Məhkəmə qərarları › İş №2(102)-1088/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1088/2019

14.02.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1088/2019 14.02.2019 ALİ MƏHKƏMƏ 14 fevral 2019-cu il şəhəri İş № 2(102)-1088/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sabirabad Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(056)-03/2018 saylı qətnaməsi ilə (hakim F.Pənahov) iddia tələbi qismən təmin edilərəkSabirabad rayonu, Qəzli kəndində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mə xsus JN:166A (KOD ********) №-li torpaq sahəsinin cənub-şərq və şərq istiqamətində yol boyu inşa edilmiş daş divar, dəmir darvaza və çardaq yardımçı tikilinin zəbt olunmuş əraziyə düşən hissəsinin cavabdehlərin hesabına sökülməsi, qeyd olunan torpaq sahəsinin zəbtdən azad edilməklə ümumi istifadədə saxlanılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2530/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Z.Zeynalov, Q.Kərimov və İ.Əsədov) Sabirabad Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(056)-03/2018 saylı qətnaməsiiddiaçıya məxsus hamamın divarının dibində cavabdehlərinqazdığı kanalzasiya quyusunun (ambarının) ləğv edilməsinintəminedilməməsihissədələğvedilərək, həminhissədəiddianıntəmine dilməsi, iddiaçıya məxsus hamamın divarının dibində cavabdehlərinqazdığı kanalzasiya quyusunun (ambarı) ləğv edilməsi, qətnaməninqalanhissədəiddiaçınınapelyasiyaşikayətinəəsasəndəyişdirilmədənsaxlanılmas ı qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2530/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Sabirabad rayonunun Qəzli kəndində yaşamış mərhum anası X1 şəxsi mülkiyyətində 0,06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Həmin evin qonşuluğunda yaşayan Cavabdeh1 və Cavabdeh2 onlara məxsus həyətə gedən ümumi küçənin 3 metr enini zəbt edərək, küçə boyu daş hasar çəkmişdir. Bununla da o, onların həyətə edən yolda hərəkəti tamamilə məhdudlaşdırmışdır. Hətta kiçik avtomobillərin oraya daxil olması və qayıtması qeyrimümkündür. Bununla da onlar bütün qayda qanunları pozmuşlar. Əgər həyətlərində və evdə yanğın baş verərsə yanğını söndürmək üçün yanğın söndürən maşının həmin əraziyə yaxınlaşması qeyri-mümkün olacaqdır. Həmçinin cavabdehlər zəbt etdikləri küçədə özləri üçün quru ot saxlamaq üçün çardaq tikmişlər. Valideynlərinin mülkiyyətində olan həmin evləri və digər tikililər 1930-1940-cı illərdə tikilmişdir. Cavabdehlərin torpaq sahəsi və evi vaxtı ilə dayısına məxsus olmuşdur və dayısının vəfatından sonra ailə üzvləri başqa torpaq sahəsinə köçdükləri üçün həmin həyətdə müxtəlif vaxtlarda ayrı-ayrı şəxslər yaşamışlar. Valideynlərinin vəfatından sonra həmin evlərində müvəqqəti yaşayış olmamasından sui-istifadə edərək cavabdehlər onların evindən 1-2 metr məsafədə və hamamdan 15-20 metr məsafədə özlərinə yeni ev tikmişlər, onlara məxsus hamanın pəncərəsi bağlanmış, kanalizasiya sistemini ləğv etmiş və evlərindən gələn tualet kanalizasiya xəttini hamamın divarının dibində qazdığı ambara birləşdirmişlər. Onların qədimdə tikilən ayaq yolunun yanında özləri üçün taxtadan ayaq yolu tikmişlər. Həyətyanı sahənin bu hissəsi keçmişdən onların istifadəsində olmuşdur. Ona görə də Sabirabad rayonunun Qəzli kəndində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən küçə boyu qanunsuz, özbaşına tikilmiş daş hasarın və ot tayası üçün çardağın cavabdehlərin hesabına sökülərək, yolu 3 metr geriyə çəkməklə əvvəlki vəziyyətinə qaytarılması, ona məxsus hamamın divarının dibində qazdığı kanalizasiya quyusunun (ambarının) ləğv edilməsi və taxtadan tikilmiş ayaqyolunun sökülməsi, hamamın arxa hissəsinin divarından 2 metr aralıdan çəpər çəkilməsi, onun eyvanından həyətlərinə açılan pəncərənin bağlanması, hasarın yanı ilə çəkilən qaz kəmərinin yerinin dəyişdirilməsi Sabirabad rayon Qaz İstismar İdarəsinə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)2530/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: İddiaçı və vəkili Vəkil Salma qızıkassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan JN:167A (KOD ********) №-li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 30 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə X3 fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, bağçılıq təsərrüfatının bağı məqsədi ilə verilmiş 0,06 ha. torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 dekabr 2017-ci il tarixli, 30497 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı anası Sabir abad rayonunun Qəzli kəndində yaşamış mərhum X2 şəxsi mülkiyyətində olan (şəhadətnamə üzrə JN:167A) torpaq sahəsi həmin kontur və cizgilərdə yerləşdiyi, lakin faktiki olaraq 888 kv.m ərazini əhatə etdiyi müəyyən edildi.Qərardadın ikinci sualı üzrə: Sabirabad rayonunun Qəzli kəndində yaşayan Cavabdeh1, X4, X6 və Cavabdeh2 mülkiyyətinə (şəhadətnamədə göstərilmiş JN:166A kod 90914028 üzrə) verilmiş torpaq sahəsi həmin kontur və cizgilərdə yerləşməklə faktiki sahə 2984 kv.m ərazini əhatə etdiyi və mülkiyyətindən cənub-şərq və şərq istiqamətində kənara çıxaraq yolun 2.20 metr hissəsinin tutulduğu müəyyən edildi.Qərardadın üçüncü sualı üzrə İddiaçı mərhum anası X2 evinə aparılan yol cavabdehlər tərəfindən tutulduğu və tutulan ərazi cavabdehin həyətyanı sahəsindən cənub-şərq və şərq istiqamətin də yol boyu 2,20 metr məsafədə müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı mərhum anası X2 adına JN:167A (KOD ********) №-li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, bağçılıq təsərüffatının bağı məqsədi ilə verilmiş 0,06 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır, cavabdehlər Cavabdeh1, X7, X9 və Cavabdeh2 adına JN:166A (KOD ********) №-li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, bağçılıq təsərüffatının bağı məqsədi ilə verilmiş 0,2700 ha. torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onların adına qeydə alınmasına baxmayaraq (şəhadətnamədə göstərilmiş JN:166A kod 90914028 üzrə) verilmiş torpaq sahəsi həmin kontur və cizgilərdə yerləşməklə faktiki sahə 2984 kv.m ərazini əhatə etdiyi və mülkiyyətindən cənub-şərq və şərq istiqamətində kənara çıxaraq yolun 2.20 metr hissəsinin tutulduğu və zəbt olunmuş həmin torpaq sahəsininn bir hissəsində ot tayası yığılmış çardaq inşa etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş im kanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 180.1-ci maddənin tələbinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna laz ımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bina üçün lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar