Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1048/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Salyan Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Qasımov, iş № 2(057)-372/19) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı "qurğunun mülk iyyətindəki torpaq sahəsindən götürülməsi, mülkiyyətə qarşı maneəçilik hərəkətlərinə son qoyulması və dəymiş ziyanın ödənilməsi"xxxx"Cavabdeh”-nin X5 Təchizatı və Satışı İdarəsi Salyan Elektrik Şəbəkəsinin balansında olan 35/10 kv-luq “Salyan şəhər” y/st-dan çıxan 10 kv-luq “Şəhər 4” h/x-dən qidalanan gücü 250 kva 10/0,4 kv-luq transformator məntəqəsinin iddiaçıya məxsus və Salyan şəhəri H.Əliyev küçəsi ilə X.R.Ulutürk küçələrinin kəsişməsində yerləşən 0.0048 ha torpaq sahəsindən çıxarılması, cavabdeh "xxxx” ASC tərəfindən iddiaçıya məxsus Salyan şəhəri H.Əliyev küçəsi ilə X.R.Ulutürk küçələrinin kəsişməsində yerləşən 0.0048 ha torpaq sahəsinə edilən maneəçilik hərəkətlərinə son qoyulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən cavabdeh "xxxx” ASC apellyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov-sədrlik edən və məruzəçi, T.Heydərov və F.Abbasov, iş № 2(106)-2720/19) apelyasiyaşikayətitəminedilməyərək Salyan Rayon Məhkəməsinin iş üzrə 03 may 2019-cu il tarixli qətnaməsi cavabdeh "xxxx" ASC-yə (apelyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx" ASC kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabeh “xxxx”xxxx“Cavabdeh”-nin X5 Təchizatı və Satışı İdarəsi Salyan Elektrik Şəbəkəsinin balansında olan, qanun suz olaraq mülkiyyətində yerləşdirilmiş 35/10 kv-luq “Salyan şəhər” y/st-dan çıxan 10 kv-luq “Şəhər 4” h/x-dən qidalanan gücü 250 kv 10/0,4 kv-luq transformator məntəqəsinin çıxarılması, cavabdeh “xxxx” ASC tərəfindən mülkiyyətinə qarşı maneəçilik hərəkətlərinə son qoyulması, 5000 manat mənəvi ziyan və 8000 manat əldən çıxmış gəlirin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili F.Abdullayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayət ini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, vəkil F.Abdullayevin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 s entyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: - qurğunun mülkiyyətdə olan torpaq sahəsindən götürülməsi, mülkiyyətə qarşı maneəçilik hərəkətlərinə son qoyulması; - dəymiş ziyanın ödənilməsi. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq tələbi “qurğunun mülkiyyətindəki torpaq sahəsindən götürülməsi, mülkiyyətə qarşı maneəçilik hərəkətlərinə son qoyulması” hissəsində təmin etmiş, dəymiş ziyanın ödənilməsi hissəsində isə əsassız sayaraq rədd etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında iddianın təmin olunan hissəsində mübahisələndirmiş və apelyasiya instansiyası məhkəməsi də qətnamənin əsaslılığını həmin hissədə yo xlamışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamış və bu zaman aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mübahisələndirdiyi 0.0048 ha torpaq sahəsinin 0.0024 ha hissəsi Salyan bələdiyyəsinin 16 iyun 2006-cı il tarixli 212 nömrəli qərarına, digər 0.0024 ha hissəsi isə 14 may 2006-cı il tarixli 4Ə-235 nömrəli torpaq alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş, lakin həmin torpaq sahəsi üzərində Şirvan REŞ MMC-nin Salyan rayon elektrik şəbəkəsinə məxsus transformator quraşdırıldığından iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata al ınmamış və nəticədə iddiaçı torpaq sahəsi üzərində sahiblik, istifadə, sərəncamla bağlı hərəkətləri həyata keçirmək hüququndan məhrum olmuşdur. İşdə olan “Tikilən XKTY( KTPN)- lər üçün torpaq sahəsinin ayrılması” haqqında 27 iyun 2015-ci il tarixli aktdan görünür ki, yerli icra orqanı kimi ərazi nümayəndəsi X3, podratçı tərəfi kimi X2 və sifarişçi kimi Salyan EŞ-nin rəisi, N.A.Nəcəfov olmaqla 250 kVa 10/0,4 kV-luq transformatorun quraşdırılan yer kimi Salyan şəhəri, H.Əliyev-X.R.Ulutürk küçəsində, Bankın qarşısındakı yer nəzərə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13cü, Mülki Məcəllənin 146.1, 152, 157.8, 180-ci maddələrini mübahisəli hüquq münasibətinə tətbiq edərək bu qənaətə gəlmişdir ki, iddiaçının cavabdehin ona məxsus torpaq sahəs ində quraşdırdığı qurğunun çıxarılmasına, mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneənin qadağan edilməsinə dair iddia tələbi əsaslıdır. Cavabdeh tərəfindən mülkiyyətə müdaxilə edilməklə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Bu isə öz növbəsində daxili qanunvericiliyin yuxarıda şərh olunan pozuntusu ilə yanaşı, həm də Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Ona görə də birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları iddianın təmin olunan hissəsində sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğu nun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötr ü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni v ə əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 sentyabr 2019-cu il tarixli, 2(106)-2720/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1048/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1048/2020
25.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver