Məhkəmə qərarları › İş №2(102)-1052/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1052/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla vətandaşlar arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1052/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı «xxxx» ASC-nin vəkili Mikayılov Arslan Eldar oğlunun iştirakı ilə, iddiaçı «xxxx» ASC-nin, vəkili Mikayılov Arslan Eldar oğlunun və Cavabdeh1, vəkili İbrahimov Tağı Məmməd oğlunun Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli, 2(106)-177/2019 saylı qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli, 2(073)-42/2017 saylı qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddiasının təmin olunması, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 17.04.2014-cü il tarixli, 14033-1/225104 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 10 sentyabr 2015-ci il tarixə olan AZN valyutasına konvertasiya etməklə restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsini, Cavabdeh 1, X1 və Cavabdeh4 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialının xeyrinə 17.04.2014-cü il tarixli 14033-1/225104 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 10 sentyabr 2015-ci il tarixə olan AZN valyutasına konvertasiya etməklə restrukturizasiyasına dair razılaşma üzrə 36561,46 manat məbləğində kredit borcu, 5661,55 manat məbləğində faiz borcu, 119 manat məbləğində penya, cəmi 42342,01 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan XXX ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətin Cəlilabad filialına olan kredit borcu, kreditdən istifadəyə görə faizlər, penya və dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus ola n Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 215 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi, ipoteka predmetinin qiymətinin 108.000 manat müəyyən edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2017-ci il tarixli, 2(106)-1425/2017 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ə.Ə.Novruzov, İ.H.Əhmədov, K.H.Əkbərov) iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Füzuli Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti q ismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli, 2(073)42/2017 saylı qətnaməsi qismən “ipoteka predmetinin qiyməti 108000 manat müəyyən edilsin” hissəsində dəyişdirilmiş, ipoteka predmetinin qiyməti 128.000 (bir yüz iyirmi səkkiz min) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2018-ci il tarixli, 2(102)-3149/2018 saylı qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi T.A.Qoldman, Ə.A.Mirzəliyev, G.A.Quliyev) iddiaçı«xxxx» ASC-nin kassasiya şikayəti təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qətnaməsinin qismən-ipoteka predmetinin qiymətinin 128.000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən ba xılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli, 2(106)-177/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Q.B.Kərimov, Z.B.Babayev, N.F.Mirzəyev) iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Füzuli Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cəlilabad Rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli, 2(073)42/2017 saylı qətnaməsinin qismən “ipoteka predmetinin qiyməti 108000 manat müəyyən edilsin” hissəsində ləğv edilməsi və ipoteka predmetinin qiymətinin 95.000 (doxsan beşmin) manat müəyyən edilməsi qət edilmişdir. İşin halları: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 17.04.2014-cü il tarixli, 14033-1/225104 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 10 sentyabr 2015-ci il tarixə olan AZN valyutasına konvertasiya etməklə restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi, Cavabdeh1, X1 və Cavabdeh4 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialının xeyrinə 17.04.2014-cü il tarixli, 14033-1/225104 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 10 sentyabr 2015-ci il tarixə olan AZN valyutasına konvertasiya etməklə restrukturizasiyasına dair razılaşma üzrə 36561,46 manat məbləğində kredit borcunun, 5661,55 manat məbləğində faiz borcunun, 1186,43 manat məbləığində penya, cəmi 43409,44 manat məbləığində borcun və öd ənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 215 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1nın "xxxx" Açıq Səhmdar Cəmiyyətin Cəlilabad filialına olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 215 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1nın digər əmlakları hesabına ümumi qaydada icra edilməsi tələbinə dair qətnamə çıxarılmas ını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı «xxxx» ASC və Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları İddiaçı «xxxx» ASC-nin, vəkili Mikayılov Arslan Eldar oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası həqiqəti əks etdirməyən, qeyri-müəyyən verilmiş hesab ata əsaslanaraq qətnamə qəbul etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh1 və vəkili İbrahimov Tağı Məmməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı«xxxx» ASC-nin vəkili Mikayılov Arslan Eldar oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı «xxxx» ASC-nin vəkili Mikayılov Arslan Eldar oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı «xxxx» ASC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -17 aprel 2014-cüil tarixli, 14033-1/225104 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 «xxxx» Açıq Səhmdar Cəmiyyətindən illik 21 faiz olmaqla 36 ay müddətinə 51000 ABŞ dolları kredit götürmüşdür. -10 s entyabr 2015-ci il tarixli razılaşmadan müəyyən olunur ki, Cavabdeh1 ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti arasında 17 aprel 2014-cü il tarixli, 14033-1/225104 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma imzalanmış və Cavabdeh1 kredit borcu 10 sentyabr 2015-ci il tarixə olan AZN valyutasına konvertasiya edilmişdir. -17 aprel 2014-cü il tarixli, 14033-1/006297 Z saylı zaminlik müqaviləsinin surətindən görünür ki, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 17.04.2014-cü il tarixdə X1 ilə zaminlik müqaviləsi bağlanmışdır. -10 sentyabr 2015-ci il tarixli, 15033-1/507324 Z saylı zaminlik müqaviləsinin surətindən görünür ki, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 10.09.2015-ci il tarixdə Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmışdır. -17 aprel 201 4-cü il tarixli, 14033-1/225104 Sİ saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 215 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 razılıq ərizələsi əsasında 17.04.2014-cü il tarixli, 14033-1/225104 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 10 sentyabr 2015-ci il tarixli razılaşma üzrə öhdəliklərin təminati kimi «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ipotekaya qoyulmuşdur. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 56.000 manat müəyyən edilmişdir. -Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası «xxxx» MMC tərəfindən verilmiş 05 dekabr 2016-cı il tarixli qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə hesabatda göstərilir ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, H.Əli yev prospekti 215 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 108.000 manat təşkil edir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 215 ünvanında istifadədə olan 0,2205 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. -Cavabdeh2 tərəfindən Cəlilabad rayon 1 saylı Notariat kontoruna yazılmış ərizədə göstərilir ki, həyat yoldaşı Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 215 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” ASC-dən götür ülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına etiraz etmir. İpoteka müqaviləsinin şərtləri ilə tanış olmuşdur, banka olan kredit borcu ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə razıdır və bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. İş materiallarından müəyyən edilir ki, ipoteka predmetini təşkl edən əmlakın orta bazar qiyməti müxtəlif məbləğlərdə qiymətləndirilmişdir. İşdən görünür ki, mübahisəli əmlak ilkin olaraq ipoteka qaydasında yüklü edilən zaman qarşılıqlı razılşamaya əsasən 56.000 manata qiymətləndirilmişdir. Məhkəmə araşdırmaları zamanı isə həmin əmlakın qiymətləri 108.000 və 128.000 manat müəyyənləşdirildiyindən apellyasiya instansiyası məhkəməsi iş üzrə qiymətləndirici dəvət edərək ipoteka predmetinin hazırki orta bazar qiyməti 95.000 manat olmasına dair rəy almışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 01 avqust 2019-cu il tarixli rəyindən görünür ki, Cəlilabad şəhəri, H.Əliyev prospekti 215 ünvanında yerləşən 0,2205 ha torpaq sahəsində yerləşən qeyri yaşayış sahəsinin hazırki orta bazar qiyməti 95.000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə gəlinən nəticə ipoteka predmetinin qiyməti hissəsində qanuni olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin qiyməti hissəsində dəyişdirilməli və ekspert rəyinə uyğun olaraq ipoteka predmetinin qiyməti 95.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şə xs başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklindəö borc verənə qaytarmağıöhdəsinə götürür. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -317.1-ci maddəsinəəsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -21, 442, 448.1 və 465.2-ci maddələrinəəsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuşşəxsin ona vurulmuş zərərin (real zərərin) vəəldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1-cü maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdəüzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. -33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçü n ipoteka predmetinə tutma yönəldilə bilər. -10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır vəəsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. -39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. -41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. -59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzind ə tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1- yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılmasıüçün ipoteka qoyulmuş olsun. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə öhdəliyi icra etməməsinə görə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsində haqlı olmuş, lakin birinci inistansiya məhkəməsi iddia tələbi üzrə hüquqi nəticəyə gələrkən, müqavilələr üzrə cavabdeh tərəfin öhdəliyin icra edilməməsi qənaətinə gəlməklə tələb həddində əsas borc hissəsində borcun cavabdehdən tutulmasında haqlı olsa da, ipoteka predmetinin qiymətinin müəyyən edilməsi hissəsində tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi üçün əsaslı araşdırma aparmayaraq, yalnız iddiaçının tələbini təsdiq edə n halları nəzərə alaraq, cavabdehin məhkəmə müdafiəsi hüququnu ehtiva edən ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdırmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətlərində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətlərində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «xxxx» ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli, 2(106)-177/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar