Məhkəmə qərarları › İş №2(102)-104/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-104/2024

15.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-104/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (son haqq hesabın düzgün hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “son haqq hesabın düzgün hesablanaraq ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)443/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İşdə olan İ ******* nömrəli əmək kitabçasının və əmrlərin surətlərindən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-də Xidmət və Proqram təminatlarının tətbiqi üzrə menecer vəzifəsinə qəbul edilmiş (Əmr №36), xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən layihə meneceri vəzifəsinə keçirilmiş (Əmr №4) və xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir.

2. İşdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş məlumatlarından göründüyü kimi xx.xx.2019-cu il tarixdən 544 manat, xx.xx.2019cu il tarixdən əmək haqqı 1102 manat, xx.xx.2019-cu il tarixdən 1270 manat, xx.xx.2020-ci il tarixdən 1661 manat müəyyən edilmişdir.

3. İşdə olan 549 nömrəli Epikrizdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ginekomastiyanın ləğvi, lokal liposaksiya əməliyyatı olmuş və xx.xx.2020-ci il tarixdə evə yazılmışdır.

4. İşdə olan son haqq-hesabının hesablanmasına dair arayışda qeyd edilmişdir ki, İddiaçı 2020-ci ildə yanvar ayında 18 gün, fevral ayında 17 gün, mart ayında 10 gün, aprel ayında 1 gün, may ayında 2 gün, iyun ayında 1 gün, iyul ayında 7 gün, yekun olaraq 56 gün işə gəlmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilən vaxtı 624,53 manat artıq əmək haqqı ödənişi olmuşdur. İstifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanan kompensasiya məbləği 805,46 manat müəyyən olunmuşdur. İddiaçı əmək müqaviləsinə xitam verilərkən son haqq-hes ab qalıq borcu 180,93 manat olmuşdur. (İstifadə edilməmiş məzuniyyət günlərinə görə 805,46-624,53=180,93). İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə) “son haqq hesabın düzgün hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 2020-ci ilin iyun, iyul və avqust ayları üçün olan ümumilikdə 4200 manat məbləğində ödənilməmiş əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ümumilikdə 2450 manat məbləğində kompensasiyanın, vurulmuş mənəvi zərərə görə 4000 manat məbləğində kompensasiyanın, ilk 5 ay gecikdi rilmiş əmək haqqının müqabilində ümumilikdə 6420 manat məbləğində kompensasiyanın, iyun, iyul, avqust ayları üçün müəyyən olunan əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın hesablanaraq cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-də layihə meneceri vəzifəsində çalışmış, xx.xx.2020-ci il tarixində onun əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən təzyiqlərə məruz qaldığından və son haqq-hesab düzgün aparılmadığından, əmək qanunvericiliyi ilə müəyyən olunan hüquqları pozulmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun əmək müqaviləsi üzrə əmək haqqı 1500 manat təşkil edir. 2020-ci ilin y anvar ayından etibarən, Cavabdeh MMC onun əmək haqqının ödənilməsini müəyyən intervallarla gecikdirmişdir. Bank hesabından çıxarışdan da göründüyü kimi, onun maaşı 2020-ci il ərzində hər ayın tamamında bütöv şəkildə ödənilməmişdir. Bundan əlavə olaraq cavabdeh müəyyən aylarda onun maaşını tam ödəməmiş, ona borclu qalmışdır. Əmək müqaviləsinə xitam verilərkən aparılan son haqqhesab işləri zamanı ona ödənilməli olan məbləğ düzgün hesablanmamış, cavabdehin ona ödəməli olduğu məbləğdən dəfələrlə az ödəniş edilmişdir. “COVİD 19” virusunun ölkə ərazisində yayılması ilə əlaqədar olaraq ölkədə elan edilən karantin rejimi onun işləməsinə mane olmamışdır. Belə ki, göründüyü işin mahiyyəti onun iş yerində iştirak etmədən də əmək funksiyalarını tam icra etməsinə imkan vermişdir. Beləliklə, o, fiziki olaraq iş yerində olmasa belə, bütün vəzifə öhdəliklərini icra etmiş və iş günü buraxmamışdır. Həmçinin, işlədiyi son iki il ərzində o, əmək məzuniyyəti hüququndan istifadə etməmişdir. Belə ki, son iki iş ilində cəmi 10 gün məzuniyyət götürmüşdür. Əmək müqaviləsinə xitam verilərkən isə istifadə edilməmiş əmək məzuniyyətinə görə ona pul əvəzi ödənilməmişdir. O, işəgötürənin təzyiqi altında əmək müqaviləsinin xitam olunması barədə ərizə ilə müraciət etmişdir. Belə ki, cavabdeh əmək müqaviləsi üzrə maaşını azaltmağı, rəsmi sənədlərdə maaşının 250 manat olaraq göstərilməsini və qalan məbləği ona əlbəəl verməyi təklif etmişdir. Bundan başqa, ondan ərizə yazaraq öz hesabına 6 aylıq məzuniyyət götürməsi tələb olunmuşdur. O, bu təkliflərlə razılaşmadıqda cavabdeh qurumun rəhbərliyi ərizə yazaraq ondan işdən çıxmağını tələb etmişidir. Bu səbəbdən də o, xx.xx.2020-ci il tarixində əmək şəraitinin dəyişdirilməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni yazıb cavabdeh qurumun rəhbərliyinə təqdim etmişdir. Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmiş, son haqq-hesab işləri də həmin tarixdə görülmüşdür. Ona həmin tarixdə cəmi 1100 manat məbləğində pul ödənilmişdir. Onun 1 aylıq əməkhaqqı 1500 manat təşkil edir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər ona ümumilikdə 11800 manat məbləğində pul ödənilməli idi. Bank hesabından çıxarışdan da göründüyü kimi, 2020-ci il ərzində ona cəmi 7600 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzü ndən gecikdir ildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələrlə bölməsində nəzərdə tutulan qaydada həll edilir. Cavabdeh əmək haqqını uzun müddət gecikdirməklə ödəmişdir. Odur ki, cavabdeh ona hər gecikdirilən gün üçün maaşının 1%-i məbləğində olmaqla, yəni 15 manat məbləğində pul ödəməlidir. Onun əmək haqqı hər ayın sonuncu günü ödənilməli olduğu halda aşağıda göstərilən tarixlərdə tam olaraq ödənilmişdir: Yanvar ayının ödənişi 17 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixdə, fevral ayının ödənişi 94 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixdə, mart ayının ödənişi 118 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixd ə, aprel ayının ödənişi 110 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixdə, may ayının ödənişi 89 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixdə. Bank hesabından çıxarışdan da göründüyü kimi, ilk 5 ayın əmək haqqısı ümumilikdə 428 gün gecikdirilmişdir. İyun, iyul və avqust ayının ödənişləri isə bu günə qədər ödənilməmişdir. Odur ki, ilk 5 ay üçün, hər gün üçün 15 manat olmaqla, ümumilikdə 6420 manat məbləğində kompensasiya ödənilməlidir. İyun, iyul və avqust aylarının kompensasiyası hələ də ödənilmədiyindən, gecikdirilən günlərin sayı hər keçən gün daha da artır. Bu səbəbdən də əmək haqqının ödənilmədiyi aylar üçün isə gecikdirilməyə görə müəyyən olunan ödənc məhkəmə tərəfindən hesablanılmalı və cavabdehdən tutulmalıdır. Onun öz işindən ayrılmaq istəyi heç zaman olmamışdır. Ərizə yazaraq işdən çıxma səbəbi yalnız cavabdehin ona təzyiq etməsi, şərtlərin onun iradəsinə zidd olaraq dəyişdirilməsi olmuşdur. Hesab edirəm ki, cavabdeh qanunsuz olaraq ona təzyiq edərək əmək qanunvericiliyi ilə müəyyən olunan hüquqlarını pozmuşdur. Qanunsuz olaraq işdən çıxarılmağına görə isə ona iki aylıq əmək haqqı - 3000 manat məbləğində kompensasiya ödənilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərindən də göründüyü kimi, ona istifadə etmədiyi əmək məzuniyyətinin müqabilində kompensasiya ödənilməli idi. O, son iki iş ili ərzində ümumilikdə 10 gün əmək məzuniyyəti hüququmdan istifadə etmişdir. Beləliklə, onun 50 gün istifadə edilməmiş əmək məzuniyyəti günü qalmışdır. Son haqqhesab işləri görülərkən onun həmin istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ümumilikdə 2450 manat məbləği ndə pulu ödənilməli idi. Bəllidir ki, cavabdeh ona əmək haqqını hissə-hissə ödəmiş və bu ödəmələri vaxtından 90 gün artıq müddətdə etmişdir. Bu isə onun və himayəsində olan ailəsinin maddi tələbatlarını ödəməsinə imkan verməmişdir. Əmək haqqının cavabdehin təqsirinə görə və üzrsüz səbəbdən gecikdirilməsi onun həm maddi, həm də mənəvi ziyan görməyilə nəticələnmişdir. Belə ki, yeganə gəlir mənbəyi olan maaşının qeyri-müəyyən müddətə qədər verilməməsi onun aylıq büdcəsinin səmərəli idarə ediməsini mümkünsüz etmişdir. Hər gün maaşın ödəniləcəyini gözlədiyi halda, ödənilməli olandan dəfələrlə az məbləğin alınması onun stress keçirməsinə, o cümlədən başqa şəxslər qarşısında borclanmağına səbəb olmuşdur. Xüsusilə ölkə ərazisində elan edilən şərtləşdirilmiş karantin dövründə bir sıra yerlərin fə aliyyətinin qadağan olunması əlavə gəlir əldə etməyini mümkünsüz etmişdir. O, aylarla bütün vəzifə öhdəliklərini dəqiqliklə yerinə yetirməsinə baxmayaraq, əməyinin qarşılığını layiqincə almamışdır. Cavabdeh ona iyun, iyul və avqust ayları boyunca iş gördürmüş, lakin onların pulunu ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-65/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia qismən təmin olunaraq, İddiaçı işdən azad olunduğu xx.xx.2020-ci ilədək hesablanmış 3830,59 (üç min səkkiz yüz otuz manat əlli doqquz qəpik) manat əmək haqqı və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 2373,3 (iki min üç yüz yetmiş üç manat otuz qəpik) manat kompensasiya, əmək haqqının gecikdirilməsinə görə gündəlik 1 faiz ödəncin verilməsi qismində 6200,45 (altı min iki yüz manat qırx beş qəpik) manat olmaqla, cəmi 12404,34 (on iki min dörd yüz dörd manat otuz dörd qəpik) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq isə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır.

8. Məhkəmənin mövqeyi belə olmuşdur ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Cavabdeh iddiaçının 2020-ci ildə yanvar ayından avqust ayınadək olan müddət kəsiyində yalnız 56 gün işdə olduğunu bildirsə də, işç inin əmək funksiyasını icra etməməsi və bunun nəticəsi olaraq onun barəsində hər hansı intizam tənbehinin tətbiq olunmaması barədə ağlabatan, şübhədən kənar heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, işçinin uzun zaman kəsiyində işə gəlməməsi, əmək funksiyalarını yerinə yetirməməsi halında cavabdehin buna tam səssiz qalması inandırıcı olmamaqla, əsaslandırılmamışdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2, 172.1, 178.1 və 172.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkə məsində birinci icraat

10. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması, subyektiv mülahizə əsasında qəbul edilmiş, təqdim olunmuş sübutlara obyektiv, ədalətli və düzgün hüquqi qiymət verilməmiş, iddiaçının Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən 1 faizlik kompensasiya tələb etməkdə subyektiv hüquqlarının olmamasını, həmin maddədə nəzərdə tutulmuş kompensasiyanın yalnız işçilərə ödənilməli olmasını, iddiaçının isə işçi statusında olmamasını, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini, cavabdeh tərəfindən iş vaxtının uçotunun elektron qaydada aparılm asını, 2020-ci ilin yanvar ayından iddiaçının işə gəlməsi günlərinə uyğun olaraq əmək haqqının hesablanaraq ödənilməsini, yanvar ayında maddi vəziyyətlə bağlı əmək haqqının ödənilməsində gecikmələrin olmasını, bu səbəbdən həmin ayın əmək haqqısının favral ayında ödənilməsini, sonrakı aylarda əmək haqlarının kəsrlə ödənilməsini, lakin qalıq məbləğlərin sonrakı aylarda tam ödənilməsini, hətta iyun ayına olan nəticəyə görə iddiaçıya 19,50 manat artıq pul vəsaitinin ödənilməsini, iddiaçıya borcun qalmamasını nəzərə almamışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-443/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məh kəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Eləcə də, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə gö rə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

14. Hazırki işin mübahisə olunmayan hallarına əsasən – iddiaçıya 2020-ci ilin yanvar ayından etibarən əmək haqqının ödənilməsində gecikmələr olmuş, əmək haqqı aylar üzrə tam ödənilməmişdir.

15. Cavabdehin nümayəndələri bu halı hüquqi şəxsin maddi vəziyyəti ilə əlaqələndirərək, sonrakı aylarda əmək haqqlarının qalıq hissələrinin tam ödənilməsini, hətta iyun ayının nəticəsinə görə artıq ödəmənin olmasını, əmək haqqının iddiaçıya faktiki işə çıxdığı günlərin sayına uyğun ödənildiyini, borcun qalmama sını və s. bildirmişlər.

16. İddiaçı isə 2020-ci ilin yanvar ayından işdən çıxdığı günədək əmək müqaviləsi üzrə vəzifələrini tam icra etməsini, bunun müqabilində əmək haqlarının tam ödənilmədiyini, gecikdirildiyini, bəzi aylar (iyun, iyul və avqust) üzrə isə heç ödənilmədiyini, əmək müqaviləsinə xitam verilən zamanı son haqq-hesabının (həmçinin, istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya) tam ödənilmədiyini bildirərək, hazırki tələblərini irəli sürmüşdür. Cavabdehin nümayəndələri iddiaçı barəsində intizam tənbehinin görülməsinin işəgötürənin hüququ olduğunu bildirsə də, ən azından iddiaçıya işə davamiyyətlə bağlı hər hansı formada (istər rəsmi yazılı, istər elektron formada və s.) xəbərdarlığın olunmamasının səbəblərini də izah edə bilməmişlər.

17. Cavabdehin məhkəməyə təqdim e tdiyi, birtərəfli qaydada tərtib olunmuş sənədlər (cədvəllər) isə mötəbər sübut kimi qəbul edilməməklə, iddiaçının müvafiq dövrlərdə işdə olmaması, əmək funksiyalarını yerinə yetirməməsi anlamına gələ bilməz. Bununla yanaşı, iddiaçının faktiki olaraq əmək funksiyasını yerinə yetirməməsi, işə gəlməməsi barədə cavabdeh tərəfin bildirdikləri şərti olaraq qəbul edilsə belə, o zaman nəyə görə ona ümumilikdə 3424,53 manat artıq vəsaitin ödənilməsini də cavabdehin nümayəndələri ağlabatan mühakimə əsasında əsaslandıra və izah edə bilməmişlər. Əksinə, işdə olan sübutlarla (email yazışmaları, "xxxx" MMC-nin məlumatı və s.) müəyyən olunur ki, iddiaçı müvafiq aylar üzrə əmək funksiyalarını yerinə yetirmiş, əmək funksiyasının xarakterindən irəli gələrək, eləcə də pandemiya zamanı müəyyən vaxtlarda işlə ri şirkətdən kənarda icra etmişdir. Bu səbəbdən də ona aylıq əmək haqqı məbləğləri tam həcmdə ödənilməli idi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müvafiq aylarda natamam işləməsi, bəzi aylarda isə ümumiyyətlə işləməməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, işdə olan sübutlarla müəyyən edilmir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 12, 154.1, 172.1, 83.2, 178.1, 135, 143, 144.2, 172.5, MPM-nin 77, 88 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə nəzərə almayıb ki, əmək qanunvericiliyinə əsasən burada 1 faizlik kompensasiyanın ödənilməsi məsələsi əsassızdır. Belə ki, həmin kompensasiya işəgötürən tərəfindən yalnız işçiyə ödənilir. Qarşı tərəflə əmək müqaviləsinə xitam verildiyi üçün o işçi statusunu itirmiş olur. Yəni iddiaçının 1 faizlik kompensasiyanı tələb etməyə subyektiv hüququ olmamışdır. Bundan başqa müqaviləyə xitam verildikdən sonra isə əmək haqqı anlayışı olmur və son haqqhesab anlayışı yaranır. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına tərəflərindən əlavə edilmiş arayışda son haqq-hesaba dair bütün rəqəmlər göstərilib. Laki n bu arayışa məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası m əhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

24. Maddə

2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən, əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. ƏM, həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

25. Maddə 12. əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sadalanmış və onlarda n biri kimi əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi qeyd olunmuşdur.

26. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

27. Maddə 154.1. əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlav ələrin, mükafatların və digər ödənclərin məcmusudur.

28. Maddə 172.1. aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

29. Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

30. Maddə

135. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyy ətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

31. Maddə 143. müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərl ə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

32. Maddə 144.2. əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

33. Maddə 172.5. əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

43. Cavabdehin kassasiya şikayə tinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-443/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar