Məhkəmə qərarları › İş №2(102)-1080/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1080/2023

18.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1080/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh3 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və sair tələblərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 sentyabr 2*22-ci il tarixli, 2(1*3)2745/2*22 saylı qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti üzrə işə 18 aprel 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraatı qaydasında baxaraq, aşağıdakıları müəyy ən etdi: İşin halları İşin hallarına görə, iddiaçı X2 və digərləri məhkəmədə Cavabdeh3 və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh3 adına verilmiş 14 noyabr 2*18-ci il tarixli, 2V-1*8 saylı reyestrdə qaydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və sair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3* noyabr 2*21-ci il tarixli, 2(**3)-78/2*21 saylı qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia təmin edilməmişdir. İddiaçılar İddiaçı3, İddiaçı2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 28 sentyabr 2*22-ci il tarixli, 2(1*3)2745/2*22 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev sədrlik edən, məruzəçi, N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3* noyabr 2*21-ci il tarixli, 2(**3)-78/2*21 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *7 fevral 2*23-cü il tarixli, 2(1*2)1*8*/2*23 saylı qərardadı ilə Cavabdeh3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 28 sentyabr 2*22-ci il tarixli, 2(1*3)-2745/2*22 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilmiş və işə kassasiya şikayətinə əsasən Ali Məhkəmənin Mülki kollegiyasında yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını öyrənib, kassasiya şikayətini nəzərdə keçirib hesab edir ki, aşağıdakılara görə Cavabdeh3 kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Ali Məhkəmənin *7 fevral 2*23-cü il tarixli, 2(1*2)-1*8*/2*23 saylı qərardadı ləğv edilməli, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş kassasiya baxışından çıxarılmalı və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM- nin 4*2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 4*3.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 4*2-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Hazırki iş üzrə Cavabdeh3 iddia tələbinin yönəldiyi fiziki şəxs olmaqla cavabdeh hesab olunur və ona qarşı İddiaçı1 və digərlərinin iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 5*.3-cü maddəsinə əsasən, id dia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh3 qarşı yönələn hazırki iddia tələbləri rədd edildiyi və iş üzrə onun hüquq və vəzifələrinə dair hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edilmədiyi üçün, apellyasiya instansiyası məhkəməsi onun qətnamədən verdiyi kassasiya şikayətini geri qaytarmamaqla yuxarıda sadalanan, habelə MPM-nin 4*8.1, 4*8.1.1, 4*9-cu maddələrinin tələblərini pozmuşdur. Sözügedən mülki prosessual normaların mənasına görə, kassasiya şikayəti bu Məcəllənin 4*7.1-ci maddəsinin tələblərinə cavab vermirsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 4*9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 4*7-ci maddəsinin tələbl ərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 4*7-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, Cavabdeh3 qətnamədən verdiyi kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 4*2.1, 4*7-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlmadan kassasiya şikayətini mülki işlə birlikdə baxalması üçün Ali Məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh3 kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Ali Məhkəmənin *7 fevral 2*23-cü il tarixli, 2(1*2)-1*8*/2*23 saylı qərardadı ləğv edilməli, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş kassasiya baxışından çıxarılmalı və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4*4.2.2, 4*4-1.2, 417.1.7-ci maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ M: İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 sentyabr 2*22-ci il tarixli, 2(1*3)-2745/2*22 saylı qətnaməsindən Cavabdeh3 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Ali Məhkəmənin *7 fevral 2*23-cü il tarixli, 2(1*2)1*8*/2*23 saylı qərardadı ləğv edilsin, kassasiya şikayəti qeyri-mümkün hesab edilsin, iddiaçı X1 və digərlərinin Cavabdeh3 və digərlərinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və sair” iddiasına dair mülki iş kassasiya baxışından çıxarılsın və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar