Məhkəmə qərarları › İş №2(102)-1056/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1056/2024

14.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1056/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qonşuluq hüququnun pozulması, qeyri-qanuni hərəkətlərə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qonşuluq hüququnun pozulması, cavabdehlərin qeyri-qanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülmə klə həyətyanı sahəyə gediş-gəliş yolunun açılması, həyətyanı sahədə aparılan tikinti işlərinin dayandırılması, tikililərin və həyətyanı sahədəki çəpərlərin sökülməsi” tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)2347/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-481A Kod 61100048 olan şəhadətnaməyə əsasən, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə İddiaçı1 və İddiaçı2 mülkiyyətinə Tərtər rayonu Hüseynli kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. Daş ınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti Publik hüquqi şəxs tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Tərtər rayonu Hüsənlili kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qonşuluq hüququnun pozulması, cavabdehlərin qeyri-qanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gedişgəliş yolunun açılması, həyətyanı sa hədə aparılan tikinti işlərinin dayandırılması, tikililərin və həyətyanı sahədəki çəpərlərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə mülkiyyətlərinə həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə onlara şəhadətnamə verilmişdir. Həmin həyətyanı torpaq sahəsinin üzərində onların mülkiyyət hüquqları dövlət qeydiyyatından keçirilmiş və bu barədə çıxarış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin torpaq sahəsinin ayrılması ilə yanaşı, həm də həmin torpaq sahəsinə gediş-gəliş yolu ayrılmışdır. Cavabdehlə r qonşuluqda uzun illərdir ki, bələdiyyə torpağını qanunsuz olaraq istifadə etmişlər. Cavabdehlər qanunsuz istifadə etdikləri torpaq sahəsini genişləndirərək iddiaçılara məxsus sözügedən torpaq sahəsinin bir hissəsini və torpaq sahəsinə gediş-gəliş yolunu zəbt edərək həyətyanı sahəni çəpərləmiş, Cavabdeh1 isə bununla kifayətlənməyərək iddiaçılara məxsus həyətyanı torpaq sahəsini zəbt edərək orada fərdi yaşayış evi tikdirmək üçün bünövrə qazıb beton tökmüş və həyətyanı sahənin bir hissəsini çəpərləmişdir. Bununla da cavabdehlər onlara məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmələrinə, torpağı əkib-becərmələrinə, orada şəxsi təsərrüfatlarını qurmaqda maneçilik törətmişlər. Cavabdehlərdən zəbt etdikləri gediş-gəliş yolunu açmalarını, Cavabdeh1 isə onlara məxsus həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisini dayandırmasını və həyətyanı sahələrində çəkdiyi çəpərin sökülməsini tələb etsələr də cavabdehlər öz hərəkətlərini davam etdirməklə qonşuluq münasibətlərini pozmuşlar.

5. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıların sözügedən yerdən yolu yoxdur. Onların yolu başqa yerdəndir. O, özü iddiaçılara məxsus həyətyanı torpaq sahəsini və gediş-gəliş yolunu zəbt etməmişdir. İddiaçılara məxsus torpaq sahəsi ilə qonşuluqda onun bacısı Fizzənin torpaq sahəsi vardır. Bünövrə qazılaraq tökülən beton iddiaçılara məxsus torpaq sahəsində deyildir.

6. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçılara məxsus həyətyanı torpaq sahəsini və gediş-gəliş yolunu zəbt etməmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti Publik hüquqi şəxsin 07 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus **********54 reyestr nömrəli 0.13 ha həyətyanı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmiş, həmin torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmadığı, həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun 381 kv.m hissəsinin Cavabdeh1 tərəfindən tutulduğu, torpaq sahəsinə gedən gediş-gəliş yolunun Cavabdeh2 tərəfindən tutulmadığı, aparılan tikinti işlərinin kompleks yer qurluşu layihəsinə əsasən Cavabdeh1 tərəfindən istifadə edilən gediş-gəliş yolunda yerləşməklə tikinti altı sahəsinin 78 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.

8. Tərtər Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli, 2(061)-14/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texn iki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 10/525 saylı, xx.xx.2023-cü tarixli rəyinə əsasən Tərtər rayonu, Hüsənli kənd ərazisində yerləşən **********54 reyestr nömrəli 0.13 ha həyətyanı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək, həmin torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmadığı, həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun 381 kv.m. hissəsinin Cavabdeh1 tərəfindən tutulduğu, torpaq sahəsinə gedən gediş-gəliş yolunun Cavabdeh2 tərəfindən tutulmadığı, aparılan tikinti işlərinin kompleks yer quruluşu layihəsinə əsasən Cavabdeh1 tərəfindən istifadə edilən gediş-gəliş yolunda yerləşməklə tikintialtı sahəsinin 78 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.

9. Tərtər rayonu Hüsənli Bələdiyyəsinin və Hüsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nüma yəndənin cavabından müəyyən olunmuşdur ki, Cavabdeh1 iddia etdiyi torpaq sahəsi Tərtər rayonu Hüsənli Bələdiyyəsinin mülkiyyətindədir və zəbt olunmuş torpaq sahəsidir.

10. Tərtər rayon Dövlət Arxivinin 8 yanvar 2018-ci il tarixli, 11 nömrəli arayışına əsasən, Tərtər rayon XDS-nin 30 oktyabr 1991-ci il tarixli qərarı ilə sovxoza ayrılmış 9,50 hektar həyətyaynı torpaq fondundan 0,10 ha torpaq sahəsi X2 verilmişdir.

11. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(061)14/2023 nömrəli, 1 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia qismən təmin edilərək, Cavabdeh1 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı qonşuluq hüququnun pozulması və qeyri-qanuni hərəkətlərə son qoyulması, ətrafındakı çəpərin sökülməklə iddiaçıların həyətyanı sahəsi nə gedən gediş-gəliş yolunun açılması qət edilmiş, Cavabdeh1 münasibətdə iddia qalan hissədə təmin edilməmiş, Cavabdeh2 münasibətdə isə iddia təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən gediş-gəliş yolu (yolun yerləşdiyi torpaq sahəsi) tərəflərdən heç birinin mülkiyyətində deyildir və bələdiyyənin mülkiyyətinə aid olmaqla ümumi istifadə üçün nəzərdə tutulmuşdur.

13. Belə olan halda, məhkəmə hesab etmişdir ki, tərəflərin hər ikisi həmin gediş-gəliş yolundan bərabər şəkildə istifadə etmək hüququna malik olmuşlar və cavabdeh sözügedən yolu bağlamaqda haqlı olmamışdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçılar iddianın əsaslı və qanuni olmasını məhkəmə iclasında qismən sübuta yetirə bilmişlər.

15. Məhkəmə araşdırması zamanı 0.13 ha həyətyanı torpaq sa həsinin cavabadehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmadığı, həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun 381 kv.m. hissəsinin Cavabdeh1 tərəfindən tutulduğu, torpaq sahəsinə gedən gediş-gəliş yolunun Cavabdeh2 tərəfindən tutulmadığı, aparılan tikinti işlərinin kompleks yer qurluşu layihəsinə əsasən Cavabdeh1 tərəfindən istifadə edilən gediş-gəliş yolunda yerləşməklə tikinti altı sahəsinin 78 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.

16. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, iddiaçıların həmin gediş-gəliş yolundan istifadəsinə Cavabdeh1 tərəfindən törədilən maneə aradan qaldırılmalı və iddiaçıların sözügedən ümumi istifadədə olan yoldan istifadə hüququna təminat verilməlidir.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Torpaq M əcəlləsinin 5, 47-ci maddəsinin 2, 3, 7-ci bəndləri, 84.1 və 84-cü maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci, Azərbaycan Respublikası Konstitusiyasının 71, 72-ci maddəsinin 2-ci hissəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçılarla qonşuluğu yoxdur. Məhkəmə iddiaçıların torpaq sənədini qətnamədə sübut növü olaraq vurğulayarkən, onun torpaq sənədini dilə gətirməmiş və TAİEK-sı tərəfindən 18 iyul 1998-ci il tarixli qərarla ona Tərtər rayon Hüseynli kəndində ayrılmış 0.15 ha torpaq sahəsinə dair JN218A KOD:61100048 qeydiyyatlı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni sənəd olaraq nəzərə almamışdır. İddiaçı ilə qonşu olan şəhid anası X4r. İddiaçılar o, şəhid anası olduğu üçün onunla mübahisə aça bilməmiş, bütün tələblərinin subyekti kimi cavabdehi göstərmişlər. Hansı ki, onun iddiaçılarla heç bir qonşuluq hüququ yoxdur. Həmçinin qeyd etmişdir ki, iddiaçı Firdovsinin qardaşı X7 da zamanında onlara qarşı iddia vermiş, ancaq onun əlindəki sənədi Tərtər Rayon Məhkəməsi 7 oktybar 2022-ci il tarixli, 2(061)86/22 saylı qətnaməsi ilə etibarsız hesab etmişdir. Hazırda Tahirin qardaşı Firdovsi onlara qarşı ədavətini davam etdirərək bu cür əsası olmayan iddia irəli sürmüşlər. Nəzərə alınsa ki, onun iddiaçılarla heç bir qonşuluq münasibəti yoxdur, o zaman məhkəmə mülki qanunverciliyin, mülki hüquq subyektlərinin bərabərliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini düzgün tətbiq etməyərək yanlış qərar vermişdir. Onun iddiaçılarla heç bir qonşuluğu olmadığı və iddiaçıların torpaqları ilə onun torpağı həmsərhəd olmadığı halda məhkəmənin ona qarşı belə bir qətnamə qəbul etməsi, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərin olmaması müqabilində iddiaçıların xeyrinə əsası olmayan qanuna zidd qətnamə qəbul etmişdir. İddiaçı Firdovsinin qardaşı Tahir də əvvəllər onlara qarşı iddia verdikdə guya yolu zəbt etdiklərini, guya onun gediş-gəlişinə mane olduqlarını irəli sürmüşdür. Lakin, dəfələrlə həmin məhkəmə mübahisələrində bu günkü iddiaçının qardaşı Tahir məhkəmələri uduzmuşdur. X7 hələ 2010-cu ildə Tərtər Rayon Məhkəməsinə zəbt olunmuş torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi, habelə işıq xəttinin və yolun ləğv edilməsi tələbi ilə iddia vermişdir. X8 həmin iddiası təmin edilməmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2011-ci il tarixli, 2(104)-342/2011 saylı qətnaməsi ilə şikayət təmin edilməmişdir. Tahir Məmmədov həmin qətnamədən kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2011-ci il tarixli, 2(102)-3117/11 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmə həmin qərarında müəyyən etmişdir ki, Ta hir Məmmədovun mülkiyyətində 0.09 ha torpaq sahəsi və istifadəsində 0.16 ha zəbt həyətyanı torpaq sahəsi vardır. Göründüyü kimi iddiaçı və ailəsi davamlı məhkəmələrə əsası olmayan iddialar verməklə məşğul olmuşdurlar. Tahirin illərdir etdiyini indi qardaşı Firdovsi edir. Yəni, bu ailə ənənəvi nifaqçılıq xasiyyətinə uyğun olaraq qonşularına zərər, ziyan vurmaqla məşğuldurlar. Bu günkü iddiaçı Firdovsinin qonşusu şəhid ailəsi olan, X4r. Ancaq qardaşı Tahir kimi Fridovsi də bu gün şəhid ailəsinə qarşı çıxmaqdan çəkinərək, əsası olmadan ona qarşı iddia irəli sürmüşdür. İddiaçılar onun qonşu olmağını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişlər. Hətta birinci instansiya məhkəməsi də öz qətnaməsində maraqlı bir fakta toxunaraq qeyd etmişdir ki, tikinti texniki ekspertizasının 10/ 525 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən iddiaçılara məxsus 0.13 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulmadığı öz təsdiqini tapmışdır. Ekspertiza da müəyyən etmişdir ki, onun iddiaçılarla heç bir qonşuluq sərhədi yoxdur. Məhkəmə tikinti texniki ekspertizasının 10/525 saylı xx.xx.2023-cü il tarixli rəyində qeyd olunan digər məsələyə gediş-gəliş yolunun guya onun tərəfindən tutulmasına gəldikdə isə, bunun özü rəyin birinci hissəsinin təsbiti ilə ziddiyyət təşkil etmiş və həqiqəti ifadə etməmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2347/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 1 avqust 2023-cü il tarixli, 2(061)-14/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis və ekspert rəyindən, o cümlədən mütəxəssis rəyinə əlavə edilmiş plan-sxemə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-481A Kod 61100048 saylı şəhadətnamədə qeyd olunmuş 0,13 ha torpaq sahəsi ilə həmin torpaq sahəsinin paralelində olan bələdiyyə mülkiyyətindəki torpaq sahəsinin arasında yerləşən, bələdiyyə mülkiyyətində və ümumi istifadədə olan gediş-gəliş yolunun 381 kvadratmetr hissəsi Cavabdeh1 tərəfindən zəbt edilərək çəpərlənmişdir. Cavabdeh1 mülkiyyətində olan, JN 218 A KOD:61100048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.15 ha torpaq sahəsi isə mübahisəli ərazidən kənarda yerləşir. Cavabdeh1 iddiaçılarla qonşuluğunun olmadığını, mübahisəli torpağın X2 məxsus olduğunu, mübahisəli torpaq sahəsinə yaxın yaşadığı üçün X1 anası və onun bacısı olan X3 həmin torpaq sahəsinə nəzarət etməyi ona həvalə etdiyini və torpaq sahəsinin onun tərəfindən çəpərlənmədiyini iddia etmişdir ki, cavabdehin qeyd olunan etirazı isə iş materialları ilə təsdiq olunmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Tərtər rayon Dövlət Arxivinin 8 yanvar 2018-ci il tarixli, 11 nömrəli arayışında qeyd olunan, X2 verilmiş 0,10 ha torpaq sahəsinin məhz mübahisəli ərazidə yerləşməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

19. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş plan-sxemdən də göründüyü kimi mübahisəli ərazi bələdiyyənin mülkiyyətində olmaqla, iddiaçıların evinə gediş-gəliş yolu kimi ümumi istifadədə olan yol olmuşdur.

20. Bundan başqa məhkəmənin sorğusu əsasında Tərtər rayonu Hüsənli Bələdiyyəsinin və Hüsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin vermiş olduğu cavab məktubunda Cavabdeh1 iddia etdiyi torpaq sahəsinin Tərtər rayonu Hüsənli Bələdiyyəsinin mülkiyyətində olması və 1998-ci il tarixdən hal-hazıra qədər həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunaraq istifadə olunduğu qeyd olunmuşdur. İş üzrə iddiaçı da yolun məhz cavabdeh tərəfindən zəbt edildiyini, sadəcə ol araq Cavabdeh1 iş üzrə cavabdehlik daşımamaq üçün şəhid ailəsinin üzvü olan bacısının statusundan imtiyaz kimi istifadə etmək niyyəti ilə torpaq sahəsinin bacısı oğluna məxsus olduğunu iddia etdiyini bildirmişdir ki, iddiaçının bu arqumenti işin digər hallarına uyğun olmaqla inandırıcı və ağılabatan olmuşudur.

21. Bütün bu xüsusatları nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək, bu nəticəyə gəlmişdir ki, iddiaçılara məxsus Tərtər rayonu Hüsənli kənd ərazisində yerləşən **********54 reyestr nömrəli 0.13 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun 381 kv.m hissəsinin Cavabdeh1 tərəfindən zəbt edilərək çəpərlənməsi, bununla da cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıların mülkiyyətindən öz istədiyi kimi istifadə etmək hüququnun məhdu dlaşması iş materialları ilə sübut olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla, əsaslı və qanuni olmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 84.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

25. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14, Azərbaycan Respublikası Konstitusiyasının 13, 26-cı maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

28. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkət lər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

29. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

30. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

31. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. T orpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir;

32. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.

33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;

34. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

35. Maddə 47.

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zola qlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

36. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

50. Kassasiya şikayətinin əsas dəlilləri iş üzrə verilmiş ekspert rəyinin düzgün olması, tələbin ona yönəldilməli olmaması, onun iddiaçının torpaq sahəsindən istifadəsinə hər hansı mane törətmədiyi ilə bağlıdır.

51. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı mad di və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

52. Bu baxımdan alınmış ekspert rəyi ilə məhkəmələrin zəbt olunmasını müəyyən etdiyi torpaq sahəsinin cavabdehə hər hansı aidiyyətinin olmaması, bələdiyyə torpağı olması və həmin torpaq sahəsindən cavabdehin istifadəni davam etdirməsi iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışını məhdudlaşdırması müəyyən olunmuşdur.

53. Məhkəmələr eyni zamanda müəyyən etmişlər zəbt olunması iddia edilən torpaq sahəsindən hər hansı üçüncü şəxs deyil, məhz cavabdeh istifadə etməkdədir və tələb haqlı olaraq ona yönəldilmişdir. Nə qədərki zəbtdən azad olunmalı olan torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, Mülki Məcəllənin 239.1-ci maddəsinin tələbi baxımından marağı olan hər bir şəxsin, o cümlədən iddiaçının həmin torpaq sahəsinə girib-çıxması mədudlaşdırıla bilməz.

54. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabd eh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2347/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qonşuluq hüququnun pozulması, qeyri-qanuni hərəkətlərə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabde h1 və Cavabdeh2 qarşı “qonşuluq hüququnun pozulması, cavabdehlərin qeyri-qanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun açılması, həyətyanı sahədə aparılan tikinti işlərinin dayandırılması, tikililərin və həyətyanı sahədəki çəpərlərin sökülməsi” tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)2347/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-481A Kod 61100048 olan şəhadətnaməyə əsasən, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə İddiaçı1 və İddiaçı2 mülkiyyətinə Tərtər rayonu Hüseynli kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti Publik hüquqi şəxs tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Tərtər rayonu Hüsənlili kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qonşuluq hüququnun pozulması, cavabde hlərin qeyri-qanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gedişgəliş yolunun açılması, həyətyanı sahədə aparılan tikinti işlərinin dayandırılması, tikililərin və həyətyanı sahədəki çəpərlərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə mülkiyyətlərinə həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə onlara şəhadətnamə verilmişdir. Həmin həyətyanı torpaq sahəsinin üzərində onların mülkiyyət hüquqları dövlət qeydiyyatından keçirilmiş və bu barədə çıxarış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüs ü verilmişdir. Həmin torpaq sahəsinin ayrılması ilə yanaşı, həm də həmin torpaq sahəsinə gediş-gəliş yolu ayrılmışdır. Cavabdehlər qonşuluqda uzun illərdir ki, bələdiyyə torpağını qanunsuz olaraq istifadə etmişlər. Cavabdehlər qanunsuz istifadə etdikləri torpaq sahəsini genişləndirərək iddiaçılara məxsus sözügedən torpaq sahəsinin bir hissəsini və torpaq sahəsinə gediş-gəliş yolunu zəbt edərək həyətyanı sahəni çəpərləmiş, Cavabdeh1 isə bununla kifayətlənməyərək iddiaçılara məxsus həyətyanı torpaq sahəsini zəbt edərək orada fərdi yaşayış evi tikdirmək üçün bünövrə qazıb beton tökmüş və həyətyanı sahənin bir hissəsini çəpərləmişdir. Bununla da cavabdehlər onlara məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmələrinə, torpağı əkib-becərmələrinə, orada şəxsi təsərrüfatlarını qurmaqda maneçilik törətmişlər. Cavabdehlərdən zəbt etdikləri gediş-gəliş yolunu açmalarını, Cavabdeh1 isə onlara məxsus həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisini dayandırmasını və həyətyanı sahələrində çəkdiyi çəpərin sökülməsini tələb etsələr də cavabdehlər öz hərəkətlərini davam etdirməklə qonşuluq münasibətlərini pozmuşlar.

5. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıların sözügedən yerdən yolu yoxdur. Onların yolu başqa yerdəndir. O, özü iddiaçılara məxsus həyətyanı torpaq sahəsini və gediş-gəliş yolunu zəbt etməmişdir. İddiaçılara məxsus torpaq sahəsi ilə qonşuluqda onun bacısı Fizzənin torpaq sahəsi vardır. Bünövrə qazılaraq tökülən beton iddiaçılara məxsus torpaq sahəsində deyildir.

6. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçılara məxsus həyətyanı torpaq sahəsini və gediş-gəliş yolunu zəbt etməmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti Publik hüquqi şəxsin 07 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus **********54 reyestr nömrəli 0.13 ha həyətyanı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmiş, həmin torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmadığı, həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun 381 kv.m hissəsinin Cavabdeh1 tərəfindən tutulduğu, torpaq sahəsinə gedən gediş-gəliş yolunun Cavabdeh2 tərəfindən tutulmadığı, aparılan tikinti işlərinin kompleks yer qurluşu layihəsinə əsasən Cavabdeh1 tərəfindən istifadə edilən gediş-gəliş yolunda yerləşməklə tikinti altı sahəsinin 78 kv.m. təşkil etdiyi müəyyə n edilmişdir.

8. Tərtər Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli, 2(061)-14/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 10/525 saylı, xx.xx.2023-cü tarixli rəyinə əsasən Tərtər rayonu, Hüsənli kənd ərazisində yerləşən **********54 reyestr nömrəli 0.13 ha həyətyanı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək, həmin torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmadığı, həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun 381 kv.m. hissəsinin Cavabdeh1 tərəfindən tutulduğu, torpaq sahəsinə gedən gediş-gəliş yolunun Cavabdeh2 tərəfindən tutulmadığı, aparılan tikinti işlərinin kompleks yer quruluşu layihəsinə əsasən Cavabdeh1 tərəfindən istifadə edilən gediş-gəliş yolunda yerləşməklə tikintialtı sahəsinin 78 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.

9. Tərtər rayonu Hüsənli Bələdiyyəsinin və Hüsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin cavabından müəyyən olunmuşdur ki, Cavabdeh1 iddia etdiyi torpaq sahəsi Tərtər rayonu Hüsənli Bələdiyyəsinin mülkiyyətindədir və zəbt olunmuş torpaq sahəsidir.

10. Tərtər rayon Dövlət Arxivinin 8 yanvar 2018-ci il tarixli, 11 nömrəli arayışına əsasən, Tərtər rayon XDS-nin 30 oktyabr 1991-ci il tarixli qərarı ilə sovxoza ayrılmış 9,50 hektar həyətyaynı torpaq fondundan 0,10 ha torpaq sahəsi X2 verilmişdir.

11. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(061)14/2023 nömrəli, 1 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia qismən təmin edilərək, Cavabdeh1 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı qon şuluq hüququnun pozulması və qeyri-qanuni hərəkətlərə son qoyulması, ətrafındakı çəpərin sökülməklə iddiaçıların həyətyanı sahəsinə gedən gediş-gəliş yolunun açılması qət edilmiş, Cavabdeh1 münasibətdə iddia qalan hissədə təmin edilməmiş, Cavabdeh2 münasibətdə isə iddia təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən gediş-gəliş yolu (yolun yerləşdiyi torpaq sahəsi) tərəflərdən heç birinin mülkiyyətində deyildir və bələdiyyənin mülkiyyətinə aid olmaqla ümumi istifadə üçün nəzərdə tutulmuşdur.

13. Belə olan halda, məhkəmə hesab etmişdir ki, tərəflərin hər ikisi həmin gediş-gəliş yolundan bərabər şəkildə istifadə etmək hüququna malik olmuşlar və cavabdeh sözügedən yolu bağlamaqda haqlı olmamışdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçılar iddianın əsasl ı və qanuni olmasını məhkəmə iclasında qismən sübuta yetirə bilmişlər.

15. Məhkəmə araşdırması zamanı 0.13 ha həyətyanı torpaq sahəsinin cavabadehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmadığı, həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun 381 kv.m. hissəsinin Cavabdeh1 tərəfindən tutulduğu, torpaq sahəsinə gedən gediş-gəliş yolunun Cavabdeh2 tərəfindən tutulmadığı, aparılan tikinti işlərinin kompleks yer qurluşu layihəsinə əsasən Cavabdeh1 tərəfindən istifadə edilən gediş-gəliş yolunda yerləşməklə tikinti altı sahəsinin 78 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.

16. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, iddiaçıların həmin gediş-gəliş yolundan istifadəsinə Cavabdeh1 tərəfindən törədilən maneə aradan qaldırılmalı və iddiaçıların sözügedən ümumi istifadədə olan yoldan istifadə hüququna təminat verilməlidir.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 47-ci maddəsinin 2, 3, 7-ci bəndləri, 84.1 və 84-cü maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci, Azərbaycan Respublikası Konstitusiyasının 71, 72-ci maddəsinin 2-ci hissəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçılarla qonşuluğu yoxdur. Məhkəmə iddiaçıların torpaq sənədini qətnamədə sübut növü olaraq vurğulayarkən, onu n torpaq sənədini dilə gətirməmiş və TAİEK-sı tərəfindən 18 iyul 1998-ci il tarixli qərarla ona Tərtər rayon Hüseynli kəndində ayrılmış 0.15 ha torpaq sahəsinə dair JN218A KOD:61100048 qeydiyyatlı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni sənəd olaraq nəzərə almamışdır. İddiaçı ilə qonşu olan şəhid anası X4r. İddiaçılar o, şəhid anası olduğu üçün onunla mübahisə aça bilməmiş, bütün tələblərinin subyekti kimi cavabdehi göstərmişlər. Hansı ki, onun iddiaçılarla heç bir qonşuluq hüququ yoxdur. Həmçinin qeyd etmişdir ki, iddiaçı Firdovsinin qardaşı X7 da zamanında onlara qarşı iddia vermiş, ancaq onun əlindəki sənədi Tərtər Rayon Məhkəməsi 7 oktybar 2022-ci il tarixli, 2(061)86/22 saylı qətnaməsi ilə etibarsız hesab etmişdir. Hazırda Tahirin qardaşı Firdovsi onlara qarşı ədavətini d avam etdirərək bu cür əsası olmayan iddia irəli sürmüşlər. Nəzərə alınsa ki, onun iddiaçılarla heç bir qonşuluq münasibəti yoxdur, o zaman məhkəmə mülki qanunverciliyin, mülki hüquq subyektlərinin bərabərliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini düzgün tətbiq etməyərək yanlış qərar vermişdir. Onun iddiaçılarla heç bir qonşuluğu olmadığı və iddiaçıların torpaqları ilə onun torpağı həmsərhəd olmadığı halda məhkəmənin ona qarşı belə bir qətnamə qəbul etməsi, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərin olmaması müqabilində iddiaçıların xeyrinə əsası olmayan qanuna zidd qətnamə qəbul etmişdir. İddiaçı Firdovsinin qardaşı Tah ir də əvvəllər onlara qarşı iddia verdikdə guya yolu zəbt etdiklərini, guya onun gediş-gəlişinə mane olduqlarını irəli sürmüşdür. Lakin, dəfələrlə həmin məhkəmə mübahisələrində bu günkü iddiaçının qardaşı Tahir məhkəmələri uduzmuşdur. X7 hələ 2010-cu ildə Tərtər Rayon Məhkəməsinə zəbt olunmuş torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi, habelə işıq xəttinin və yolun ləğv edilməsi tələbi ilə iddia vermişdir. X8 həmin iddiası təmin edilməmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2011-ci il tarixli, 2(104)-342/2011 saylı qətnaməsi ilə şikayət təmin edilməmişdir. Tahir Məmmədov həmin qətnamədən kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2011-ci il ta rixli, 2(102)-3117/11 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmə həmin qərarında müəyyən etmişdir ki, Tahir Məmmədovun mülkiyyətində 0.09 ha torpaq sahəsi və istifadəsində 0.16 ha zəbt həyətyanı torpaq sahəsi vardır. Göründüyü kimi iddiaçı və ailəsi davamlı məhkəmələrə əsası olmayan iddialar verməklə məşğul olmuşdurlar. Tahirin illərdir etdiyini indi qardaşı Firdovsi edir. Yəni, bu ailə ənənəvi nifaqçılıq xasiyyətinə uyğun olaraq qonşularına zərər, ziyan vurmaqla məşğuldurlar. Bu günkü iddiaçı Firdovsinin qonşusu şəhid ailəsi olan, X4r. Ancaq qardaşı Tahir kimi Fridovsi də bu gün şəhid ailəsinə qarşı çıxmaqdan çəkinərək, əsası olmadan ona qarşı iddia irəli sürmüşdür. İddiaçılar onun qonşu olmağını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişlər. Hətta bi rinci instansiya məhkəməsi də öz qətnaməsində maraqlı bir fakta toxunaraq qeyd etmişdir ki, tikinti texniki ekspertizasının 10/525 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən iddiaçılara məxsus 0.13 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulmadığı öz təsdiqini tapmışdır. Ekspertiza da müəyyən etmişdir ki, onun iddiaçılarla heç bir qonşuluq sərhədi yoxdur. Məhkəmə tikinti texniki ekspertizasının 10/525 saylı xx.xx.2023-cü il tarixli rəyində qeyd olunan digər məsələyə gediş-gəliş yolunun guya onun tərəfindən tutulmasına gəldikdə isə, bunun özü rəyin birinci hissəsinin təsbiti ilə ziddiyyət təşkil etmiş və həqiqəti ifadə etməmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2347/2023 nömrəli, 24 noyabr 2023-cü il tarix li qətnaməsi ilə (hakimlər- Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 1 avqust 2023-cü il tarixli, 2(061)-14/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis və ekspert rəyindən, o cümlədən mütəxəssis rəyinə əlavə edilmiş plan-sxemə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-481A Kod 61100048 saylı şəhadətnamədə qeyd olunmuş 0,13 ha torpaq sahəsi ilə həmin torpaq sahəsinin paralelində olan bələdiyyə mülkiyyətindəki torpaq sahəsinin arasında yerləşən, bələdiyyə mülkiyyətində və ümumi istifadədə olan ged iş-gəliş yolunun 381 kvadratmetr hissəsi Cavabdeh1 tərəfindən zəbt edilərək çəpərlənmişdir. Cavabdeh1 mülkiyyətində olan, JN 218 A KOD:61100048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.15 ha torpaq sahəsi isə mübahisəli ərazidən kənarda yerləşir. Cavabdeh1 iddiaçılarla qonşuluğunun olmadığını, mübahisəli torpağın X2 məxsus olduğunu, mübahisəli torpaq sahəsinə yaxın yaşadığı üçün X1 anası və onun bacısı olan X3 həmin torpaq sahəsinə nəzarət etməyi ona həvalə etdiyini və torpaq sahəsinin onun tərəfindən çəpərlənmədiyini iddia etmişdir ki, cavabdehin qeyd olunan etirazı isə iş materialları ilə təsdiq olunmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Tərtər rayon Dövlət Arxivinin 8 yanvar 2018-ci il tarixli, 11 nömrəli arayış ında qeyd olunan, X2 verilmiş 0,10 ha torpaq sahəsinin məhz mübahisəli ərazidə yerləşməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

19. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş plan-sxemdən də göründüyü kimi mübahisəli ərazi bələdiyyənin mülkiyyətində olmaqla, iddiaçıların evinə gediş-gəliş yolu kimi ümumi istifadədə olan yol olmuşdur.

20. Bundan başqa məhkəmənin sorğusu əsasında Tərtər rayonu Hüsənli Bələdiyyəsinin və Hüsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin vermiş olduğu cavab məktubunda Cavabdeh1 iddia etdiyi torpaq sahəsinin Tərtər rayonu Hüsənli Bələdiyyəsinin mülkiyyətində olması və 1998-ci il tarixdən hal-hazıra qədər həmin torpaq sahəsinin Cavabdeh1 tərəfin dən zəbt olunaraq istifadə olunduğu qeyd olunmuşdur. İş üzrə iddiaçı da yolun məhz cavabdeh tərəfindən zəbt edildiyini, sadəcə olaraq Cavabdeh1 iş üzrə cavabdehlik daşımamaq üçün şəhid ailəsinin üzvü olan bacısının statusundan imtiyaz kimi istifadə etmək niyyəti ilə torpaq sahəsinin bacısı oğluna məxsus olduğunu iddia etdiyini bildirmişdir ki, iddiaçının bu arqumenti işin digər hallarına uyğun olmaqla inandırıcı və ağılabatan olmuşudur.

21. Bütün bu xüsusatları nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək, bu nəticəyə gəlmişdir ki, iddiaçılara məxsus Tərtər rayonu Hüsənli kənd ərazisində yerləşən **********54 reyestr nömrəli 0.13 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun 381 kv.m hissəsinin Cavabdeh1 tərəfindən zəbt edilərək çəpərlənməsi, b ununla da cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıların mülkiyyətindən öz istədiyi kimi istifadə etmək hüququnun məhdudlaşması iş materialları ilə sübut olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla, əsaslı və qanuni olmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 84.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şika yətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

25. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14, Azərbaycan Respublikası Konstitusiyasının 13, 26-cı maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

28. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliy inə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

29. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

30. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xar akteristikasına görə qanunsuz təsirləri qadağandır.

31. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir;

32. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.

33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;

34. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

35. Maddə 47.

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parklar ın, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

36. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

50. Kassasiya şikayətinin əsas dəlilləri iş üzrə verilmiş ekspert rəyinin düzgün olması, tələbin ona yönəldilməli olmaması, onun iddiaçının torpaq sahəsindən istifadəsinə hər hansı mane törətmədiyi ilə bağlıdır.

51. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

52. Bu baxımdan alınmış ekspert rəyi ilə məhkəmələrin zəbt olunmasını müəyyən etdiyi torpaq sahəsinin cavabdehə hər hansı aidiyyətinin olmaması, bələdiyyə torpağı olması və həmin torpaq sahəsindən cavabdehin istifadəni davam etdirməsi iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışını məhdudlaşdırması müəyyən olunmuşdur.

53. Məhkəmələr eyni zamanda müəyyən etmişlər zəbt olunması iddia edilən torpa q sahəsindən hər hansı üçüncü şəxs deyil, məhz cavabdeh istifadə etməkdədir və tələb haqlı olaraq ona yönəldilmişdir. Nə qədərki zəbtdən azad olunmalı olan torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, Mülki Məcəllənin 239.1-ci maddəsinin tələbi baxımından marağı olan hər bir şəxsin, o cümlədən iddiaçının həmin torpaq sahəsinə girib-çıxması mədudlaşdırıla bilməz.

54. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2347/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar