Məhkəmə qərarları › İş №2(102)-1089/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1089/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1089/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5420/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin kassasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh MMC (icarəyə) arasında 03 sentyabr 2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.

2. Müqavilənin şərtlərinə əsasən ünvan 1 ünvanında yerləşən evi İddiaçı Cavabdeh MMC-yə icarəyə vermiş, müqavilənin müddəti 03 sentyabr 2019-cu il tarixədək, aylıq kirayə haqqı olaraq 200 manat müəyyən edilmişdir.

3. Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi Dimitri Kapanadze 26 oktyabr 2020-ci il tarixli qəbzdə İddiaçı 8500 manat borcu olduğunu, aylıq 1000 manat ödənilməklə, 5000 manat ödəyəcəyini bildirmiş və imza etmişdir. Tərəflər arasında olan razılığa əsasən, D.Kapanadze hər ay 1000 manat ödəmək şərti ilə ümumilikdə 5000 manat kirayə haqqı ödəyərsə 8500 manat məbləğdən 3500 manat iddiaçı tərəfindən güzəşt edilə cəkdir.

4. Mübahisə həmin icarə müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a)Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən (bundan sonra “cavabdeh” və ya “MMC”) icarə haqlarına görə yaranmış 8500 manat borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarə müqavilənin 5-ci bəndinə əsasən aylıq icarə haqqı müqavilədə 200 manat göstərilməsə də, cavabdehlə aralarında razılaşdırılmış şifahi şərtlərə əsasən icarə haqqı 1000 manat müəyyənləşdirilmişdir. 2020ci ilin yanvar ayından MMC kirayə haqlarını verməkdən yayınmaya başlayaraq, iddiaçının mənzilinə müx təlif adamları dəvət etməklə mənzilində qonşulara narahatçılıq yaradan tərzdə səs-küylü məclislər, şənliklər və s. tədbirlər keçirməklə mənzilinin təmirini də pis vəziyyətə salmışdır.

7. Tərəflər müqaviləni ləğv etmişlər. 2021-ci ilin yanvar ayının sonları şirkət tərəfindən mənzili boşaldılsa da 2019-2020-ci illər üçün cavabdeh tərəfindən kirayə borcları 8500 təşkil edərək ödənilməmiş qalmışdır. Şirkətin direktoru borcunun yaxın müddətlərdə ödənilməsinə vədlər versə də iki ilə yaxındır ki, müxtəlif bəhanələr gətirməklə borcunu ödəməmişdir.

8. Cavabdeh borcun etirafı barədə 2020-ci il tarixdə iddiaçıya yazılı ərizə də verərək 8500 manat borcun olmasını təsdiq etmişdir. Aralarında narazılıq yarandıqdan sonra cavabdeh iddiaçının ondan dövlət orqanlarına şikayət ərizəsi verəcəyi təqdirdə pulla rını ödəməməsi ilə bağlı iddiaçıya təhdidlər etməyə başlamış, hətta hədə qorxular da gəlmişdir.

9. İddiaçı polis orqanına müraciət etdikdən sonra isə cavabdeh iddiaçıya guya 3800 manat borcunun olduğunu qeyd etmişdir. Halbuki, cavabdeh yazılı ərizəsində iddiaçıya 8500 manat borcunun olmasını etiraf etmiş və səsli “whatsapp” mesajlarında ona olan borcunun ödəniləcəyinə söz verdiyini bildirmişdir. Sonradan isə münasibətləri pisləşdiyindən cavabdeh iddiaçını təhqir etməyə başladıqdan sonra polisə şikayət etmişdir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 441.4, 442, 700.1 və 700.2ci maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi göstərmişdir ki, cavabdehin yazdığı borc etirafı 2020-ci ilə aiddir, etirafdan bir müddət sonra cavabdeh evd ə qalmış və 1000 manat ödəniş etmişdir, borcu 7500 manat qalmışdır.

12. Birinci instansiya məhkəməsində MMC-in nümayəndəsi (təsisiçi və qanuni təmsilçi) Dimitri Kapanadze iddia tələbini qismən, yəni 3800 manat hissəsində qəbul edərək göstərmişdir ki, maddi imkanı yoxdur, hissə-hissə ödəniş edə bilər. Həmçinin iddiaçının icarəyə verdiyi evdə çilçıraqdan başqa, digər əşyalar cavabdehindir, quraşdırdığı mebel maksimum 1000 manat edərdi. O, pandemiya qurtarandan sonra, təxmini 1 il olar ki, həmin evdən çıxmışdır. Onun ödəniş etməsi barədə yazışmalar da var. İddiaçı onun təhdid etmək üçün üstünə adamlar salmışdır.

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2(007)644/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı xeyrinə Cavabdeh MMC-dən 7400 manat vəsaitin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-dən 94 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim Həqiqət Əhmədova)

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən aylıq kirayə haqqı olaraq 200 manat ödənilməsi qeyd edilsə də, lakin tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına əsasən aralarındakı şifahi razılaşmaya əsasən kirayə haqqı hər ay 1000 manat müəyyənləşdirilmişdir. xx.xx.2020-ci il tarixli əlyazmaya əsasən cavabdeh iddiaçıya 8500 manat borcu olduğunu, aylıq 1000 manat ödənilməklə 5000 manat ödəyəcəyini bildirmiş və imza etmişdir. Tərəflər arasında olan razılığa əsasən, cavabdeh hər ay 1000 manat ödəmək şərti ilə ümumilikdə 5000 m anat kirayə haqqı ödəyərsə, 8500 manat məbləğdən 3500 manat iddiaçı tərəfindən güzəşt ediləcəkdir. Lakin cavabdeh razılaşmanın şərtlərinə əməl etməmişdir. İddiaçı cavabdeh tərəfindən 8500 manat vəsaitdən 1100 manat ödəniş edildiyini və cavabdehin 7400 manat borcu olduğunu, cavabdeh isə iddiaçıya 3800 manat borcu qaldığını bildirmişdir.

15. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş iddiaçının ərizəsi əsasında Bakı şəhər Yasamal Rayon Polis Bölməsinin materialları ilə də tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlar eynilik təşkil etmişdir.

16. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliklərinə əməl etməyərək icarə haqqını ödəməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Cavabdeh tərəfi ndən borc məbləği qismən, yəni 3800 manat hissəsində qəbul edilmişdir. İddiaçıya olan borcun 3800 manat olması ilə əlaqədar cavabdeh tərəfindən “WhatsApp” yazışmaları məhkəməyə təqdim edilsə də, həmin yazışmalar əsasında qeyd olunan yazışmaların hansı tarixdə olması, cavabdeh tərəfindən iddiaçıya 1100 manatdan əlavə 100 manat ödənildiyi müəyyən edilməmişdir. Halbuki ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

17. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, iddiaçı tərəfindən də məhkəməyə “WhatsApp” yazışmaları təqdim edilmiş və həmin yazışmalarla cavabdehin borcunu vaxtında ödəmədiyi müəyyən edilsə də, cavabdehin nə qədər borcunun qalması müəyyən olunmamışdır. Cavabdehin nümayəndəsi iddiaçı ilə arasında olan icarə haqqı üzrə yaranmış borla bağlı sonuncu razılaşmanın şərtlərini pozmuş, hər ay 1000 manat ödəniş etməklə, ümumilikdə 5000 manat ödəyəcəyi barədə öhdəliyi pozaraq aylıq 1000 manat ödəniş etməmişdir.

18. Bununla da birinci instansiya məhkəməsi hesab etmişdir ki, sonrakı razılaşmaya cavabdeh tərəfindən əməl edilmədiyi üçün həmin razılaşma öz əhəmiyyətini itirmiş və hazırda iddiaçı qalan ümumi borc məbləğini cavabdehdən tələb etməkdə qismən haqlı olmuşdur. Beləliklə, iddiaçı cavabdehin ona 8500 manat icarə haqqından 7400 manat borcu olduğunu bildirmiş və cavabdeh tərəfindən bunun əksini sübut edəcək mötəbər sübut növü məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddiaçının xeyrinə cavabdeh MMC-dən 7400 manat vəsait tutulmalı, iddia tələbi qalan hissə də təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 425.2, 442, 448.4, 700.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlillərinı görə iddiaçı müqavilədən yaranan öhdəlikləri icra edərkən müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün heç bir tədbir görməmiş və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hərəkətlər etməkdən çəkinməmişdir. İddiaçı öhdəliyin icrası müddətini təyin etsə də, müddətin çatmasına xeyli qalmış onun icrasını tələb etmişdir. İddiaçı öhdəliy i şəraitə görə təyin etməmiş və cavabdehin öhdəliyi vaxtında icra etməməsini bəhanə edərək dərhal onun icrasını tələb etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5420/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdiyev, Xəyal Sarıyev)

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan mötəbər sübutların məcmusu ilə təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmış, müqavilə üzrə cavabdehin iddiaçıya borcu yaranmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf borcun məbləğini mübahisə etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci ins tansiya məhkəməsinin cavabdehin müqavilə üzrə öhdəliyini pozmasını təsbit etməklə, eyni zamanda bu öhdəlik üzrə yaranmış borcun məbləği ilə bağlı hissələrdə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı cavabdehin ona 8500 manat icarə haqqından 7400 manat borcu olduğunu bildirmiş və cavabdeh tərəfindən bunun əksini sübut edəcək sübutlar təqdim edilməmişdir. Cavabdeh şikayətində də, fərqli bir dəlil irəli sürməmiş, iddiaçının öhdəliyin icrası müddətini təyin etməsinə baxmayaraq müddətin çatmasına xeyli qalmış onun icrasını tələb etdiyini bildirmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi cavabdehin qeyd edilən dəlilinə münasibətdə göstərmişdir ki, müqavilədən irəli gələn icarə münasibətləri üzrə ödənişlər xarakter baxımından vaxtaşırı ödənişlərdir. İşdən də görünür ki, iddiaçının tələb etdi yi məbləğ ödəniş vaxtı çatmış ödənişlərin məcmusudur. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri:

26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətini dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa ş əxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442.1 Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

34. İddia tələbi icarə haqqının ödənilməsi barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağladığı icarə müqaviləsinə, cavabdehin nümayəndəsinin 8500 manat icarə borcunun qalmasına dair imzaladığı qəbzə istinad etmişdir. Cavabdeh isə icarə haqqından 3800 manat borcu qalmasını bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halı yalnız iddiaçının etiraf etdiyi 1000 manat hissədə sübut edə bilmiş, borcunun 3800 manat qalmasını işə mahiyyəti üzrə baxan apelly asiya instansiyası məhkəməsində sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməsi Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinə uyğun olmuşdur. Çünki işin müəyyən edilmiş halları Mülki Məcəllənin qeyd edilən normalarının dispozitiv şərtləri ilə üst-üstə düşür.

37. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin dəlilləri –öhdəliyi n icrası müddəti təyin edilsə də, iddiaçının müddətin çatmasına xeyli qalmış onun icrasını tələb etməsi – apellyasiya şikayətində də irəli sürmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri qəbul etməmişdir. (bax:25-ci bənd) 38.Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşdığı üçün həmin dəlillərə əlavə şərh verməyə zərurət görmür.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5420/2023 nömrəli, 31 oktyab r 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar