Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1078/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, iddiaçının vəkili X3, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlərCavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4, X5 və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşımiras mülkdən payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayət inə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddia tələbi qismən təmin edilmiş, T rayonu, Ə kəndində yerləşən mərhum X7 mülkiyyətində olan JN 1439 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,25 ha və JN 1683 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,21 ha pay torpaq sahəsinin 1/10 hissəsi üzərində İddiaçı payının müəyyən olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məmmədov, hakimlər R.Muradov, Ş.Əliyeva) apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4, X5 və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq T rayonu, Ə kəndində yerləşən pay torpaq sahəsindən və həyətyanı torpaq sahəsindən və həmin torpa q sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən payının müəyyən olunmasına və ona çatacaq hissəsinin ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, JN 1439 saylı torpağın mükiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən mərhum anasına məxsus olan 0,25 ha həyətyanı torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinin ayrılıb ona verilməsinə, JN 1683 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında gösətilən mərhum anasına məxsus 0,21 ha pay torpaq sahəsindən 1/3 hissəsinin ayrılaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən olunur ki, X11 ilə H birgə nikahlarından xx xxxxxx 1951-ci ildə V, xx xxxxxx 1958-ci ildə R, xx xxx 1961-ci ildə M, xx xxxxx 1965-ci ildə R1, xx xxxx 1970-ci ildə Y, xx xxxxxx 1956-cı ildə Fadlı uşaqları olmuşdur. Həmçinin iş materiallarından görünür ki, Tovuz rayon AİK-nin xx xxxxxx 1997-ci il tarixli qərarı ilə X9 0,25 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə dövlət reyestrində qeydə alınmışdır. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, T rayonu, Ə kən dində Tovuz rayon AİK-nin xx xxxxxx 1997-ci il tarixli 13 saylı qərarı ilə X9 0.21 ha pay torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, T rayonu, Ə kəndində X9 məxsus ümumi sahəsi 127.2 kv.m, yaşayış sahəsi 52.8 kv.m, köməkçi sahəsi 74.4 kv.m olan 2 otaqlı fərdi yaşayış evi var. xx xxxx 1996-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X2 rayon 2 saylı Notariat kontorunda vəsiyyətnamə vermiş və vəsiyyətnamədə mərhum harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını o, cümlədən T rayonu Ə kəndində yerləşən şəxsi yaşayış mənzilini oğlu Cavabdeh1 vəsiyyət etmişdir. Bundan başqa iş materillarından görünür ki,X11 xx xxxxxx 2017-ci ildə vəfat etmişdir. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, İddiaçı anası X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Tovuz rayon Notariusuna rəsmi ərizə ilə müraciət etsə də tərəflər arasında mübahisə yarandığından vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina edilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, miras mülkün kütləsinə 0,25 ha həyətyanı, 0,21 ha pay torpaq sahəsi daxildir. Mübahisə olunan fərdi yaşayış evinə texniki sənəd hazırlansa da, dövlət reyestrində L. adına ev qeydiyyata alınmamışdır. X11 xx xxxxxx 2017-ci il tarixdə vəfat etdikdən sonra miras mülkü faktiki idarə etməklə Cavabdeh1 və İddiaçı qəbul etmişlər. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, miras mülkdə pa yların müəyyən edilməsi ilə bağlı aralarında narazılıq yarandığından İddiaçı notariusa da müraciət etmiş, lakin vərəsələr arasında mübahisə olduğuna görə notarius İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, vərəsələr arasında mübahisə olduğundan miras mülkdən Cavabdeh1 vəsiyyətnamə üzrə payları, digər vərəsələrin isə qanun üzrə məcburi payları müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1 maddəsinin mətn və məzmununa əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqlar ı,.. arvad (ər), valideynlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1 maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2 maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka faktiki sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (əri nin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Göründüyü kimi mərhum X11 xx xxxx 1996-cı il tarixli vəsiyyətnamə ilə bütün mülkünü Cavabdeh1 vəsiyyət etsə də, mübahisə olunan mülkdən birinci növbəli vərəsələrin məcburi payı var. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda birinci növbə vərəsələrin məcburi payı vardır. İş materialları ilə müəyyən olunur ki, miras q oyanın 6 nəfər birinci növbə vərəsələri var.Məhərrəm və İddiaçılar istisna olmaqla digər vərəsələrin mirasa dair iddiaları yoxdur. Cavabdeh1 adına vəsiyyətnamə olduğundan Mülki Məcəllənin 1196-cı maddəsinə görə onun vəsiyyətnamə üzrə miras mülkdə payı olduğundan qanun üzrə payı nəzərə alınmır. Ona görə də İddiaçı qanun üzrə ona çatası 1/5 payın yarısı, yəni 1/10 hissəsi məcburi pay kimi həm 0.25 ha həyətyanı torpaq sahəsindən, həm də 0.21 ha pay torpaq sahəsindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1078/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1078/2020
03.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver