Məhkəmə qərarları › İş №2(102)-1067/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1067/2022

22.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1067/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Cavabdeh1, maraqlı şəxslər AR ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə və X10 Xidmət Mərkəzinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1787/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərə findən verilmiş kasasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X8 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X10 xidməti mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2 019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X8 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, şəhadətnamənin ləğvi və çıxarışın ləğvi ilə bağlı iddia tələblərinə miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılardan İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, atası ölməmişdən əvvəl onun evində yaşamış və atasına o baxmışdır. Bacısı V gəlini ilə dolanmadığından onun oğlu ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşayır. Mirası faktiki olaraq heç biri qəbul etməmişdir. Lakin V özünü tək vərəsə kimi göstər ərək, vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Atasının ölümündən sonra bacıların hamısının şifahi razılığı əsasında Vun oğlu və gəlini həmin evə köçərək yaşamasına razılıq verilmişdir. Lakin oğlu orada birgə yaşayış qaydalarına riayət etmir. Onun orada yaşaması qonşular tərəfindən də pis qəbul olunur. V özü həmin evə ayda 1 dəfədən artıq getməmişdir. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmədə müəyyən edildi ki, X1 Mayıl Əvəz qızı 08 avqust 1955-ci il tarixdə evlənmişlər. Birgə nikahlarından beş övladları olmuşdur. X7 vəfat etmişdir. X9 isə 30 iyu n 2016-cı il tarixdə vəfat etmişdir. X3 Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evi miras qalmışdır. İddiaçılar mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. Cavabdeh isə mirası faktiki olaraq qəbul etmiş və oğlunun həmin evə yerləşdirmişdir. İddiaçıların bundan xəbərləri olmuşdur. Cavabdeh 25 iyul 2019-cu il tarixdə notariat ofiinə müraciət edərək, X3 miras qalmış Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini rəsmi olaraq qəbul etmişdir. Bu barədə cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh həmin vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. İddiaçılar cavabdehin özünü tək vərəsə kimi göstərərək mirası qəbul etdiyini əsas gətirərək, mirası qəbul etdiyindən məhkəməyə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişlər. İddiaçıların vərəsəliyin qəbul edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdən məlumatları olmuş və onlar mirası nə faktiki, nə də qanun üzrə qəbul etməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılar atasının ölməsi məqamına mirası faktiki qəbul etməmişlər, miras əmlakın idarə edilməsində iştirak etməmişlər, mirasın qəbulu ilə bağlı müvafiq ərizə ilə notariat kontoruna müraciət etməmişlər, hüquqlarını rəsmiləşdirməmişlər. Cavabdeh tərəf, Cavabdeh1 iddiaçıların razılığı ilə həmin evə yiyələnmiş və həmin evi miras kimi faktiki qəbul etmiş, oğlu ilə gəlinin həmin evə yerləşdirmişdir. Belə ki, mirasın faktiki qəbul edilməsi dedikdə, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunudan belə bir nəticəçıxarmaq mümkün olur ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Mirası faktiki qəbul edilməsi - miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulları vasitəsi ilə həyata keçirilir. Qeyd edilən üsullar müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması və s. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar mirası qəbul etmədiyinə görə cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yanız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Hazırkı işdə də iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün əvvəla mirası əmlakı qəbul etmələrini sübut etməlidirlər. Lakin iddiaçıların mirası əmlakı qəbul etməsi müəyyən olunmur. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət ve rərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X10 xidməti mərkəzinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi və mirasə əmlakın bərabər bölünməsi tələbinə dair iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1, 117.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2, 1134.1, 1134.2, 114, 1146, 1243.1, 1243.2, 1246-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif Eyvazov - sədrlik edən və məruzəçi, Gündüz Abbasov, İmanverdi Şükürov) 29 sentyabr 2021-ci il tarixli, 2(107)1787/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası iddia tərəfinin məhkəmə kollegiyasının iclasında Cavabdeh1 25 iyul 2019-cu ildə ünvan 1 ünvanında yaşamasına baxmayaraq Yevlax Rayon Notariat kontoruna deyil X10 Xidmət mərkəzinə müraciət etməsi, notariat ofisinə müraciət edərkən özündən başqa vərəsə olmaması barədə ərizə yazması ilə bağlı qeyd edir ki, cavabdeh tərəf mirasın qəbulu ilə bağlı istənilən notariat ofisinə müraciət edə bilər. Qanunvericilikdə bununla bağlı hər-hansı bir məhdudiyyət müəyyən edilməmişdir. Bundan başqa o da qeyd edi lməlidir ki, notariat ofisinə müraciət edərkən özündən başqa vərəsə olmaması barədə ərizə yazsa da, məhkəmə kollegiyasının iclasında miras əmlakın məhz iddiaçılar tərəfindən faktiki qəbul edilməsi sübut edilmədiyindən, kollegiya bu faktın heç bir hüquqi əhəmiyyəti qalmadığı qənaətinə gəlir. Belə ki, mirasın faktiki qəbul edilməsi miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulları vasitəsi ilə həyata keçirilir. Qeyd edilənlərin əksinə məhkəmə kollegiyasının iclasında iddiaçılar xüsusən də İddiaçı1 Musa Səlimovun vəfatından sonra Ceyhun Səfərovun orada qalmasına üç bacısının etiraz etmədiyini, Musa Səlimovun vəfatından sonra arada bir ehsan vermək məqsədi ilə oraya getdiyini bildirmişdir. Onun miras əmaka faktiki sahiblik etməsi və onu idarə etməsi nə onun tərəf indən, nə də digər iddiaçılar tərəfindən həyata keçirilmədiyi müəyyən edildi. Ona görə də məhkəmə kollegiyası iddia tərəfinin qeyd etdiyi cavabdeh tərəfin rayon inzibati ərazi dairəsində kənarda yerləşən notariat kontoruna müraciət etmələri və həmin notariar kontorunun notariat işini açdıqdan sonra müvafiq araşdırma apara bilməməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar nə atasının ölməsi ilə bağlı mirası faktiki qəbul etmiş, nə miras əmlakın idarə edilməsində iştirak etməmiş, nə də mirasın qəbulu ilə bağlı müvafiq ərizə ilə notariat kontoruna müraciət etmişlər. Bütün bunların əksinə Cavabdeh1 iddiaçıların razılığı ilə həmin evə yiyələnmiş və həmin evi miras kimi faktiki qəbul etmiş, oğlu ilə gəlinin həmin evə yerləşdirmişdir. Belə ki, mirasın fa ktiki qəbul edilməsi dedikdə, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkün olur ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Mirası faktiki qəbul edilməsi-miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulları vasitəsi ilə həyata keçirilir. Qeyd edilən üsullar müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması və s. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə ko llegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçıların apelyasiya şikayətlərinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qoyan X9 ölən günə qədər, yəni mirasın açıldığı tarix- 30 iyun 2016-cı ilə qədər İddiaçı1 ilə eyni ünvanda yaşayıb, ailə üzvü olaraq bütün təsərrüfat və əmlakını bir gə idarə etmişdir. Belə ki, mərhum Musa Səlimov gözdən əlilliyi olduğu üçün iddiaçı (kassator) İddiaçı1 himayəsində onunla birgə yaşamış və mərhum miras qoyan bütün əmlakının, təsərrüfatının idarəsini faktiki olaraq iddiaçı (kassator) qızı İddiaçı1 həvalə etmişdir. Miras açıldığı vaxtdan cavabdeh heç vaxt miras əmlakda yaşamamış, notariat qaydasında miras əmlakı qəbul etməsinə dair ərizə verməmiş, miras əmlakı faktiki olaraq qəbul etməmişdir Cavadebın nümayəndəsi həm birinci İ instansiya məhkəməsində həm də apellyasıya instansiyası məhkəməsində izahat verərək mərhum miras qoyanın həqiqətən də iddiaçı-kasator İddiaçı1 ilə birgə yaşadığını etiraf etmişdir. Qanun üzrə vərəsələrin hər birinin şəxsi yaşayış evləri olduğu üçün və miras qoyanın hələ sağlığında onunla birgə yaşayan qızı (iddiaçı-k assator) İddiaçı1 miras əmlaka faktiki sahiblik etmiş, həmin əmlaka yad kirayəşin köçürməkdənsə bacısı (cavabdeh) Cavabdeh1 öz gəlini ilə ailə münasibətlərinin gərgin olması səbəbindən, bacısı oğlunun ailəsinin dağılmaması səbəbindən miras əmlaka müvəqqəti olaraq cavabdeh-X2 Səfərovun öz arvadı ilə köçüb müvəqqəti yaşamasına icazə vermişdir, (məhkəmə iclaslarında cavabdeh tərəf ozu etiraf etmişdir ki Cavabdeh1 heç vaxt miras əmlakda yaşamayıb, iş materialları ilə təsdiq edilir ki Cavabdeh1 daimi olaraq ünvan 3 ünvanda yaşayır. Miras açıldıqdan 3 il sonra yəni 2019-cu ildə Cavabdeh1 digər vərəsələrdən (bacılarından) gizli və xəbərsiz olaraq onların razılığı olmadan miras əmlaka dair 25.07.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamənin əsasında Cavabdeh1 adına verilən 14.08.2019-cu il tarixli mülkiyyət hüququ haqqında çıxarış almışdır. Qeyd edilən notariat işi mülki işin materiallarına əlavə edilmiş və həmin notariat işində aşağıda qeyd edilən sənədlərlə təsdiq edilir kı cavabdeh notariat orqanına vərəsələrin dairəsi ilə bağlı bilərəkdən yanlış məlumat vermişdir: Notariat işinə əlavə edilən və Cavabdeh1 tərəfindən verilən 25.07.2019-cu ıl tarixli ərizədə cavabdeh ondan başqa vərəsələrin olmadığını notariat orqanına bəyan edir. Hazırki mülki ış üzrə isə cavabdeh məhkəmələrə guya miras əmlakın bütün vərəsələrin razılığı ilə ona verilməsini iddia etsə də, cavabdeh öz ziddiyyətli mövqeyi ilə əsasız olmasını təsdiq edir. Belə ki, əgər digər vərəsələr miras əmlakın cavabdehə verilməsinə razı idisə o halda vərəsələr belə bir razılıqla notariat orqanına razılıq ərizəsi verə bilərdilər. Beləcə cavabdehin yalnış məlumatla notariat orqanını yanıldan ərizə verməsinə ehtiyac qalmazdı. İddiaçı-kassatorun şikayətin vərəsəlik hüququ əsasən vərəsəlik hüququ vəsiyyət etmə hüququ sübutlarla təsdiq edilməsinə və miras əmlakı faktiki qəbul etməsinə baxmayaraq, iddiaçı-kasator qanun üzrə vərəsəlik hüququnun, vərəsələrin isə miras payını əldə etmək hüququnun həyata keçirilməsindən qanunsiz məhrum olmuşdur. Cavabdeh1 25 iyul 2019-cu il tarixdə X10 Xidmət mərkəzinə müraciət etməklə özündən başqa vərəsə olmamasını qeyd etməsi bununla da iddiaçıların qanuni vərəsə kimi hüquqlarının pozulması məhkəmə araşdırması zamanı sübuta yetirilsə də, bu xüsusat nəzərə alınmamışdır. Belə ki iş materiallarına əlavə edilən sənədlərin və işin mübahisəsiz halların a görə kassator-İddiaçı1 miras qoyan-atasının sağlığında onun bütün əmlakını idarə etməsi, mərhum atası ilə birgə təsərrüfatı idarə etməsi, atasının ölümündən sonra isə miras əmlakı dərhal faktiki qəbul edərək idarə etməsi sübut və təsdiq edilmişdir. Belə ki, miras əmlakın iddiaçı-kassator tərəfindən faktiki qəbul edilərək idarə etməsi həmin miras evin nəzarətsiz qalmaması üçün ora cavabdehi deyil, cavabdehlə gərgin ailə münasibətlərində olan bacısı oğlunun arvadı (uşaqlan) ilə köçürməyə razılıq verməsi ilə təsdiq edilir. Belə ki, iddiaçıkassator miras əmlakı faktiki olaraq qəbul etdiyi miras əmlakla bağlı sərbəst iradə ifadəsinə malik olmasını nümayiş etdirərək həmin evə cavabdehi deyil, bacısı oğlunu arvadı ilə birlikdə müvəqqəti olaraq yaşamağa icazə verilmişdir Cavabdeh isə miras əmlak ı qanunla müəyyən edilmiş müddətdə nə formal qəbul etməmiş, (notariusa ərizə ilə miras açıldıqdan 3 il sonra müraciət etmişdir), nə də ki qeyri-formal qəbul etməmişdir. Cavabdeh1 25 iyul 2019-cu il tarixdə X10 Xidmət mərkəzinə müraciət etməklə özünün yeganə vərəsə olmasını yalnış və yalan məlumat qeyd etməklə mərhum X5 məxsus olmuş və miras kütləsi hesab olunan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evi, torpaq sahəsi və ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə qanunsuz sahib olmuş, beləcə iddiaçıların mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Sözügedən etibarsız əqd olan qanun üzə vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsi və yaşayış evinə 14.08.2019-cu il tarixli mülkiyyət hüququ haqqında çıxarış əldə e tmişdir. Mülki Məcəllənin 19-cu maddəsini ümumiyyətlə Şəki Apellyasiya Məhkəməsi nəzərə almadan Cavabdeh1 miras əmlaka faktiki sahiblik edən şəxs kimi nəzərə almaqla tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə i clası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, apelyasiya kollegiyası miras əmlakın faktiki qəbulu ilə məsələyə düzgün yanaşmamış və düzgün hüquqi qiymət verməmişdir. Çünki kasasiya yoxlaması nəticəsində iş materiallarında olan tərəflərin, o cümlədən cavabdehin nümayəndəsinin izahatı ilə də müəyyən edilmişdir ki, cavabdehin oğlu miras əmlak olan fərdi yaşayış evinə iddiaçıların şifahi razılığı əsasında köçüb orada yaşamağa başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2014-cü il tarixli qərarına əsasən, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi ki mi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd olunan Qərarda göstərilən mirasın vərəsə tərəfindən faktiki qəbulunun iki formasından biri olan miras əmlakı faktiki idarə etməyin anlayışı aydın şəkildə izah edilmişdir ki, həmin anlayışda da vərəsənin (v ərəsələrin) miras əmlak barədə mülkiyyətçi funksiyasında mənafeyinə uyğun əmlakın saxlanmasını və normal təsərrüfatın aparılmasını təşkil edən hərəkətləri etməsi ehtiva olunmuşdur. İşdən də, xüsusilə izahatlardan da göründüyü kimi, iddiaçılar olan vərəsələr atalarının vəfatından sonra miras əmlakın varlığından hali olmuş, həmin əmlak barədə iradə ifadələrini cavabdehin oğlu olan bacısı oğlunun ailədaxili münaqişəsinin olmasını nəzərə alıb köçürülməsinə şifahi razılıq vermişlər. Qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenum qərarının mövqeyinə uyğun iddiaçıların cavabdehin oğluna münasibətdə hərəkətlərinə nisbətdə uzlaşma apardıqda müəyyən olunur ki, iddiaçılar mülkiyyətçi funksiyasını yerinə yetirməklə cavabdehin oğlunun miras əmlaka köçürülməsinə şifahi razılıq vermişlər və bundan sonra cavabdehin oğlu həmin əmlaka ailə üzvləri ilə köçüb yaşamağa başlamışdır. Həmçinin adıçəkilən Plenum qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. İşə mahiyyəti üzrə baxmı ş apelyasiya kollegiyası isə bu hallra əhəmiyyət verməmiş, bu hallarla bağlı hər hansı hüquqi dəyərləndirmə həyata keçirib hüquqi qiymət verməmiş, iddiaçıların yuxarıda göstərilən xüsusda miras əmlak üzərində hüquqlarından formal olaraq məhrum edilib-edilməməsini araşdırmamışdır. Digər tərəfdən apelyasiya kollegiyası cavabdeh tərəfindən miras əmlakı qəbul edərkən notariat orqanına ünvanlandığı ərizənin məzmununu düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarında olan və Cavabdeh1 tərəfindən X10 Xidmət Mərkəzinin Notariat Kontoruna ünvanlanmış ərizədə (səh 62) cavabdeh özündən başqa vərəsələrin olmadığını qeyd etməklə vərəsələrin dairəsini gizlətmiş, bununla da miras əmlakı tək vərəsə olaraq əldə etmişdir. Apelyasiya kollegiyası isə bu hala “cavabdeh notariat ofisinə müraciət edərkən özündən başqa vərəsə olmaması barədə ərizə yazsa da, məhkəmə kollegiyasının iclasında miras əmlakın məhz iddiaçılar tərəfindən faktiki qəbul edilməsi sübut edilmədiyindən, bu faktın heç bir hüquqi əhəmiyyəti qalmadığı” kimi qiymət vermişdir. Göründüyü kimi, apelyasiya kollegiyası miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbulu ilə bağlı halları düzgün və tam araşdırmadığından bu xüsusatın hüquqi əhəmiyyəti qalmadığını vurğulamışdır. Halbuki, bu faktın özünün də mübahisənin düzgün həllinə böyük hüquqi əhəmiyyəti vardır. Belə ki, əgər cavabdeh iddiaçıların öz könüllü razılıqları ilə miras əmlakdan cavabdehin xeyrinə imtina etmələri qənaətində idisə o, o zaman notariat orqanına miras əmlakı qəbul edib şəhadətnamə əldə etmək üçün müraciət edərkən vərəsələrin dairəsini dəqiq olaraq göstərə, iddiaçılardan daha əvvəl və ya notariat orqanına müraciət etdiyi zaman miras paylarından cavabdehin xeyrinə imtina barədə ərizə ala və notariat orqanına təqdim edə bilərdi. Notariat orqanı da öz növbəsində vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün tədbir həyata keçirməli idi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 26.07.2021-ci il tarixli qərarında da göstərilmişdir ki, “Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qa nununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi za manı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.” Göründüyü kimi, apelyasiya kollegiyası cavabdehin vərəsələrin dairəsini gizlətməsi, notariat orqanının da vərəsələrin dairəsinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməməsi, formallığa yol verməsi məsələsini də mübahisənin obyektiv həlli baxımından düzgün araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən mü əyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların və işin hallarının müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həy ata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə ria yət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qət namə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, sübutların müqayisəli tədqiq edilməsi, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.09.2021-ci il tarixli, 2(107)1787/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri b axımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29.09.2021-ci il tarixli, 2(107)1787/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar