Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1089/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1MMC-nə (maraqlı şəxs "xxxx" ASC) qarşı ilkin iddiası, Cavabdeh1 MMC-nin İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: apelyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 MMC və maraqlı şəxs "xxxx" ASC-yə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi, hesablanmış əsassız cərimə və faizlərin silinməsi tələbi nə dair ilkin iddiası, Cavabdeh1 MMC-nin İddiaçı və Cavabdeh2 qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-8228/2022 nömrəli qərardadından iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(006)2855/2022 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı i ddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC və maraqlı şəxs "xxxx" ASC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi, hesablanmış əsassız cərimə və faizlərin silinməsi” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin xitamı, lizinq obyektinin qaytarılması, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, Cavabdeh1 MMC ilə İddiaçı arasında imzalanmış LİZ-00112-05/19A saylı, xx.xx.2019-cu il tarixli X1 müqaviləsinə xitam verilməsi, lizinq müqaviləsinin vaxtında icra edilməsi nəticəsində lizinq verənə müqavilə üzrə xx.xx.2022-ci il ta rixinə ödənilməli olan 19.244,08 manat lizinq müqaviləsi üzrə borc, 1410,94 manat lizinq mükafatı - cəmi 20.655,02 manat borc və ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər İddiaçı və Cavabdeh2 tutularaq Cavabdeh1 MMC-yə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Həmin qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-8228/2022 nömrəli qərardadı ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(006)2855/2022 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün h esab edilmişdir.
4. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən məhkəmənin hazırki iş üzrə qəbul etdiyi qətnamə iddiaçının vəkili (nümayəndəsi) Vəkil elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Bundan əlavə, iddiaçı sonradan məhkəməyə müraciət edərək, qətnaməni almadığını bildirmiş və 17 noyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnaməni əldə edərək, 28 noyabr 2022-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 366 və 363.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-8228/2022 nömrəli qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 360-ci maddəsi pozulmuşdur. İş üzrə qəbul edilmiş qətnamə 22 sentyabr 2022-ci il tarixdə iddiaçı tərəfin vəkili və nümayəndəsinin şəxsi kabinetinə yerləşdirilsə də, nəticədə həmin qətnamə tərəfə rəsmi qaydada 17 noyabr 2022-ci il tarixdə məhkəmə vasitəsi ilə qəbzə imza etmək lə verilmişdir. İddiaçı üçün apellyasiya şikayətinin verilməsi müddətinin hesablanması, vəkil ilə apellyasiya məhkəməsində iştirak ilə bağlı müqavilə bağlanmadığına görə iddiaçı tərəfindən qətnamə birinci instansiya məhkəməsindən götürüldüyü tarixdən yəni 17 noyabr 2022-ci il tarixdən başlanmalıdır. Bu səbəbdən iddiaçı hesab etmişdir ki, 28 noyabr 2022-ci il tarixdə verilmiş apellyasiya şikayəti prosessual müddət buraxılmadan verilmişdir.
8. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
10. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
11. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə ic raatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
13. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Madd ə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
16. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
17. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişl ərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
18. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
19. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəç ilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
20. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
21. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
22. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;...
23. Maddə 363.2. Apellyasiya şikayətinin qayta rılması haqqında qərardad çıxarılır.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
28. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
29. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 360-cı maddəsində apelyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apelyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.
30. Qətnamən in rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
31. MPM-nin 135.6-cı maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
32. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən qətnamə iddiaçının nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir (iş/vər. 144).
33. Bu halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçının və onun nümayəndəsinin apelyasiya şikayəti vermə müddətinin axımı sonrakı gündən başlanmış və bir ay davam etmişdir. Lakin iddiaçı apelyasiya şikayəti müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə elektron formada verilmişdir.
34. Apelyasiya şikayətinin qətnamənin elektron kabinetə yerləşdirildiyi tarixdən deyil, iddiaçıya qəbzə imza etdirilməklə verildiyi vaxtdan hesablanması barədə dəlil əsaslı deyil. Bu dəlil MPM-inin 135.5 və 135.6-cı maddələrinin göstərişlərinə ziddir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının vəkilə verdiyi etibarnamədə vəkilə ape lyasiya şikayəti vermək hüququ nəzərdə tutulmuşdur (səh.14).
35. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiyası məhkəməsi apellyasiya şikayətinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu araşdırmalıdır.
36. MPM-nin 364-cü maddəsində konkret olaraq göstərilməsə də, bu norma birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuş əsasların da yoxlanılmasını ehtiva edir. MPM-nin 363 və 364-cü maddələri apellyasiya şikayətinin forma və məzmun tələblərinə cavab verməsini, şikayətin verilməsi üçün müəyyən olunmuş müddətlərə riayət olunmasını, apelyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini araşdırmağı birinci instansiya məhkəməsinin vəzifəs i kimi müəyyən etmişdir.
37. Apellyasiya şikayətinin məzmununa aid MPM-nin 361-ci maddəsində müəyyən olunmuş çatışmazlıqlar, habelə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətlər buraxıldıqda, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmaqla apellyasiya şikayətini geri qaytarır.
38. Qanunvericilik bu halda proses iştirakçısına apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı iki mərhələdə (MPM-nin 267.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində və 269.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində) mübahisələndirmək hüququ verir və bu qayda şəxsin məhkəmə müdafiəsi hüququnun təminatı (reallaşdırılması) baxımından əhəmiyyətlidir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 3 64-cü maddəsində müəyyən olunmuş qaydalara düzgün riayət olunmalıdır. Baxılan işdə də apellyasiya instansiyası məhkəməsi məhz MPM-nin 364-cü maddəsinə əsaslanmaqla hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunauyğunluğunu yoxlamamışdır.
39. İşin bu prosessual vəziyyəti MPM-nin 366-cı maddəsinə əsasən apellyasiyanın mümkün sayılmaması kimi hüquqi nəticəyə səbəb olur.
40. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlardan çıxış etməklə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-8228/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.