Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1070/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Rəhimbala oğlu və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1070/2022 (Açar sözlər: lizinq müqaviləsi üzrə öhdəliklərin icrası, ödənilmiş ilkin məbləğin nəzərə alınmaması) Bakı şəhəri, 14 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 Rəhimbala oğlu və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə öhdəliklərin icrası” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-3343/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə ilə Cavabdeh1 Rəhimbala oğlu arasında bağlanmış 30 avqust 2017-ci il tarixli 1701/0308 saylı X3 əsasən İddiaçı MMC ümumi dəyəri 60000 manat olan 1 ədəd “Mercedes Benz” markalı “Sprinter” modelli 90-PK556 qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək Cavabdeh1 Rəhimbala oğluna müvəqqəti sahiblik və istifadəyə vermişdir.
2. Cavabdeh1 Rəhimbala oğlunun müqavilə öhdəliklərinin təmini üsulu kimi Cavabdeh2 ilə İddiaçı MMC arasında 30 avqust 2017-ci il tarixli 1701/0308/ZM-01 saylı zaminlik müqaviləsi bağlanmışdır.
3. Mübahisə həmin müqavilələr üzr ə öhdəliklərin icra edilməməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Mercedes Benz” markalı “Sprinter” modelli **-PK-*** qeydiyyat nömrəli avtomaşının Cavabdeh1 Rəhimbala oğlunun qanunsuz istifadəsindən alınaraq MMC-yə qaytarılması, Cavabdeh1 Rəhimbala oğlu və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 25065 manat əsas lizinq borcu, 10900 manat lizinqdən istifadəyə görə faiz borcu, 26750 manat hesablanmış penya, cəmi 62715 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh1 Rəhimbala oğlu ar asında bağlanmış 30 avqust 2017-ci il tarixli 1701/0308 saylı X3 əsasən İddiaçı MMC Cavabdeh1 Rəhimbala oğlunun ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan əlavə №1-də göstərilən və ümumi dəyəri 60000 manat olan 1 ədəd «Mercedes Benz» markalı «Sprinter» modelli **-PK-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək Cavabdeh1 Rəhimbala oğluna müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 Rəhimbala oğlu isə öz növbəsində 39000 manat məbləğində borcu illik 32% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.
6. Cavabdeh1 lizinq müqaviləsinə əlavə № 2-də (lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 32% faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla bağlı, cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir.
7. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh1 06.08.2020-ci il tarixə iddiaçıya iddia qaldıran günə 25065 manat əsas lizinq borcu, 10900 manat lizinqdən istifadəyə görə faiz borcu, 26750 manat hesablanmış penya, cəmi 62715 manat məbləğində borcu qalmaqdadır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. X2 14.1-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada o hallarda xitam verilə bilər ki, lizinq alan lizinq ödənişlərinin müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirir.
8. Bundan başqa, Cavabdeh1 müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2 30 avqust 2017-ci il tarixli 1701/0308/ZM-01 saylı zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 zamin kimi məsuliyyəti öz üzərinə götürmüşdür.
9. Borc 06 avqust 2020-ci il tarixinə kimi hesablanıb.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 442, 443, 449.4, 7481.12.4, 748-2.5, 748-7.1, 748-10.1 və 748-10.4-cü maddələrinə istinad etmişdir.
11. Cavabdeh2 iddiaya etiraz edib. Etirazın dəlilləri: - cavabdehlər iddiaçı təşkilatın daimi müştəriləridir. İşləri yaxşı getmədiyi üçün ödəməlrdə gecikmə ola bilər. Həm də pul onl arın hesabına ayın 1-i deyil, 10-u köçdüyü üçün ödənişləri o zaman edirdilər. İddiaçı təşkilatdan demişdilər ki, bu, gecikmə kimi yazılmayacaq; - hazırda pandemiya ilə bağlı ödəniş edə bilmirlər. Vaxt verilsə ödəniş edə bilərlər; - artıq 30000 manat ödəyiblər. Həmçinin maşına əlavə pul qoyularaq konstruksiyasında dəyişilik edilib.
12. Cavabdeh1 isə ödəniş etmək üçün vaxt verilməsini xahiş edib.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1719/2020 nömrəli, 30 noyabr 2020-cu il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan “Mersedes Benz” markalı “Sprinter” modelli **-PK-*** qeydiyyat nömrəli avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 25 065 (iyirmi beş min altmış beş) manat əsas lizinq borcu, 10900 (on min doqquz yüz) manat lizinqdən istifadəyə görə faiz borcu, 250 (iki yüz əlli) manat hesablanmış penya, cəmi 36215 (otuz altı min iki yüz on beş) manat borcunu, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatının tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Şəhla Süleymanova)
14. Birinci instansiya məhkəməsi işdəki sübutlara, o cümlədən lizinq və zaminlik müqavilələri və maliyyə arayışına əsasən iddianı təmin etmiş və gəldiyi nəticəni Mülki Məcllənin 385, 442 445.1, 445.2.1 460.1, 462.1, 467, 747.1, 747-2, 748-1.12.4, 748-2.1, 748-2.2, 748-10.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməs indəki icraat
15. Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.
16. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılıb.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3343/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1719/2020 saylı, 30 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Fuad Babayev)
18. Apellyasiya instansiyası müəyyən etmişdir ki, 30.08.2017-ci il tarixli 1701/0308 saylı daxili lizinq müqaviləsi ilə Ekolizinq MMC-nin mülkiyyətində olan və ümumi dəyəri 60000 manat olan 1 ədəd «Mercedess Benz» marka lı «Sprinter» modelli **-PK-*** qeydiyyat nömrəli avtomobil Cavabdeh1 Rəhimbala oğlunun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Ödəniş cədvəlinə əsasən Cavabdeh1 Rəhimbala oğlu illik lizinq ödənişlərini 32 faizlə 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 30.08.2017-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.
19. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış X3 əsasən, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh1 istifadəsinə və sahibliyinə versə də, lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qa ydada həyata keçirilməmişdir. Bununla da, cavabdehlər üzərlərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Beləliklə iddiaçının cavabdehlərdən öhdəliklərin icra edilməsini tələb etmək hüququ yaranmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehlərdən iddiaçıya olan əsas və faiz borcunun məbləği iddiaçının təqdim etdiyi maliyyə arayışı əsasında hesablanmış, həmin arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil cavabdeh tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində əsas və faiz borcunun düzgün hesablanmaması ilə bağlı hər hansı qeyd və sübut yoxdur. a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh2 (Vəkil) kassasiya şikay əti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu öd ənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. Maddə 247-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardı cıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik e dilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
25. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhk əməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
28. Belə ki, iddiaçı təşkilat iddia tələbində lizinq obyektinin qaytarılması ilə yanaşı, müqavilə üzrə əsas borcun, mükafatın və dəbbə pulunu ödənilməsini xahiş etmişdir. İşin müəyyən edilən hallarına görə də lizinq müqaviləsi 30 avqust 2017-cl il tarixdə 36 ay müddətinə bağlanmış, lizinq üzrə ödənilməli olan əsas məbləğ 39000 manat müəyyən edilmişdir. İddiaçı təşkilat da 06 avqust 2020-ci ilədək olan dövr üçün lizinq ödənişlərini tələb edir.
29. Müqaviləyə görə lizinq obyektinin dəyərinin ilk ödəniş kimi 35 faizini lizinq alan ödəyir ki, bu da 60000 manat olan lizinq obyektinin dəyərinin 21000 manatını təşkil edir.
30. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müq aviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Mülki Məcəllənin 748-11.1-ci maddəsində də lizinq ödənişlərinin ümumi məbləğinə daxil olan xərclər (məbləğlər) sadalanıb və lizinq obyekti üçün edilən ilkin ödəniş lizinq ödənişi kimi nəzərdə tutulmayıb.
31. İşdən görünür ki, məhkəmələr cavabdeh tərəfindən ilkin ödəniş edilibedilməməsini araşdırmayıblar.
32. Bir halda ki, qanunuvericilik lizinq ödənişlərinin siyahısına əmlakın alınması üçün ödənilmiş ilkin məbləği lizinq ödənişlərinin siyahısına daxil etməyib, belə olan halda, cavabdehin müqavilədə nəzərdə tutulan 21000 manat ilkin ödənişi edib-etməməsi müəyyən edilməli, belə bir ödəniş edilməsi müəyyən edildiyi halda isə, iddiaçının tələb etdiyi məbləğ cavabdehlərdən tutu larkən həmin ilkin ödəniş məhkəmələr tərəfindən nəzərə alınmalı idi.
33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 748-11.1.2-ci maddəsində qeyd edilən “lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər” ifadəsi lizinq obyektinin bilavasitə alınması üçün ödənilmiş ilkin məbləği yox, əmlakın əldə edilməsi bağlı çəkilən xərcləri (lazım olan əmlakın tapılması, yoxlanılması, alınmasının rəsmiləşdirilməsinə və s-ə. çəkilən xərclər) nəzərdə tutur, buna görə də lizinq obyektinin alınması üçün ödənilmiş ilkin məbləğ lizinq ödənişi deyildir.
34. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxa n məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, şərh edilən halları prosessual qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3343/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan