Məhkəmə qərarları › İş №2(102)-1094/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1094/2024

13.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1094/2024 13.02.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5528/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5528/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır. İş materiallarında olan SX007285191AZ nömrəli poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5528/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi 23 oktyabr 2023-cü il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Buna baxmayaraq, vəkil tərəfindən tərtib olunmuş kassasiya şikayəti 15 yanvar 2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürülməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh kassasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən onun icraata qəbulundan imtina edilməli və geri qaytarılması məsələsinin həlli məqsədilə mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti mü əyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 405 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5528/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar