Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1084/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı4 İddiaçı3 qızının, İddiaçı2 cavabdehlər Gəncə şəhəri üzrə İcra İdarəsinə və "xxxx" MMC-yə və Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı4 İddiaçı3 qızının, İddiaçı2 cavabdehlər Gəncə şəhəri üzrə İcra İdarəsinə və "xxxx" MMC-yə və Maraqlı şəxs ASC-yə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2293/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-1762/2016 saylı qətnaməsi ilə cavabdeh İddiaçı4 əsas borc üzrə 45262.11 (qırx beş min iki yüz altmış iki dollar on bir sent) ABŞ dolları, faiz borcu üzrə 4347.22 (dörd min üç yüz qırx yeddi dollar, iyirmi iki se nt) ABŞ dolları, cəmi 49609.33 (qırx doqquz min altı yüz doqquz dollar otuz üç sent) ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı Maraqlı şəxs ASC-nin xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı4 məxsus ünvan 1 ünvanda yerləşən mənzilinə və paylı mülkiyyət hüququ üzrə İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 məxsus olan ünvan 2 ünvanda yerləşən mənzilinə yönəldilməsi, həmin yaşayış evlərinin açıq hərracdan satılması, ilkin satış qiyməti 30000 (otuz min) manat qiymətləndirilmiş ünvan 1 ünvanda yerləşən mənzilin və ilkin satış qiyməti 40000 (qırx min) manat məbləğində qiymətləndirilmiş ünvan 2 ünvanda yerləşən mənzilin dəyərindən 49609.33 (qırx doqquz min altı yüz doqquz dollar otuz üç sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 (otuz) manat dövlə t rüsumunun iddiaçı Maraqlı şəxs ASC-nin xeyrinə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsinin cavabdehlər İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 qaytarılması, cavabdeh İddiaçı4 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin və paylı mülkiyyət hüququ üzrə İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 məxsus olan ünvan 2 ünvanda yerləşən mənzilin ixtisaslaşmış hərrac yolu ilə satıldıqdan 1 ay sonra boşaldılması və İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 2 ünvanda yerləşən mənzildən çıxarılmaları qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-2083/2016 saylı qətnaməsi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)1762/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-2715/2017 saylı qərarı ilə İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)- 1762/2016 saylı qətnaməsi üzrə olan icra vərəqəsinin icrası ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən icra hərəkətləri həyata keçirilmiş, xx.xx.2018-ci il tarixli Hərrac Təşkilatının ipoteka saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə 36/03 saylı protokola əsasən ünvan 4 ünvanda yerləşən mənzil ipoteka saxlayan, tələbkar Maraqlı şəxs ASC-nin etibarnamə əsasında nümayə ndəsi X1 tərəfindən 25.500 (iyirmi beş min beş yüz) manata əldə edilmiş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən "xxxx" MMC ilə Maraqlı şəxs ASC arasında paylı mülkiyyət hüququ ilə İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 məxsus olan ünvan 4 ünvanda yerləşən mənzilə dair müqavilə imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 qızı və İddiaçı2 cavabdehlər Gəncə şəhəri üzrə İcra İdarəsinə və "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin, 36/03 saylı 02 iyul 2018-ci il tarixli Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipoteka predmeti olan ünvan 4 ünvanda yerləşən mənzilin yeni ilkin satış qiymətinin m üəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-1762/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı4 əsas borc üzrə 45262.11 (qırx beş min iki yüz altmış iki dollar on bir sent) ABŞ dolları, faiz borcu üzrə 4347.22 (dörd min üç yüz qırx yeddi dollar, iyirmi iki sent) ABŞ dolları, cəmi 49609.33 (qırx doqquz min altı yüz doqquz dollar otuz üç sent) ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Maraqlı şəxs ASC-nin xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı4 məxsus ünvan 1 ünvanda yerləşən mənzilinə və paylı mülkiyyət hüququ üzrə İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 məxsus olan ünvan 2 ünvanda yerləşən mənzilinə yönəld ilsin, həmin yaşayış evləri açıq hərracdan satılsın, ilkin satış qiyməti 30000 (otuz min) manat qiymətləndirilmiş ünvan 5 ünvanda yerləşən mənzilin və ilkin satış qiyməti 40000 (qırx min) manat məbləğində qiymətləndirilmiş ünvan 6 ünvanda yerləşən mənzilin dəyərindən 49609.33 (qırx doqquz min altı yüz doqquz dollar otuz üç sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Maraqlı şəxs ASC-nin xeyrinə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsinin cavabdehlər İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 qaytarılması, cavabdeh İddiaçı4 məxsus ünvan 5 ünvanda yerləşən mənzil və paylı mülkiyyət hüququ üzrə İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 məxsus olan ünvan 6 ünvanda yerləşən mənzilin ixtisaslaşm ış hərrac yolu ilə satıldıqdan 1 ay sonra boşaldılması və İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 6 ünvanda yerləşən mənzildən çıxarılmaları qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir və İcra İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il 2(44)-1762/2016 nömrəli icra sənədi icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin sifarişin göndərilməsi barədə İcra İdarəsi onları məlumatlandırmamışdır. Bundan sonra İcra İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdeh Hərrac Mərkəzinə hərracın dayandırılması barədə məktub göndərilmişdir. Həmin məktubda onların rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti göndərilməsi qeyd olunmuşdur. Buna baxmayaraq Hərrac Mər kəzi xx.xx.2017-ci il tarixdə ”Açıq hərracın keçirilməsinə dair” 02 saylı bildirişlə hərracın keçirilmə vaxtı və tarixi xx.xx.2018-ci il tarixə saat 11:00-a təyin edilmiş və bu bildiriş də Hərrac Mərkəzi tərəfindən onlara göndərilməmişdir. Dayandırılmış icraat üzrə hərracın keçirilməsi qanunsuzdur. Bundan sonra İcra İdarəsinin Hərrac Mərkəzinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubu ilə hərracın davam etdirilməsi xahiş olunmuşdur. Məktubdan da göründüyü kimi İcra İdarəsi bu barədə onlara məlumat verməmişdir. Bundan sonra ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 36/03 saylı xx.xx.2018-ci il tarixli protokolu ilə ipoteka predmeti olan ünvan 4 ünvanda yerləşən mənzilin 25500 manata "xxxx" ASC tərəfindən əldə edildiyi qeyd edilmişdir. Hərracın yeku nları barədə 36/03 saylı xx.xx.2018-ci il tarixli protokolunu mübahisələndirmişlər. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbinə zidd olaraq keçirilmişdir. Həmçinin İcra İdarəsi və Hərrac mərkəzi hərracın təşkili və keçirilməsi barədə heç bir məlumat verməmişlər. Hərracın yekunları barədə 36/03 saylı, xx.xx.2018-ci il tarixli protokolda İcra sənədinin adı düzgün göstərilməmişdir. Hazırkı iş üzrə icra sənədi hesab edilən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-1762/2016 saylı icra vərəqəsi olmuşdur. Lakin protokolda naməlum olan hansısa Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(104)-198/2018 saylı icra vərəqəsi qeyd olunmuşdur. Həqiqəti əks etdirməyən Hərracın yekunları barədə 36/03 saylı, xx.xx.2018-ci il tarixli protokolu tərəflər imza etmişlər. Bu hallara görə də hərracın yekunları barədə protokol etibarsız hesab edilməlidir. Ümumiyyətlə, cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərini pozaraq icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti öz səlahiyyətləri daxilində həyata keçirməmişdir. Bu da mübahisə edilən 36/03 saylı, xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsızlığına səbəb olmuşdur. Hərracın yekunları barədə protokolun etibarsız hesab edildikdə hərracın yenidən keçirilməsi məsələsi ortaya çıxacaqdır. Burada onlara məxsus və ipoteka ilə yüklü edilmiş ünvan 7 ünvanda yerləşən mənzilin yeni ilkin satış qiymətinin müəyyənləşdirilməsi zə rurəti yaranacaqdır. Mənzilin ilkin satış qiyməti olan 40.000 manat 2016-cı il tarixdə qiymətləndirilmişdir. Mənzilin 2016-cı illə müqayisədə qiyməti qat-qat artıqdır. Həm də ki, bankdan götürülən kreditin bir hissəsi evin təmirinə xərclənmişdir. Bu da mənzilin dəyərinin artmasına səbəb olmuşdur.
6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim G.Şirinov) 02 iyun 2022-ci il tarixli, e-2(044)-943/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticə ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin təsdiq edilməsinə dair kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 6, 10, 33, 41-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad edərək əsasl andırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
10. Apellyasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İcra İdarəsi 24 noyabr 2017-ci il tarixdə cavabdeh Hərrac Mərkəzinə hərracın dayandırılması barədə məktub göndərmişdir. Həmin məktubda qətnamədən apellyasiya şikayəti göndərilməsi qeyd olunmuşdur. Hərrac Mərkəzi xx.xx.2017-ci il tarixə “Açıq Hərracın keçirilməsinə dair” 02 nömrəli bildirişlə hərracın keçirilmə vaxtı və tarixini 15 yanvar 2018-ci il tarixə saat 11:00-a təyin etmişdir. Hərrac Mərkəzi tərəfindən onlara bildiriş göndərilməmişdir. Hərrac Mərkəzi dayandırılmış icraat üzrə hərracın keçirilməsini davam etdirmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər F.Ə.Mehtiyev sədrlik edən və məruzəçi, R.Ş.Muradov və Ə.İ.Məmmədov) 28 sentyabr 2022-ci il tarixli, 2(104)-2293/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)- 1762/2016 saylı qətnaməsi icraya yönəlmişdir. İcra məmuru tərəfindən qanuni qüvvəyə minmiş qətnamən in icra edilməsi üçün müvafiq hərəkətlər yerinə yetirilmiş, açıq hərracın keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilmiş, ipoteka predmeti ilkin satış qiyməti 30000 manat olmaqla açıq hərraca çıxarılmış, lakin ilkin hərracda ipoteka predmeti satılmadığı üçün ipoteka predmetinin dəyəri 15 faiz aşağı salınaraq 25500 manata təkrar hərraca çıxarılmış və tələbkara satılmışdır.
13. İddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Belə ki, iddiaçılar qüvvədə olan məhkəmə qətnaməsinə əsasən qanunvericiliklə nəzərdə tutulan qaydada açıq hərracda satılan daşınmaz əmlakın Maraqlı şəxs ASC-in xeyrinə özgəninkiləşdirilməsi zamanı qanunla qorunan hansı hüquq və maraqlarının pozulduğunu, eləcə də hərracın yekunları barədə protokolun etibarsız hesab edi lməsi halında yenidən hərrac keçiriləcəyi təqdirdə özünün ipoteka predmetini əldə etməsinin mümkünlüyünü əsaslandırmamışlar.
14. Məhkəmə mövqeyini Mülki Məcəllənin 329, 319, 414, 415, 416-cı maddələri, “İpoteka haqqında” Qanunun 41, 42, 43-cü maddələri, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
16. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə qətnaməsində qeyd etdiyi maddi hüquq normalarını mübahisə ilə bağlı nə üçün tətbiq etdiyini əsaslandıra bilməmiş, həmin normaları yaln ız sadalamaqla kifayətlənmişdir. xx.xx.2018-ci il tarixə saat 11:00-a təyin olunmuş hərrac barədə iddiaçılara bildiriş göndərilməmişdir. Hərrac mərkəzi dayandırılmış icraat üzrə hərracın keçirilməsini davam etdirmişdir. Məhkəmə bu cür mötəbər sübutları araşdırmamış, onlara hüquqi qiymət vermədən iddiaçılar tərəfindən məhkəməyə sübut təqdim edilmədiyini bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hə rrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
19. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
20. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr y alnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
21. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
22. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsin ə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
23. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
24. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun
25. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
26. Maddə 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qa rşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.
27. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir.
28. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş «İcra haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
29. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir.
30. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütl əvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
31. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəz ərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2293/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.