Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1071/2021 29.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinin və evin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kasasiya şikayətinin məzmununun prosessual qanunvericiliyinə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)212/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Göyçay Rayon Mə hkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)-177/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Göyçay şəhəri, Nizami küçəsi 180 saylı evdə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh paylarının naturada ayrılmasının ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə əsasən aparılması, Göyçay şəhəri, Nizami küçəsi 180 saylı fərdi yaşayış evinin torpaq sahəsindən və 180A saylı həyətyanı torpaq sahəsindən Göyçay şəhəri Nizami küçəsinə iki giriş yolunun açılması, qalan hissədə iddianın rədd edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı ünvan 1 saylı ünvanda yerləşən sahibliklərində olan, A seriyalı 192230 saylı torpaq sahəsinin planı və ölçüsündə koordinatları əks olunmuş 0,0181 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması barədə tələbi üzr ə icraata məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə xitam verilməsinin nəzərə alınması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-212/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(046)177/2019 nömrəli qətnaməsinin qismən, yəni Göyçay şəhəri, Nizami küçəsində yerləşən 180 və 180A saylı ünvanda olan torpaq sahələrindən Cavabdeh payına düşən ¼ hissənin ayrılması və ayrılacaq torpaq payına ayrıca giriş-çıxış yolunun açılmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın həmin hissədə də təmin edilməsi, Göyçay şəhəri, Nizami küçəsində yerləşən 180 və 180A saylı ünvanda olan torpaq sahələrindən Cavabdeh payına düşən ¼ hissənin ayrılması, ayrılacaq torpaq payına ayrıca girişçıxış yolunun açılması, bölgünün Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində göstərilən sxemə uyğun aparılması, qətnamənin qalan hissədə yəni, Göyçay şəhəri, Nizami küçəsi 180 saylı evdə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh paylarının naturada ayrılması ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə əsasən aparılması, Göyçay şəhəri, Nizami küçəsi 180 saylı fərdi yaşayış evinin torpaq sahəsindən və 180A saylı həyətyanı torpaq sahəsindən Göyçay şəhəri, Nizami küçəsinə iki giriş yolunun açılması, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı ünvan 1 saylı ünvanda yerləşən sahibliklərində olan, A seriyalı 19223 0 saylı torpaq sahəsinin planı və ölçüsündə koordinatları əks olunmuş 0,0181 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması barədə tələbi üzrə icraata məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə xitam verilməsinin nəzərə alınması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-212/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kasasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur k i, cavabdehin kasasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kasasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Məcəllənin 407.2-ci m addəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. Kasasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh iş üzr ə qəbul edilmiş məhkəmə qərarlarını sadalamış və ümumi ifadə ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikası MPM-in 9.1, 9.3, 14.1, 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmadığını göstərmişdir. Lakin kasator qeyd olunan hüquq normalarının pozulmasının nədən ibarət olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apelyasiya instansiya məhkəməsi kasasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-212/2020 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə qaytarılsın. Ali Məhkəmənin hakimi Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(102)-1071/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-1071/2021
29.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver