Məhkəmə qərarları › İş №2(102)-1083/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1083/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1083/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair Cavabdeh qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ər-arvadın ümumi birgə mülkiyyəti, əmlak bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6482/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan onların 2 uşağı doğulmuşdur – xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3. xx.xx.2016-cı il tarixdə “xxxx” MMC-dən ünvan 1 M15 ünvanında yerləşən 3 saylı mənzil 141.960 manat vəsait ödənilməklə alınmış və daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Tərəflər arasında olan nikah Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə kompensasiya verilməklə ünvan 1 M15, mənzil 3 ünvanında yerləşən mənzildən (bundan sonra – mübahisəli mənzil) çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun mülkiyyətindədir. Mənzil anasının mülkiyyətində olan mənzilin satışından əldə edilmiş vəsait hesabına alınmışdır. Cavabdehlə nikahlarının pozulmasına baxmayaraq, cavabdeh tərəfindən ona məxsus mənzil qanunsuz olaraq zəbt edilmiş və onun mənzildən istifadə hüququ məhdudlaşdırılmışdır. Dəfələrlə cavabdehdən mənzili tərk etməsini tələb etsə də, cavabdeh mənzildən çıxmaq niyyətinin olmadığını bildirmişdir. Tərəfindən cavabdehə mə nzil ala bilməsi üçün 50 000 manat kompensasiya təklif olunmuş, cavabdeh təklifi rədd etmişdir. Beləliklə, iddiaçının mənzil toxunulmazlığı hüququ pozulmuşdur. Cavabdeh qarşılıqlı iddia verərək, mübahisəli mənzilin birgə nikah dövründə əldə edildiyi üçün əmlak bölgüsünə tabe tutularaq aralarında 1/2 hissədə, yəni bərabər əsaslarla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, övladları ilə birlikdə mübahisəli mənzildə yaşayır, mənzil birgə nikah dövründə alınmışdır. İddiaçının anasının adına olan mənzilin satışından əldə olunmuş vəsait hesabına anasının adına başqa mənzil alınmışdır. Hazırda iddiaçının anası o mənzildə yaşayır. Rəsmi olaraq aralarında olan nikah pozulsa da, iddiaçı və uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşay ırlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(004)-937/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim – A.Məmmədov) ilkin iddia rədd, qarşılıqlı iddia təmin olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki və ailə qanunvericiliyinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilin ½ hissəsinə iddiaçının, ½ hissəsinə isə cavabdehin payları müəyyən edilməlidir. Mübahisəli mənzilin iddiaçının anasına m əxsus mənzilin satışından əldə olunmuş vəsait hesabına alınması barədə iddia tələbinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmadığından həmin dəlil əsaslı hesab oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32.1, 36.1, 36.3, 37.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 46 saylı Notariat kontoru tərəfindən verilən xx.xx.2016-cı il tarixli yaşayış sahəsinin alqısat qı və ipoteka müqaviləsin ilə ünvan 2 mənzil 34 ünvanında yerləşən ümumi sahəsi 81,4 kv.m. olan 4 otaqlı mülkiyyət hüququ ilə iddiaçının anası Mələk Abdinovaya məxsus olan mənzil etibarnamə əsasında iddiaçı tərəfindən 100.000 manata Aydın Əliyevə satılmışdır. Apellyasiya baxış zamanı iddiaçı, həmçinin bildirmişdir ki, anasına məxsus həmin mənzil satılarkən alıcı tərəfindən nəğd şəklində 40.000 manat pul məbləği iddiaçıya ödənilmişdir. Yəni, iddiaçı xx.xx.2016-cı il tarixdə anasına məxsus mənzilin satışından ümumilikdə 140.000 manat əldə edərək, həmin vəsaitlə də xx.xx.2020-ci il tarixdə mübahisəli mənzili əldə etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6482/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməs i ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və Ü.Mayılov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilə münasibətdə tərəflərin bərabər paylarının tanınması hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə alınmışdır və beləliklə, mənzilin üzərində tərəflərin ümumi mülkiyyəti vardır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin alınmasına sərf olunan vəsaitin iddiaçının anasına məxsus başqa yaşayış sahəsinin 140.000 manata satılmaqla əldə olunması, bu səbəbdən mənzilin onun fərdi mülkiyyəti sayılması haqqında mövqeyi il ə bağlı qeyd etmişdir ki, iddiaçının anasına məxsus başqa bir mənzilin satılması faktı özü-özlüyündə mübahisəli mənzilin məhz həmin vəsait hesabına əldə olunması nəticəsinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz. İddiaçı bu faktı kifayət qədər mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 225.1, Ailə Məcəlləsinin 32.1. 32.2, 32.3, 37.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə də təsdiq edilmişdir ki, iddiaçı tərəfindən əldə olunmuş mübahisəli mənzilin dəyəri ona anası tərəfindən hədiyyə olaraq verilmişdir. Bu səbəbdən də, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarına və iş materiallarında olan sənədlərə qiymət verməmiş, işin faktiki hallarını araşdırmamışdır. Kassator qeyd etmişdir ki, məhkəmə qarşılıqlı iddianı təmin edərkən cavabdeh tərəfindən irəli sürülmüş sübutsuz mülahizələrə əsaslanmışdır. Kassator şikayətinin əsası kimi MPM-nin 14.2, 77.1, 88, 217.3, 220.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamış dır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Ailə Məcəlləsi Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. (maddə 32.1). Ər-arvadın ümumi birgə mülkiyyətinə (maddə 32.2): onların hər birinin əm ək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (maddə 32.2.1); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tu tulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu b axımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göst ərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6482/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar