Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1080/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il İŞ № 2(102)-1080/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli, 2(103)-7471/2018 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 05 mart 2018-ci il tarixli, 2(00 8)-1147/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ə.R.Səmədov) İddiaçı Cavabdeh qarşı “bağ icarə müqaviləsinin etibarsız hesab edilməsi, istifadə və icarə hüquqları əsasında vərəsəlik hüququnun tanınması” barədə iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli, 2(103)-7471/2018 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova sədrlik edən, məruzəçi, V.T.Həsənov və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinə müraciət edərək, anası X5 icarəsində olmuş Bakı şəhəri, Sabunçu rayonu, xxx -2 qəsəbəsində yerləşən 978 saylı bağa dair Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin protokoluna əsasən cavabdehin adına verilmiş 11 may 1988-ci il tarixli, 43 saylı icarə müqaviləsinin, eləcə də Bakı şəhər İHB Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış 27 noyabr 2004-cü il tarixli, 5334 saylı müqavilənin etibarsız hesab edilməsi və həmin bağ sahəsinə istifadə və icarə hüquqlarına vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyas iya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM -nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyiş dirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia tələblərinin əsassız olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçü n prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki,“Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” 23 yanvar 1970-ci il tarixli, 5334 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, xxx -2 qəsəbəsində yerləşən 978 saylı bağ sahəsi Bakı şəhər İK-nin X8 tərəfindən iddiaçının anası X7 1980-cı il tarixədək 10 il müddətinə icarəyə verilmişdir. 22 oktyabr 2015-ci il tarixli “ölüm haqqında” şəhadətnaməyə əsasən X9 03 avqust 1985-ci il tarixdə ölmüşdür. Bundan sonra 11 may 1988-ci il tarixli, 5334 saylı “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, xxx -2 qəsəbəsində yerləşən 978 saylı bağ sahəsi 10 il müddətinə iddiaçının qardaşı Əsgər Dadaşovun arvadı Cavabdeh icarəyə verilmişdir. Bakı şəhər İ HB Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə cavabdeh arasında bağlanmış 27 noyabr 2004-cü il tarixli, 5334 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, xxx -2 qəsəbəsində yerləşən 978 saylı bağ sahəsinin 0,12 hektardan ibarət hissəsi cavabdehə istifadəyə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət vermişdir. Eləcə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. İddiaçı iddia etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, xxx -2 qəsəbəsində yerləşən 978 saylı bağ sahəsinə dair anası X5 icarə hüququ vərəsəlik qaydasında ona keçdiyindən, bu hüququ məhkəmə tərəfindən tanınaraq cavabdehlə həmin bağ sahəsinə dair bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eləcədə 1985-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsində miras qoyanın icarə hüququnun vərəsəlik qaydasında keçməsi nəzərdə tutulmamışdır. Həmin Məcəllənin vərəsəliklə bağlı münasibətləri tənzimləyən normalarında (Mülki Məcəllənin 527, 529, 539-ci maddələri və s) yalnız miras qoyana məxsus əmlakın vərəsəlik qaydasında vərəsələrə keçməsi nəzərdə tutulurdu. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb, sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, mübahisəli bağ sahəsi 1980-cı ilədək iddiaçının anası X5 icarəsində olmuşdur. 1980-ci ildə icarə müqaviləsinin müddəti bitdikdən sonra X9 onunla həmin bağ sahəsinə dair yeni icarə müqaviləsi bağlanması üçün Bakı şəhər İK-nin X4 müraciət etməmişdir. X2 1985-ci ildə vəfat edərkən sözügedən bağ sahəsi icarəsində olmadığından icarə hüququ vərəsəlik qaydasında vərəsələrinə, o cümlədən iddiaçıya keçə bilməzdi. Buna görə də apellyasi ya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, xxx -2 qəsəbəsində yerləşən 978 saylı bağ sahəsinə iddiaçının hər hansı hüququ əmələ gəlmədiyindən, onun həmin bağ sahəsinə dair cavabdehlə bağlanmış müqavilələri mübahisələndirmək üçün subyektiv hüququ olmamışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona gö rə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında şərh edilən məcburi göstərişlərə görə də əsassızdır. Həmin Qərarda qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxs in müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahür edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ kimi qiymətləndirilə bilər. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci e lementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli, 2(103)-7471/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-1080/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1080/2019
19.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver