Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1080/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi, qaz sayğacının qüsurlarına görə məsuliyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6811/2023 nömrəli iş üzrə 22 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı” və ya “abonent”) ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya Cavabdeh) arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etmək, iddiaçı isə cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər.
2. Həmin müqavilə bağlandıqdan sonra Cavabdeh əməkdaşları tərəfindən iddiaçının evinin qaz sayğacına baxış keçirilmiş və akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən sayğacın dişli çarxları kəsilmişdir və nəticədə sayğac sərfiyyatı qeyd etmir.
3. Cavabdehın dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbn aməsinə əsasən xx.xx.2023-ci il tarixli ******* saylı aktla iddiaçıya 51.840 m3 həcmində itirilmiş qaz və ya 6.220,80 manat borcu hesablanmışdır.
4. İddiaçı qeyd edilən akt üzrə hesablanmış borcu mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına (abonent kodu **********0000) cavabdeh tərəfindən hesablanmış 6.220,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 1-nin abonent hesabına 2023-cü ilin mart ayında Cavabdeh heç bir normativ hüquqi akta əsaslanmadan 6.220,80 manat cərimə borcu yazmışdır. Borcun yaranma əsası ilə bağlı maraqlandıqda iddiaçıya bildiri lmişdir ki, Cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evinin qaz sayğacına xx.xx.2023-cü il tarixində baxış keçirilmiş və qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasında sayğacın dişli çarxlarının kəsilməsi və sayğac sərfiyyatının qeyd etməməsinin müəyyən olunması əsası ilə abonent hesabına 6.220,80 manat məbləğində borc yazılmışdır.
7. Halbuki iddiaçı qaz sayğacına müdaxilə etməmiş, sayğacın dişli çarxlarını da kəsməmişdir. Sayğac sərfiyyatı qeyd etmirsə, bu, iddiaçının təqsiri ucbatından baş verməmişdir. Bunu küçədən keçən istənilən şəxs, eləcə də qaz sayğacına birtərəfli qaydada baxış keçirən cavabdehin səlahiyyəti təsdiq edilməyən işçiləri də qəsdən edə bilər.
8. Qaz sayğacına müdaxilə edilməsinə görə istehlakçı kimi iddiaçıya 51840 m3 əlavə qaz sərfiy yatı hesablanmasının qanuni və əsaslı olmasını sübut etmək öhdəliyi cavabdehin üzərində düşür.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 4.1, 18-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 18, 26-cı maddələrinə və “X1”nın müvafiq bəndlərinə istinad etmişdir.
10. Cavabdehin nümayənsdəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4836/23 saylı iş üzrə 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, ünvan 1 (abonent kodu: **********30000) üzrə 2023-cü ilin mart ayı üçün İddiaçı hesablanmış 6.220,80 (altı min iki yüz iyirmi iki manat səksən qəpik) manat məbləğində borc silinmiş, dövlət rüsumunun cavabehdən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Aynur Abdullayeva)
12. Bir inci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən itirilmiş 51.840 m3 qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 6.220,80 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür.
14. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, qaz sayğacı düzgün işləmədiyi halda ödəniləcək məbləğin 6.220,80 manat məbləğində hesablanması ağlabatan deyildir. Belə ki, sayğacın istismara yararsız olmasının iddiaçının hərəkətləri nəticəsində baş verməsinə dair cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən və təbii qazın sərfiyyatı sayğacın göst əricilərinə əsasən hesablamalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. Buna görə də iddiaçıya hesablanmış 6.220,80 manat məbləğində borc silinməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18, 26-cı maddələri, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 4.1, 4.2, 4.8-ci bəndləri və Mülki Prosessual Məcllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti b elə əsaslandırılmışdır ki, Cavabdehın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları, borcun yaranması hallarını araşdırmamışdır. Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki işi mühasibatlıq və trassoloji ekspertizaya göndərməmişdir. Məhkəmə nədənsə, 6.220,80 manat borcun əsassız olduğuna dair heç bir arqument qətnamədə göstərməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6811/2023 nömrəli iş üzrə 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı fiziki şəxsdir. Cavabdeh məhz iddiaçı tərəfin dən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Apellyasiya instansiya məhkəməsi həmçinin vurğulamışdır ki, cavabdeh “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinin tələblərinə uyğun olaraq qanunsuz qoşulma halları aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvləri ndən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.
21. Qanunun tələbinə əsasən istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
22. İddiaçının sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən, cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, Cavabdehın əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda olan qaz sayğacına baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsiri nəticəsində sayğacın istifadə olunan qaz sərfiyyatını qeydə almadığı aşkar olunmuşdur. Bu barədə “Təbii X1nın pozulması haqqında” akt tərtib olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün “Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə” tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 6220,20 manat dəyərində qaz sərfi müəyyən edilmiş və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Mülki Məcəllənin 21, 1096 və 1097.1-ci maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdehın əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar (tələbnamələr, abonent saldosu, rəy) Birliyə vurulmuş zərəri sübut edir. Belə olan halda Cavabdehın ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz sayğacına müdaxilə etməsin ə dair sübutların olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi şikayəti təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13, 9-cu hissə. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırıl ması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1” Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kass asiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsin in mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.
31. İddia tələbi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 51.840 3 m həcmində itirilmiş qazın və ya 6.220,80 manat b orcun hesablanmasının qanunsuz olması barədədir. İddiaçı qeyd edilən aktla onun sayğaca müdaxilə etməsi faktının olmamasına istinad etmişdir.
32. İşdən görünür ki, abonent olan iddiaçının sayğaca müdaxilə etməsi halı müəyyən edilməmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.
34. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80№-li qərarı ilə təsdiq olunmuş “X1”nın Qaydalarının 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
35. Hazırki işdə də işin mübahisələndirilməyə n halı ondan ibarətdir ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır.
36. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə borc hesablanmasının əsassız olduğu üçün həmin borcun silinməli olması barədə apellyasiya instanasiyası məhkəməsinin gəldiyi nəticə də düzgündür.
37. Kassasiya şikayətinin dəlillərin ə gəldikdə, bu dəlillər – qaz sayğacına iddiaçı tərəfindən müdaxilə faktının aşkar edilməsi və işin bu halına qiymət verilməməsi – əsassızdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, “X1”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. İşə baxan məhkəmlər də bu normaya istinadən iddianı təmin etmiş, eləcə də cavabdehin məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməməsinə əsaslanmış, cavabdehin öz əməkdaşları tərəfindən tərtib edilmiş aktı isə birtərəfli qaydada tərtib edilmiş sübut kimi qəbul etməmişlər. (bax:19-cu bənd)
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6811/2023 nömrəli iş üzrə 22 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.