Məhkəmə qərarları › İş №2(102)-1073/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1073/2021

08.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1073/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasda payın müəyyən edilməsi” İddiaçı X8 cavabdeh İddiaçı qarşı “vərəsəlikdə payın təmin edilməsi” İddiaçı X9 cavabdeh İddiaçı qarşı “vərəsəlikdə payın təmin edilməsi” İddiaçı X10 cavabdeh İddiaçı qarşı “vərəsəlikdə payın təmin edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: miras qalmış əmlakda payların müəyyən edilməsi, mirasın faktiki qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Ab basov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X31 oğlunun katibliyi, Cavabdeh, onun vəkili Vəkil1 oğlunun, digər iddialar üzrə iddiaçı X10 və X11 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1249/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh, eyni zamanda digər iddiaçılar X17, X18 və X19 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Şəki rayonu Baş Küngüt İcra Nümayəndəliyi tərəfindən xx xxxxx 1993-cü il tarixdə verilmiş Vİ-ЖГ seriyalı, 354953 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 və x arasında xx xxxxx 1993-cü il tarixdə bağlanmış nikah, nikahın b ağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeydiyyata alınmışdır. Ərə x, arvada xsoyadı verilmişdir. Miras qoyan X15 xx xxxxx 2011-ci il tarixdə vəfat etmişdir. Miras əmlaka X15 öldüyü məqamadək malik olduğu xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat, 36 inventar nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat, 37 inventar nömrəli qeydəalma vəsiqələri üzrə B kəndində yerləşən 2 fərdi yaşayış evi, JN:0131 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən B kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən B kəndində yerləşən 0.46 hektar həyətyanı torpaq sahələri olmuşdur. Həmin torpaq sahələri X15 və İddiaçı ümumi birgə mülkiyyətlərində olmuş dur. Miras qoyan X6 vəfatından sonra onun birinci növbə vərəsələri İddiaçı (arvadı) və birinci nikahdan olan övladları Cavabdeh, X7, X17, X19 və X18 olmuşdur. X1 vəfat etmiş və vəfat etməzdən əvvəl miras qoyan X6 bütün əmlakından qardaşı Cavabdeh xeyrinə imtina etmişdir. Şəki rayon 1 saylı notariat kontoru tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş 2V1/322 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi İddiaçı Şəki Ərazi İdarəsinin xx xxxxxxxx 2013-cü il tarixli, 3208 nömrəli arayış və çıxarışa əsasən B kəndində 0.4494 ha torpaq sahəsində yerləşən 31.6 kv.m yaşayış, 13.5 kv.m yardımçı və 45.1 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət fərdi yaşayış evi və 0.2247 ha torpaq s ahəsindən 1/6 hissədə pay almalıdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, B kəndində 0.4494 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X15 (fərdi yaşayış evinin 5/6 hissəsi və 0.18725 ha torpaq sahəsi) və İddiaçı (fərdi yaşayış evinin 1/6 hissəsi və 0.26215 ha torpaq sahəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon 1 saylı notariat kontoru tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş 2V1/321 reyestr nömrəli qanun üzrə vərəsəlik hüquq u haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi İddiaçı Şəki Ərazi İdarəsinin xx xxxxxxxx 2013-cü il tarixli, 3207 nömrəli arayış və çıxarışa əsasən B kəndində 0.0106 ha torpaq sahəsində yerləşən 57.9 kv.m yaşayış, 0 kv.m yardımçı və 57.9 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət fərdi yaşayış evi və 0.0053 ha torpaq sahəsindən 1/6 hissədə pay almalıdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, B kəndində 0.0106 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X15 (fər di yaşayış evinin 5/6 hissəsi və 0.0044 ha torpaq sahəsi) və İddiaçı (fərdi yaşayış evinin 1/6 hissəsi və 0.0062 ha torpaq sahəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon 1 saylı notariat kontoru tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş 2V-1/346 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi İddiaçı Şəki Ərazi İdarəsinin xx xxxxxx 2014-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən B kəndində 0.4494 ha torpaq sahəsində yerləşən 31.6 kv.m yaşayış, 13.5 kv.m yardımçı və 45.1 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət fərdi yaşayış evi və 0.18725 ha torpaq sahəsindən 2/6 hissədə pay almalı dır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, B kəndində 0.4494 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X15 (fərdi yaşayış evinin 3/6 hissəsi və 0.1248 ha torpaq sahəsi) və İddiaçı (fərdi yaşayış evinin 3/6 hissəsi və 0.3246 ha torpaq sahəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon 1 saylı notariat kontoru tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş 2V-1/347 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq ol unmuş surətindən görünür ki, xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi İddiaçı Şəki Ərazi İdarəsinin xx xxxxxx 2014-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən B kəndində 0.0106 ha torpaq sahəsində yerləşən 57.9 kv.m yaşayış, 0 kv.m yardımçı və 57.9 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət fərdi yaşayış evi və 0.0044 ha torpaq sahəsindən 2/6 hissədə pay almalıdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, B kəndində 0.0106 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X15 (fərdi yaşayış evinin 3/6 hissəsi və 0.0029 ha torpaq sahəsi) və İddiaçı (fərdi yaşayış evinin 3/6 hissəsi və 0.0076 ha torpaq sahəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-4087/2018 saylı icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon 1 saylı notariat kontoru tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş 2V-1/346 və 2V-1/347 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmçinin həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi verilmiş çıxarışlar ləğv edilmişdir. Şəki şəhər İHB-nin Baş Küngüt kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 335 nömrəli vərəsəlik arayı şından görünür ki, B kənd sakini mərhum X15 və onun birinci nikahdan olan arvadı mərhumə X16 vəfat etdikdən sonra aşağıdakı varisləri qalmışdır: 1) İddiaçı (ikinci nikahdan arvadı), 2) x (qızı), 3) Cavabdeh (oğlu), x (qızı), 5) x (vəfat edib), 6) X17 (qızı). Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş **********21 nömrəli məktubdan görünür ki, Xidmətin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən B kəndində yerləşən fərdi yaşayış evlərinə xx xxxxxx 2014-cü il tarixdə İddiaçı və X6 adlarına ********** və ********** ərizə nömrəli dövlət reyestrindən çıxarış verilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-4087/2018 saylı qərarına əsasən İddiaçı qeydə alınmış fərdi yaşayış evlərinin 2/6 hissəsi lə ğv edilərək icra üçün ərazi idarəsinə göndərilmişdir. Elektron baza məlumatlarında düzəlişlər aparılmış, lakin dövlət reyestrindən çıxarış alınması üçün ərazi idarəsinə müraciət olunmamışdır. Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş xx xxxxxx 2019cu il tarixli, 3566 nömrəli məktubdan görünür ki, X17, X19 və X10 mərhum ataları X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaları barədə müraciətlərinə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, B kəndində yerləşən mərhum əri X4 miras qalmış evlərdən ½ hissə və birgə nikah dövründə əldə edilmiş 0.46 ha həyətyanı torpaq sahəsinin 3/4 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona mərhum əri X4 miras qalmış əmlaka dair adına verilmiş xx xxxxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi, xx xxxxxxx 1995-ci il tarixli, 138 qeydiyyat (36 inventar) nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat (37 inventar) nömrəli qeydiyyat vəsiqələri üzrə mərhum X15 və İddiaçı birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evlərindən ½ hissədə payı, həmin evlərə münasibətdə miras qalan digər ½ hissənin 1/2 hissəsində miras payı, JN:0131 (kod ********) nömrəli torpağın mülk iyyətə verilməsi dair dövlət aktı və JN:069F (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ümumi birgə mülkiyyətdə olan torpaq sahələrinin ½ hissədə payı və digər ½ hissənin isə ½ hissəsində miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı ilə bağlı mərhum əri X12 və ona Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasənJN:0131 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» ilə 1.51 ha, JN:069F (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.46 ha torpaq sahələri verilmişdir. Həmin torpaq sahəsində mərhum əri x məxsus 31 kv.m yaşayış, 13,5 kv.m köməkçi və 45 k v.m ümumi sahəsi olan 2 otaqlı və 57.9 kv.m ümumi sahəsi olan yaşayış evləri X6 adına DƏDRX-nin 12 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. x xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş, torpağın ona aid 1/2 hissəsi ve onun mülkiyyəti olan iki evə vərəsəlik işi açılmışdır. 1950-ci ildə tikilmiş evdə o, 1980-ci ildə tikilən evdə isə Cavabdeh yaşamaqla mirası qəbul etmişlər. Miras açılandan sonra o, mirasın 1/6 hissəsini öz adına rəsmiləşdirərək sonradan mirasdan əlavə 2/6 hissəni qəbul etməsi faktının müəyyən edilməsi ilə tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsində ərizəsi təmin edilməsə də, Şəki Apelyasiya Məhkəməsi bu faktı təsdiq edərək apelyasiya şikayətini təmin etmişdir. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi bu qətnaməni tamamilə ləğv edərək onun hüquql arının artıq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını göstərmişdir. Evlər miras qoyanın onunla nikahdan əvvəl əldə etdiyi əmlak olduğundan tam mirasın kütləsinə daxil olmuşdur. Torpaq sahələri isə ona və miras qoyana verildiyindən ½ hissədə mirasın kütləsinə daxildir. Torpaq sahələrinin ¾ hissəsinə, miras evlərin isə ½ hissəsinə onun payı müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verilməlidir. Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İşə məhkəmədə baxılarkən X17, X19 və X18 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2019-cu il tarixdə 2(075)-1729/2019 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı X17 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 57.9 kv.m və 31 kv.m evlərdən, 0.46 ha həyətyanı torpaq sahəsindən və Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 0.75 ha torpaq sahəsi üzərində 1/6 hissə vərəsəlik payının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı X17 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 31 kv.m və 57.9 kv.m sahəsi olan evlərdən, 0.46 ha həyətyanı torpaq sahəsinin 1/6 hissə və Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 1.51 ha torpaq sahəsinin ½ hissəsinin 1/6 hissə üzərində vərəsəliyinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2019-cu il ta rixdə 2(075)-1653/2019 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1653/2019 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-1729/2019 saylı və 2(075)-1653/2019 saylı mülki işlər birləşdirilmişdir. Eyni zamanda iddiaçı X19 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 57.9 kv.m və 31 kv.m sahəsi olan evlərdən, 0.46 ha həyətyanı torpaq sahəsi və Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 1.51 ha torpaq sahəsinin ½ hissəsinin 1/6 hissə vərəsəliyinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2019-cu il tarixdə 2(075)-2259/2019 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-60/2020 saylı və 2(075)-183/2020 saylı mülki işlər birləşdirilmişdir. Eyni zamanda iddiaçı X18 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 57.9 kv.m və 31 kv.m sahəsi olan evlərdən, 0.46 ha həyətyanı torpaq sahəsi üzərində 1/6 hissə və Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 1.51 ha torpaq sahəsinin ½ hissəsi üzərində 1/6 hissə vərəsəlik payının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2020-ci il tarixdə 2(075)-379/2020 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-60/2020 saylı və 2(075)-379/2020 saylı mülki işlər birləşdirilmişdir. İddiaçı X17 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş mərhum atası X15 altı vərəsəsindən biridir. X2 vəfat etmişdir. Hal-hazırda miras mülkdə qardaşı Cavabdeh və atasının ikinci nikahdan olan arvadı İddiaçı yaşayır. O, 1993-cü ildə məcburi köçkün, X kənd sakini X ilə ailə həyatı qurmuşdur. Özü həmin kənddə qeydiyyatdadır. Onun iki övladı var və hər ikisi məktəblidir. Ailəsi ilə birlikdə Sumqayıt şəhərində birotaqlı yataqxanada yaşayır. X32 İİ qrup əlildir. O öz ata yurduna gələ bilmir. Ona görə ki, miras əmlakı İddiaçı zəbt etmişdir. Onu və bacılarını həmin mülkə buraxmır. Niyə buraxmadığını soruşduqda isə onların burada yaşamadıqlarını və ona görə də vərəsə olmadıqlarını qeyd edir. Odur ki, hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X19 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş mərhum atası X15 vərəsələrindən biridir. Atası vəfat etdikdən sonra ondan qalmış miras əmlakdan payını almaq istəsə də, atasının ikinci nikahdan olan arvadı (kəbin üzrə dördüncü) İddiaçı buna imkan verməmişdir. Baxmayaraq ki, miras əmlaklar mərhum valideynlərinin birgə nikahları dövründə əldə olunmuşdur. Bu əmlakların heç birində İddiaçı əməyi yoxdur. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə etmək üçün notariusa müraciət etsə də, vərəsələr arasında mübahisə olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X18 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, rəhmətlik atası X15 xx xxxxx 2011-ci il tarixdə vəfat etdikdən sonra onun aşağıda qeyd olunan vərəsələri qalmışdır: X18, Cavabdeh, X19, X7, X17 və İddiaçı (ikinci nikahdan olan arvadı). Hal-hazırda miras mülkdə qardaşı Cavabdeh və atasının ikinci nikahdan olan arvadı (kəbin üzrə dördüncü) İddiaçı yaşayır. O özü halhazırda ünvan 1 ünvanında 3 nömrəli yataqxanada yaşayır. O, Şəkiyə gəldiyi zaman öz ata yurduna gələ bilmir. Ona görə ki uşaqlığının keçdiyi evi İddiaçı zəbt etmişdir. Halbuki evlər və həyətyanı torpaq sahəsi mərhum atası və anasının birgə nikahları dövründə əldə olunmuşdur. Bunlardan 57.9 kv.m sahəsi olan ev 1980-cı ildə onların ailə üzvlərinin köməkliyi ilə tikilmişdir. 31.1 kv.m sahəsi olan ev 1850-ci ildə tikilmiş, 1992-ci ildə qardaşı tərəfindən əsaslı təmir olunmuşdur. Bunların heç birində İddiaçı əməyi yoxdur. Bunu evlərin tikilmə tarixi və hətta bütün kənd təsdiq edə bilər. Atası ilə İddiaçı birgə nikahı 1993-cü ildə bağlanmışdır. 1993-cü ildən sonrakı dövrdə heç bir tikinti tikilməmiş, torpaq sahəsi verilməmişdir. Notariat Kontoruna qardaşı Cavabdeh timsalında müraciət etmişdik. Belə ki, o və digər bacıları öz etibarnamələrini qardaşları Cavabdeh vermişlər. Şəki rayon 1 saylı Notariat Kontoru vərəsələr arasında mübahisə olduğunu bildirərək onlara məhkəməyə müraciət etməyi bildirmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə Şəki regional «Asan» xidmət mərkəzində notariat ofisinə məktubla müraciət etmişlər. Notariat ofisindən mərhumun vərəsələri tərəfindən müxtəlif vaxtlarda müraciət olunaraq mübahisə və məhkəmə çəkişmələri olduğu, buna görə də qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin qeyrimümkün olduğu bildirilmişdir. O vaxtdan indiyədək onlarla İddiaçı arasında məhkəmə çəkişmələri getmiş və münbit şərait indi yaranmışdır. Odur ki, hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasda payın müəyyən edilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, mərhum X4 miras qalmış əmlaka dair İddiaçı adına verilmiş xx xxxxxxxx 2013-cü il tarixli, 2V-1/321 və 2V-1/322 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx xxxxxxx 1995-ci il tarixli, 138 qeydi yyat, 36 inventar nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat, 37 inventar nömrəli qeydiyyat vəsiqələri üzrə mərhum X15 və İddiaçı birgə nikahları dövründə əldə edilmiş fərdi yaşayış evlərindən İddiaçı ½ hissədə payı, həmin evlərə münasibətdə miras qalan ½ hissənin 1/5 hissəsində miras payı, JN:0131 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən ümumi birgə mülkiyyətdə olan B kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən ümumi birgə mülkiyyətdə olan 0.46 hektar həyətyanı torpaq sahələrindən ½ hissədə payı və digər ½ hissənin isə ½ hissəsində miras payının müəyyən edilməsi, X8 İddiaçı qarşı «vərəsəlikdə payın təmin edilməsi tələbinə dair iddiası nın qismən təmin edilməsi, xx xxxxxxx 1995-ci il tarixli, 138 qeydiyyat, 36 inventar nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat, 37 inventar nömrəli qeydiyyat vəsiqələri üzrə olan fərdi yaşayış evlərindən X8 mərhum atası X4 miras qalan ½ hissənin 1/5 hissəsində, JN:0131 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən ümumi birgə mülkiyyətdə olan B kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən ümumi birgə mülkiyyətdə olan 0.46 hektar həyətyanı torpaq sahələrindən ½ hissənin ½ hissəsinin 1/5 hissəsində miras paylarının müəyyən edilməsi, X9 İddiaçı qarşı «vərəsəlikdə payın təmin edilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, xx xxxxxxx 1995-ci il tarixli, 138 qeydiyyat, 36 inventar nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat, 37 inventar nömrəli qeydiyyat vəsiqələri üzrə olan fərdi yaşayış evlərindən X9 mərhum atası X4 miras qalan ½ hissənin 1/5 hissəsində, JN:0131 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən ümumi birgə mülkiyyətdə olan B kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən ümumi birgə mülkiyyətdə olan 0.46 hektar həyətyanı torpaq sahələrindən ½ hissənin ½ hissəsinin 1/5 hissəsində miras paylarının müəyyən edilməsi, X10 İddiaçı qarşı «vərəsəlikdə payın təmin edilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, xx xxxxxxx 1995-ci il tarixli, 138 qeydiyyat, 36 inventar nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat, 37 inventar nömrəli qeydiyyat vəsiqələri üzrə olan fərdi yaşayış evlərindən X10 mərhum atası X4 miras qalan ½ hissənin 1/5 hissəsində, JN:0131 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən ümumi birgə mülkiyyətdə olan B kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən ümumi birgə mülkiyyətdə olan 0.46 hektar həyətyanı torpaq sahələrindən ½ hissənin ½ hissəsinin 1/5 hissəsində miras paylarının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, miras mülklərdə faktiki olaraq İddiaçı və Cavabdeh ailəsi ilə birgə yaşayır. Miras əmlaklar mərhum X15 və İddiaçı birgə nikahları dövründə əldə edilmiş, xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat, 36 inventar nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat, 37 inventar nömrəli qeydəalma vəsiqələri üzrə B kəndində yerləşən fərdi yaşayış evləri X6, JN:0131 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən B kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən B kəndində yerləşən 0.46 hektar həyətyanı torpaq sahələri X15 və İddiaçı ümumi birgə mülkiyyətlərində olmuşdur. Miras qoyan X6 vəfatından sonra onun birinci növbə vərəsələri İddiaçı (arvadı) və Cavabdeh (oğlu) miras əmlakları faktiki surətdə idarə etməyə başlayaraq mirası qəbu l etmiş hesab olunmuşlar. Miras qoyan X6 birinci növbə vərəsələri – qızları X7, X17, X19 və X10 mirasdan məcburi pay hüquqları yaranmışdır. X1 vəfat etmiş və vəfat etməzdən əvvəl miras qoyan X6 bütün əmlakından qardaşı Cavabdeh xeyrinə imtina etmişdir. İş materiallarında X3 xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş mərhum atası X6 bütün əmlakından qardaşı Cavabdeh xeyrinə imtina etdiyi barədə ərizə olmasına baxmayaraq məhkəmə mülki qanunvericiliyin tələbini rəhbər tutaraq hesab etmişdir ki, X3 xx xxxx 2013-cü il tarixli, 7E7/8164 reyestr nömrəli ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsi yolverilməzdir. Belə ki, X7 miras əmlakdan üç ay ərzində imtina etməli olduğu halda, miras qoyan vəfat etdikdən iki ildən çox müddət keçdikdən sonra mirasdan digər şəxsin xeyrinə imtina etmişdir. Bu isə mü lki qanunvericiliyin tələblərinə uyğun olmamaqla, mirası faktiki olaraq qəbul etmiş digər vərəsələrin mülkiyyət hüquqlarını pozur. Odur ki, X7 gəlməyən vərəsə kimi qiymətləndirilərək onun payı digər vərəsələrə keçmişdir. Beləliklə, Sədayə Nəsrullayevanın miras əmlakda payı digər vərəsələrin payına əlavə edilməklə onların arasında mütənasib surətdə bölüşdürülür. Bütün bunlara əsasən, miras qoyan X6 miras əmlakı onun vərəsələri – İddiaçı, Cavabdeh, X17, X19 və X18 arasında bölünməlidir. Miras qoyan X6 birinci növbə vərəsələri – qızları X17, X19 və X18 miras əmlaklarda daimi olaraq yaşamasalar da, mütəmadi olaraq gəlib-getmiş, miras əmlaklardan istifadə etmiş, beləliklə mirası faktiki olaraq qəbul etmişlər. Bu faktlar şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə tədqiqi zamanı həmçinin müəyyən olunmuşdur ki, mərhum X6 vərəsəsi İddiaçı B kəndində qeydiyyatda olmaqla yaşamış, miras qoyanın ölümündən Şəki rayon 1 saylı notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bununla da mirasda məcburi payı olan digər vərəsələrin hüquqlarının pozulmasına gətirib çıxmışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, Şəki rayon 1 saylı notariat kontoru tərəfindən X15 barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi tam müəyyənləşdirilməmiş və İddiaçı ərizəsi ilə kifayətlənmişdir. Bundan əlavə miras qoyan şəxs X15 barəsində notariat kontorunda vərəsəlik işi açılarkən Mülki Məcəllənin 1300-cü maddəsinin, notarius tərəfindən isə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarılmı şdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, fərdi yaşayış evlərindən İddiaçı ½ hissədə payı, həmin evlərə münasibətdə miras qalan ½ hissənin 1/5 hissəsində miras payı, digər iddiaçılar X17, X19 və X10 isə miras qalan ½ hissənin 1/5 hissəsində miras payları müəyyən edilməlidir. Bundan başqa JN:0131 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən B kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən 0.46 hektar həyətyanı torpaq sahələri X15 və İddiaçı ümumi birgə mülkiyyətlərindədir. Odur ki, həmin torpaq sahələrindən İddiaçı ½ hissədə payı, digər ½ hissənin isə ½ hissəsində miras payı, digər iddiaçılar X7, X19 və X10 ½ hissənin ½ hissəsinin 1/5 hissə sində miras payları müəyyən edilməlidir. İddia tələblərinin qalan hissələri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, 71 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1151, 1159.1.1, 1193, 1243.1, 1243.2, 1243.3, 1246, 1256, 1270.1, 1273-1, 1262, 1301.1, 140, 144.1, 144.2, 146.1, 213.1, 213.2, 225.1, 1162-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən cavabdeh olmaqla, eyni zamanda digər iddiaçılar X8, X9 və X10 nümayəndəsi Cavabdeh tərəfindən apelyasiya şikayətləri verilərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli qətnaməsinin ləğv edilərək İddiaçı iddiasının rədd edilməsi və iddiaçılar X8, X9 və X10 iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qətna mədən İddiaçı apelyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli qətnaməsinin ləğv edilərək 3-cü şəxslərin iddialarının rədd edilməsini və ümumi miras əmlakda özünün ½ ümumi əmlakdan ona məxsus hissə və digər ½ hissəsindən də ½ hissə payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mahir Əsədli) xx xxxxxx 2020-ci il tarixli 2(107)1249/2020 nömrəli qətnaməsi ilə İddiaçı, Cavabdeh (X17, X18 və X9 nümayəndəsi) tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasda payın müəyyən edilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, X4 miras qalmış əmlaka dair İddiaçı adına verilmiş xx xxxxxxxx 2013-cü il tarixli, 2V-1/321 və 2V-1/322 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bu şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi, İddiaçı və Cavabdeh B kəndində yerləşən fərdi yaşayış evlərində (xx xxxxxxx 1995-ci il tarixli, 138 qeydiyyat (36 inventar) nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat (37 inventar) miras payları bərabər, yəni hər birinə ½ hissə olmaqla müəyyən edilməsi, İddiaçı və Cavabdeh B kəndində yerləşən (JN:0131 nömrəli (kod **** ****) 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod ********) 0.46 hektar həyətyanı torpaq sahələrinin ½ hissəsində (miras qoyan X13 məxsus hissədə) miras payları bərabər, yəni hər birinə 1/4 hissə (1/2: 1/2) olmaqla müəyyən edilməsi, İddiaçı Cavabdeh qarşı iddia tələbi qalan hissədə, X17, X18 və X9 İddiaçı qarşı “vərəsəlikdə payın təmin edilməsi” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməmişdir ki, bu da Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti il ə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Çünki birinci instansiya məhkəməsi hazırki iş üzrə tərəflər arasındakı qarşılıqlı münasibətə, əmlakın rejiminə, mirasın qəbulu ilə bağlı məsələləri düzgün həll etməmiş, miras qoyan tərəfindən vəsiyyətnamə olmadığı halda qətnamədə məcburi pay hüququna qiymət vermiş, miras əmlakın paylara uyğun olaraq bölünməsində səhvə yol verməklə, həm maddi, həm də prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, mübahisəli miras əmlaklardan B kəndində yerləşən fərdi yaşayış evlərinin sənədləşməsi (rəsmiləşdirilməsi) miras qoyan X15 ilə onun sonun cu arvadı, yəni hazırki iş üzrə İddiaçı birgə nikahı dövründə (1995-ci ildə) aparılsa da, əslində həmin evlərin inşası nikahdan xeyli əvvələ, yəni 1989-cu ilə təsadüf edilir. Mübahisənin bu halı iş materiallarında olan (mülki iş İ cild səhifə 35 və 38 nömrə 138 və 139) qeydəalma vəsiqələri, həmçinin İddiaçı özünün izahatı ilə sübut olunur. Belə ki, həmin qeydəalma vəsiqələrindən göründüyü kimi mübahisəli fərdi yaşayış evləri Şəki RİK-n xx xxxx 1989-cu il tarixli qərarı əsasında inşa edilmiş, sadəcə qeydə alınma prosesi 1995-ci il tarixdə baş vermişdir. Buradan da belə nəticəyə gəlmək olur ki, fərdi yaşayış evlərinin tikilişinə vəsait miras qoyanla İddiaçı birgə nikahından, yəni 1993-cü il tarixdən əvvəl qoyulmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli fərdi yaşa yış evləri birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilə bilməz, bu səbəbdən də həmin evlərin rəsmiləşdirilmə tarixi deyil, inşa edilmə (vəsait qoyulma vaxtı) vaxtı əsas götürülməklə miras əmlak kütləsinə tam daxil edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, B kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və B kəndində yerləşən 0.46 hektar həyətyanı torpaq sahələrinə münasibətdə birinci instansiya məhkəməsi həmin torpaqların paylara uyğun bölünməsində də səhvə yol vermişdir. Belə ki, iş materiallarından göründüyü kimi qeyd olunan torpaq sahələri X13 və İddiaçı Səbir qızına AİK-n xx xxxxxx 1997-ci il tarixli qərarı əsasında ümumi birgə mülkiyyət kimi verilmişdir. Həmin torpaq sahələrinin ½ hissəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan tor paqların ½ hissəsi mirasa daxil deyildir. Həmin torpaqlar üzərində miras payların müəyyənləşdirilməsi zamanı yalnız mərhum X13 məxsus ½ hissəyə münasibət bildirilməlidir. Çünki qeyd olunan mübahisəli torpaqların yalnız ½ hissəsi miras kütləsinə aiddir, qalan ½ hissə isə İddiaçı dövlət tərəfindən əvəzsiz verilmiş əmlakdır və sonuncunun xüsusi mülkiyyətidir. Miras qoyan X6 vəfatından sonra onun birinci növbə vərəsələri- İddiaçı (arvadı) və uşaqları Cavabdeh, X7 (atasından sonra vəfat edib), X17, X19, X18 və X7 qalmışlar. İşin faktiki hallarından göründüyü kimi miras qoyanın vərəsələrindən yalnız ikisi, yəni İddiaçı (arvadı) və Cavabdeh (övladı) mirası faktiki qəbul etmiş, hətta sonradan notariat orqanına müraciət etməklə hazırki mübahisələndirilən vərəsəlik şəhadətnamələrini rəsmiləşdirmişlə r. Digər vərəsələrdən X17, X19 və X18 isə atalarının sağlığında miras əmlakdan çıxmış, bu ötən müddət ərzində mirasın faktiki və ya rəsmi qəbulu ilə bağlı hər hansı hərəkət etmələri barədə məhkəməyə hər hansı rəsmi sübut təqdim etməmişlər. Həmin vərəsələrin mirası faktiki qəbulu ilə bağlı birinci instansiya məhkəməsində ifadə vermiş şahid ifadəsinə tənqidi yanaşan kollegiya qeyd etmişdir ki, şahid də öz ifadəsində bir tərəfin maraqlarından çıxış edərək sözügedən vərəsələrin mirasın əmlakı faktiki qəbul edilməsinin nədə ifadə edilməsinə və faktiki qəbulun şəksiz nümayiş etdirilməsinə dair əsaslı arqumentlər gətirməmişdir. Bu baxımdan kollegiya belə qənaətə gəlmişdir ki, mübahisənin bu halı ilə bağlı şahid ifadəsi yeganə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki mirasın faktiki qəbulu şahid ifadəsi ilə deyil, vərəsənin özü tərəfindən mötəbər sübutlarla təsdiq olunmalı və əsaslandırılmalıdır. Məhkəmə kollegiyası digər vərəsə X3 vəfat etməsindən əvvəl miras əmlakdan qardaşı Cavabdeh xeyrinə imtina etməsini də qəbul etməyərək bildirir ki, notarius bu notariat hərəkətini aparakən qanunvericiliyin tələbini pozmuşdur. Çünki belə bir ərizənin qanunvericiliklə müəyyən olunmuş müddət keçəndən sonra yazılması və notarius tərəfindən təsdiq olunması yolverilməzdir Güründüyü kimi vərəsə X7 miras əmlakdan üç ay ərzində imtina etməli olduğu halda, miras qoyan vəfat etdikdən iki ildən çox müddət keçdikdən sonra mirasdan digər şəxsin xeyrinə imtina etmişdir. Bu isə mülki qanunvericiliyin tələblərinə uyğun olmamaqla, mirası faktiki olaraq qəbul etmiş digər vərəsələrin mülkiyyət hüquqlar ını pozur. Odur ki, X7 “gəlməyən” vərəsə kimi qiymətləndirilərək onun payı digər vərəsələrə keçmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29.5, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1.1, 1243, 1255, 1273, 1162, 1256, 1270.1, 1273-1, 1262-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İlkin iddia üzrə Cavabdeh, eyni zamanda digər iddiaçılar X17, X18 və X19 tərəfindən birlikdə kassasiya şikayəti verilərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1249/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, kassasiya şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatla rı Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 218.1, 220, 385.1.2-ci maddələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının imperativ tələblərinə cavab vermir və qətnamədə gəlinmiş nəticə əsaslandırılmamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 14.12, 157.8-ci maddələrinin də tələbləri pozulmuşdur. İddiaçı məhkəməyə yazılı izahat ünvanlayaraq qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1249/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və onun vəkili Vəkil1 oğlu Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1249/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Digər iddiaçılar X18 və X20 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr d ə, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uş aq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra m irasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, mə hkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiy a baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdehlər kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müə yyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəmə sinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdeh, eyni zamanda digər iddiaçıların nümayəndəsi Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1249/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar