Məhkəmə qərarları › İş №2(102)-1086/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1086/2023

14.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1086/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin düzgün qoyulmaması, iddia tələbinin əsası ilə iddia tələbinin uyğunsuzluğu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-37/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərar ı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən onun yaşayış evinin pəncərəsinin 0.5 metrliyində tikilmiş mal-qara tövləsinin və toyuq-cücə saxlanılan hinin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, Cavabdeh1 həyətdə əlavə tiklilər tikməyə başlamış, əvvəlcə onun evinin arxa hissəsindən 1.0 m aralıdan mişar daşından hasar çəkmiş, sonra hasarın üstünü bağlamışdır. Sonradan ona məlum olmuşdur ki, Ziyad mal-qara tövləsi və toyuqcücə hini tikmişdir. Həmin tövlə və hin onun evinin pəncərəsinin bərabərliyində olmaqla, ara məsafəsi cəmi 0.5 metrdir. Hazırda Ziyad orad a mal-qara və toyuq-cücə saxlayır. Malqaranın, toyuq-cücənin özünün və peyininin iyindən nə evdə, nə həyətdə oturmaq olur. Dəfələrlə cavabdehə bu barədə iradını bildirərək, həmin tikliləri sökməsini və ya kənara çəkməsini desə də, heç bir nəticəsi olmamışdır. Hətta bu barədə Zərdab RİHB-nin Zərdab şəhər üzrə nümayəndəliyinə, rayon Polis şöbəsinə, Zərdab rayon İHB-nin müavininə müraciət etmiş, onlar da məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Buna görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, sözügedən tikililər tikintitexniki normalara zidd tikilmişdir və sökülməlidir.

3. Cavabdeh1 bildirir ki, 2011-ci ildə iddiaçının qonşuluğunda anası Cavabdeh2 adına torpaq sahəsi alaraq orada 4 otaqlı ev tikmişdir. Sonradan iddiaçının evindən təxminən 1.0 m aralıda mal-qara tö vləsi və toyuq-cücə hini tikmişdir. Orada 3 baş inək və müəyyən sayda toyuq-cücə saxlayır. Doğrudur, tövlə və hin iddiaçının evinin pəncərəsinin bərabərliyində olmaqla ara məsafəsi təxminən 1.0 metrdir. İddiaçının evinin pəncərəsi ona məxsus həyətə tərəf açıldığından bu barədə iddiaçıya bildirərək pəncərənin bağlanmasını xahiş etmişdir. Sonradan, iddiaçının oğlu Əhlimanla məsləhətləşərək pəncərənin önünün kəsilməsi üçün nəinsə tikilməsini razılaşmışlar. Ona görə də, sözügedən tövlə və hini orada tikmişdir.

4. İşin mübahisəsiz halına görə, Zərdab rayon XDS-nin xx.xx.1995-ci il tarixli qərarına əsasən İddiaçı ünvan 1 ünvanında fərdi yaşayış evi tikmək üçün 0,05 həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı 2003-cü ildən həmin evdə yaşayır və həmin vaxtdan yaşayış evi iddiaçının sahibliyi və i stifadəsindədir.

5. İddiaçının qonşuluğunda Cavabdeh2 torpaq sahəsi alaraq orada 4 otaqlı ev, iddiaçının evinin yaxınlığında mal-qara tövləsi və toyuq-cücə hini tikmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərdab Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 176 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən, Cavabdeh1 məxsus mal-qara tövləsi İddiaçı evindən bir metr məsafədə yerləşir. Cavabdeh1 tikdiyi və istifadə etdiyi tövlə dövlət tikinti normalarına və sanitar-gigiyenik tələblərə cavab vermir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli, 10/5246 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyinə əsasən: - İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə Cavabdeh2 mülkiyyətində və is tifadəsində olan torpaq sahəsində tikilmiş mal-qara tövləsi və toyuq hini aralarındakı məsafə 0.5 metrdir. - Cavabdeh2 məxsus mal-qara tövləsi və toyuq hininin 92 kv.metr hissəsi onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. - ünvan 1 ünvanında yerləşən İddiaçı sahibliyi və istifadəsində olan fərdi yaşayış evinin yaxınlığında Cavabdeh2 mülkiyyətində olan həyətyanı torpaq sahəsindəki mal-qara tövləsi və toyuq hini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aiddir. - Qeyd: 3 may 2019-cu il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin xx.xx.2001-ci il tarixli 05 saylı Qərarı (X1 Reyestrinin qeydiyyat nömrə si **********0002, X1 Reyestrinə daxil edildiyi tarix 11 may 2019-cu il) ilə "Dövlət Şəhərsalma Norma və Qaydaları şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikilin abadlaşdırılması”nda 4.13-cü bənd Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə zidd olduğu üçün qüvvədən düşmüş hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. Zərdab Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(035)-471/2020 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda, haqqında mübahisə qaldırılan tövlə iddiaçıya məxsus evin pəncərəsindən 1.0 m, hin isə 3-4 m aralıqda yerləşdiyindən tikinti normalarına və sanitar gigiyenik tələblərə uyğun deyild ir.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.4, 170.1, 170.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, o, tikinti aparılmamışdan əvvəl, iddiaçının oğlu Əhliman Qurbanova müraciət edərək, onlara məxsus pəncərənin onların evinə baxmasına irad bildirmiş, pəncərənin önünün tutulması məqsədi ilə pəncərənin önündə tövlə tikmək istədiyini bildirmişdir. İddiaçının oğlu bir müddət sonra ailəsinin və özünün tövl ə tikintisinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra, tövlə tikintisi həyata keçirilmişdir. Tövlə tikintisindən uzun zaman keçsə də, sonradan iddiaçılar hansısa əsaslarla tövlənin sökülməsini istəmişdilər. İddiaçının oğlunun işdə iştirakı işin düzgün və faktiki əsaslandırılmış qaydada baxılması üçün əsas olacaqdır.

13. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-37/2022 nömrəli, 25 oktyabr 2022-ci il qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Əsədli və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və mübahisəni düzgün həll e tmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmiş, kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

18. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəz ərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

19. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

20. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəs indən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

21. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

22. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qism ən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməs inin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

42. İddiaçı qonşusu olan cavabdehlər tərəfindən evinin yaxınlığında tikilmiş malqara tövləsi və quş saxlanılan hinin pis və ağır qoxuya səbəb olmasına, bu səbəbdən öz evində rahat yaşaya bilməməsinə istinad edərək tələb edir ki, həmin tikililər sökülsün.

43. Cavabdeh1 özü də izahatlarında və şikayətlərində qeyd olunan tikililərin həmin məsafədə onun tərəfindən tikilməsini etiraf etmişdir.

44. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən iddiaçının evinin 0.5 metrliyində mal-qara tövləsi və toyuq hini tikilmişdir və həm in tikililər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aiddir.

45. Odur ki, cavabdeh öz mülkiyyətindəki həyətyanı sahədən qonşuluq hüququnu tənzimləyən mülki qanunvericiliyin (Mülki Məcəllənin 170-ci maddəsi) tələblərinə zidd olaraq istifadə edir.

46. Belə ki, MM-in 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahəl ərinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə cürbəcür hədsiz təsirlər göstərilməsi işin mübahisəsiz halıdır. Lakin, bu təsir iddiaçı tərəfindən mübahisələndirilən tikililərdən deyil, cavabdeh tərəfindən öz mülkiyyətində olan həyətyanı sahədə saxlanılan mal-qara və toyuq-cücəndən qaynaqlanır.

48. Nəzərə almaq lazımdır ki, MM-in 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

49. Bununla yanaşı, o da qeyd olu nur ki, cavabdehlər tərəfindən həmin tikililərdən anbar və ya saxlanc yeri kimi istifadə oluna, həmin tikililərdə dən, ot, odun, taxta, habelə müxtəlif məişət və təsərrüfat ləvazimatları saxlanıla bilər. Belə istifadə isə, hər hansı qoxunun yayılmasına və iddiaçının hazırkı iddiada istinad etdiyi hüquqlarının pozulmasına səbəb ola bilməz.

50. Odur ki, iddia tələbinin əsasını təşkil edən kəskin qoxular mübahisəli tikililərlə deyil, qeyd edilən təsərrüfat fəaliyyət ilə bağlı olduğundan nə hazırkı iddia tələbi təmin oluna, nə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri baxımından hazırkı iddia tələbi çərçivəsində müvafiq təsərrüfat fəaliyyətinin qadağan olunması barədə qərar qəbul oluna bilər.

51. Buna görə də, iddiaçı cavabdehlər tərəfindən öz həyətyanı sahəsində mal-qara və toyuq-cücə saxlanılması vasitəsilə həyata keçirilən təsərrüfat fəaliyyətinin qadağan olunmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməlidir.

52. Məhkəmə kollegiyası onu da xüsusilə vurğulayır ki, hazırkı iddia tələbinin rədd olunması iddiaçının cavabdehlərə qarşı hazırkı iddiada göstərilən tikililərdə mal-qara və toyuq saxlanılmasının qadağan olunması barədə yeni iddia qaldırmaq hüququnu istisna etmir.

53. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanun i və əsaslı olmayan qətnamə çıxarılmışdır. 54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instans iyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-37/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mal-qara tövləsinin və toyuq hininin sökülməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar