Məhkəmə qərarları › İş №2(102)-1087/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1087/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1087/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin ləğv edilməsi və əmlakın boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi və əmlakın boşaldılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107 )-1019/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında 21 fevral 2022-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır.Satıcı (Bank) ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 314,8 kv.m olan fərdi yaşayış evini 45.000 manat qiymətinə alıcının (Cavabdeh1) mülkiyyətinə verməyi, alıcı isə ilkin olaraq 10.000 manat ödəməyi, qalan 35.000 manat məbləği isə xx.xx.2023cü il tarixədək hər üç ayda bir dəfə 5.000 manat ödəmək şərti ilə ö dəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 314,8 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, əmlakın boşaldılması və Banka təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə alıcı, yəni hazırki i ş üzrə Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir. Belə ki, alıcı tərəfindən yalnız 15.000 manat ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir.

4. Ağsu Rayon Məhkəməsinin 2(016)- 287/2023 nömrəli iş üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Əsgərov) iddia təmin edilmiş, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 314,8 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödə nilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx"QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 314,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin alıcı Cavabdeh1 satılması razılaşdırılmışdır.

6. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraviət olunacağı bildirilmişdir.

7. İş materiallarında olan Azaərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfiondən verilmiş çı xarışdan görünür ki, ünvan 3 ünvanında 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 314,8kvbadratmetr ümumi sahədən ibarət fərdi yaşayış evi "xxxx" QSC-yə verilmişdir

8. Müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 423.2, 442, 600.1, 600.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəb ul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilə üzrə ödənilən məbləğə heç bir münasibət bildirmədən, ödənilən və qalıq məbləğin nə qədər olmasını müəyyən etmədən, yalnız iddiaçının söylədikləri ilə kifayətlənərək qətnamə qəbul etmişdir. Halbuki, ödənilən və qalıq məbləğin nə qədər olmasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün məhkəmə qərar qəbul edərkən ekspert rəyinə istinad etməli idi.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1019/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (G.Cavadova (sədrliyi və məruzəsi ilə), hakimlər V.Məlikov və E.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiy a instansiya məhkəməsi mövqeyini əsaslandırarkən aşağıdakıları qeyd etmişdir:

14. İş materiallarına əsasən alıcı olan Cavabdeh1 müqavilə şərtlərini pozmuş və ödənilməli olan 45.000 manat məbləğdən yalnız 15.000 manat ödəmişdir. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Bank tərəfindən Cavabdeh1 müqavilənin ləğvinə dair təklif göndərilsə də, sonuncu tərəfindən təklifə cavab verilməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Göründüyü kimi, Cavabdeh1 alğı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, ödəməli olduğu məbləği müqavilə ilə nəzərdə tutulan vaxtda v ə qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

15. Cavabdeh apellyasiya şikayətində müqavilə üzrə ödənilmiş və qalıq məbləğlərin düzgün müəyyən edilmədiyini bildirsə də, qeyd etdikləri xüsusatları təsdiq edən və ya iddia tələbinin dəlillərini şübhə altına alan sübutları məhkəmələrə təqdim etməmiş, eyni zamanda məhkəmə iclaslarında iştirak etməmişdir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 421.2, 442, 567, 600.1, 600.4, MPM-nin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin 2(107)1019/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddəsi pozulmuşdur.İddiaçı tərəfindən ödənilən və qalıq məbləğin nə qədər olması ilə bağlı sübutların məhkəməyə təqdim olunmamasına baxmayaraq məhkəmə kollegiyası bu fakta qiymət verməyərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla qeyd olunan maddələrin tələbini pozmuşdur.

19. Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsipozulmuşdur.Birinci instansiya məhkəməsi ödənilən və qalıq məbləğin nə qədər olmasını müəyyən etməməsinə baxmayaraq xüsusi bilik tələb olunan sualları aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertiza təyin etməmişdir. Hansı ki, qeyd ol unan maddənin tələbinə əsasən məhkəmə öz təşəbbüsü ilə də iş üzrə ekspertiza təyin edə bilərdi. Göründüyü kimi məhkəmə kollegiyası bu hissədə də düzgün nəticəyə gəlməyərək qeyd olunan maddənin tələbini pozmuşdur.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2- ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vah id qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Mübahisəli qətnaməni çıxaran məhkəmə kollegiyası tərəfindən hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi son nəticədə hüquqlarımın və qanuni mənafelərimin pozulması ilə nəticələnmişdir. Hansı ki, hüquqi müəyyənlik prinsipinin əsas hədəfi hüquqları və qanuni mənafeləri pozulmuş şəxslərin hüquqlarının bərpası və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir. Nəzərə alsaq ki, hazırki mübahisənin nəticəsində onun və ailə üzvlərinin evsiz-eşiksiz qalma təhlükəsi var, onda, apellyasiya instansiya məhkəmə kollegiyası işə daha obyektiv yanaşmalı idi. Ümid edirlər ki, yuxarı və sonunc u instansiya məhkəməsi olaraq Ali Məhkəmə eyni məzmunlu formal qərar qəbul etməyəcək, onun və ailə üzvlərinin vəziyyətini, qanunvericiliyin tələblərini və digər halları nəzərə alaraq ədalətli və əsaslı qərar qəbul edəcəkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

26. Maddə

567. Alğı-satqı müqaviləs inə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

28. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üz rə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Cavabdeh1 kasasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi iddianın daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evindən Cavabdeh1 çıxarılması, onun tərəfindən əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsinə aid hissələrində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya sə hv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissədə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evindən Cavabdeh1 çıxarılması, onun tərəfindən əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsinə aid hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 2(107)-1019/2023 nömrəli qətnaməsi iddianın daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evindən Cavabdeh1 çıxarılması, onun tərəfindən əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsinə aid hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar