Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-105/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı QƏRARİ (Açar sözlər: lizinq obyektinə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq obyektinə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1738/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassa siya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı MMC (Lizinq verən) ilə Cavabdeh2 (Lizinq alan) arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X7 təsdiq edilmiş surətinə əsasən, Lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 17000 manat olan əmlakı (““SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. 2. 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı Zaminlik müqavilə sinə əsasən, Cavabdeh1, Cavabdeh2 İddiaçı MMC qarşısında 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı Daxili lizinq müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öhdəsinə götürmüşdür.
3. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3729/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbləri qismən təmin edilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan “SUZUKİ KİZASHİ minik” markalı 99-PF778 dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11900 manat əsas lizinq borcu, 4240 manat lizinqdən istifadəyə görə faiz borcu, 400 manat penya, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 16570 (on altı min beş yez yetmiş) manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması, iddia tələbi qalan hissədə rədd olunması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1873/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 11900 manat əsas, 4240 manat lizinqdən istifadəyə görə faiz, 400 manat hesablanmış penya olmaqla, cəmi 16570 manat borcun tutulması hissəsində dəyişdirilmiş, həmin hissədə əsas borcun məbləğinin 2150 manat, faiz borcunun 2224 manat və penya borcunun 215 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 5. “SMS radar” xidmətindən əldə edilmiş məlumatlara əsasən, 99-PF778 dövlət qeydiyyat nişanlı avtomaşına görə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində inzibati tənbeh tətbiq edilməsi barədə qərarlar tərtib edilmiş, törədilmiş inzibati xətalara görə avtomaşının sürücüsünə 624 manat məbləğində inzibati cərimə növündə intizam tənbehi tətbiq edilmişdir. 6. xx.xx.2020-ci il tarixli Avtonəqliyyat saxlanılmaya qəbulu barədə aktına əsasən, “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasına gətirilərkən - avtomaşında qabaq buferin sınığı, qabaq kapotun əzilməsi, sol aynasının sınması, sol qabaq qapının əzilməsi, cızılması, rəngsiz olması aşkar edilmiş, açarın sürücüdə qaldığı müəyyən edilmişdir. 7. "xxxx" QSC tərəfindən tərti b edilmiş ilkin qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin məbləği 19.222,02 manat müəyyən edilmişdir. 8. “Bakı Sığorta” şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə ünvanlanan məktuba əsasən, MİL-11835/20 saylı müqavilə üzrə “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta hadisəsi ilə bağlı sığorta şirkətinə heç bir məlumat daxil olmamışdır. 9. xx.xx.2022-ci il tarixli ziyan aktına görə “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərbə qabaq sol qapı tərəfdən və sonradan qabaq orta tərəfdən dəymişdir. Zərbə nəticəsində avtomobilin (Qabaq sol qapının nikel spoyleri, qabaq bufe rin bukserinin qapağı, Buferin içəri qubkası (yeni)) deformasiyaya uğrayaraq sıradan çıxmışdır. Bundan əlavə avtomobilin qabaq buferi, qabaq kapotu, qabaq sol qanadı, qabaq sol qapısı, arxa sol qanadı da deformasiyaya uğramış, təmir olunmalı və rənglənməlidir. Ümumilkidə avtomobilin təmir-bərpa xərci 1494 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X9 əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sahiblik və istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “SUZUKİ” markalı, “KİZASHF” modelli **-PF-*** qeydiyyat nömrəli avtomobilə cavabdehlər tərəfindən vurulmuş 19222,02 manat məblə ğində maddi ziyanın, törədilən inzibati xətalara görə tətbiq edilən 624 manat məbləğində cərimə, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılması xahiş edilmişdir
11. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X9 əsasən, İddiaçı MMC Cavabdeh2 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 17000 (on yeddi min) manat olan 1 ədəd “SUZUKİ” markalı “KİZASHİ” modelli **-PF-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh2 isə öz növbəsinə əs asən 11900 (on bir min doqquz yüz) manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh2 müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh1 ilə iddiaçı arasında 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı Zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 Lizinq müqaviləsinə Əlavə №2-də (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 27% faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Bu səbəbdən də İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı MMC-nin mülkiyyətində olan “SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11900 (on bir miin doqquz yüz) manat əsas lizinq borcu, 4240 (dörd min iki yüz qırx) manat lizinqdən istifadəyə görə faiz borcu, 400 (dörd yüz) manat penya, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 16570 (on altı min beş yüz yetmiş) manat məbləğində pulun m üştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. “SUZUKİ” markalı, “KİZASHİ ” modelli 99-PF778 dövlət nömrə nişanlı avtomobil cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarıldıqdan sonra mülkiyyətçiyə məlum olmuşdur ki, avtomobil qəzalı vəziyyətdədir və istifadəyə tamamilə yararsızdır. İddiaçı mülkiyyətinə dəymiş zərəri müəyyən etmək məqsədilə ixtisaslaşmış texniki servis mərkəzi olan "xxxx" QSC-yə müraciət etmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktından müəyyən edilir ki, Cavabdeh2 istifadəsində olduğu müddət ərzində “SUZUKİ” markalı, “KİZASHİ” modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobilə 19222,02 (on doqquz min iki yüz iyirmi iki manat iki qəpik) manat məbləğində maddi ziyan vuru lmuşdur. Hazırda avtomobil istismara yararsız vəziyyətdədir. Edilmiş xəbərdarlıqlara baxmayaraq Cavabdeh2 vurduğu ziyanı ödəmir və avtomobili qəsdən yararsız vəziyyətə saldığını bildirir. Göründüyü kimi Cavabdeh2 etibarnamə əsasında istifadəsinə verilmiş avtomobili qəsdən məhv etmiş və sözü gedən avtomobilə vurduğu ziyanı aradan qaldırmaqdan qərəzli olaraq yayınır. Bundan əlavə olaraq “SUZUKİ” markalı, “KİZASHİ11 modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 istifadəsində olduğu müddət ərzində onun tərəfindən yol hərəkəti qaydaları dəfələrlə pozulmuş və barəsində inzibati protokollar tərtib edilmişdir. Belə ki, “SMS radar” xidmətindən əldə edilmiş məlumatlara əsasən cavabdeh tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Törətdiyi inzibati xətalara görə cavabdehə tətbiq edilən cərimələr 624 manat təşkil edir. 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X7 7.9-cu bəndinə əsasən, Lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə1 və X4 iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsində qeyd edilənlər əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, daha əvvəl İddiaçı MMC cavabde hlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan mübahisəli avtomobilin Cavabdeh2 istifadəsindən alınaraq iddiaçıya qaytarılması, cavabdehlərdən 11900 manat əsas, 4240 manat faiz, 400 manat penya borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 16570 manat məbləğində pulun müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1873/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi hissəvi dəyişdirilmiş, əsas borcun məbləği 215 0 manat, faiz borcunun məbləği 2224 manat və penya borcunun məbləği 215 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Lakin, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1873/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi barədə məhkəməyə məlumat verməmişdir. Həmin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də göstərilmişdir ki, “mübahisəli avtomobil X23 tərəfindən xx.xx.2020-ci il tarixdə müvəqqəti saxlama dayanacağına yerləşdirilmiş və xx.xx.2020-ci il tarixdə lizinq şirkəti tərəfindən götürülmüşdür. Yəni avtomobil xx.xx.2020-ci il tarixdən etibarən cavabdehin deyil, iddiaçının, yəni mülkiyyətçi İddiaçı MMC-nin sahibliyində olmuşdur və bu gün də onun sahibliyindədir. Yəni, xx.xx.2020-ci il tarixdən Cavabdeh2, yaxud onun ailə üzvlərinin lizinq obyektindən istifadə etməsi praktiki cəhətdən qeyri-mümkün olmuşdur. İddiaçının əvvəlki mülki iş üzrə, yəni Nəsimi Rayon Məhkəməsinin 2(006)-3729/21 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən sonra icra şöbəsinə 25 08.2021-ci il tarixdə təqdim etdiyi məktubunda göstərir ki, mübahisəli avtomobil cavabdehdən alınaraq tələbkar təşkilatın dayanacağına təhvil verilmişdir. Həmin mülki iş üzrə İddiaçı MMC lizinq ödənişləri üzrə borcu və avtomobilin qaytarılmasına dair iddia tələbləri ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət edir və məhkəməyə bildirir ki avtomobil Cavabdeh2 istifadəsindədir. Halbuki, həmin avtomobil artıq xx.xx.2020-ci ildən iddiaçının sahibliyində olmuşdur. Bildirir ki, Cavabdeh2 12 sentyabr 2020-ci il tarixdən həbs edilərək 1 saylı İsti ntaq təcridxanasında saxlanılmış, xx.xx.2021-ci ildən isə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir). "SUZUKİ KİZASHİ” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh2 asılı olmayaraq onun istifadəsində və sahibliyində olmamışdır və avtomaşının cavabdehdən alınması mümkün deyil. Mübahisəli avtomobil xx.xx.2020-ci ildən artıq iddiaçının sahibliyindədir, İddiaçı MMC isə iddia tələbləri ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə müraciət edir, yəni avtomobil 1 il 3 ay müddətində onun sahibliyində və istifadəsində olduqdan sonra məhkəməyə müraciət edərək cavabdehdən ziyanın ödənilməsini tələb edir. İddia ərizəsində və ona əlavə edilən qüsur aktında qeyd edilən mübahisəli avtomobilin ehtiyat hissələrinin nə vaxt xarab olması, həmçinin qəzanın nə vaxt baş verməsi ilə bağlı iddiaçı heç bir sübut təqdim etməmişdir. Belə ki, avtomobilin ehtiyyat hissələrin yararsız vəziyyətə düşməsi həm cavabdehin istifadəsində olduğu müddət, həm də iddiaçının özünün 1 il 3 ay müddətində istifadəsində olduğu müddət ərzində də baş verə bilər. Avtonəqliyyat saxlanılma qəbulu barədə xx.xx.2020-ci il tarixli Aktdan müəyyən olunur ki, avtomobil öz hərəkəti ilə duracağa gətirilmiş, yəni avtomobil yararsız vəziyyətdə olmamışdır. Belə ki, duracağa qoyulması səb əbi məhkəmənin qərarı əsasında olmuşdur. İddiaçının bu barədə məlumatı olmuş və cəriməni ödədikdən sonra avtomobili duracaqdan götürə bilmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, ““SUZUKİ” markalı, “KİZASHİ ” modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobil cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarıldıqdan sonra mülkiyyətçiyə məlum olmuşdur ki, avtomobil qəzalı vəziyyətdədir və istifadəyə tamamilə yararsızdır. İddiaçı mülkiyyətinə dəymiş zərəri müəyyən etmək məqsədilə ixtisaslaşmış texniki servis mərkəzi olan "xxxx" QSC-yə müraciət etmişdir. "Skandinavian Avto” QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktından müəyyən edilir ki, Cavabdeh2 istifadəsində olduğu müddət ərzində “SUZUKİ” markalı, “KİZASHİ” modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobilə 19.222,02 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda avtomobil istismara yararsız vəziyyətdədir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdən həbsdədir və güya ona xəbərdarlıqların edilməsi, avtomobilin qəsdlə yararsız vəziyyətə saldığının bildirilməsi barədə dəlillər tamamilə əsassızdır, bununla bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçı bilə-bilə məhkəməyə yalan məlumatları təqdim edir. İddiaçının təşəbbüsü əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3502 №-li xx.xx.2022-ci il tarixli rəyinin nəticəsinə görə, “nəzəri hesablama yolu ilə “Skandinavian Avto’’ QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətlən nəzərə alınmaqla 2010-cu il buraxılışı “Suzuki Kizashi" markalı **PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoe htiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12816 manat müəyyən edilir. Lakin, qeyd edilməlidir ki, ekspert rəyinə əsas olan və iddiaçının təqdim etdiyi "xxxx" QSC tərəfindən ilkin qüsur aktının tərtib edilməsi tarixi göstərilməmiş, ona görə də qeyd edilən qüsurların yaranması müddəti müəyyən edilməsi də mümkün deyil. Həmçinin qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməli olan hissələrin həqiqətən də qəza ilə bağlı olduğu müəyyən edilməmişdir. Həmin qüsurların avtoqəza ilə əlaqəli olduğuna dair iddiaçı heç bir sübut təqdim etməmişdir. Avtomobilin hansı vəziyyətdə olduğu barədə şəkilləri də mülki işə əlavə edilməmişdir. Ekspert rəyində qeyd edilən bir çox qüsurlar qəzaya aid edilə bilməz, məsələn: pultun bloku, pult, arxa amortizator, starter, filterlər və sair. Müəyyə n olunmuşdur ki, göstərilən avtomobil Cavabdeh2 istifadəsində 7 ay müddətində olmuşdur. Avtonəqliyyat saxlanılma qəbulu barədə xx.xx.2020-ci il tarixli aktında göstərilmişdir ki, avtomobil duracağa gətirilərkən - avtomaşında əzilmiş hissələr - qabaq buferin sınığı, qabaq kapotu əzilmiş, sol aynası sınmış, sol qabaq qapı əzilmiş, cızılmış, rəngsizdir, sol arxa qanad əzilmiş, rəngsizdir. İddiaçı göstərir ki, avtomobilin Cavabdeh2 istifadəsində olduğu müddət ərzində onun tərəfindən yol-hərəkəti qaydaları pozulmuş və barəsində protokol tərtib edilərək, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Lakin, iddiaçı tərəfindən ərizəsinə əlavə edilən protokollardan müəyyən edilir ki, həmin tarixl ərdə Cavabdeh2 deyil, başqa şəxs - X10 həmin avtomobildən istifadə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Bundan əlavə, iddiaçının ərizəsində tələb etdiyi 19222 manat məbləğində avtomobilə vurulmuş zərər avtomobilin bazar dəyərindən də artıq məbləğdir. Həmin zərərin məbləği reallığı əksetdirmir, məbləğ şişirdilmişdir. Belə ki, “turbo.az” saytından da müəyyən olunur ki, 2010-cu il buraxılışı “Suzuki Kizashi” markalı avtomobilin dəyəri 11800 manat təşkil edir. Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X7 2.2-ci bəndində qeyd edilir ki, “lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 17000 manat təşkil edir. Bundan əlavə, 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X7 11.3-cü maddəsinə əsasən, “lizinq obyekti zədələnmə (korlanma), məhv edi lmə, itirilmə, talanma, oğurluq risklərindən sığortaçının sığorta qaydaları (AVTOKASKO) ilə nəzərdə tutulmuş bütün hallardan bu müqavilənin 2.2-ci bəndinə əsasən lizinq obyektinin dəyərindən az olmayan məbləğə sığortalanır. Ona görə də, ekspert rəyində qeyd edilən qüsurların əgər avto-qəza ilə əlaqəli deyilsə, belə olan halda zərər sığorta şirkəti tərəfindən ödənilməlidir. Göründüyü kimi, iddiaçının həmin avtomobildən yalnız faydalanmaq məqsədi olduğundan hər dəfə məhkəməyə yalnış məlumatları təqdim edir. Bundan başqa zaminlik müqaviləsində avtomobilə qəza nəticəsində dəymiş zərərə görə zaminin məsuliyyəti nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı "xxxx" MMC-nin iddia tələblərinin əsassız və qanunsuz olduğunu təsdiq edir, ona görə də iddia tələblərinin müdafiə etdiyi ş əxsə münasibətdə rədd edilməsini xahiş etmişdir.
14. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı MMC ilə onun arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X9 əsasən, İddiaçı MMC onun tərəfindən seçilmiş, ümumi dəyəri 17000 manat olan 1 ədəd “SUZUKİ” markalı “KİZASHİ” modelli **-PF-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, onun müvəqqəti sahiblik və istifadəsinə vermişdir. O, isə 11.900 manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, ona müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh1 ilə iddiaçı arasında 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 Lizinq m üqaviləsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. O, Lizinq müaviləsinə 36 ay müddətinə illik 27% faiz mütəmadi olaraq hər ay ödəniş etməli idi. Lakin pandemiya dövrü olduğuna görə işləyə bilmədiyi üçün ödənişləri edə bilmədi. Eyni zamanda, maşın faktiki sahibliyində və istifadəsində olarkən cərimələr yaranmışdır. Lakin həmin cərimələri də ödəyə bilmədiyi üçün maşın cərimə meydançasına qoyulub. Maşına dəyən ziyan cərimə meydançasına qoyularkən qeyd olunan aktda göstərilən məbləğdədir. Cərimələrlə və cərimə meydançasında tərtib edilən aktla razıdır. Maşınla bağlı cərimələr ödənilməyib deyə cərimə meydançasına qoyulub. Həmin vaxt pandemiya vaxtı idi, işləyə bilmirdi deyə ödəməmişdir. Cərimələrlə bağlı adları çəkilən oğlanlar dostları idi. Dostlarının sürücülük vəsiqəsi var idi, onun yanın da mübahisəli maşını idarə ediblər. Cərimə meydançasına hansı tarixdə qoyulduğu dəqiq yadında deyil. Cərimələr maşın onun istifadəsində və sahibliyində olarkən yazılmışdır. Cərimə meydançasına maşın qoyularkən güzgü də qırıq, qapıda əziklik var idi. Maşın həmin vaxtı tərtib edilən təhvil-təslim aktında qeyd edilən vəziyyətdə idi. Maşının açarının və texniki pasportunun harada olması dəqiq yadında deyildir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3502 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə "xxxx" QSC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bər pa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12816,00 manat müəyyən edilmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(006)2063/2022 saylı qətnaməsi ilə iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi, iddianın Cavabdeh2 münasibətdə qismən təmin edilməsi, maddi zərər üzrə 13440 (12.816+624) manat və dövlət rüsumu kimi ödənilmiş 150 manatın 102 manat hissəsinin, cəmi 13542 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın Cavabdeh2 münasibətdə digər hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 68 manatının Cavabdeh2, 32 manatının isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (h akim X8)
17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Beləliklə lizinq obyekti sayılan nəqliyyat vasitəsi cavabdehin təqsiri üzündən zədələndiyindən, o, lizinq obyektinə dəymiş zərər üzrə tam şəkildə maddi məsuliyyət daşımalıdır. Baş vermiş zərərin məbləğinin müəyyən edilməsi üçün təyin edilməsi labüd hesab edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən 2010-cu il buraxılışlı “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12816 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3729/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən “SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması qət edilmiş, apellyasiya instansiyası məhkəməsində qətnamənin bu hissəsi mübahisələndirilməmişdir. İş materiallarından göründüyü kimi, sözügedən avtomovil Cavabdeh2 təqsiri üzündən cərimə meydançasına təhvil verilmiş və daha sonra uzun müddət ərzində (hal-hazıradək) istismar olunmadan (sürülmədən) açıq hava şəraitində saxlanılmış, bu da avtomobilin ehtiyyat hissələrinin surətlə aşınmasına və köhnəlməsinə əsas olmuşdur.
18. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, lizinq alanın yalnız xx.xx.2022-ci il tarixli ziyan aktına əsasən məsuliyyət d aşımalı olduğu qənaətinə gəlmək üçün əsas yoxdur. Cavabdeh - lizinq alan tərəflər arasında bağlanmış müqavilənin 11.3-cü və 11.11-ci bəndlərinə əsasən lizinq obyekti sığortalansa da yol-nəqliyyat hadisəsi baş verdiyi barədə lizinq verənə və sığortaçıya məlumat vermək üzrə vəzifəsini icra etmədiyindən sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsini tələb etmək hüququnun həyata keçirilməsi mümkün olmamışdır.
19. Məhkəmə iddiaçıya mülkiyyət hüququ ilə məxsus avtomobilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 12816 manat təşkil etdiyini nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi zərərə görə cavabdehdən 12816 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıd ır. Məhkəmə “SUZUKİ KİZASHİ MİNİK” markalı, 99-PF778 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən çoxsaylı yol hərəkəti qaydalarının pozulması nəticəsində hesablanmış 624 manat məbləğində cərimələr qismində çıxış edən maddi zərərlə əlaqədar qeyd etmişdir ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixli inzibati təbeh tətbiq edilməsi barədə qərarlara əsasən inzibati xətanın törədilməsi avtomobilin Cavabdeh2 istifadəsində olduğu zaman baş verdiyi işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdeh-lizinq alan iştirak etdiyi məhkəmə iclasında iddianı həmin hissədə etiraf etdiyini bildirmişdir. Belə olan halda 624 manat məbləğində maddi zərər Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.
20. Birinci instansiya məhkəməsi iddianın d igər Cavabdeh1 münasibətdə rədd edərkən ona istinad etmişdir ki, hazırda iddiaçı məhz X7 müvafiq maddələrinə istinadən avtomobilə dəymiş zərərin cavabdeh – zamindən tutulmasını xahiş edir. Halbuki, zaminlik müqaviləsinin müvafiq bəndində konkret göstərilən hallar arasında zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmişdir. Zaminlik müqaviləsində öz əksini tapan əsas şərtlər aydın müəyyən olunmalı, digər müqaviləyə istinadı mücərrəd olmamalı, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən dəqiq göstərilməlidir. Belə ki, zaminin imzaladığı müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşımalı olması ilə bağlıdır. Zamin müqavilə münasibətlərindən irəli gəlməyən əsaslarla məsuliyyət daşıya bilər, lakin bu kimi hallar zaminin məsuliyyətini artıran hallar kimi zaminlik müqaviləsində aydın şəkildə qeyd edilməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 324.5-ci, 404.1-ci, 419.2-ci, 448.1-ci, 448.2-ci və 748-7.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instanisyası məhkəməsində icraat
22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(006)2063/2022 saylı qətnaməsindən İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, iddia tələbinin zaminə dair hissədə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş dir
23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 29 dekabr 2019-cu il tarixli, 1901/0662 saylı Daxili zinq müqaviləsi üzrə lizinq alananın öhdəliklərinin icrasının təmin olunması üçün zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 öz üzərinə Cavabdeh2 ilə birgə məsuliyyət barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 1.1. bəndinə əsasən “Lizinq alan”nın “Lizinq verən” qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün “Zamin” və “Lizinq alan”nın “Lizinq verən” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Zamin” və “Lizinq alan” lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada ic ra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə ovunmadığın hallarda “Lizinq verən” qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən zaminlik icrasını təmin etdiyi lizinq müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən lizinq müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və lizinq müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən zaminlik lizinq müqaviləsinə dəyişiklik və əlavələrin edildiyi, lizinq müqaviləsi üzrə öhdəlikdə borclu nun dəyişdiyi hallara da şamil olunur. Lizinq müqaviləsi üzrə öhdəlik hər hansı bir formada və məzmunda dəyişdirildikdə, buna görə “Zamin”nin razılığı tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilən maddənin tələbindən müəyy ən olunur ki, borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminin üzərinə düşür. Sadalananlardan görünür ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etsə də qətnamədə iddianı zamin barəsində rədd edərkən yalnız formal əsaslandırma ilə kiyafətlənmişdir.
24. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə qarşı verdiyi yazılı etirazı iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı "Ekolizinq” MMC-nin apellyasiya şikayəti tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazimi qaydada icra olunmamasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 2.2-ci bəndinə görə zamin lizinq verən qarşısında lizinqin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə qaytarılmaması, lizinqin faizinin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə ödənilməməsi, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulunun (cəriməvə penya) ödənilməməsi, lizinqdən məqsədli təyinatına görə istifadə edilməməsi, lizinq müqaviləsinin şər tlərinin lizinq alan tərəfindən pozulması üzrə məsuliyyət daşıyır. İddiaçı MMC X7 müvafiq maddələrinə istinadən avtomobilə dəymiş zərərin cavabdeh - zamin Cavabdeh1 tutulmasını tələb edir. Halbuki, zaminlik müqaviləsinin müvafiq bəndində konkret göstərilən hallar arasında zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi zaminliklə bağlı hissəyə dair düzgün olaraq qeyd edir ki, “zaminlik müqaviləsində öz əksini tapan əsas şərtlər aydın müəyyən olunmalı, digər müqaviləyə istinadı mücərrəd olmamalı, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən dəqiq göstərilməlidir. Belə ki, zaminin imzaladığı müqavilədə nəzə rdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşımalı olması ilə bağlıdır. Zamin müqavilə münasibətlərindən irəli gəlməyən əsaslarla məsuliyyət daşıya bilər, lakin bu kimi hallar zaminin məsuliyyətini artıran hallar kimi zaminlik müqaviləsində aydın şəkildə qeyd edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu Məcəllənin 419,2-ci maddəsini n tələblərinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir”. Qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçı “Ekolizinq" MMC-nin apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2063/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddia tələbinin zaminlik hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, birinci məhkəmə mübahisəsi zamanı avtomobil cərimə meydançasında olmuş və avtomobil onlara təhvil veriləndən sonra onun tam yararsız vəziyyətdə olduğu və açarının olmadığı məlum olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
26. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə verdiyi etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin zaminə adi hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, digər Cavabdeh2 hazırda Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzası çəkir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh1 oğlunun lizinq müqaviləsi üzrə yaranmış borclarını hazırda da ödəyir və onun himayəsində sağlamlıq imkanları məhdud digər bir oğlu da var. Digər tərəfdən, iş mate riallarından da göründüyü kimi, tərəflər arasında mübahisə predmeti olan avtomobilin qaytarılması və lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Hesab edir ki, iddiaçının irəli sürdüyü avtomobilin açarının cavabdehlər tərəfindən təhvil verilməsi əsası, həmin məhkəmə mübahisəsinin predmeti olmuşdur. Avtomobil 2020-ci ilin dekabr ayında İddiaçı MMC-yə təhvil verilmişdir.
27. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzası çəkdiyindən məhkəmə iclasına iştirak edə bilməmiş, eyni zamanda onun iddiaya münasibətini əks etdirən hər hansı ərizə məhkəməyə təqdim edilməmişdir. 2
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X5 və X3) 2(103)-1738/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə İddiaçı MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
29. Məhkəmə kollegiyası hеsаb еtmişdir ki, hazırda iddiaçı X7 müvafiq maddələrinə istinadən avtomobilə dəymiş zərərin həmçinin, cavabdeh - zamindən tutulmasını xahiş edir. Lakin zaminlik müqaviləsində zaminin lizinq verən qarşısında məsuliyyətinin yaranması əsasları lizinqin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə qaytarılmamasından, lizinqin faizinin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdəvə məbləğdə ödənilməməsindən, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulunun (cərimə və penya) ödənilməməsindən, lizinqdən məqsədli təyinatına görə istifadə edilməməsindən və lizinq müqaviləsinin şərtlərinin lizinq alan tərəfindən pozulmasından ibarət olmuşdur. Lakin müqavilənin müvafiq bəndində konkret göstərilən bu hallar arasında zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmişdir.
30. Zamin imzaladığı müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində də məhz lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmaması zaminin məsuliyyətinin yaranması əsası kimi göstərilmiş və öhdəliyin icra edilməməsi hallarına lizinq, faiz və dəbbə pulunun ödənilməməsi, habelə lizinqdən məqsədli təyinatına uyğun istifadə edilməməsi aid edilmiş və bu yanaşma müqavilə üzrə müxtəlif bəndlərdə təkrarlanmışdır. Lizinq obyektinin yol-nəqliyyat hadisəsi, habelə istismar nəticəsində zədələnməsi də onun təyinatına uyğun istifadə edilməməsi anlamına gəlmir. Əksinə lizinq obyektinin təyinatı üzrə istifadə edilməsi məhz onun idarə olunması yolu ilə istismaredilməsindən ibarətdir.
31. Müqavilənin 2.3-cü bəndində qeyd edilmiş “və lizinq müqaviləsindən irəli gələn öhdəliyin icrasına mənfi təsir edə bilən hallar” ifadəsi isə qeyri-müəyyənliyi baxımından iddiaçının hazırda iddia etdiyi halı əhatə etmir, bu səbəbdən həmin müqaviləni tərtib etmiş, o cümlədən belə bir qeyri-müəyyən şərti müqaviləyə daxil etmiş iddiaçı tərəfin ziyanına (əleyhinə) təfsir edilməlidir. Bu baxımdan zaminin lizinq obyektinin yararsız vəziyyətə salınması, habelə yol hərəkəti qaydalarının pozulması nəticəsində lizinq alan barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə görə lizinq alanla birgə və eyni həcmdə məsuliyyət daşıması barədə iddiaçının dəlilləri əsassızdır. Zaminlik müqaviləsi ilə zaminin konkret olaraq bu növ zərərə (nəqliyyat vasitəsinin yararsız vəziyyətə salınması və inzibati qərarlarla cərimənin tətbiq edilməsi) görə hər hansı məsuliyyəti müəyyən edilməmişdir. Başqa sözlə, zaminlik müqaviləsi çərçivəsində tərəflər arasında belə bir şərt üzrə hər hansı razılıq əldə edilməmişdir. Bu da öz növbəsində iddiaçının zaminə qarşı hazırki iddiasının rədd edilməsini şərtləndirir.
32. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini ə saslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 404.1, 419.2, 470.1, 472.1, 472.2, 474.1 və 748.7.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, Kassasiya şikayətinin dəlilləri
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1738/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
34. İddiaçı kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 1738/2023 saylı qətnaməsində apellyasiya şikayətini əsassız olaraq təmin etməmişdir və bunu yalnız formal əsaslandırma ilə qətnamədə qeyd edərək kiyafətlənmişdir. Bununla apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tələbini pozmuşdur. Apellyasiya şikayətində cavabdehin öz mövqeyini müdafiə etmək üçün gətirdiyi sübutların mötərbərliyini araşdırmadan, apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1738/2023 saylı qətnaməsində qanunsuz nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
36. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
37. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
38. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
39. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
40. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
41. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
42. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
49. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisəl əndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
53. Belə ki, cavabdeh zamin Cavabdeh1 qarşı iddianın rədd edən apellyasiya məhkəməsinin qənaətinə görə zaminlik müqaviləsində zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmiş, müqavilədə yalnız lizinq müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmaması zaminin məsuliyyətinin yaranması əsası kimi göstərilmiş, öhdəliyin icra e dilməməsi hallarına lizinq, faiz və dəbbə pulunun ödənilməməsi, habelə lizinqdən təyinatına uyğun istifadə olunmaması aid edilmişdir. Lizinq obyektinin yolnəqliyyat hadisəsi, habelə istismar nəticəsində zədələnməsi də onun təyinatına uyğun istifadə edilməməsi anlamına gəlmir. Əksinə lizinq obyektinin təyinatı üzrə istifadə edilməsi məhz onun idarə olunması yolu ilə istismar edilməsindən ibarətdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış Daxtili lizinq və zaminik müqaviləsinin şərtlərini təfsir edərkən səhvə yol vermiş, lizinq predmeti olan avtomaşına lizinq alan tərəfindən vurulmuş zərərə görə zaminin məsuliyyət daşımaması barədə düzgün olmayan nəticəyə gəlmişdir.
55. İşdə olan və lizinq verən İddiaçı MMC, lizinq alan Cavabdeh2 və zamin Cavab deh1 tərəfindən imzalanmış X7 10.3-cü bəndinə görə lizinq alan lizinq obyektinin təhvil-təslim xarakterini daşıyan 1 saylı Əlavədə göstərilən lizinq obyektini bütün növ zərərlərdən qorumağı öhdəsinə götürür.
56. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.1-ci bəndlərinə görə bu müqavilə ilə lizinq alanın lizinq verən qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zamin və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilir. İcrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu lizinq verən və lizinq alan arasında bağlanmış Daxili lizinq müqaviləsi ilə müəyyən edilir. Zamin və lizinq alan lizinq iüqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qayda da icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penyə) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyır.
57. Göründüyü kimi zamin lizinq obyektini bütün növ zərərlərdən qorunmasaında, lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmasında lizinq verən qarşısında lizinq alanla birgə məsuliyyət daşıyır. İş materiallarına görə isə lizinq alan Cavabdeh2 etiraf etmişdir ki, lizinq obyekti olan avtomaşın cərimə meydançasına qoyularkən güzgüdə qırıq, qapıda əziklik, həmin vaxtı tərtib edilən təhvil-təslim aktında qeyd edilən vəziyyətdə olmuşdur, avtomaşındakı zədələrin avtoqəza nəticəsi ndə olması isə iş materialları ilə müəyyən edilmir. Törədilmiş inzibati xətalara görə avtomaşının sürücüsünə 624 manat məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiqi də Cavabdeh2 təqsiri üzündən baş vermişdir.
58. İşin yuxarıda şərh olunan hallarına və sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
59. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin məzmunu zaminə qarşı iddianın rədd olunması barədə olsa da, iddia tələblərinə görə hər iki cavabdeh birgə məsuliyyət daşıdığına qətnamə tam ləğv olunur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1738/2023 nömrəli iş üzrə 20 aprel 2023-cü il tarixli qətnaməsi lə ğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.