Məhkəmə qərarları › İş №2(102)-780/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-780/2022

05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-780/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-780/21 (Açar sözlər: borc tələbi, iddia müddəti) Bakı şəhəri, 05 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(103)-7877/2021 nömrəli, 20 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının kassasiya şikayətinə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında 25.04.2011-ci il tarixdə, 202 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sonuncuya illik 17 faizlə, 60 ay müddətinə 108000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan **-KK-*** dövlət qeydiyyat nömrəli “Porsche panamera” minik” markalı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. 3. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Nəsimi” filialı ilə Cavabd eh2 arasında da 25.04.2011-ci il tarixdə, 26 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ “Aqrarkredit“QSC-yə keçmişdir. 5. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edi lməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir.

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "Aqrarkredit” QSC tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X2 dair sənədlər S-AVK-1365 saylı, 10 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 45700 manat, faiz borcu üzrə 25844,01 manat olmaqla, cəmi 71544,01 manat məbləğində kred it borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "Aqrarkredit“ QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan **-KK-*** dövlət qeydiyyat nömrəli “Porsche panamera” markalı avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin cavabdehlərdən tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş xəbərdarlıqlara baxmayaraq üzərinə düşən ö hdəlikləri lazımınca yerinə yetirməmiş, krediti və faizləri vaxtında ödəməmişdir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 269.1, 295, 296.1, 297, 385.1, 442, 448.1, 470.1, 472.1, 472.2, 501 və 739-cu maddələrinə istinad etmişdir.

10. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılıb ki, kredit müqaviləsi 25.04.2011-ci il tarixdə 60 ay müddətinə bağlanıb, müddət 25 aprel 2016-c ildə bitib, iddiaçı isə isə məhkəməyə 2021-ci ilin yanvar ayında müraciət etməklə 3 illik iddia müddətini ötürüb.

11. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2035/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Natavan Tağıyeva)

12. Birinci instansiya məhkəməsi işdəki sübutla əsasən müəyyən etmişdir ki, kredit müqav iləsi 60 ay müddətinə, yəni 25.04.2011- ci ildən 25.04.2016-ci il tarixinədək olan müddətə bağlanmışdır. İddia ərizəsi isə məhkəməyə 22.01 2021-ci ildə daxil olmuşdur.

13. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 373.2, 380.1, 380.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən hesab edib ki, 25.04.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti 25.04.2016-ci ildə bitdiyindən iddiaçı müvafiq məzmunlu iddia ilə məhkəməyə ən geci 25.04.2016-ci ildə müraciət etməli idi. Buna zidd olaraq iddia ərizəsi məhkəməyə iddia müddəti keçdikdən sonra, yəni 22.01 2021-ci ildə daxil olmuşdur. Göründüyü kimi, idd iaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxmış rayon məhkəməsi nəzərə almamışdır ki, bundan daha əvvəl, yəni 20.05.2019-cu il tarixdə QSC hazırki iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş Bakı Apellyasiya Məhkəməsinin baxışı predmeti olmuş və işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 07.09.2020-ci il tarixli qərardadı (İş № 2(103)-6230/2019) ilə N əsimi Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını qərara almışdır; - bu səbəbdən hesab edilməlidir ki, iddia müddəti buraxılmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7877/2021 nömrəli, 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Rəşad Həsənov)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, Bank ilə Cavabdeh1 arasındakı “Kredit müqaviləsi” 25.04.2011-ci il tarixdə 60 ay müddətinə bağlanmışdır. Yəni müqavilənin müddəti 25.04.2016-cı il tarixdə bitmişdir. Belə olan halda, iddia müddətinin axımı 26.04.2016-cı il tarixdə başlamış və 3 ildən sonra, yəni 26.04.2019-cu il tarixdə bitmişdir. İddiaçının iddia ərizəsi 22.01.2021-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi daha əvvəl iddiaçının eyni məzmunda iddia verməsi, həmin iddianın baxılmamış saxlanması, bu baxımdan iddia müddətini axımı ilə bağlı brinci instansiya məhkəməsinin gəldiyi nəticənin düz olmaması barədə dəlilinə münasibətdə qeyd edib ki, iddiaçının göstərdiyi bu hal iddia müddətinin axımını nə dayandırmamış, nə də ki, müddətin axımını bərpa etməmişdir a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlilləri: - cavabdehlə bağlanmış kredit müqaviləsində göstərilib ki, bu müqavilə borcalanın öz üzərinə götürdüyü öhdəliklər tam həcmdə yerinə yetirildikdə xitam edilir. Cavabdeh isə müqaviləni tam yerinə yetirməyib; - iddia müddətinin tətbiqi düz olmayıb. Belə ki, iddiaçı 20.05.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş Bakı Apellyasiya Məhkəməsinin baxışı predmeti olmuş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2020-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını qərara almışdır. Sənədlər g eri qaytrarılmış və buna görə də bank 21 yanvar 2021-ci ildə hazırki iddianı vermişdir. b) Kassasiya şikayətilərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

23. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə idd iaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

27. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.

28. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Cavabdeh1lə “Kredit müqaviləsi” 25.04.2011-ci il tarixdə 60 ay müddətinə bağlanmış, müqavilənin müddəti 25.04.2016-cı il tarixdə bitmişdir. İddia müddətinin axımı 26.04.2016-cı il tarixdə başlamış və 3 ildən sonra, yəni 26.04.2019-cu il tarixdə bitmiş, iddiaçının iddia ərizəsi 22.01.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr, o cümlədən apellyasiya instansiyası iddia müddətinin ötürülm əsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarına da diqqəti çəkir. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələri n yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.“ Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tə tbiq edilməlidir.

31. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı).

33. Məhkəmə kollegiyası iddia müddətinin axımının müqavilənin müddətinin bitdiyi tarixdən hesablanmasının düz olmaması və müqaviləyə borcalanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirildiyi halda xitam verilməli olması barədə kassasiya şikayətinin dəlillərini Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən 3 iyun 2013-cü il tarixli Qərar ındakı hüquqi mövqeyi baxımından qəbul etmir. Çünki həmin Qərardakı hüquqi mövqeyə görə göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər – iddiaçının 20.05.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2020-ci il tarixli qərardadı həmin iddia ərizəsinin baxılmamış saxlanılması, bu səbəbdən iddia müddətinin axımı ilə bağlı gəlinən nəticənin səhv olması –dəlilini də əsassız say ır. Belə ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi, qanunvericilik iddianın baxılmamış saxlanıldığı halda başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etməsini müəyyən edib.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-7877/2021 nömrəli, 20 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar