Məhkəmə qərarları › İş №2(102)-1095/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1095/2020

24.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1095/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1, onun və digər İddiaçı2 Xalıkverdi oğlunun vəkili X12, Cavabdeh2 oğlu, onun və digər Cavabdeh3 vəkili X17, Digər cavadeh Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıkverdi oğlu, cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-892/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsind ən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nizami rayon məhkəməsinin (hakim Məzahir Sadıqov) xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mübahisəli mənzildə söküntü, tikinti-təmir və abadlıq işlərinin yerinə yetirilməsinə sərf edilmiş 33325 manat pulun Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq, iddiaçılara verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən his sədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmiş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 11 nömrəli evin 20 nömrəli mənzildə söküntü, tikinti-təmir və abadlıq işlərinin yerinə yetirilməsinə sərf edilmiş 18744,60 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçılar İddiaçı2 Xalıkverdi oğluna və İddiaçı1 verilməsi qət olunmuş, həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıkverdi oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, 37 saylı mənzilə dair vərəsəlik payının müəyyən edilməsi, onlara vurulan 50000 manat maddi ziyan, 50000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1 00030 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, oğulları X18 və X14 ilə birlikdə mərhum anasına verilmiş 37 saylı mənzildə yaşayıblar. Anası sağlığında bacısı Cavabdeh1 və onun həyat yoldaşı X6 razılığı əsasında 2004-cü ildə sonuncuya məxsus olan 20 saylı mənzildə, onlar isə anası Nənəxanımla onlara məxsus olan 37 saylı mənzildə yaşamağı qərara alıblar. Həmin vaxt bacısı nin həyat yoldaşı məxsus olan mənzil istifadəyə yararsız vəziyyətdə olduğundan, o və həyat yoldaşı İddiaçı2 Pirallahı qəsəbəsində yerləşən ata evini 14500 ABŞ dollarına satıb, əldə etdiyi pulu 20 saylı mənzilin təmirinə sərf ediblər. Həmin faktı X3 və Cavabdeh1 məhkəmə prosesində etiraf edib. So nradan bacısı oğlanları adından, öz maliyyə vəsaitləri ilə təmir etdikləri, 2004-cü ildən nin və onun həyat yoldaşı İsgəndərov ın razılığı ilə şifahi bağladıqları müqavilə əsasında hazırda yaşadıqları 20 saylı mənzildən də çıxmaları iddia qaldırmış və iddia tələbi təmin edimişdir. Həyat yoldaşı İddiaçı2 və iki övladı ilə birgə 20 saylı mənzildə 2004-cü ildə yaşamağa başlayarkən bacısı Cavabdeh1 və onun həyat yoldaşı İsgəndərov la şifahi razılığa gəliblər ki, onlar təmir etdikləri yuxarıdakı ünvanda yaşayacaqlar, onlar isə anası və onlara məxsus olan 37 saylı, 3 otaqlı mənzildə yaşayacaqlar. Anasına ayrıca 1 otaqlı yə Mustafayeva məxsus olan evi Qara Qarayev 70, mənzil 1-i yaşamağa verib. Sonradan həmin yaşadıqları mənzilləri adlarına sənədləşdirilməli olub. Qarşılıqlı razılaşma Cavabdeh1 v ə övladları Cavabdeh2 oğlu, Cavabdeh3 onların mənzildən çıxarılmaları tələbi ilə məhkəməyə müraciət etdikləri üçün pozulub. Nəticədə, mənzilin təmirinə xərclədikləri 14500 ABŞ dolları və əlavə çəkdikləri 5000 ABŞ dolları pula görə onlara maddi ziyan vurulub. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıkverdi oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının iclasında ekspert rəylərinin tədqiqi, hər iki ekspertin izahatları ilə müəyyən olundu ki, ikinci ekspert rəyi verilərkən mənzildə görülmüş işlər tam əksini tapmamış, orta bazar qiyməti üzrə qiymətləndirmə isə tamamilə normativdən aşağı qaydada qiymətləndirilmişdir. Qiymətləndirmə üzrə isə fikir ayrılığı yaranmışdır, ikinci rəyi apellyasiya instansiyası məhkəməsi daha lı hesab etməklə düzgün nəticəyə gəlməmişdir. Rəylər arasında ziddiyyət açıq-aşkar göründüyü halda, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə uyğun olaraq təkrar ekspertiza təyin etməli idi. Cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntuları ondan ibarətdir ki, məhkəmə idd iaçıların tələblərini qanuni və əsaslı sayıb qismən təmin edərkən sübutlara istinad etməmiş, iddiaçıların heç bir qanuni əsası olmayan formal mülahizələrini rəhbər tutmuş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırılmamışdır. İddiaçılar onların (cavabdehlərin) xəbəri olmadan mülkiyyətçisi olduqları mənzildə özbaşına təmir-tikinti aparmış və 12 il təmənnasız onların mənzilində yaşayaraq təmirdən faydalanmışlar. Sözü gedən təmirdən xəbərləri olmamış və heç vaxt həmin təmirdən istifadə etməmişlər. İddiaçılar tərəfindən "Bakı Torpaq" layihə smeta bürosunda tərtib olunmuş smeta hesabatında məlumatlar həqiqəti əks etdirmir. Çünki, iddiaçıların bu məsələdə maraqları var. Həmin akt qanunsuz tərtib olunduğu üçün də əsassızdır. Belə ki, məhkəmə ekspertizasının nəticəsinin ədalətli və şəffaf k eçirilmədiyini qeyd etsələr də, məhkəmə yekun qərarını qəbul edərkən həmin ekspertizasının nəticəsinə əsaslanmışdır. Buna görə də ekspertin rəyi həmin qanunsuz smeta hesabatına əsaslandığı üçün məhkəmə tərəfindən qərar qəbul edilərkən rəhbər tutulmamalı idi. İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıkverdi oğlu məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək cavabdehlərin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Tərəflərin izahatları: İddiaçı1, onun və digər İddiaçı2 Xalıkverdi oğlunun vəkili X21 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlərin kassasiya şikayətinin əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh2 oğlu, onun və digər Cavabdeh3 vəkili X22 məhkəmə kollegiyasının iclasında ka ssasiya şikayətini müdafiə edərək təmin edilməsini, idiaçıların kassasiya şikayətinin əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Cavadeh Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı X8 və Cavabdeh3 gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş m ateriallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx xxxxx 1991-ci il tarixli qərarı əsasında verilmiş xx xxx 1991-ci il tarixli, 018627 nömrəli orderlə Oranjereya küçəsi, ev 19, mənzil 37 X1 adına verilmişdir və onun ailə tərkibi əri X.Mustafayev, qızı İddiaçı1, nəvələri P. Məmmədov və F. Məmmədovdan ibarət olmuşdur. Bakı Şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 1997-ci il tarixli, 392 nömrəli sə rəncamına əsasən, C.Naxçıvanski küçəsi, ev 11, 20 nömrəli mənzilin kirayə müqaviləsi X5 adından dəyişdirilərək X9 ilə bağlanmış, xx.xx.1997-ci il tarixdə xüsusi mülkiyyət kimi sonuncunun adına qeydiyyatdan keçirilmişdir. Nənəxanım Məmmədova xx xxxxxxxx 2008-ci il tarixdə ölmüşdür. xx xxxxxxx 2012-ci il tarixində 20 saylı mənzilə Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/2 hissədə vərəsəlik qaydada keçmiş payları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, İddiaçı1, X18, İddiaçı2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli saylı qərarı ilə cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzil-Kommunal Təsərrüfat Departamentinin 62 saylı, xx.xx.2015-ci il tarixli sərəncamı ilə, 37 saylı mənzilin kirayə müqaviləsi 2 nəfər ailə üzvü ilə Cavabdeh1 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. 37 saylı mənzil xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, İddiaçı1, İddiaçı2 Xalıqverdi oğl u, X18 və X4 20 saylı mənzildən çıxarılmaları tələbinə dair ilkin iddia təmin edilmiş, İddiaçı1 və İddiaçı2 Xalıqverdi oğlunun həmin mənzilə dair daşınmaz əmlak tərəfindən verilmiş çıxarışın və bu çıxarışın verilməsinə əsas olmuş sənədlərin sız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhər İH-nin nəzdində MKTD-nə qarşı 37 saylı mənzilə daimi qeydiyyata alınma, mənzilin özəlləşdirilməsinin və digər ilkin sənədlərin sız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətna məsi ilə, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər İddiaçı1, İddiaçı2 Xalıqverdi oğluna, X13 və X7 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı mübahisəli mənzilə çəkilmiş xərcləri təsdiq edən sübut qismində məhkəməyə “Bakı Torpaq” layihə smeta bürosunun 20 saylı mənzildə yerinə yetirilmiş təmir tikinti işlərinin xx xxx 2017-ci il tarixli smeta hesabatını təqdim etmişdir. Smetada (qiymətləndirmə cədvəlində) mübahisəli mənzildə söküntü və müxtəlif növ tikinti-təmir işlərinin, o cümlədən suvaq, rəngsaz, kafel-metlax, elektrik, su, kanalizasiya, istilik işlərinin, müxtəlif avadanlıqların, aksesuarların quraşdırılması, dəhlizdən, eyvanda dolabların, mətbəxdən mətbəx mebelinin yığılması, qapı və pə ncərələrin quraşdırılması və bu işlərə sərf edilmiş tikinti materiallarının və xidmət haqqının ayrı-ayrılıqda növləri, həcmi, miqdarı və dəyəri əks olunmuşdur. Smetanın nəticələrinə görə, yerinə yetirilmiş söküntü, tikinti-təmir və abadlıq işlərinin ümumi dəyəri cəmi 33325 manat, israf payı üzrə hesablanmış 10% (3332 manat) da nəzərə alınmaqla 36627 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 1041 nömrəli ekspert rəyinə əsasən, mübahisəli mənzil qonaq və yataq otağından, dəhlizdən, mətbəxdən, hamamdan, sanitariya qovşağından və bağlı eyvandan ibarətdir. Mənzilin qonaq və yataq otağının döşəməsi parketlə vurulub, üstü laklanıb, perimetr boyu plintusla haşiyələnib, divarları və tavanı şpaklyovk alanaraq boya ilə rənglənib, “paduqa” tipli lepka vurulub, tavanı üzərinə çıraqaltı lepka vurulmuşdur. Mənzilin dəhlizinin və mətbəxinin döşəməsi metlaxla üzlənib, perimetr boyu plintusla haşiyələnib, dəhlizin divarları və tavanı tam şpaklyovkalanaraq boya ilə rənglənib, “paduqa” tipli lepka vurulub, mətbəxin divarının bir hissəsi kafellə üzlənmişdir. Dəhlizin daxilində taxtadan dolab yığılmışdır. Mənzilin hamam və sanitariya qovşağının döşəməsi metlaxla, divarları kafellə üzlənib, tavanında plastik təbəqədən asma tavan quraşdırılmışdır. Hamam və sanitariya qovşağında müvafiq sanitartexniki avadanlıq və aksesuarlar quraşdırılmışdır. Bağlı eyvanın döşəməsi metlaxla üzlənib, divarlar şpaklyovkalanaraq boya ilə rənglənib, tavanında plastik təbəqədən asma tavan quraşdırılmışdır. Bağlı eyvanın daxilində “Kombi” istilik sisteminin avadanlığının quraşdırılması üçün plastikdən dolab yığılmışdır. Baxışda iştirak edən iddiaçı tərəfindən, tədqiq olunan mənzilin təmiri ilə bağlı ifadə verilərək, mənzilin yararsız vəziyyətdə olan konstruktiv elementlərinin sökülməsi, kərpicdən divarların hörülməsi, suvaq qatının vurulması, rəngsaz, kafel, metlax işlərinin görülməsi, su, qaz, kanalizasiya, elektrik, istimə (Kombi) sisteminin çəkilməsi və ona aid avadanlıqların quraşdırılması, döşəmə altı laqa və “dikt” təbəqələrin vurulması, döşəmənin parketlə üzlənməsi, cilalanması, laklanması, plintusla haşiyələnməsi, taxtadan keçid qapıların, plastik materialdan qapı və pəncərələrin quraşdırılması, eləcə də, eyvanın xarici divarının metal künclüklər vasitəsilə çərçivə düzəldilərək boşluqlu kərpiclə hö rülməsi, taxtadan və plastik materialdan divar şkafının (dolab) yığılması, yaşayış binasının damında 2 ton həcmində metal su çəninin quraşdırılması bildirilmişdir. Rəyin nəticə hissəsində 20 nömrəli mənzildə aparılmış söküntü, tikinti-təmir və abadlıq işlərinin ümumi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 33325 manat olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissə ilə bağlı işdə olan smeta layihəsini və ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 20 nömrəli mənzildə söküntü, tikinti-təmir və abadlıq işlərinin yerinə yetirilməsinə sərf edilmiş 33325 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçılara verilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsində apellyasiya şikayəti verən cavabdehlərin apelyasiya şikayət inin əsas dəlili təmir xərclərinin məbləği ilə bağlı olduğundan və birinci instansiya məhkəməsində verilmiş ekspert rəyində ekspert iddiaçı tərəfindən verilmiş sübutu əsas götürdüyündən işə apellyasiya qaydasında baxılarkən əlavə ekspertiza təyin edilmişdir. Əlavə ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 5759 nömrəli ekspert rəyinə əsasən, 20 nömrəli mənzildə aparılmış tikinti-təmir işlərinin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 18744,6 manat, o cümlədən mənzilin daxilində aparılmış tikinti təmir işlərinin dəyəri 13549,6 manat, mənzilin texniki pasportunun göstəricilərindən kənar aparılmış tikinti-təmir işlərinin dəyəri 5195 manat müəyyən edilmişdir. Apellyasiya instansiya sı məhkəməsi sonuncu ekspert rəyinin məlumatlarını daha mötəbər, real və ağlabatan hesab edərək qeyd etmişdir ki, İddiaçı1 özü məhkəmə baxışı zamanı verdiyi izahatlarında bildirmişdir ki, 20 saylı mənzildə ondan əvvəl qardaşı öz ailəsi ilə birlikdə yaşamışdır. Bu isə belə bir qənaətə gəlməyə imkan verir ki, iddiaçılar mübahisəli mənzilə köçərkən mənzildə yaşayış üçün ən azı minimal ilkin şərait olmuş, iddiaçılar sonradan yaşayış şəraitini yaxşılaşdırmışlar. Başqa sözlə mənzilin mövcud vəziyyətə gətirilməsi yalnız iddiaçıların səyi hesabına baş verməmişdir. Digər tərəfdən iddiaçılar özləri ilkin iddia ərizəsində 2004-cü ildə yaşamağa başladıqları dövrdən mənzili istifadəyə yararlı hala salmaq üçün mənzilin təmirinə 14500 ABŞ dolları, əlavə xərclərə görə 5000 ABŞ dolları, cəmi 19500 ABŞ do lları vəsait xərclədiklərini yazılı etiraf etmişlər. Həmin dövrün kursuna uyğun olaraq qeyd olunan məbləğin manat ekvivalenti təxminən 19000 manat təşkil edir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsində verilmiş ekspert rəyi tam olaraq iddiaçı tərəfindən təqdim edilmiş smetanın məlumatları və həmin smetada əks olunmuş qiymətə uyğun verilmişdir. Halbuki smeta layihəsi də mənzilin təmir işləri aparıldıqdan uzun illər sonra iddiaçıların sifarişi ilə tərtib edilmiş, smetada evin əvvəlki təmirinin tam sökülərək yenidən təmir olunduğu qeyd edilmişdir. Halbuki iş materiallarında həqiqətən də mənzildə istinad olunan işlərin görüldüyü barədə iddiaçı tərəfin izahatından başqa heç bir mötəbər sübut mövcud deyil. Eyni zamanda ümumi sahəsi texn iki pasporta əsasən 44,22 kvadrat metr, faktiki vəziyyətə əsasən 56,55 kvadrat metr olan mənzilin təmiri üçün 33325 manat vəsaitin xərcləndiyi barədə məlumatı real və ağlabatan deyildir. Apellyasiya instansiyası məhkəməsi iddiaçılar tərəfindən texniki pasportun göstəricilərindən kənar aparılmış təmir işləri ilə bağlı qeyd etmişdir ki, həmin işlər hər bir halda mənzilin şəraitini yaxşılaşdırdığından və mənzil cavabdehlər tərəfindən həmin vəziyyətdə qəbul edildiyindən apellyasiya şikayətinin bununla bağlı dəlili əsassızdır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilməli 20 nömrəli mənzildə söküntü, tikinti-təmir və abadlıq işlərinin yerinə yetirilməsi üçün apellyas iya baxışı zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edilmiş 18744,60 manat pul müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçılar İddiaçı2 Xalıkverdi oğluna və İddiaçı1 verilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçıların kassasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edi r ki, iddiaçıılar kassasiya şikayətində tamamilə mənzilin normativdən aşağı qaydada qiymətləndirildiyini qeyd etsələr də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. İş üzrə ekspert rəyinin mötəbərliliyinə xələl gəitərəcək hal olmamışdır. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyləri arasındakı fərqliliyi müəyyən etmiş və hansı səbəbədən ikinci ekspert rəyinə mötəbər sübut kimi istinad etməsini qətnaməsində əsaslandırmışdır. Cavabdehlərin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddiaçıların formal mülahizələrinə deyil, iş materiallarının tam, hərtərəfli və obyektiv tədqiqinə əsaslnaraq nəticəyə gəlmişdir. İddiaçılar tərəfindən "Bakı Torpaq" layihə smeta bürosunda tərtib olunmuş smeta hesabatında məlumatlar həqiqəti əks etdirmə səsi, iddiaçıların bu məsələdə maraqlarının olması, həmin akt qanunsuz tərtib olunması ilə bağlı kassasiya şikayətinin dəlilləri öz dəsqiqini tapmır. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən iş üzrə aparılmış ekspertiza tədqiqatənən nəticələrinə istinad etmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıkverdi oğlu, cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh3 kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-892/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar