Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1055/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: “dəymiş zərərin əvəzinin ödənilməsi” Açar sözlər: zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1752/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan qaz paylayıcısı ilə fiziki şəxs istehlakçı arasında qazın alqısatqısı barədə xx.xx.2019-cı il tarixli, AKX-00985xx/xx-2019 saylı müqavilədən görünür ki, Abşeron QİS-nin rəisi ilə Cavabdeh arasında təbii qazdan istifadəyə görə tərəflər arasında öhdəlikləri və vəzifələri, istifadə şərtlərini müəyyən edən müqavilə bağlanmışdır. İşdə olan abonent saldosundan görünür ki, abonent kodu **********00690 olan Abşeron rayonu, Mehdiabad kəndi, Topaq 90 mənzil 69-da xx.xx.2017-ci il tarixdə Smart G-4 İtron Diafraqma tipli markalı 1702AZ**********53 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1),Qızdırıcı radiator peçi (1/1) abonentin cəmi borcu 2.491,60 manat göstərilmişdir. İş materiallarında olan İddiaçı Bakı RQSD-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli 0143220 saylı; xx.xx.2018-ci il tarixli 0153844 saylı; xx.xx.2018-ci il tarixli 0165810 saylı; xx.xx.2018-ci il tarixli 58/3292 saylı; xx.xx.2018-ci il tarixli 0173551 saylı; xx.xx.2018-ci il tarixli 0177759 saylı; xx.xx.2018-ci il tarixli 0182315 saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı;xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli 0215461 saylı və xx.xx.2019-cu il tarixli ******* saylı aktlardan görünür ki, isteh lakçıya məxsus fərdi yaşayış evi sahəsində həmin tarixlərdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi aşkar edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3.041,80 məbləğində əsas borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 3.071,80 manat pulun İddiaçı xeyrinə məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4213/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia qismən təmin edilərək,İddiaçı xx.xx.2018-ci il tarixli, ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 747.00 (yeddi yüz qırx yeddi) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 777 (yeddi yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1752/2020 saylı qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4213/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona e tiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin mübahisələndirilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, cavabdehin adına qeydiyyata alınmış smart qaz sayğacı üzrə Saldoya, eləcə də mexaniki qaz sayğacı üzrə Saldoya ətraflı nəzər salmamış, həmin sənədləri sübut qismində düzgün tədqiq etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelly asiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabineti nin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylay ıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməs inin mövqeyi “Qazdan istifadə qaydaların”ın tələbinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli və qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Hazirki iş üzrə isə ilk dəfə xx.xx.2018-ci il tarixdə akt tərtib edilmiş, həmin akt tərtib edildikdən sonra qazpaylayıcı tərəfindən Cavabdeh qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırıl ması və bundan sonra abonent tərəfindən yenidən qanunsuz qoşulma halı müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli ilkin aktdan sonra sayğacdan kənar təbii qazdan istifadə olunması ilə bağlı tərtib olunmuş digər aktlar əsasında hesablanmış cərimələrin əsassız olmasına istinadən həmin hissədə iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olumuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin təbii qazdan qeyriqanunu istifadə etməsi ilə bağlı tərtib edilən birinci aktla (xx.xx.2018) sonuncu akt (xx.xx.2019) arasında 1 ildən artıq vaxt keçdiyindən bu müddət ərzində cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi ağlabatan sayıla bilməz və bu baxımdan, xx.xx.2018-ci il tari xdə tərtib olunan ilk aktdan sonra tərtib edilən qalan digər aktların cavabdehin təbii qazdan qanunsuz istifadə etməsinin sübutu kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlindiyini, cavabdehin adına qeydiyyata alınmış smart qaz sayğacı üzrə Saldoya, eləcə də mexaniki qaz sayğacı üzrə Saldoya ətraflı nəzər salınmadığını, həmin sənədlərin sübut qismində düzgün tədqiq edilmədiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda gös tərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1752/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1055/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1055/2021
16.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver