Məhkəmə qərarları › İş №2(102)-7018/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7018/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7018/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kompensasiyanın ödənilməsi ) 29.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3986/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağı dakı qərarı qəbul etdi: İşin halları: Bakı şəhəri, Azadlıq prospekti, ev 80, mənzil 8-də yerləşən sahəsi 98,12 kv.metr təşkil edən 3 otaqlı yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş, 17 mart 2018-ci il tarixdə Cavabdeh MMC ilə mənzilin mülkiyyətçisi arasında əvəzləşmə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən MMC qəzalı vəziyyətdə olan həmin mənzilin yerləşdiyi evi sökmək və mülkiyyətçini əlavə 20 % sahə də daxil ümumi 120 kv.metr təşkil edən mənzillə təmin etmək barədə üzərinə öhdəlik götürmüşdür. 2018-ci ildə mənzil boşaldılaraq MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün tərəflər arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla MMC arasında bağlanmış 17 mart 2018-ci il tarixli müqavilənin icrası ilə əlaqədar 18 mart 2018-ci il tarixdə mənzili MMC-yə təhvil verməsinə baxmayaraq MMC-nin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməməsini əsas göstərməklə müqavilənin şərtinə uyğun olaraq MMC-dən onun xeyrinə 180.000 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2128/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: V.M.Hacıyev) İddiaçı iddiası təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək müqavilədə yalnız binanın bünövrəsinin qoyulduqdan s onra keçən 24 ay ərzində mənzilin veriləcəyi təqdirdə kompensasiyanın ödənilməsinin nəzərdə tutulmaqla təyin olunmasını, tikintiyə başlanmamasının səbəbinin isə koronovirus pandemiyası ilə bağlı olmaqla onlardan asılı olmayan səbəblər üzündən baş verməsinin və belə halda kompensasiyanın tutulmasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427-ci maddəsinin tələbinə uyğun olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3986/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2128/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh MMC-nin nümayəndəsi eyni əsaslarla kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3986/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş dir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerd ə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini mü zakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında iddiaçıya məxsus mənzilin sökülməsi və onun 24 ay müddətinə eyni mənzillə təmin edilməsi barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən tərəflər üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək mənzili MMC-yə təhvil versə də, işdən göründüyü kimi, cavabdeh müqavilənin bağlandığı 17 mart 2018-ci il tarixdən öhdəliyinin icrasına başlamamış və 2 il müddətinə təhvil verəcəyi mənzilin yerləşdiyi binanın bünövrəsinin tikintisinə belə başlamamışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin Cavabdeh MMC tərəfindən yerinə yetiriləcəy i təqdirdə və ya qismən yerinə yetiriləcəyi təqdirdə, həmçinin gələcəkdə səbəbindən asılı olmayaraq söküntü həyata keçirilən ərazidə tikilmiş yeni binada deyil, digər binadan müvafiq mənzil əvəzləşdirilməsi həyata keçirilməsi zərurəti yarandığı təqdirdə, yaxud səbəbindən asılı olmayaraq “mülkiyyətçiyə” hazırkı müqavilədə nəzərdə tutulan şərtlər daxilində razılaşdırılmış mənzili təhvil vermədiyi təqdirdə “mülkiyyətçiyə” verilməsi nəzərdə tutulmuş 120 kv.metr mənzilin hər bir kv. m üçün 1500 ABŞ dolları olmaqla həmin günün məzənnəsinə uyğun olaraq hesablanmaqla Azərbaycan manatı ilə Cavabdeh MMC tərəfindən “mülkiyyətçiyə” kompensasiya olaraq ödəniləcəkdir. Cavabdeh evin bünövrəsinin tikintisinə başlanıldıqdan sonra keçən 2 il müddət ərzində mənzilin təhvil verilməyəcəyi təqdirdə MMC-nin məsu liyyətinin nəzərdə tutulmasına və ölkə ərazisində koronovirus pandemiyasının yayılmasına əsaslanıb gecikməsinin MMC-dən asılı olmayan səbəblərdən baş verməsinə görə iddianı əsassız saysa da, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin dəlillər iddianın rədd edilməsi üçün əsas ola bilməz. Müqavilənin 2.4.1-ci bəndinə əsasən MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini şərti olaraq 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə uyğun təmirsiz mənzili “mülkiyyətçi”yə təhvil vermək barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilənin həmin şərtinin tətbiqinin başlanma müddəti (bünövrənin tikilməsi) qeyrimüəyyən olan müddətdən asılı edildiyindən, kollegiya hesab edir ki, həmin şərt “mülkiyyətçi”ni əlverişsiz vəziyyətdə qoyduğuna görə iddianın əsassız olması barədə nəticəyə gəlmək üçün əsas verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surə tdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (425.2) Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda göstərilən halları və qanunun sadalanan normaları iddianın təmin edilməsi üçün əsas verdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandı rılmaqla çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3986/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar