Məhkəmə qərarları › İş №2(102)-1046/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1046/2022

25.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1046/2022 25.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli, ******* saylı aktı ləğv edərək cavabdeh tərəfindən onun üzərinə əsassız olaraq qoyulan 3160.10 manat bor cun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 aprel 2021-ci il tarixli 2(009)-1082/2021 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanırverdiyev) 22.09.2021-ci il tarixli, 2(103)-6744/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(009)-1082/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh “Azəriqaz” İB Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.09.2021-ci il tari xli, 2(103)-6744/2021 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşə baxmış apelyasiya kollegiyası MPM-nin 402-ci maddəsinin tələblərini nəzərə almadan (qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır) kasasiya şikayətini baxılm ası üçün Ali Məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən, kasasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kasasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh “Azəriqaz” İB-nin Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6744/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kasasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar