Məhkəmə qərarları › İş №2(102)-1084/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1084/2025

18.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1084/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi2 “ölüm hüquqi faktının müəyyən edilməsi, vərəsənin daşınmaz əmlaka ayrıca giriş açılmaqla mülkiyyət hüququnun tanınması və əmlaka dair qeydiyyat vəsiqəsinin verilməsi” barədə iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Ərizəçi2 ölüm hüquqi faktının müəyyən edilməsi, vərəsənin daşınmaz əmlaka ayrıca giriş açılmaqla mülkiyy ət hüququnun tanınması və əmlaka dair qeydiyyat vəsiqəsinin verilməsi barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4429/2008 nömrəli iş üzrə 4 fevral 2025-ci il tarixli qərardadından ərizəçinin hüquqi varisi Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Ərizəçi2 “ölüm hüquqi faktının müəyyən edilməsi, vərəsənin daşınmaz əmlaka ayrıca giriş açılmaqla mülkiyyət hüququnun tanınması və əmlaka dair qeydiyyat vəsiqəsinin verilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Səbail Rayon Məhkəməsinin 2-2046/2003 nömrəli, 11 noyabr 2003-cü il tarixli qətnaməsi (F.Ağasıyeva) ilə ərizə təmin edi lərək, Xanlarov Hacı X2 1915-ci ildə ölməsi hüquqi faktı müəyyən edilmiş, Ərizəçi1 Əli-Abbas qızının vərəsə kimi Bakı şəhəri, Kiçik Qala küçəsindəki 124 saylı evin 12/22 saylı mənzilinə bitişik yerləşən 101,4 kv.m köməkçi sahəsi olan zirzəmisinə həyətdən ayrıca giriş açılmaqla mülkiyyət hüququ tanınmış, Bakı şəhəri, Kiçik Qala küçəsindəki 124 saylı evin 12/22 saylı mənzilinə bitişik yerləşən 101,4 kv.m. köməkçi sahənin Ərizəçi2 xüsusi mülkiyyəti olan 12/22 saylı mənzilin texniki pasportuna daxil edilməsi və bununla bağlı onun adına yeni qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhəri, Tİ və MHQİ-nə tapşırılması qərara alınmışdır.

3. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4429/2008 nömrəli, 22 dekabr 2008-ci il tarixli qə tnaməsi (X1 (sədrlik edən və məruzəçi), X8, X9) ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “Ərizəçi1 Əli-Abbas qızının vərəsə kimi Bakı şəhəri, Kiçik Qala küçəsindəki 124 saylı evin 12/22 saylı mənzilinə bitişik yerləşən 101,4 kv.m. köməkçi sahəsi olan zirzəmisinə həyətdən ayrıca giriş açılmaqla mülkiyyət hüququ tanınması, Bakı şəhəri, Kiçik Qala küçəsindəki 124 saylı evin 12/22 saylı mənzilinə bitişik yerləşən 101,4 kv.m. köməkçi sahənin Ərizəçi2 xüsusi mülkiyyəti olan 12/22 saylı mənzilin texniki pasportuna daxil edilməsi və bununla bağlı onun adına yeni qeydiyyat vəsiqəsinin verilməsinin Bakı şəhəri, Tİ və MHQİnə tapşırılması hissəsində” ləğv edilmiş, iddia tələbləri həmin hissədə təmin edilməməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Maraqlı şəxs (nümayəndəsi və vəkili Vəkil) kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iş üzrə Ərizəçi1 qanuni vərəsəsi oğludur. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi Ərizəçi1 hazırkı vaxtadək təqdim edilməmişdir, anası xx.xx.2016-cı ildə vəfat etmişdir, o özü isə müvafiq dövlət qurumunun əmri ilə 2006-cı ildən ailə üzvləri ilə birlikdə Nyu-York şəhərinə uzunmüddətli ezamiyyətə göndərilmişdir, buna görə də apellyasiya məhkəməsinin qətnaməsini əldə edə bilməmişdir. Odur ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4429/2008 nömrəli 4 fevral 2025-ci il tarixli qərardadı (ha kimlər İkram Şirinov sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) qətnamədən ərizəçi tərəfindən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış və ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır.

6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçi tərəfindən kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsi barədə ərizəsində müddətin ötürülmə səbəbi kimi istinad etdiyi hallar üzürlü hesab edilə bilməz.

7. Belə ki, qətnamənin ərizəçi tərəfindən alınmasını təsdiq edən sübut mülki iş materiallarında olmasa da, işin materialları ilə müəyyən olunmuşdur ki, ərizəçinin səlahiyyətli nümayəndə və vəkili A.Alıyeva işə apellyasiya qaydasında baxılması zamanı məhkəmə iclaslarında işt irak etmişdir.

8. Bundan başqa, mülki iş materiallarında olan xx.xx.2008-ci il tarixli etibarnamədən məlum olmuşdur ki, Ərizəçi2 nümayəndə və vəkili A.Alıyevaya verdiyi etibarnamənin müddəti xx.xx.2011-ci ilə qədər olmuş, eləcə də ona verilən səlahiyyətlər içərisində məhkəmə aktlarından şikayət vermək hüququ da nəzərdə tutulmuşdur.

9. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qətnaməsi 22 dekabr 2008-ci il tarixdə çıxarılmış, ərizəçi isə 2016-cı ildə vəfat etmişdir. Qətnamənin çıxarılmasından ərizəçinin vəfatına qədər keçən 8 il ərzində, həm də qətnamənin çıxarılmasında səlahiyyətli nümayəndə və vəkili məhkəmə iclasında iştirak etdiyi halda, ərizəçinin həmin qətnamədən məlumatsız olması ağılabatan və inandırıcı deyildir. Həm də mülki iş üzrə tərtib olunmuş siyahılardan məlum olmuşdur ki, birinci instansiya məhkəməsində işin vərəqlərinin sayı cəmi “66” vərəq, apellyasiya instansiyasında icraatdan sonra isə cəmi “138” vərəq olmuşdur. Bu qeydlər icraatın tamamlandığı 2008-ci ilə aid olmuşdur. Hazırda ərizəçi tərəfin birinci instansiya məhkəməsinə müraciətindən sonra işin vərəqlərinin sayı cəmi “140” vərəq göstərilmişdir. Ərizəçinin oğlu Maraqlı şəxs mübahisələndirmək istədiyi Bakı Apellyasiya məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsinin əldə edilməsi üçün Səbail Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarix qeyd edilən və məhkəmənin “daxil olma” ştampı vurulan ərizəsindən görünür ki, həmin ərizə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Bununla belə, həmin ərizə və ona qoşulmuş sənədlərin üzərində işin vərəq sayı kimi, anlaşılmaz olaraq 1361 38 qeyd edilmişdir. Halbuki, həmin vərəq sayı 2008-ci il tarixində apellyasiya icraatının sonunda artıq mövcud olmuş, iş materiallarının siyahısından (mülki işin əvvəlindəki vərəq) görünür ki, 135-137-ci vərəqlərdə ardıcıl olaraq “qəbz, zərf, xəbərnamə” qeyd edilmişdir

10. Məhkəmə kollegiyası müddətin bərpasına dair ərizədə Maraqlı şəxs 2006-cı ildə ezamiyyətdə olması barədə dəlili üzrə qeyd etmişdir ki, o hazırkı işdə tərəf olmamış və o hazırkı halda yalnız ərizəçinin hüquqi varisi kimi çıxış edir və ərizəçiyə münasibətdə müddətin üzrsüz səbəbdən keçməsi müəyyən olunduğundan, onun özünün ezamiyyətdə olmasının hər hansı əhəmiyyəti yoxdur.

11. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini X4 130.1, 133.1, 135.5, 135.6, 405.0.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

12. Apellyasiya instansiyası məhkəməsinin 4 fevral 2025-ci il tarixli qərardadı ilə razılaşmayan Maraqlı şəxs (Vəkil Yusi oğlu) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi məhkəmə qətnaməsini aldığı vaxtdan qanunla müəyyən edilmiş qaydada və vaxtda kassasiya şikayəti vermişdir. Məhkəmənin ümumi mülahizələrlə onun ərizəsinin təmin edilməməsi onun mülki hüquqlarının məhkəmə müdafiəsi hüququnu pozmuşdur. İşə baxan məhkəmə işə qərəzli yanaşmış, toplanmış sübutlara düzgün qiymət verməmiş, nəticədə ərizəçinin ərizəsini əsassız olaraq rədd etmişdir. Halbu ki, mərhum anasının qə tnaməsinin rəsmi qaydada alınmasına dair iş materiallarında sənəd yoxdur. Məhkəmə ümumi mülahizə ilə bu ərizəni təmin etməmişdir. Ərizəçi iki variantda ərizə vermişdir: ərizənin vaxtında verilmiş hesab edilməsi və ya prosessual müddətin bərpası ərizə vermişdir. Məhkəmə bu halların heç birinə əsaslı münasibət bildirməmişdir və qəbul edilən qərardadla ərizəçinin ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz dail olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edi lir.

16. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

17. Maddə130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

19. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edi r.

20. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;

21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa,kassasiya şikayəti geri qaytarılır.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından ərizəçinin hüquqi varisi nin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

27. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

28. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirm əsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Eyni zamanda müddətin bərpa edilməsi əsası kimi irəli sürülən dəlillər işdə iştirak edən şəxsin nümayəndəsinə deyil, məhz həmin şəxsin özünə aid olmalıdır.

29. Hazırkı işin materiallarından müəyyən olunur ki, 22 dekabr 2008-ci il tarixdə çıxarılmış, ərizəçi isə 2016-cı ildə vəfat etmişdir. Qətnamənin çıxarılmasından ərizəçinin vəfatına qədər keçən 8 il ərzində, həm də qətnamənin çıxarılmasında səlahiyyətli nümayəndə və vəkili məhkəmə iclasında iştirak etdiyi halda, ərizəçinin həmin qətnamədən məlumatsız olması ağılabatan və inandırıcı deyildir. Bu baxımdan pros essual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzrlü səbəbdən baş verməsi ağlabatan dəlillərlə əsaslandırılmamış və müvafiq sübutlar təqdim edilməmişdir. 30. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

31. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.

32. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrl ü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

33. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 fevral 2025-ci il tarixli, 2(103)- 4429/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar