Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1073/2022 11.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi) İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Cavabdeh vəkili Vəkil Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(006)-4640/2021 nömrəli qərardadından şikayət vermişdir. Şikayət nəzərdən keçirilərkən məlum oldu ki, şikayət yalnız Cavabdeh vəkili Vəkil tərəfindən imzalanmışdır və iş materiallarında sonuncunun adına onu təmsil etməsi üçün Cavabdeh tərəfindən verilmiş etibarnamə mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403-1.3.-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. MPM-in 403-1.4-cü maddəsinə görə, şikayətin qa ytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 407-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh vəkili Vəkil tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(006)-4640/2021 nömrəli qərardadından verilmiş şikayət qeyrimümkün hesab edilsin və iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qa
Məhkəmə qərarları › İş №2(102)-1073/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1073/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver