Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1045/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və mənzilin təmirinə şərait yaradılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5292/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfin dən verilmiş kassasiya şikayətinə 01 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh MMC arasında 22 aprel 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri İcra Hakimiyyətininin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı ilə Cavabdeh MMC Bakı şəhəri Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilir.
2. Cavabdeh MMC tərəfindən X3 adına xx.xx.2019-cu il tarixli müqavilə ilə verilmiş E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.m təşkil edən 129 saylı mənzil ləğv edilmiş və Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdı qdan sonra yaşayış sahəsinin İddiaçı - “Kooperativ” “Payçı”ya (sahəsin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.
3. Hər kvadratın dəyəri 1.200 manat olmaqla mənzilin ümumi məbləği 96.000 manat olmuş və mənzilin dəyəri iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən tam olaraq ödənilmişdir.
4. Müqavilənin 2.1-ci bəndinin “b” yarımbəndinə əsasən kooperativ öhdəsinə götürmüşdür ki, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın E blokunda 20-ci mərtəbədə yerləşən və ümumi sahəsi 80 kv.m. təşkil edən yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, tikinti başa çatdıqdan sonra sahə dəqiqləşdirilib və qarşılıqlı hesablaşmalarda nəzərə alınacaqdır.
5. İddiaçı öhdəliyini yerinə yetirərək müqavilənin bağlandığı gün görüləcək işin dəyərini (tikiləcək mənzilin dəyərini) tam ödəməklə müqavilə üzrə öhdəliyini yerini yetirsə də, cavabdeh mənzili iddiaçıya təhvil verməməklə öhdəliyini icra etməmişdir.Bunun açıqlaması olaraq isə qeyd etmişdir ki, müqavilə bağlanan zaman E blokunun tikintisi nəzərdə tutulmuş, lakin daha sonra sənədləşmə zamanı E blokunun yerində A5 blokunun tikilməsi qərara alınmışdır. İddiaçılə Cavabdeh MMC aralarında bağlanan müqaviləyə dəyişiklik etməsi və E blokunu A5 bloku ilə əvəz etməsini təklif etsə də, cavabdeh bunun üçün əlavə ödəniş tələb etdiyindən rəsmiləşdirmə həyata keçirilməmişdir.
6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İd arəsinin xx.xx.2022-ci il tarixli, Tİ-06/22 saylı obyektin tikintisinə icazəyə əsasən Cavabdeh MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yaşayış binasının tikintisinə icazə verilmişdir. Hal-hazırda isə binanın 2-ci mərtəbəsinin tikintisi başa çatmaq üzrədir.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 31159 saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yaşayış binaları (Bina A-5) üzrə rəyin 9-cu bölməsi nəzərə alınmaqla, tikinti layihəsi razılaşdırılmışdır. Ekologiya bölməsi üzrə müvafiq sənədlər təqdim olunduqdan sonra tikinti layihəsinə yenidən münasibət bildirilməsi nəzərdə tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya mə hkəməsində icraat:
8. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən 120 saylı yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və mənzilin təmirinə şərait yaradılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə ərizəsini belə əsaslandırmışdır ki, MMC tərərfindən tərtib edilmiş 22 aprel 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri Xocalı prospekti, 1181-ci məhəllədə tikiləcək binanın “E” blokunun 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.metr olan yaşayış sahəsi iddiaçıya məxsus olmuş və mənzilin dəyəri tam ödənilmişdir. Maliyyə arayışı MMC-nin direktoru X5 tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Lakin MMC tərəfindən bu günə qədər mənzil iddiaçıya təhvil verilməmişdir. X4 əlaqə saxlanılsa da danışıqlar bir nəticə verməmiş, Qabil Əliyev hər dəfə möhlət istəsə də 3 ildir ki mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçı 09 yanvar 2023-cü il tarixində MMC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlayaraq MMC ilə iddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E blokunun 20-ci mərtəbəs ində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən 120 saylı yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və mənzilin təmirinə şərait yaradılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin MMC tərəfindən heç bir cavab verilməmiş və mənzil təhvil verilməmişdir. Tərəflər arasında imzalanmış müqavilə hər iki tərəf üçün öhdəlikləri müəyyən etmişdir. Belə ki, müqavilə ilə iddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyərinin kooperativə ödənilməsi, MMC tərəfindən isə payçıya müvafiq yaşayış sahəsinin təhvil verilməsi öhdəliyi yaranmışdır.
10. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, MMC ilə iddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilədən irəli gələn MMC-ni n öhdəliyi nəzərə alınaraq həmin müqavilədə qeyd olunmuş Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E bloku əvəzinə A5 blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən mənzilin təhvil verilməsi, bu mümkün olmadıqda isə sözügedən ünvanda yerləşən yüksək mərtəbəli binanın A5 blokunda 3 otaqdan, 80 kv.metrdən artıq olan (artıq kvadrat metrin dəyəri 22 aprel 2019cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1.200 manatdan hesablanmaqla) hər kvadrat metrin dəyəri ödənilməklə mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, hazırda MMC tərəfindən inşa edilmiş E bloku indiki A5 blokudur. Eyni zamand a məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda qeyd olunduğu kimi, iddiaçı iddia ərizəsində qeyd olunan mənzilə görə cavabdeh şirkətə heç bir ödəniş etməmişdir. Hazırda mənzilin yerləşdiyi binanın təməl qoyma işləri gedir. Müqavilədə qeyd olunduğu kimi şirkət mənzili yerləşdiyi bina tikildikdən və dövlət komissiyasına təhvil verildikdən sonra sifrişçiyə mənzili təhvil verir. Hazırda mənzilin iddiaçıya təhvil verilməsi mümkün deyildir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(011)-1922/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilədən irəli gələ n MMC-nin öhdəliyi nəzərə alınaraq həmin müqavilədə qeyd olunmuş Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E bloku əvəzinə A5 blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən mənzilin iddiaçıya təhvil verilməsi, bu mümkün olmadıqda isə sözügedən ünvanda yerləşən yüksək mərtəbəli binanın A5 blokunda 3 otaqdan, 80 kv.metrdən artıq olan mənzilin (artıq kvadrat metrin dəyəri 22 aprel 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1.200 manatdan hesablanmaqla) iddiaçıya təhvil verilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi ilk öncə onu qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh MMC yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri göstərilməklə, 22 aprel 2019-cu il tarixdə bağlanmış müqavilədə göstərilən mənzilin tikilərək iddiaçıya təhvil verilməsi barədə razılığa gəlməklə, yazılı formada podrat müqaviləsi bağlamışlar. Mənzilin tikintisinə görə muzd da, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə uyğun olaraq tam şəkildə ödənilmişdir. Cavabdehin nümayəndəsi təqdim etdiyi etiraz ərizəsində qeyd etsə belə ki, mənzilin dəyəri iddiaçı tərəfindən ödənilməmişdir, o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bunun əksi olaraq iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından da məlum olmuşdur ki, iddiaçı həmin mənzilin dəyərini tam olaraq ödəmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldiklərindən müqavilə bağlanmış hesab olunmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşımışlar. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, nə qədər ki, tərəflər arasında müqavilə bağlanmış və cavabdeh inşa edəcəyi binadan iddiaçıya mənzil verməyi öhdəsinə götürmüşdür, E blokunun yerində A5 blokunun tikilməsi özlüyündə MM C-ni iddiaçı ilə bağlanmış müqavilənin icrası öhdəliyindən azad etməmişdir. Çünki MMC göstərilən ünvanda yüksək mərtəbəli binaların tikintisi ilə məşğul olmuşdur. Bu zaman cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək iddiaçını inşa etdiyi binalarda, eyni şərtlərlə, başqa mənzillə təmin edə bilərdi. Çünki əvvəldə də qeyd edildiyi kimi, müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konket müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin müvafiq tələblərinə uyğun şəkildə həyata keçirilməlidir.
17. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh öhdəliklərini icra etməli və A5 blokundan müqavilədə nəzərdə tutulmuş, 3 otaqdan, 80 kv.metrdən ibarət, 20-ci mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verməlidir.
18. Məhkəmə araşdırması zamanı Dövlət Ş əhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş plan-sxeminə əsasən qeyd olnunmuşdur ki, A5 blokunda 20-ci mərtəbədə yerləşən 80 kv.metrdən ibarət mənzilin tikintisi nəzərdə tutulmamışdır. İstinad olunan hal-hazırkı qətnamənin icrası zamanı çətinliklər yarada bilər.
19. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə çıxardığı qətnamənin icra üsulunu da müəyyən edə bilər. Çıxarılmış qərarın icrasını qeyrimümkün edən halların aradan qaldırılması üçün məhkəmə qətnamənin icra üsulunu da müəyyən etməyi zəruri hesab etmişdir.
20. Birinci instansiya məhkəməsi iddia tələbinin ikinci hissəsi, yəni “sözügedən ünvanda yerləşən yüksək mərtəbəli binanın A5 blokunda 3 otaqdan, 80 kv.metrdən artıq olan (artıq kvadrat metrin dəyəri 22 aprel 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1.200 manatdan hesablanmaqla) hər kvadrat metrin dəyəri ödənilməklə mənzilin iddiaçıya təhvil verilməsi” hissəsinin məhz qətnamənin icra üsuluna aid olduğunu qeyd etmişdir.
21. Məhkəmə vurğulamışdır ki, nə qədər ki, cavabdeh olan MTK iddiaçı ilə müqavilə bağlayarkən müqavilə şərtlərinə uyğun olaraq mənzil təhvil verməyi öhdəsinə götürmüşdür, o, öz öhdəliklərini vicdanla icra etməlidir.
22. Məhkəmə hesab etmişdir ki, plana əsasən 80 kv.metrdən ibarət 3 otaqlı mənzilin tikintisinin nəzərdə tutulmaması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxara bilməz. Əgər iddiaçıya binanın tikintisi başa çatdıqdan sonra (hazırda binanın kotlovanı (təməli) qazılıb, tikinti işlərinə başlanılmışdır) müqavilə üzrə nəzərdə tutulan mənzili təhvil vermək mümkün olmayacaqsa, A5 blokunda, 20 -ci mərtəbədə yerləşən 3 otaqdan ibarət 80 kv.metrlik mənzil təhvil verilməlidir. Bu mümkün olmayacağı təqdirdə isə iddiaçıya sahəsi 80 kv.metrdən artıq olan, 3 otaqdan ibarət digər mənzil təhvil verilməli, bunun müqabilində hər kvadrat metrə görə müqavilədə nəzərdə tutulmuş 1.200 manat məbləğində vəsait iddiaçıdan alınıb cavabdehə verilməlidir.
23. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 385.1, 405, 425.1, 442, 443.1, 752.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 119.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
24. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələb inin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilədə qeyd olunan mənzilin dəyəri cavabdehə ödənilməmişdir. Bunu, iddiaçı özü də, iş materiallarına əlavə olunmuş cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarda olan ifadəsində də bildirmişdir. Məhkəmə maddi hüquq normasına istinad etsə də, cavabdehlə iddiaçı arasında olan 22 aprel 2019-cu il tarixli müqavilənin 1.1-ci bəndinə qeyd olunmuş, binanın tikintisi başa çatdırıldıqdan sonra mənzilin təhvil verilməsini nəzərə almamışdır. Məhkəmə, qanunvericiliyin tələblərinə əsasən çıxardığı qətnamənin icra üsulunu da müəyyən edə bilməsinə əsaslanaraq, məhkəmənin icraatında olan hazırkı iş üzrə iddia tələbinin ikinci hissəsi, yəni “s özügedən ünvanda yerləşən yüksək mərtəbəli binanın A5 blokunda 3 otaqdan, 80 kv.metrdən artıq olan (artıq kvadrat metrin dəyəri 22 aprel 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1.200 manatdan hesablanmaqla) hər kvadrat metrin dəyəri ödənilməklə mənzilin İddiaçı təhvil verilməsi” hissəsi məhz qətnamənin icra üsuluna aid olmasını hesab etmişdir. Lakin məhkəmə, qətnamənin icra üsulunu müəyyən edərkən nədənsə, mübahisə predmeti olan mənzilin yerləşdiyi binanın tikilib-tikilməməsi və tərəflər arasında olan müqavilədə mübahisə predmeti olan mənzilin yerləşdiyi bina tikildikdən sonra mübahisə predmeti olan mənzilin iddiaçıya təhvil verilməli olmasını nəzərə almamışdır. Həmçinin məhkəmə, 3 otaqlı mənzil verilməsi öhdəliyini qoymaqla yanlış qərar vermişdir. Tərəflər arasında olan müqaviləyə nəzər yetirdikdə məlum olmuşdur ki, həmin müqavilədə 3 otaqlı mənzildən söhbət getməmişdir. İddiaçı ilk əvvəl iddia tələbində 22 aprel 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E blokunun 20-ci mərtəbəsində olan və ümumi sahəsi 80 kv.m olan 120 saylı yaşayış sahəsinin ona təhvil verilməsini xahiş etsə də, sonradan, məhkəmə baxışında iddia tələbini dəyişərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E blokunun əvəzinə A 5 blokunda 3 otaqdan ibarət 80 kv.m-dən artıq olan (artıq kv.m dəyəri 22 aprel 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1.200 manatdan hesablanmaqla) hər kv.m. dəyəri ödənilməklə iddiaçıya təhvil verilməsi məhkəmədən xahiş etmişdir. Belə ki, elektron məhkəmə sistemində olan iş materiallarına nəzər yetirdikdə, iddiaçının Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən verdiyi ərizənin xx.xx.2023-cü il tarixdə təqdim olunduğu müəyyən olunmuşdur. Həmin tarixdə isə məhkəmə baxışı iclası keçirilmişdir.
26. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq iddiaçı, onun nümayəndəsi və vəkili qeyd etmişdirlər ki, həqiqətən fotoşəkildə olan tikili A5 blokuna aid olmuş və binanın həqiqətən 2-ci mərtəbəsi tikilir. Lakin onlar, öz iddialarını əsaslı hesab etmişdirlər.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiy a instansiya məhkəməsi) 2(103)-5292/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia təmin edilməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmişdir.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Tərəflərin iradəsini ifadə edən müqavilə şərtlərində nəzərdə tutulmuşdur ki, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq mənzilin “Payçı”ya təhvil verilməsi, tikinti başa çatdıqdan sonra sahənin dəqiqləşdirilməsi və qarşılıqlı hesablaşmalarda nəzərə alınacaqdır. İddiaçı podrat müqaviləsi üzrə cavabdeh tərəfin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə istinad etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə iddiaçının da özünün etiraf etdiyi kimi, 20 mərtəbəli binanın 2-ci mərtəbəsinin tikintisi tamamlanmaq üzrə olmuşdur. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya verilməli olan mənzilin başqa şəxslə müqavilə bağlanması halı da müəyyən edilməmişdir. Əksinə müqavilə şərtlərinə görə mənzil in tikintisi başa çatdıqdan sonra verilməsi nəzərdə tutulmuşdur. Hətta müqavilədə tərəflər razılaşmışdırlar ki, tikinti başa çatdıqdan sonra sahənin dəqiqləşdirilməsi və qarşılıqlı hesablaşmalarda nəzərə alınacaqdır.
30. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən öhdəlik müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirildiyindən (binanın tikintisi hal-hazırda davam edir) cavabdeh tərəfindən podrat müqaviləsi üzrə öhdəliyin pozulması halı müəyyən olunmadığından, binanın tikintisi başa çatmamışdır. Cavabdehin üzərinə mənzilin təhvil verilməsi öhdəliyinin qoyulmasını, məhkəmə müqavilə şərtlərinə zidd olduğunu hesab etmişdir.
31. Bununla da məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən podrat müqaviləsinin qüsurla icra edilməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
32. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəfindən gələcəkdə podrat müqaviləsi qüsurla icra edilərsə, iddiaçı cavabdehə qarşı Mülki Məcəllənin 765-ci maddəsinə əsasən tələb irəli sürmək hüququna malikdir.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 324.1, 385.1, 386.1, 389.1, 390, 404.1, 404.2, 425.1, 442.1, 452.1, 752.1, 762.3, 765-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
34. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsin in ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə ağlabatan müddətdə icra olunmalıdır. Ağlabatan müddətdə icra olunmursa, deməli müqavilənin icrası gecikdirilir. Bu da müqavilənin şərtlərinin dəyişdirilməsi üçün əsas olmuşdur. Belə ki, tikinti işləri ağlabatan müddətdə icra olunmaması və 5 ildən sonra tikintinin hələ ikinci mərtəbədə davam etdirilməsi müqavilənin həmin hissədə MMC tərəfindən icra edilmədiyini və qüsurlu icra olunduğunun göstəricisi olmuşdur. Cavabdehin birbaşa vəzifəsi ağlabatan müddətdə həmin binanın inşaatını başa çatdırmaq və mənzili iddiaçıya təhvil vermək olsa da, E bloku inşa edilməmiş, yerində inşa edilən A5 blokunda isə hələ də binanın i kinci mərtəbəsi inşa edilməkdədir. Bu da mülkiyyətçinin hüquqlarının kobud pozuntusuna gətirib çıxarmışdır. Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Belə ki, layihədəki dəyişiklik barədə iddiaçının yalnız birinci instansiya məhkəməsində araşdırma gedərkən məlumatı olmuşdur.
36. Belə ki, Bakı şəhər Xətai rayon Prokurorluğunda araşdırma zamanı izahat verən MMC-nin direktoru Qabil Əliyev E blokunun A5 bloku ilə dəyişdirilməsini ibtidai araşdırmaya bildirməmiş, izahatında E bloku inşa edildikdən sonra İddiaçı mənzillə təmin ediləcəyini bildirmişdir. Bu da iddiaçı tərəfin bilə-bilə ki E bloku inşa edilməyəcək, müqavilə üzrə öz öhdəliyini icra etmək istəməməsini xəbər verir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında cav abdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatında bildirmişdir ki, müqavilə bağlanan zaman E blokunun tikintisi nəzərdə tutulmuş, lakin daha sonra sənədləşmə zamanı E blokunun yerində A5 blokunun tikilməsi qərara alınmışdır. Odur ki, E bloku indiki hal-hazırda tikilən A5 blokudur. Bu səbəblə, binanın tikintisi başa çatdıqdan sonra mənzil İddiaçı təhvil veriləcəkdir. Lakin məhkəmə öz qətnaməsində bu xüsusata qiymət verməmiş, heç bir əsaslandırma aparmadan iddianı rədd etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
37. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna m alikdirlər.
38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir.
39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi v ə ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
42. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
43. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
44. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
46. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
47. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
48. Ma ddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
49. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
50. Maddə
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq p rosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. 67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv ar aşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5292/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.