Məhkəmə qərarları › İş №2(102)-1077/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1077/2019

08.02.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1077/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 08 fevral 2019-cu il İş № 2(102)-1077/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Xələfov İlqar Rəhim oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, İddiaçı, X10 və onun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlu, Cavabdeh1 və onun vəkili Yadigarov Vüsal Alxan oğlu, Cavabdeh4 iştirakları ilə, X7 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X10 B akı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçının cavabdehlər Cavabdeh1 Kərimxan qızına, Cavabdeh3, X2, Cavabdeh4, X1 və X4 qarşı mirasın vərəsə tərəfindən qəbul edilməmiş hesab edilməsi, mirasın qəbul edilməsi və mirasdan vərəsələrin paylarının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 01 iyul 2014-cü il tarixli qətnaməsi ilə (sədrlik edən G.Əsədova, iş 2(008)-4512/2014) iddiа tələbi qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında iki otaqlı, 38 saylı fərdi yaşayış evinin miras əmlak kimi İddiaçı, Cavabdeh1, Cavabdeh3, X2, Cavabdeh4, X1 və X9 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, yaşayış evinə dair paylar aşağıdakı qaydada müəyyən edilərək tərəflərin mülkiyyətinə verilmiş: İddiaçı 1/4 (dörddə bir) pay, Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 1/4 (dörddə bir) pay, X1 1/4 (dörddə bir) pay, X9- 1/4 (dörddə bir) pay, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Həsənov və N.Cəfərov, iş № 2(103)- 8824/2018) iş üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 01 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: X10 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxar kən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: X7 vəkili Cəfərov Səlahəddin İsmayıl oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yeni dən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdeh1 vəkili Yadigarov Vüsal Alxan oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı və Cavabdeh4 izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onları n iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmişdir ki,Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən iki otaqlı, 38 saylı ev mərhum X5 mülkiyyətində olmuşdur. Mərhum 1994-cü il tarixdə ölmüşdür. Miras əmlak mübahisələndirilən qətnamə əsasında mirası faktiki qəbul etmiş vərəsələr arasında bölünmüşdür. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tə tbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəyə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun G.Qəhr əmanovanın şikayəti üzrə qəbul edilmiş 18.07.2014-cü il tarixli qərarına əsasən, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparıl ması üçün etmiş olsun. X10 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi onun tərəfindən mirasın faktiki olaraq qəbul edilməməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Faktiki olaraq o mübahisəli evdə yaşamış, lakin işi ilə əlaqədar Ukrayna Respublikasına gedib-gəlmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi digər vərəsələrin də mirası faktiki qəbul etmələri ilə bağlı ətraflı araşdırma aparmamış mübahisəli evdə heç vaxt yaşamamış X4 miras əmlakdan pay ayırmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, mülki işin materiallarına əsasən miras əmlakla bağlı vərəsəlik 1994-cü ildə açılmış, iddiaçılar isə miras əmlakda payın müəy yən edilməsi ilə bağlı məhkəməyə 2014-cü ildə, yəni 20 il sonra müraciət etmişlər. Belə olan halda vərəsələrin dairəsinin dəqiq müəyyən edilməsi və vərəsələrdən hansının mirası faktiki qəbul etməsi ilə bağlı ətraflı araşdırma aparılması zərurəti meydana çıxır. Birinci instansiyası məhkəməsində apelyasiya şikayəti vermiş X10 mirası özü və digər vərəsələr tərəfindən faktiki qəbulu ilə bağlı bir sıra məlumatlara şikayətində toxunsa da apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətdə qeyd olunan dəlillər tam araşdırılmamışdır. Məsələn, apelyasiya şikayətində X3, Cavabdeh1, X2, Cavabdeh4 mübahisəli evdə yaşamayıb, mirası qəbul etmədikləri qeyd olunsa da apellyasiya instansiyası məhkəməsi bu barədə heç bir araşdırma aparmamış, apelyasiya şikayətinin həmin dəlilini cavablandırmamışdır. Ape lyasiya şikayətində həmçinin qeyd olunur ki, birinci instansiyası məhkəməsi tərəfindən istinad olunan Zabrat qəsəbə nümayəndəliyinin arayışının həqiqəti əks etdirməməsi qeyd olunsa da apellyasiya instansiyası məhkəməsi həmin xüsusatı da araşdırmamışdır. Bundan əlavə apelyasiya şikayətində işə baxılarkən X7 miras qoyanın övladı – vərəsə kimi gizlədilməsi, qətnamədə onun mirası qəbul edib etməməsi ilə bağlı heç nə qeyd olunmaması göstərilsə də, apellyasiya instansiyası məhkəməsi həmin xüsusata da qiymət verməmişdir. Halbuki miras qoyanın vərəsələrinin dairəsi dəqiq müəyyən edilməli, onlardan kimlərin mirası qəbul etməsi, kimlərin qəbul etməməsi, məhkəmənin belə nəticəyə gəlməsi üçün əsas olan sübutlar qətnamədə öz əksini tapmalı olduğu halda apellyasiya instansiyası məhkəməsi həmin cəhətləri nəzərə almamış X7 ədalətli məhkəmə baxışına olan hüququnu pozmuşdur. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərm işdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləli klə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsində İddiaçı kassator Cavabdeh1 mirasdan pay verilməsinə razı olduqlarını, Elqarın onlarla birlikdə yaşadığını bildirsə də bu xüsusata da hüquqi qiymət verilməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarının araşdırılması üçün lazımi səy göstərməmişdir. İşin faktiki hallarının araşdırılmaması mübahisəli hüquq münasibətinə tətbiq olunan maddi hüquq normalarının səhv təfsiri üçün əsas ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməm əsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv e dilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar