilmiş 41830 manat, gecikdirilmiş günlər üçün hesablanan 3395,84 manat, vurulmuş mənəvi zərərə görə 5000 manat, hüquqi yardımın göstərilməsinə görə 1500 manat İddiaçı MMC-dən tutulub Cavabdehə ödənilməsi qət edilmişdir.
8. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
9. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
10. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
11. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
12. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
13. Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsin ə görə dövlət rüsumunun dərəcələri 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. 8.1.4 iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi.
14. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara ə sasən hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
16. İşdən görünür ki, birləşdirilmiş işlər üzrə iddia tələblərindən hər ikisi qiymətləndirilən iddia-pul tələbi olmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbinə əsasən İddiaçı MMC-nin iddia ərizəsi verilərkən ödənilməli olan dövlət rüsumu 124,08 manat, Cavabdehin iddia tələbi üzrə 336,99 manat təşkil etmişdir.
17. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti verilərkən İddiaçı MMC tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktı hər iki iddia ilə bağlı hissələrdə mübahisələndirildiyi üçün kassasiya şikayətinin verilmə sinə görə 230,53 manat (62,04+168,49) dövlət rüsumu ödənilməli olduğu halda cəmi 169 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.
18. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 408.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Ali Məhkəməyə göndərmişdir.
19. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti ge ri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.
21. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 10 dekabr tarixli 2(106)-469/2024 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbu