Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5897/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının X Cavabdeh,3- cü şəxslər X1 və "xxxx" qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı X və vəkili Vəkil1, cavabdehin vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5540/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qərardadından iddiaçı X tərəfindən verilmiş kas sasiya şikayətinə dair işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
1. X Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa etdikləri yaşayış binasındakı yaşayış sahəsindən payına düşən 640 kv.mnin dəyəri olan 608 000 (altı yüz səkkiz min) manatın, 30 manat dövlət rüsumunun və qiymətləndirmə barədə arayışın alınması üçün ödədiyi 100 manatın Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim F.Mizəyev) 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələb i qismən təmin olunmuş, "xxxx" Mənzil Tikinti Kooperativinin X küçəsindəki 2378-ci məhəllədə yerləşən torpaq sahəsində inşa etdiyi 2 girişli, 17 mərtəbəli 158 “A” saylı yaşayış binasının pay bölgüsünə daxil edilməyən 1600 kv.m.sahəsinin 35% hissəsinin dəyəri qismində 532 000 manatın, eləcə də dövlət rüsumuna görə ödənilmiş 30 manatın X xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
3. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) 2(103)-5540/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Mə hkəməsinin Məhkəməsinin 2(007)-861/2020 saylı iş üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, X Cavabdeh qarşı “satılmış pay haqqının əvəzinin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilmiş, X izah olunmuşdur ki, o, Kooperativin fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən payına uyğun ödənişlərin verilməsi barədə Kooperativə müraciət etmək, həmin məsələnin gündəliyə salındığı ümumi yığıncaq ağlabatan müddətdə çağırılmadığı təqdirdə isə, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənləri nəzərə almaqla müvafiq iddia qaldırmaq hüququna sahibdir.
5. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi "xxxx" MTK-nın təsis edildiyi və fəaliyyət göstərdiyi dövrdə qüvvədə olmuş mülki qanunvericilik normal arını pozaraq kooperativin ümumi yığıncağının qanunla və nizamnamə ilə müəyyən edilmiş səlahiyyətini öz üzərinə götürmüş, iddia tələbinin əslində məhkəmədə baxılmalı olmamasını nəzərə almamışdır. Belə ki, iddiaçının, MTK-nın digər təsisçisinə qarşı irəli sürdüyü iddia tələbi kooperativin ümumi yığıncağında həll edilməli məsələ olmaqla yığıncağın müstəsna səlahiyyətindədir; bu məsələnin müzakirəsinə və həllinə məhkəmə qaydasında baxılması kooperativin təsərrüfat və təşkilati fəaliyyətinə dövlət orqanın müdaxiləsi hesab olunur. Həmçinin qeyd olunmalıdır ki, mülki qanunvericilik mülki hüququn subyektləri kimi kooperativ üzvlərinin mülki hüquqlardan biri olan ümumi yığıncaq hüququnun məhkəmə müdafiəsinə təminat verir və kooperativ üzvlərinin pozulmuş ümumi yığıncaq hüquqlarının bərpasını məh kəmə qaydasında tələb etmək hüququ mövcuddur; kooperativ üzvü, kooperativin ümumi yığıncağının çağırılması barədə ərizəsinə ağlabatan müddətdə baxılmadığı təqdirdə müvafiq öhdəliyin kooperativin icra orqanının üzərinə qoyulmasını məhkəmədən tələb edə bilər. Başqa sözlə, kooperativ üzvünün payına mütənasib olan əmlak və əmlak hüquqlarının naturada ayrılması, təsisçilikdən çıxarılması, əldə edilən gəlirlərin müəyyən olunması və gəlirlərdən ona düşən pul vəsaitinin ödənilməsinin təmin edilməsi məsələlərinin həlli yalnız bu məsələlərin kooperativin ümumi yığıncağının gündəliyinə salınması ilə mümkündür. Lakin apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı, "xxxx" MTK-nın mənfəətindən ona pay ödənilməsi ilə bağlı ümumi yığıncağın çağırılmasını istəməmişdir.
6. Göstərilənlərə əsasən ko llegiya hesab etmişdir ki, iddiaçının, "xxxx" MTK-nın təsisçilərindən biri olan Cavabdeh qarşı irəli sürdüyü “satılmış pay haqqının əvəzinin ödənilməsi” tələbinə məhkəmə qaydasında baxılmalı deyildir və bu qənaət Konstitusiya Məhkəməsinin “X2 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarındakı hüquqi mövqelərə də uyğundur.
7. Kollegiya onu da qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə əslində kommersiya xarakterlidir və əgər gələcəkdə onlar məhkəmə müdafiəsi hüququndan istifadə etmək istəyəcəklərsə bu xüsusatı nəzərə almalıdırlar. Kassasiya şikayətinin və ona etirazın də lilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işn yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işn y enidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
12. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxslər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
14. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
15. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
16. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
18. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. (maddə 261.0.1)
19. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
20. Kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan a pelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
23. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5540/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.