Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-106/2021 25.01.2021 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (üçüncü şəxs Maraqlı şəxs) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1530/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə mülki iddia qismən təmin edilərək Cavabdeh1 maddi ziyana görə 17.500 manat və mənəvi ziyana görə 1.000 manat məbləğində pulun alınaraq İddiaçı (bundan sonra – iddiaçı) verilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(105)-164/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə hökm mülki iddianın təmin edilməsi hissəsində dəyişdirilmiş, mənəvi ziyana görə Cava bdeh1 tutulmalı olan pulun məbləği artırılaraq 4000 manat müəyyən edilmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətlərində olan və Quba rayonu, Timiryazev kəndi ərazisində yerləşən 0,68 ha torpaq sahəsini (bundan sonra – mübahisəli torpaq sahəsi) Maraqlı şəxs xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-156 reyestr saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında (bundan sonra – müqavilə) Cavabdeh5 satmışlar və hazırda mübahisəli torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilənin etibarsız hesab edilməsi, həmin müqaviləyə dair qeydin ləğv edilməsi, alğı-satqı müqaviləsi əsasında verilm iş mülkiyyət hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnaməyə dair qeydin ləğv edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarışla bağlı xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli qeydin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli, AR-İ seriyalı, 701639 nömrəli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında Cavabdeh1 məxsus daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsinə sabəb olmuş rəsmi sənədlər müəyyən edilərək, həmin sənədlərin etibarsız hesab edilməsi və qeydlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 cinay ət işi üzrə məhkəmə prosesi davam edərkən azadlıqda olmasından istifadə edərək özünə və ailəsinə məxsus olan mübahisəli torpaq sahəsini digər Cavabdeh5 25000 manata satmaqla qəsdən məhkəmə qərarının icrasından yayınmışdır. Cavabdeh1 ona ümumilikdə 21500 manat borclu olduğu halda, həmin pulu ödəməmək üçün öz əmlakını başqa şəxsə satmışdır. Alğı-satqı müqaviləsi isə daşınmaz əmlakın olduğu Quba rayonunda deyil, Maraqlı şəxs xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsinin və nəqliyyat vasitəsinin satılmasının iddiaçıya hər hansı bir aidiyyəti yoxdur. Həmin əmlaklar ona və ailəsinə məxsus olmuş və ehtiyacları olduğu üçün torpaq sahəsini müqavilə əsasında satmışlar. İddiaçıya olan borcunu cəzasını çəkib qu rtardıqdan sonra ödəyəcəkdir. Hazırkı iddia ilə həmin borc arasında heç bir əlaqə yoxdur. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, Cavabdeh1 və ailə üzvlərinə məxsus Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,68 ha torpaq sahəsini dəyərini ödəyərək satın almışdır. Torpaq sahəsi satın alınarkən onun üzərində heç bir məhdudiyyət olmamışdır. İddiaçı ilə digər cavabdehlər arasında olan mübahisədən isə xəbərsiz olmuşdur. Həmçinin onun hansı əsasla cavabdeh qismində göstərilməsi də məlum deyildir. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)320/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər öz mülkiyyətlər ində olan torpaq sahəsinə sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüquqlarından istifadə edərək həmin əmlakı qanunla müəyyən edilmiş qaydada özgəninkiləşdirdiklərindən, bununla əlaqədar onlara mülki iddianın icrası ilə əlaqədar hər hansı bir məhdudiyyət və qadağa qoyulmadığından, daşınmaz əmlakla iddiaçı arasında hər-hansı bir hüquqi bağlılıq olmadığından iddiaçının cavabdehlərə qarşı belə bir iddia irəli sürmək hüququ yoxdur. Digər tərəfdən, iddiaçı hökm üzrə Cavabdeh1 ona verməli olduğu pulun hazırkı iddianın predmetini təşkil edən daşınmaz əmlakla və həmin əmlak üzərində aparılmış sənədləşmə işləri ilə əlaqəsini, xüsusən də Cavabdeh1 başqa digər şəxsləri hansı əsaslara görə cavabdeh qismində işə cəlb etdiyini əsaslandıra bilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 148.2, 152.1, 337.1, 337.3 və 339.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1530/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nətic ə ilə razılaşmış və hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, iddiaçının sözügedən alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur və alğı-satqı müqaviləsi qanununvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər və Maraqlı şəxs nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmun un həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (maddə 148.2). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Azərbaycan Respublikası Mülki Məcəlləsi nəzərdə tutur ki, bu Məcəllədə müəyy ənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad et diyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. İddianın və apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən həmin dəlillərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1530/2020 nömrəli iş üzrə xx xxxx 2020-c i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-106/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-106/2021
25.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver