Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1080/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi, mirasın qəbulu, mirasdan imtina. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X15 (məruzəçi hakim), Babayev Zəki Baba oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, X16, X6, X7, Allahverdiyev Nizami Həsən oğlu, X12, Allahverdiyev Həsən Xanlar oğlu, X8) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, həmçinin miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)2141/2024 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Allahverdiyev Nizami Həsən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Allahverdiyev Həsən Hüseyn oğlu ilə X29 1954-cü ildə rəsmi nikaha daxil olmuşlar.
2. Onlar birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və həmin torp aq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evini əldə etmişlər.
3. Onların birgə nikahından Allahverdiyev Nizami Həsən oğlu, X12, Cavabdeh1, Cavabdeh2, X9, X6, X7, X10 və X17 anadan olmuşdur.
4. Allahverdiyev Həsən Hüseyn oğlu 1997-ci ildə tarixdə vəfat etmiş, mübahisəli ev arvadı və uşaqlarına ondan miras qalmışdır.
5. X13 2009-cu ildə vəfat etmişdir.
6. X10 2020-ci ildə vəfat etmişdir. Onun qanun üzrə birinci növbə vərəsələri uşaqları Həsən Allahverdiyev və İlahə Allahverdiyevadır.
7. X9 2022-ci ildə vəfat etmişdir. Onun qanun üzrə birinci növbə vərəsələri arvadı İddiaçı və oğlu Allahverdi Allahverdiyevdir. 8. xx.xx.2023-cü il tarixdə Həsən Allahverdiyevin vərəsələrindən Cavabdeh1 və Cavabdeh2 miras əmlakın qəbuluna dair ərizə ilə notariat ofisinə müraciət etdik dən sonra, onların hər birinin miras əmlaka ½ hissədə vərəsəlik payları müəyyən edilmiş, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında da onların adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
9. Həmçinin, xx.xx.2023-cü il tarixdə Həsən Allahverdiyevin vərəsələrindən – oğlu Allahverdiyev Nizami Həsən oğlu notariat ofisinə müraciət edərək atasından qalan miras əmlakdan imtina etməsi barədə iradəsini rəsmiləşdirmişdir. 10. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 miras əmlakdakı ½ hissə payını Cavabdeh1 bağışlamışdır.
11. Bundan sonra, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 mübahisəli ev üzərində tam mülkiyyət hüququ əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı məhkəməyə müraciət edərək, 2 sa ylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 2V-227 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; bu şəhadətnamə əsasında mübahisəli ev üzərində cavabdehlərin ½ hissə paylarının tanınması və cavabdehlərin adlarına xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə verilmiş çıxarışın ləğv edilməsi; 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli, 4Ə-849 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; mübahisəli ev üzərində qanun üzrə vərəsə kimi cavabdehlərin və mərhum əri X4 düşən pay üzərində bərabər payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini işin yuxarıda qeyd olunan fakti ki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, qaynatası xx.xx.2009-cu ildə vəfat etdikdən sonra, miras əmlakı qanun üzrə vərəsə kimi cavabdehlər və onun yoldaşı Vidadi faktiki qəbul etməklə idarə etmişlər. 2022-ci ildə əri Vidadi rəhmətə getdikdən sonra miras mülkdə o yaşamışdır, hazırda da yaşayır, kommunal xərclərini də o ödəyir. Mübahisəli ev miras əmlak kimi cavabdehlərlə bərabər onun yoldaşı tərəfindən qəbul edilib faktiki idarə edilsə də, vərəsəlik şəhadətnaməsi verilərkən mərhum yoldaşının miras əmlak üzərində hüququ tanınmamışdır. Ona görə də miras əmlak üzərində bərabər paylarla cavabdehlərin və mərhum yoldaşı X2 qanun üzrə vərəsə kimi payları müəyyən edilməlidir.
14. Məhkəmə gedişində X16, X6, X7, Allahverdiyev Nizami Həsən oğlu, X12, Allahverdiyev Həsən Xanlar oğlu və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.
15. Cavabdeh2 izahatında bildirmişdir ki, yataq xəstəsidir, qardaşları onun vəziyyətindən istifadə edərək notariat orqanına aparıb imza etdirmişlər. Əslində isə o, evi qardaşı Xəqaniyə bağışlamamışdır. Həmin əmlakda atası öləndən qabaq yaşasa da, sonradan yaşamamışdır. Atası öləndən sonra evə Vidadi gedib-gəlirdi, yoldaşı Ulduz orada qalırdı. Mübahisəli evdə Xəqani, Xanlar və Vidadi ailələri ilə yaşayıblar. Hazırda da onların orada evləri var və ayrıca istifadədədir. Digər qardaş və bacıları isə atalarının ölümündən sonra orada yaşamayıblar.
16. Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı hazırda mübahisəli evdə yaşasa da, onun qaynana və qaynatasının nə vaxt ölməsindən belə xəbəri y oxdur. 40 ildir ki, qardaşı ilə evlənib daimi yaşamaq üçün Rusiyaya getmişlər. Qardaşı Rusiyada olduğu zaman iddiaçının qaldığı evdə cavabdehin özü qalsa da, qardaşı Rusiyadan gəldikdən sonra həmin evdə yaşamağa başlamışlar, o özü isə evdən çıxmışdır. Mərhum qardaşı həmin evdə 3-5 gün yaşadıqdan sonra yenidən Rusiyaya getmiş, daimi olaraq mübahisəli əmlakda yaşamamışdır. 3-4 ildən bir həmin evə gəlib-getmişdir. Hazırda iddiaçının yaşadığı evdə isə Allahverdiyev Xanlar yaşamışdır. Notariat orqanında miras açılarkən qardaşı Vidadi müraciət etmədiyi və Rusiya vətəndaşı olduğu üçün ona şəhadətnamə verilməmişdir. Hazırda evdə faktiki olaraq o və iddiaçı yaşayır. Kommunal xərcləri o ödəyir. Həmin ünvanda faktiki olaraq onun, Vidadinin və Xanların evi var.
17. Üçüncü şəxs X12 izahatında bildirmiş dir ki, mərhum atası məhlənin yarısını qardaşı Xəqaniyə, digər yarısını isə Xanlara vermişdir. Xanların uşaqları Həsən və İlahə Türkiyədə təhsil alırlar. Xanların dəfn xərclərini qardaşı Vidadi qarşılamışdır. İddiaçı həmin evdə yaşayıb. Həmin ünvanda hazırda Vidadinin, Xəqaninin və Xanların ayrıca evi var. Onun özünün isə ayrı evi olduğu üçün orada yaşamamışdır.
18. Üçüncü şəxs Allahverdiyev Nizami Həsən oğlu izahatında bildirmişdir ki, 1997-ci ildə atası X11 öləndə həmin əmlakda təkcə anası Dunay Allahverdiyeva yaşamışdır. İddiaçı isə mübahisəli əmlaka daim gedib-gəlmişdir.
19. Üçüncü şəxslər Allahverdiyev Həsən Xanlar oğlu və X1 nümayəndəsi X18 izahatında bildirmişdir ki, qızı Sevinc mərhum Xanlar ilə 1995-ci ildə evlənmiş, 2007-ci ildə boşanmışdır. Nəvəsi Həsən 2019-cu ilin dekabr ayınd a, İlahə isə 2023-cü ildən qabaq təhsil almaq üçün Türkiyəyə getmişdir. İlahə 2023-cü ildə təhsilini bitirsə də, Həsən hələ də oxuyur. Xanlar 2020-ci ildə vəfat etmişdir. Xanlar öləndə pandemiya ilə əlaqədar uşaqları Həsən və İlahə dəfndə iştirak edə bilməmişlər. Həmin ünvanda Xanların ayrıca evi vardır.
20. Üçüncü şəxslər Allahverdiyev Həsən Xanlar oğlu və X1 vəkili əlavə etmişdir ki, digər vərəsələr miras əmlakda yalnız qardaşları Allahverdiyev Xanların yaşadığını və öldüyünü bildirmişlər. Digər vərəsələrdən isə Cavabdeh1 miras əmlakı qəbul edibetməməsi və idarə etməsi araşdırılmalıdır. Vərəsəlik işindən də göründüyü kimi əmlak Xəqaninin adına keçsə də, o heç vaxt həmin evdə yaşamamışdır. Belə ki, onun yaşadığı ünvan ünvan 2 9-cü döngə, ev 7 olmaqla, ayrı evdir. Bu evləri biri-birindən m işar daşından hörülmüş hasar ayırır. Mübahisəli evdə yalnız Xanlar Allahverdiyev yaşamışdır. Bunu Cavabdeh1 Gəncə şəhəri, 9-cü döngə, ev 7A-ya çıxarış alması üçün məhkəməyə müraciət etməsi də təsdiq edir. Həmin məhkəmə iclaslarında Xəqani miras əmlakın yalnız Xanlar tərəfindən qəbul edildiyini bildirmişdir. Həsən və İlahə isə Xanların uşaqlarıdır. Onlar atasına çatası miras əmlakı irsi transmissiya qaydasında qəbul etmişlər.
21. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-1718/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, mübahisəli evə dair xx.xx.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi; mübahisəli evə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi; mübahisəli evə dair Cavabdeh1 (paylı mülkiyyət üzrə 1/2 hissə) və Cavabdeh2 (paylı mülkiyyət üzrə 1/2 hissə) mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair onların adına verilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; mübahisəli evə dair Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyatı və onun adına verilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Allahverdiyev Həsən Hüseyn oğlundan miras qalmış mübahisəli evin 2/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə X2 və 1/4 hissəsinə X3 payının müəyyən edilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fuad Fərhadov).
22. Məhkəmə mövqeyini əsaslandırarkən ilk növbədə qeyd etmişdir ki, iddiaçının mərhum X2 arvadı olması və onun hazırkı mübahisə üzrə miras qoyanın birinci növbəli vərəsəsi olması işin mübahisə olunmayan halıdır. Beləliklə, o, X2 vərəsəsi və əmlakdan pay haqqı almaq hüququna malik olan şəxs kimi və maraqlarına toxunduğu üçün mübahisəli əmlak barədə hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir.
23. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, eləcə də məhkəmə iclasında iştirak edən tərəflərin, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, miras qoyanın vərəsələrindən arvadı Allahverdiyeva Dunay, oğlanları Allahverdiyev Vidadi və Allahverdiyev Xanlar miras qoyanın sağlığında onunla birlikdə yaşamış, miras qoyanın vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməs ini həyata keçirərək ona yiyələnmişlər. Cavabdeh1 və Cavabdeh2 notarial qaydada ərizə verməklə miras əmlakı qəbul etmişlər. Allahverdiyev Nizami isə notarial qaydada ərizə verərək miras əmlakı qəbul etməkdən imtina etmişdir. Digər vərəsələr Allahverdiyev Nazim, Allahverdiyev Nəsimi, Allahverdiyev Bəylər və Allahyarova Xumar isə həmin əmlakı qəbul və ondan pay tələb etməmişlər. Bu hal, X5 ölümündən sonra da eyni qaydada davam etmişdir.
24. Mülki işin məhkəmə tədqiqi zamanı cavabdeh Xəqani Allaverdiyev iddiaçının və onun ərinin miras qoyanın ölümündən sonra daimi olaraq Rusiya Federasiyasında yaşadığından miras əmlakı qəbul etdiklərini mübahisələndirmişdir. Bundan başqa, Cavabdeh1 atasının ölümündən sonra qardaşı Xanlar Allahverdiyevin mübahisəli əmlakda yaşamasını, yəni mirası faktiki qəbul etməsini inkar etməsə də onun övladlarının (üçüncü şəxslər İlahə və Həsən Allahverdiyevlərin) Xanlar Allahverdiyevin xx.xx.2020-ci il tarixdə ölümündən sonra onun mirasını faktiki qəbul etmədiyini mübahisələndirmişdir.
25. Lakin göründüyü kimi, həm cavabdehlər, həm də üçüncü şəxslər sözügedən miras əmlakda hazırda üç ayrı tikilinin olduğunu, həmin tikililərin faktiki olaraq Xanlara, Vidadiyə və Xəqaniyə məxsus olduğunu bildirmişlər. Başqa sözlə, iş materiallarında həmin əmlakdan sonuncuların atalarının ölümündən indiyədək istifadə etdiklərini inkar edəcək hər hansı mötəbər sübut yoxdur. Bu isə həmin miras əmlakı həm atalarının, həm də analarının ölümündən sonra məhz sözügedən şəxslərin faktiki qəbul etdiyini və ona öz mülkiyyəti kimi yanaşdıqlarını göstərir.
26. Digər tərəfdən fərdi yaşay ış evinin açarlarının iddiaçıda olması, miras qoyanın ölümündən əvvəldən həmin evdə olan əşyalarının hazırda da orada olması iddiaçının ərinin sözügedən mirası faktiki idarə etdiyini göstərir. Şəxsin başqa ölkəyə gedib-gəlməsi, onun əmlakla əlaqələrinin müvəqqəti kəsilməsi həmin şəxsin mülkiyyət hüququnun itirilməsinə əsas deyildir.
27. Məhkəmə onu da qeyd etmişdir ki, Xanlar Allahverdiyevin atasından miras qalmış əmlakı faktiki qəbul etdiyi işin halları ilə müəyyən edilir və belə olan halda sonuncunun övladlarının onun əmlakını faktiki qəbul edib-etməməsi, habelə üçüncü şəxslər İlahə və Həsən Allaverdiyevlərin sözügedən mirasa irsi transmissiya üzrə paylarının tanınması hazırkı mübahisə üzrə araşdırmanın predmeti deyil.
28. Məhkəmə Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatına tənqidi y anaşaraq qeyd etmişdir ki, o, sərbəst iradəsi əsasında öz payını qardaşı Cavabdeh1 bağışlamış, bu hissədə əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
29. Məhkəmə hesab etmişdir ki, mübahisəli evə dair həm cavabdehlərin adlarına, həm də Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar törəmə hüquq münasibəti olub, həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən və bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia qismən əsaslı olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair cavabdehlərin mülkiyyət hüququnun qeydiyyatı və buna uyğun olaraq verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da əsassızdır və ləğv edilməlidir.
30. Məhkəmə onu da əlavə etmişdir ki, mərhum X14 Federasiyasının vətəndaşı olmasını nəzərə alaraq, sözügedən torpaq sahəsi xarici fiziki şəxsin mülkiyyəti kimi qeydə alınacağı təqdirdə onun 1 il müddətində həmin torpaq sahəsini özgəninkiləşdirmək vəzifəsi vardır.
31. Məhkəmə kollegiyası mövqeyini xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 532, 552, 553-cü, hazırda qüvvədə olan xx.xx.2000-ci il tarixli Mülki Məcəllənin 149.2, 324, 666,-cı, Torpaq Məcəlləsinin 48, 49.4, 60.2, 86.4-cü, “Notariat haqqında” AR Qanununun 9 və 59-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası mə hkəməsində icraat
32. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Cavabdeh apellyasiya şikayətini aşağıdakı dəlillərlə əsaslandırmışdır: Vidadi Allahverdiyev atasından qalan mirası nə 3 ay müddətində notariusa müraciət edərək qəbul etmiş, nə də faktiki qəbul etmişdir. Belə ki, V. Allahverdiyev atasının ölməsindən əvvəl daimi olaraq Rusiya Federasiyasına köçmüş, ailəsi ilə orada yaşamış, miras açılan vaxt da orada olmuşdur. Cavabdeh2 ölməmişdən qabaq az bir müddət mübahisəli evdə yaşamış, onun vəfatından sonra isə arvadı Ulduz həmin evdə qalmışdır. Bu isə mirasın Cavabdeh2 tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Xanlar Allahverdiyev miras əmlakı qəbul etsə də, onun vəfatından sonra uşaqları Həsən və İlahə nə atalarının dəfnində iştirak etmiş, nə də sonradan həmin evə gəlib-getməmişlər. Belə olduğu halda, Cavabdeh1 uşaqları miras əmlakı qəbul etmiş hesab oluna bilməzlər.
34. Üçüncü şəxs Allahverdiyev Nizami Həsən oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlili cavabdehin apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə eyni olmuşdur.
35. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-2141/2024 nömrəli qətnaməsi ilə, apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: İslam Həsənov – sədrlik edən və məruzəçi, Loğman Süleymanov, Günay Cavadova).
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, tərəflərin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi izahatların sistemli tədqiqi nəticəsində müəyyən olunur ki, miras əmlakda yerləşən evlər arakəsmə ilə bir-birindən təcrid edilmişdir. Miras qoyan Həsən Allahverdiyevin vəfatından sonra miras mülkdə mövcud olan üç evdə vərəsələrdən Dunay Allahverdiyeva, Cavabdeh1, Xanlar Allahverdiyev və Vidadi Allahverdiyev öz ailələri ilə birlikdə yaşamışlar. İddiaçı da X20lə ailə quran zaman özünə məxsus cehiz əşyalarını hələ miras qoyanın sağlığında sözügedən fərdi yaşayış evinə yerləşdirmişdir. Həmin zamandan hazırkı müdd ətədək də iddiaçıya məxsus cehiz əşyaları miras mülkdə qalmışdır. X20 sağlığında Rusiya Federasiyasında yaşamış olsa da, lakin atasından miras qalmış mülkə marağını itirməmişdir. Əksinə, o, ölkəyə qayıdan zaman ailəsi ilə birlikdə gəlib məhz atasından qalan miras mülkdə yaşamışdır. Beləliklə də, miras əmlaka sahib çıxaraq miras əmlakı faktiki qəbul etdiyini şəksiz formada nümayiş etdirmişdir.
37. Kollegiya qeyd etmişdir ki, mərhum vərəsə Vidadi Allahverdiyevin başqa ölkəyə gedib-gəlməsi nəticəsində miras əmlakla əlaqələrinin müvəqqəti kəsilməsi həmin şəxsin mülkiyyət hüququnun itirilməsinə əsas deyildir. Miras qoyan Hasan Allahverdiyevin ölümündən sonra ondan miras qalmış əmlakı qanun üzrə birinci növbəli vərəsələrdən arvadı Dunay Allahverdiyeva, uşaqları Cavabdeh1, X9 və X10 faktiki qəbul etmişlər. Həmçinin, miras qoyan Hasan Allahverdiyevin vərəsələrindən Cavabdeh1 və Cavabdeh2 miras əmlakın qəbuluna dair notariat ofisinə ərizə verməklə mirası qəbul etmişlər. Mərhum vərəsə Xanlar Allahverdiyevin atasından miras qalmış əmlakı faktiki qəbul etdiyi işin faktiki halları ilə müəyyən edildiyindən onun övladlarının onun əmlakını faktiki qəbul edibetməməsi, habelə üçüncü şəxslər İlahə və Həsən Allaverdiyevlərin sözügedən mirasa paylarının tanınması hazırkı mübahisə üzrə araşdırmanın predmeti olmadığından kollegiya bu xüsusatlarla bağlı hüquqi dəyərləndirmə aparmağı zəruri hesab etmir.
38. Digər tərəfdən miras qoyan Hasan Allahverdiyevin digər vərəsələri Nizami, Nazim, Nəsimi və Bəylər Allahverdiyev, habelə Xurma Allahyarova isə nə rəsmi qaydada notariat ofisinə ərizə verməklə, nə də ki, miras əmlakı faktiki idarə etməklə mirası qəbul etməmişlər. Ümumiyyətlə, adları qeyd olunan vərəsələr miras qoyan Hasan Allahverdiyevdən miras qalmış əmlakın saxlanması və normal təsərrüfatın aparılmasına yönələn hərəkətlər də etməmişlər. Belə ki, tərəflərin izahatları, habelə işdəki sənədlərlə bu hal öz təsdiqini tapmamışdır. Üçüncü şəxslər Nizami Allahverdiyev, Nazim Allahverdiyev və Xurma Allahyarova apellyasiya baxışı zamanı verdikləri izahatında mərhum atalarının vəfatından sonra miras mülkdə yaşamadıqlarını bildirmişlər.
39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, miras qoyan Hasan Allahverdiyevin mirasını qəbul etmiş vərəsə (arvadı) Dunay Allahverdiyeva vəfat etmiş olsa da, lakin adı qeyd olunan vərəsənin də qanun üzrə birinci növbəli vərəsələri məhz mərhum Hasan Al lahverdiyevlə birgə nikahlarından anadan olmuş uşaqlarıdır. Bununla belə işin faktiki halları ilə müəyyən olunur ki, Dunay Allahverdiyevanın vəfatından sonra da miras mülkdə yaşayan vərəsələr məhz Cavabdeh1, X9 və X10 olmuşlar. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası mərhum vərəsə Dunay Allahverdiyevanın miras əmlakda payının müəyyən olunaraq yenidən yuxarıda adları qeyd olunan qanun üzrə vərəslər arasında bölünməsini zəruri hesab etmir.
40. Bununla belə iş materiallarından aydın olur ki, miras qoyan Hasan Allahverdiyevdən qalmış miras əmlaka dair cavabdehlərin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın digər vərəsələrinin mirası qəbul etmiş olması nəzərə alınmadan sadəcə cavabdehlərin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin vərəsələr hər biri miras əmlakdan ½ olmaqla ümumilikdə əmlakdan tam həcmdə pay almışlar. Lakin, notariat kontoru tərəfindən vərəsəlik işi açılarkən digər vərəsələrin axtarılması üçün hər hansı tədbir görülməmiş, onların miras əmlaka münasibətləri bu və ya digər formada öyrənilməmiş və bununla da hüquqları məhdudlaşdırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin xx.xx.2023cü il tarixdə verilmiş reyestrdə 2V-227 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmçinin, miras əmlaka dair cavabdehlərin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub yuxarıda g östərilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında tərtib edilmişdir. Hazırkı vəziyyətdə cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edildiyindən həmin şəhadətnamə əsasında miras əmlaka dair cavabdehlərin adına qeydə alınmış çıxarış da ləğv edilməsi qanuni əsaslara söykənir.
79. Bundan başqa, həmin vərəsəlik işinin daxilində miras payının bağışlanması barədə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqavilə faktiki olaraq Cavabdeh2 qanunsuz olaraq verilmiş miras payı (həcminə dair hissədə) barəsində bağlandığından birinci instansiya məhkəməsi haqlı olaraq bağışlama müqaviləsini qismən etibarsız saymışdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası Cavabdeh2 müqavilə bağlayarkən ifadə etdiyi iradəsini nəzərə alır və qe yd edir ki, hədiyyə verən Cavabdeh2 sərbəst iradə ifadəsi əsasında öz payını qardaşı Cavabdeh1 bağışlamışdır. Cavabdeh2 iradə zədələnməsi nəticəsində müqavilə bağlaması qənaətinə gəlməyə əsas verən hal müəyyən olunmur. Cavabdeh2 notariat ofisində könüllü şəkildə sərəncam verərək miras əmlakdakı payının qardaşı Cavabdeh1 bağışlanması barədə müqavilə bağlamış və onun nəticələrini görərək bunu arzu etmişdir. Bir sözlə bağışlama müqaviləsi Cavabdeh2 iradə ifadəsini əks etdirmişdir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. Üçüncü şəxs Allahverdiyev Nizami Həsən oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, kassasiya şikayətində göstərilmiş hallarla bağlı yeni qərar çıxarılmasını xahiş etmişdi r.
42. Kassator şikayətini aşağıdakı dəlillərlə əsaslandırılmışdır: -Atası Həsən Allahverdiyevin ölümündən sonra mübahisəli əmlakın ondan qalan ½ hissəsinə dair vərəsəlik hüququ yaranmış, bütün uşaqlar, o cümlədən anası vərəsəliyi qəbul etmişlər. 2009-cu ildə anası vəfat etdikdən sonra o, həmin əmlakda yaşamış, anasına məxsus əşyalara sahiblənərək mirası qəbul etmişdir. Beləliklə, Nazim Allahverdiyev atasına məxsus mirasdan notarial qaydada imtina etsə də, anasından ona çatacaq miras paydan imtina etməmişdir. İşə baxan məhkəmələr isə işin bu halına Ailə Məcəlləsinin 32.1-ci, Mülki Məcəllənin 1243.1, 1243.2, 1255, 1269-cu maddələrinin tələblərinə uyğun qaydada qiymət verməmişlər. -Kassator atasının vəfatından sonra həmin evdə yaşamasa da, ondan qalan təsərrüfat əşyalarını (mişar, kəlbətin, balta və s.) qəbul etmiş, evin təsərrüfat problemləri onun tərəfindən həll olunmuşdur. Lakin işə baxan apellyasiya məhkəməsi işin bu halına Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Həmin normanın tələbinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. -Kassator əlavə etmişdir ki, miras paydan imtina barədə ərizənin qanunvericilikdə göstərilən 3 ay ərzində deyil, 2023-cü ildə verilməsi onun formal xarakter daşıdığının sübutudur. Əmlakın bir nəfərin adına keçirildikdən sonra, daha asan formada satılması və dəyərinin bölünməsi üçün bu addımı atılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri
43. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi
44. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
45. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
46. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o c ümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
47. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə əri zə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
48. Maddə
553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
49. Maddə 149.2. Əgər daşınmaz əmlaka h üquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
50. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin z əruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
51. Maddə
666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyən i qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.
52. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
53. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilmə sindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
54. Maddə 1246. (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışını n hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Allahverdiyev Nizami Həsən oğlunun kassasiya şikayətinin dəlilləri əsasında mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Kassasiya instansiyası məhkəməsi apel yasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən şikayətdə qeyd edilmiş maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
64. Mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddiaçı və cavabdehlər arasında vərəsəliklə bağlı mübahisə həll edilmiş, məhkəmə tərəfindən miras qoyan Allahverdiyev Həsən Hüseyn oğlundan miras qalmış mübahisəli evin 2/4 hissəsinə övladları Cavabdeh1, 1/4 hissəsinə X2 və 1/4 hissəsinə X3 payı müəyyən edilmiş və hər iki tərəf məhkəmə qətnaməsi ilə razılaşmışdır.
65. Hazırda məhkəmə qətnaməsi üçüncü şəxs Allahverdiyev Nizami Həsən oğlu tərəfindən mübahisələndirilir. Üçüncü şəxsin kassasiya şikayətinin dəlili bundan ibarətdir ki, anası X13 2009-cu ildə vəfat etdikdən sonra o anasından miras qalmış əşyaları vərəsəlik qaydasında qəbul etmiş, miras qalmış fərdi yaşayış evində yaşamışdır. Kassasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, o xx.xx.2023-cü il tarixdə notarial qaydada ərizə verərək atasından miras qalmış əmlakdan imtina etsə də, anasından miras qalmış əmlakdan imtina etməmişdir.
66. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, X13 2009-cu ildə vəfat etdiyindən onun miras əmlakı ilə bağlı münasibətlər hazırda qüvvədə olan Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənir.
67. X5 mirası açıldığı vaxt Mülki Məcəllədə miras əmlakın qəbul edilməsinin 2 yolu nəzərdə tutulmuşdu: faktiki qəbul etmə (MM-nin 1242.2-ci maddəsi) və 3 ay ərzində notariat orqanına əri zə verməklə mirasın qəbulu (MM-nin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş 1246-cı maddəsi).
68. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Dunay Allahverdiyevanın vəfatından sonra miras mülkdə yaşayan vərəsələr Cavabdeh1, X9 və X10 olmuşlar.
69. Allahverdiyev Nizami Həsən oğlunun mirası faktiki qəbul etdiyi təsdiq edilməmiş, məhkəmə müəyyən etmişdir ki, xx.xx.2023-cü ildə N.Allahverdiyev notariat ofisinə ərizə verməklə miras mülkdən və torpaq sahəsindən ona çatası payı qəbul etmədiyini və bundan sonra da qəbul etmək niyyətində olmadığını bildirmiş, bundan sonra miras əmlaka dair Cavabdeh1 və Cavabdeh2 hər birinə ½ hissədə qanun üzrə vərəsəlik hüququ haqqından şəhadətnamələr verilmişdir. Allahverdiyev Nizami Həsən oğlunun bu şəhadətn amələri mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, onun nə atasından, nə də anasından miras qalmış əmlakı əldə etmək niyyəti olmamışdır.
70. İşə baxmış məhkəmə tərəfindən mübahisə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə müvafiq düzgün həll edilmiş, qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan pozuntulara yol verilməmişdir.
71. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x x.xx.2024-cü il tarixli 2(104)2141/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.