Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1064/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il № 2(102)-1064/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh4 və vəkili X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev, iş № 2(008)-xx/16) İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh2 oğluna qarşı “torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilərək Cavabdeh4 və Cavabdeh2 oğlu tərəfindən İddiaçı məxsus ev1 evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin zəbt olunmuş 400 kv.m-dən çıxarılmaları, inşa olunmuş daş hasarın Cavabdeh4 və cavabdeh2 oğlunun vəsaitləri hesabına sökülməsi, torpaq sahəsinin İddiaçı təhvil verilməsi və əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, M.Məmmədov və E.Nağıyeva, iş № 2(103)xx/18) Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli qətnaməsi p rosessual əsaslara görə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunmaqla Cavabdeh4 İddiaçı məxsus ev1evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin zəbt olunmuş 400 kv.m-dən çıxarılması, inşa olunmuş daş hasarın Cavabdeh4 vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin İddiaçı təhvil verilməsi və əvvəlki vəziyyətinə qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh4 və cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehlər Cavabdeh4 və cavabdeh2 oğlunun Sab unçu rayonu Balaxanı Bələdiyyəsinin xx xx 2004-cü il tarixli, 320 saylı sərəncamı ilə ev1evinin tikintisi üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin zəbt olunmuş 400 kv.m-dən cavabdehlərin çıxarılmaları, inşa olunmuş daş hasarın Cavabdeh4 və cavabdeh2 oğlunun vəsaitləri hesabına sökülməsi, tikinti materiallarının onların hesabına çıxarılması, torpaq sahəsinin İddiaçı təhvil verilməsi və əvvəlki vəziyyətinə qaytarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh4 və vəkili İ.Abdullayev məhkəmə ko llegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh4 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, Cavabdeh4 və vəkili İ.Abdullayevin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini prosessual əsaslara görə ləğv edib iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə müəyyən etmişdir ki, cavabdeh2 oğlunun adına olan torpaq s ahəsinin sonradan X1 adına rəsmiləşdirilməsinə baxmayaraq sonuncu birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak etməyə cəlb edilməmiş və onun hüquqlarına toxunan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx xx 2004-cü il tarixli 320 saylı sərəncamı ilə Sabunçu rayonu, ev2 massivində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi, həmi n Bələdiyyənin xx xx 2007-ci il tarixli 440/07 saylı qərarı ilə Balaxanı Bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh4 600 kv.m torpaq sahəsi, yenə də həmin Bələdiyyənin 28.09.2007-ci il tarixli, 439 saylı qərarı ilə cavabdeh2 oğluna ev2 sahəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. cavabdeh2 oğlunun müraciəti əsasında ona ayrılmış 600 kv.m torpaq sahəsi Balaxanı Bələdiyyəsinin xx xx 2009cu il tarixli, 378 saylı qərarı ilə X1 adına rəsmiləşdirilmişdir. Balaxanı Bələdiyyəsinin 18.10.2017-ci il tarixli, 290 saylı məktubundan görünür ki, 2000-2005-ci illərdə Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş qərar və sərəncamların arxiv materialları olmadığı üçün sorğuda qeyd olunan İddiaçı adına verilmiş xx xx 2004-cü il tarixli 320 saylı və X6 adına verilmiş 28.11.20 04-cü il tarixli 193 saylı sərəncamların Balaxanı Bələdiyyəsi tərəfindən verilib-verilməməsi haqqında məlumat vermək mümkün deyil. X6 adına verilmiş cizgidə göstərilmiş torpaq sahəsi kərpic zavodunun yaxınlığında yerləşir və mübahisəli torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Sorğuda qeyd olunan 28.09.2007-ci il tarixli 440/07 saylı Cavabdeh4 adına verilmiş qərar Balaxanı Bələdiyyəsinin arxivində var və bu qərar əsasında 1440 manat torpaq rüsumu ödənilmişdir. X11 2005-ci ilin yanvar ayında Bələdiyyə üzvü seçilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, o, Balaxanı Bələdiyyəsinin keçmiş hüquqşünası olmuşdur. 2005-ci idən 2015-ci ilin iyun ayına qədər orada işləmişdir. İddiaçı məxsus sərəncam qanunidir, cizgi mövcuddur. Cavabdeh4 və Cavab deh2 məxsus qərarlar isə saxtadır. Cavabdeh4 sənədlərini baxılması üçün gətirməsini xahiş etsə də o, bundan imtina etmişdir. Onun bu saxta sənədi hansı qaydada əldə etdiyi isə bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən M.Novruzov ifadəsində göstərmişdir ki, o, 01.02.2010-cu ildən 29.01.2015-ci ilədək Balaxanı Bələdiyyəsinin keçmiş sədri olmuşdur. Mübahisəli torpaq sahəsi Bələdiyyəyə məxsusdur və müvafiq sərəncamla İddiaçı ayrılmışdır. 2014-cü ilin ortalarında Bələdiyyəyə bildirilmişdir ki, Cavabdeh4 tərəfindən həmin torpaqda qanunsuz tikinti işləri aparılır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə xx xx 2016-cı il tarixdə baxış keçirilmiş və baxış zamanı Balaxanı Bələdiyyəsinin xx xx 2004-cü il tarixli sərəncamına əsasən X8 fərdi yaşayış ev inin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılması öz təsdiqini tapmışdır. Eyni zamanda həmin torpaq sahəsinin 400 kv.m-nin cavabdehlər tərəfindən zəbt olunması və daş hasara alınması da aşkar olunmuşdur. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xx 2017ci il tarixli, 7882 saylı rəyindən görünür ki, torpaq sahəsinə AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəsisinin iştirakı ilə baxış keçirilmişdir. İddiaçı şəxsi mülk tikmək üçün Sabunçu rayon Balaxanı Bələdiyyəsinin 320 saylı, xx xx 2004cü il tarixli sərəncamına əlavə edilmiş cizgi planında göstərilmiş 1200 kv.m torpaq sahəsinin naturada uyğun olduğu və 1200 kv.m təşkil etdiyi müəyyən edilir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin elektron baza məlumatla rına əsasən sözügedən torpaq sahəsi ilə üst-üstə düşən hər hansı torpaq sahəsi barədə məlumat olmadığı müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79 saylı maddəsində 79.1.3 bəndində göstərilənləri, o cümlədən tədqiq olunan hasarın hündürlüyünün 1,0 metr təşkil etdiyini nəzərə alaraq, həmin hasarın inşa edilməsi üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79 saylı maddəsinin 79.1.3 bəndinə əsasən müvafiq təşkilatlardan icazə tələb olunmadığı müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən X11 ifadə verərək göstərmişdir ki, İddiaçı 1200 kv.m bələdiyyə torpağı verilməsinə dair 04.12.2004-cü il tarixli, 320 №-li sərəncama əlavə edilmiş eskiz planda olan imza ona məxsus deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının xx xx 2018-ci il tarixli, 32335 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx xx 2004-cü il tarixli, 320 saylı sərəncamdakı möhür əksi relyef klişedən sənəd üzərinə birbaşa vurulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin keçirdiyi sənədlərin texniki ekspertizasının xx xxx 2018-ci il tarixli, 6987 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx xx 2004-cü il tarixli, 320 saylı sərəncamdakı möhür əksi ilə eyni məzmunlu möhürün sərbəst əks nümunələri eynilik təşkil edir. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xx2018-ci il tarixli, 6634 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adına olan 04.12.2004-cü il tarixli 320 saylı 1200 kv.m bələdiyyə torpaq verilməsin ə dair sərəncamın sonunda “Balaxanı Bələdiyyəsinin sədri” sözlərinin qarşısındakı imza-X5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, İddiaçı 1200 kv.m bələdiyyə torpağı verilməsinə dair 04.12.2004-cü il tarixli 320 saylı sərəncama əlavə edilmiş eskiz planında olan əlyazma mətn və “Əliyev Q.S” yazılarının qarşısındakı imza-X11 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının xx xx 2018-ci il tarixli, 14944 saylı rəyindən görünür ki, təqdim edilmiş X3 Komissiyasının İddiaçı verdiyi torpaq sahəsinin eskiz planında olan möhür əksi, mülki işdə olan eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. Beləliklə, apellyasiya baxışı zamanı məhkəmə iclasında təd qiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx xx 2004-cü il tarixli 320 saylı sərəncamı ilə Sabunçu rayonu, ev2 massivində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı şəxsi mülk tikmək üçün Sabunçu rayon Balaxanı Bələdiyyəsinin 320 saylı, xx xx 2004-cü il tarixli sərəncamına əlavə edilmiş cizgi planında göstərilmiş 1200 kv.m torpaq sahəsinin naturada uyğun olduğu və 1200 kv.m təşkil etdiyi, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi ilə üst-üstə düşən hər hansı torpaq sahəsi barədə məlumat olmadığı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Həmçinin iş üzrə keçirilmiş sənədlərin texniki və xətşünaslıq ekspe rtizalarının rəylərinə əsasən xx xx 2004-cü il tarixli, 320 saylı sərəncamdakı möhür əksi relyef klişedən sənəd üzərinə birbaşa vurulmuşdur. xx xx 2004-cü il tarixli, 320 saylı sərəncamdakı möhür əksi ilə eyni məzmunlu möhürün sərbəst əks nümunələri eynilik təşkil edir. İddiaçı adına olan 04.12.2004-cü il tarixli 320 saylı 1200 kv.m bələdiyyə torpaq verilməsinə dair sərəncamın sonunda “Balaxanı Bələdiyyəsinin sədri” sözlərinin qarşısındakı imza-X5 tərəfindən icra olunmuşdur. İddiaçı 1200 kv.m bələdiyyə torpağı verilməsinə dair 04.12.2004-cü il tarixli 320 saylı sərəncama əlavə edilmiş eskiz planında olan əlyazma mətn və “Əliyev Q.S” yazılarının qarşısındakı imza-X11 tərəfindən yox, başqa şəxsi (şəxslər) tərəfindən icra olunmuşdur. X3 Komissiyasının İddiaçı verdiyi torpaq sahəsinin eskiz pl anında olan möhür əksi, mülki işdə olan eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi ekspertizaların rəylərinə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək hesab etmişdir ki, ekspert rəyləri Balaxanı Bələdiyyəsi tərəfindən alınmış sənədlər, xətt və imza nümunələri əsasında verildiyindən mötəbər sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, İddiaçı verilmiş sərəncam və eskiz planında olan möhür Balaxanı Bələdiyyəsinə məxsusdur. Sərəncamdakı imza Balaxanı Bələdiyyəsinin sədri olmuş X2 məxsusdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2000-2005-ci ilə qədər Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş qərar və sərəncamların arxiv materialları olmadığı üçün İddiaçı adına verilmiş xx xx 2004-cü il tarixli 320 saylı s ərəncamın Bələdiyyə arxivində aşkar edilməməsi sərəncamın saxta olması qənaətinə gəlməyə əsas vermir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı verilmiş torpaq sahəsinin eskiz planında X3 komissiyasının sədri Q.S.Əliyevin imzasının sonuncuya məxsus olmaması, həmin eskiz planının etibarlılığını birmənalı şübhə altına almır. Həmçinin müəyyən olunmuşdur ki, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx xx2007-ci il tarixli 440/07 saylı qərarı ilə Balaxanı Bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh4 600 kv.m torpaq sahəsi ayrılmışdır. cavabdeh2 oğluna Balaxanı Bələdiyyəsinin 28.09.2007-ci il tarixli, 439 saylı qərarı ilə ev2 sahəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. cavabdeh2 oğlunun müraciəti əsasında həmin torpaq sahəsi Balaxanı B ələdiyyəsinin xx xx 2009-cu il tarixli, 378 saylı qərarı ilə X1 adına rəsmiləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, iddiaçıya aid torpaqla bağlı sənədlərin saxta olmasına dair cavabdeh tərəfin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin naturada uyğun olmaqla 1200 kv.m təşkil etdiyi, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi ilə üst-üstə düşən hər hansı torpaq sahəsi barədə məlumat olmadığından, onun iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdeh2 oğluna qarşı tələb irəli sürsə də, sonuncunun adına torpaq sahəsi mövcud deyildir. cav abdeh2 oğlunun adına olan torpaq sahəsi X1 adına keçirilmiş, iddiaçı isə Nəzakət Məmmədovaya qarşı cavabdeh qismində iddia tələbi irəli sürməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq Sabunçu Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli qətnaməsini ləğv etmiş və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8-ci və Torpaq Məcəlləsinin 55, 56, 111-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti o rqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fizikişəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə id diaçı öz tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh (kassator) həmin iddiaya qarşı etirazını göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında n əticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğ v edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli 2(103)xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1064/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1064/2019
05.02.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver