Məhkəmə qərarları › İş №2(102)-1090/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1090/2019

25.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1090/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2170/2018 nömrəli iş üzrə 07 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Salyanrayon məhkəməsinin(hakim Muradağa Qasımov) 06 mart2018-ci il tarixli 2(057)205/2018 saylıqətnaməsi ilə İddiaçı c avabdehlər Cavabdeh2 və Salyan 2 saylı Xüsusi Notariat Kontoruna qarşı Cavabdeh2 ilə X7 arasında Salyan rayonu, 2 saylı xüsusi notariat kontorunda bağlanmış 12 noyabr 2017-ci il tarixli, 4ə-879 saylı Daşınmaz Əmlakın Bağışlama Müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Zeynal Zeynaov - sədrlik edən və məruzəçi, İlham Əsədov, Qəzənfər Kərimov) 07 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçıtərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Salyan rayon məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi iddiaçının apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Salyan 2 saylı Xüsusi Notariat Kontoruna qarşı iddia tələbi ilə məhkəmə yə müraciət edərək Cavabdeh2 ilə X7 arasında Salyan rayonu, 2 saylı xüsusi notariat kontorunda bağlanmış 12 noyabr 2017-ci il tarixli, ******** saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun anasıdır, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi anasının mülkiyyətindədir. Lakin o, qeyd edilən fərdi yaşayış evində doğulmuş və bütün ömrü boyu qeyd edilən fərdi yaşayış evində yaşamışdır. Onun pasport qeydiyyatı da qeyd edilən ünvanadır. Son vaxtlar anası ilə münasibətləri pisləşdiyindən anası özünə məxsus ünvan 1 ünvanında yerləşən fədri yaşayış evini 12 noyabr 2017-ci il tarixli, *********** saylı bağışlama müqaviləsinə əsasən qardaşı X5 bağışlamışdır. Halbuki qeyd edilən bağışlama müqaviləsi rəsmiləşdirilərkən onun da razılığı olmalı idi. Lakin notarius tərəfindən onun razılığı alınmamışdır. Salyan RİH Başçısının Salyan İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışda qeyd edilmişdir ki, guya ünvan 2 ünvanda heç kim qeydiyyatda yoxdur (qeyd edilən ünvanla ünvan 3ə təsdiq edilmişdir). Salyan rayon məhkəməsinin 11.04.2016-cı il tarixli qətnaməsi ilə onun övladları ilə birlikdə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 11 aprel 2016-cı il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr sadalanan halları nəzərə almamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Salyan şəhəri, ************** küçəsində yerl əşən 567 saylı ev vərəsəlik hüququ ilə məhdudlaşdırılmış əmlak hesab edilməlidir. Belə ki, o, mübahisə predmeti olan evə dair qardaşı X7 ilə eyni hüquqlara malikdir. Vərələlik hüququ ilə məhdudlaşdırılmış Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən 567 saylı evin onun razılığı olmadan bağışlanması “Notariat əməliyyatlarının aparılması haqqında” Təlimata ziddir. Göstərilən məsələ ilə əlaqədar birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən mübahisə ətraflı araşdırılmamışdır. Cavabdeh2 məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz işti rak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Cavabdeh Salyan 2 saylı Xüsusi Notariat Kontorunun xüsusi notariusu X1 məhkəməyə məktub göndərərək iş yükünün çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəciyini, kassasiya şikayətinin təmin eidlməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh2 gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 294,4 kvadrat metr, yaşayış sahəsi 96,3 kvadrat metr, yardımçı sahəsi 198.1 kvadrat metr olan 5 otaqlı fərdi yaşayış evini və həmin 0,03 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. İddiaçı cavabehin oğludur. Salyan rayon məhkəməsinin 2(057)-1328/2015 saylı, 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı evə köçrülmə tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı azyaşlı uşaqları X4 və X6 ilə birlikdə Salyan şəhəri *********** küçəsində yerləşən 567 saylı evə köçürülmələri qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, mübahisəli mənzilin əvvəlki ünvanı ünvan 8 12 noyabr 2017-ci il tarixli Bağışlama müqaviləsinə əsasən mülkiyyətçi Cavabdeh2 ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 294,4 kvadrat metr, yaşayış sahəsi 96,3 kvadrat metr, yardımçı sahəsi 198,1 kvadrat metr olan 5 otaqlı fərdi yaşayış evini və həmin 0,03 ha həyətyanı torpaq sahəsini digər oğlu X5 bağışlamışdır. Hazırda iddiaçı cavabdeh (anası) ilə qardaşı arasında mübahisəli evin bağışlama müqaviləsini mübahisləndirir. İddiaçının dəlillərinə görə mübahisəli ev özgəninkiləşdirlərkən həmin evdə qeydiyyatda olduğu və yaşadığı üçün razıl ığı tələb olunduğu halda, notarius bunu etməməklə qanunun tələblərini pozmuşdur. Buna görə də, cavabdehlə qardaşı C6 arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. İş materiallarına əlavə edilmiş Salyan şəhər, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin Cavabdeh2 ünvanlanmış 10 noyabr 2017-ci il tarixli arayışından görünür ki, ünvan 10 ünvanda heç kim qeydiyyatda yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlak özgəninkiləşdirilərkən həmin daşınmaz əmlakda payları olan şəxslərin razlığı tələb olunur. Daşınmaz əmlakda payları olmayan yetkinlik yaşına çatmış şəxslərin razılığının alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyə t hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsindən fərqli olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu maddəsinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmı ş bütün ailə üzvlərinin razılığını alır. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunverici mülkiyyətçini digər şəxslərdən asılı etməmiş, ona sərbəst olaraq, kənar şəxslərin istəyinə görə deyil, məhz öz istəyinə görə öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu vermişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə iddiaçının razılığının olub-olmamasından asılı olmayaraq Cavabdeh2 öz mülkiyyətində olan evi istədiyi adamın adına özgəninkiləşdirmək hüququ olmuş və o, həmin hüququndan istifadə edərək evini oğlu Ceyhuna bağışlamışdır, bağışlanma müqaviləsi bağlanılan zaman qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun Ə6 şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respubli kasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Qərardan göründüyü kimi, mənzilin alqı-satqısı (hazırki mübahisədə bağışlanması) zamanı mənzilə mülkiyyət hüququ olmayan şəxslərin razılığının alınmaması “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün əsas deyildir. İddiaçı kassasiya şikayətində Mülki Məcəllənin 667.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən 567 s aylı ev vərəsəlik hüququ ilə məhdudlaşdırılmış əmlak hesab edilməlidir. Belə ki, o, mübahisə predmeti olan evə dair qardaşı X7 ilə eyni hüquqlara malikdir. Vərələlik hüququ ilə məhdudlaşdırılmış Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən 567 saylı evin onun razılığı olmadan bağışlanması qanuna ziddir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, kassasiya şikayətində qanunun normasını düzgün təfsir edilməmişdir. Həmin maddədə qeyd edilir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. İddiaçının Cavabdeh2 oğlu (qanun üzrə vərəsəsi) olması cavabdehin mülkiyyətində olan mənzilin vərəsəlik hüququ ilə məhudlaşdılmış hesab edilə bilməz. Mübahəsəli fərd i yaşayış evi o vaxt vərəsəlik hüququ ilə məhdudlaşdırılmış olardı ki, həmin ev Cavabdeh2 mülkiyyətində olan zaman sonuncunun ölməsi nəticəsində miras açılmış olsun və ya mülkiyyətçi tərəfindən mənzilə dair vəsiyyətnamə verilsin. Mübahisəli fərdi yaşayış evi ilə bağlı vəsiyyətnamə olmadığından və mülkiyyətçinin ölümü də baş vermədiyindən həmin ev vərəsəlik hüququ ilə məhdudlaşdırılmış hesab edilə bilməz. Mülki Məcəllənin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Şərh edilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2170/2018 nömrəli iş üzrə 07 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar