Məhkəmə qərarları › İş №2(102)-105/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-105/2020

21.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-105/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı cavabdehlər X2 və qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bak ı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı cavabdehlər X2 və qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı evin 157 saylı mənzilindən istifadə hüququna, ona İddiaçı tərəfindən 15000 manat kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehlər X3 və əmlakları ilə birlikdə mənzildən çıxarılmaları, İddiaçı tərəfindən kompensasiyanın ödənilməsi ilə cavabdeh X1 Bakı şəhəri, Nizami rayonu,Q.Qarayev prospekti 126 saylı evin 157 saylı mənzilindən istifadə hüququnun itirilməsi və cavabdehlər X3 və Smənzildən çıxarılmaları eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məh kəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və T.Səmədov) Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Mirzəliyev, hakimlər T.Qoldman və G.Quliyev) Cavabdeh1 və kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Əliyev, hakimlər F.Talışinski və R.Eyvazov) cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmiş, İddiaçı cavabdehlər X3 və qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələ binin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı, cavabdeh 15.000 manat kompensasiya verməklə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 saylı evin, 157 saylı mənzili üzrə istifadə hüququna xitam verilməsinə, onun həyat yoldaşı cavabdeh və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən e dilir ki, hazırkı iş üzrə cavabdehlər iddiaçının oğlu və arvadıdır. Həmçinin iş materiallarından görünür ki, Bаkı şəhəri, Nizаmi rаyоnu, Q.Qаrаyеv prоspеkti 126 sаylı еvin 157 sаylı mənzili iddiаçı xüsusi mülkiyyətindədir, cаvаbdеh isə həmin mənzilə 1984-cü ildən pаspоrt qеydiyyаtınа аlınmışdır. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, iddiaçı əvvəlcə cavabdeh 15.000 manat kompensasiya verməklə mübahisəli mənzil üzrə istifadə hüququna xitam verilməsini, onun həyat yoldaşı cavabdeh Günay Sultanzadə (Müslümova) və əmlakı ilə birlikdə həmin mənzildən çıxarılmasını xahiş etmişdir. Hazırda kompensasiya məbləği olaraq 17.000 manat təklif edilir. Məhkəmə kollegiyası mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə qeyd edir ki, cavabdeh mübahisəli mənzilə istifadə hüququnun olması işin m übahisəsiz halıdır. Ona görə də bu xüsusat üzrə əlavə araşdırma aparılmadan mənzilə istifadə hüququnun xitamı üçün təklif edilən kompensasiyanin yetərli olub-olmaması aydınlaşdırılmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası yaşayış sahəsindən istifadə etmək hüququnun mahiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsinə istinad edərək vurğulayır ki, Mülki Məcəllənin 228-ci maddəsində təsbit olunmuş, yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyəti məhdud əşya hüququdur (şəxsi servitutdur). Odur ki, yaşayış sahəsindən istifadə hüququ, vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyi üçün mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasının əsaslarından biri kimi qəbul edilmişdir. Bununla b elə, qanunverici, həmin hüquqa xitam verilməsi imkanını nəzərdə tutmaqla, onu müəyyən şərtlərdən aslı etmişdir. Belə ki, MM-nin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Bu qaydanın nəzərdə tutulması tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Göründüyü kimi, qanunverici, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna adi əsasla deyil, məhz müvafiq kompensasiya ödənilməklə xitam verilməsi qaydasını müəyyən etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyər indən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin (Konstitusiya Məhkəməsinin Plenumunun R.Ağalarovun şikayəti üzrə xx.xx.2007-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən də aydın olur ki, yaşayış sahəsindən istifadə hüququnun müvafiq kompensasiya verilməklə xitam edilməsi institutu yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakı üzərində heç bir yüklülük olmadan istədiyi formada və sərbəst şəkildə davranmasını təmin etməklə yanaşı, həmçinin yaşayış sahəsindən istifadə hüququna malik şəxslərin oxşar ev şəraitində yaşama ehtiyacının ödənilməsinə yönəlmişdir. Bu səbəbdən, yaşayış sahəsindən istifadə hüququ, mülkiyyət hüququnun qanuni məhdudlaşdırma əsaslarından biri olduğundan həmin hüquqa kompensasiya ödənilməklə xitam verilməsi məhz istifadə hüququna malik şəxslərin həmin kompensasiya məbləği əsasında davamlı şəkildə, əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olduğu halda mümkündür. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla, müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitu sion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Odur ki, Mülki Məcəllənin 158.4-cü maddəsində nəzərdə tutulmuş, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarının istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə etməsi imkanı nəzərə alınmaqla, şəxslərin ev şəraitində yaşama ehtiyacının ödənilməsinə yönəlmiş kompensasiya verilmədən və ya az məbləğdə verməklə, yaxud birdəfəlik deyil, hissə-hissə kompensasiya ödəməklə həmin hüquqa xitam verilməsi yolverilməzdir. Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir k i, “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.” İş materiallarında olan Əmlаk Еkspеrt Mərkəzinin Dаşınmаz əmlаkın оrtа аylıq kirаyə hаqqının müəyyən еdilməsi bаrədə аrаyışdаn görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti еv 126 mənzil 157 ünvаnı və yахın ətrаf ərаzidə 9 mərtərbəli köhnə tikili binаlаrın оrtа mərtəbəsində yеrləşən 3 оtаqlı оrtа təmirli mənzillərin аylıq kirаyə hаqqı təchizаtındаn аsılı оlаrаq 16 аvqust 2018-ci il tаriхinə 350-400 mаnаt təşkil еdir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən bildirir ki, İddiaçı mənzildən is tifadə hüququnun xitamı müqabilində cavabdeh Elşən Sultanzadəyə təklif etdiyi 17.000 manat məbləğində kompensasiya, bu hüquq münasibəti iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etmir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, təklif olunan məbləğ cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində Bakı şəhəri Nizami rayonunda həmin mənzilə xas şəraitlə müqayisədə oxşar yaşayış sahəsində yaşamaq imkanını təmin edə bilməz. Odur ki, həmin məbləğ ədalətli kompensasiya sayılmır. Bundan başqa iş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə,, razılığı ilə özəlləşdirilmişdir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun 12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinl ik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Maddənin məzmunundan görndüyü kimi iddiaçı mənzilin özəlləşdirilməsinə razılıq verən şəxslərin iradəsinə zidd olaraq onların mənzildən istifadə hüququna xitam vermək hüququna malik deyildir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar