Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1096/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X6 və X7) qarşı iş üzrə QƏRARİ Açar sözlər: aldatma nəticəsində bağlanmış əqdin etibarsızlığı, bağışlama müqaviləsi, mübahisələndirilən əqdlər, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı (mü stəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X6 və X7) bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1725/2023 nömrəli 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12 iyul 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 15 iyul 2000-ci il tarixində vəfat etmiş X4 vərəsəsi İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,230632 ha torpaq sahəsindən 0,123 ha torpaq sahəsi irs almışdır. 2. 2 may 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X7, İddiaçı, X16, X12, X5, X8, X11, X2, X9, X1 rayon, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara düşən payları Cavabdeh1 bağışlamışlar.
3. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə (bunda sonra - Notariat Ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.123 ha torpaq sahəsinin Cavabdeh1 hədiyyə edilməsinə dair Notariat Ofisi tərəfindən tərtib edilm iş 2 may 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə X13 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 7 övladı dünyaya gəlmişdir. 2 oğul övladı üçün yaşadıqları həyətyanı sahədə hər birinə ayrı-ayrılıqda fərdi yaşayış evi tikib, minimum yaşayışla təmin etmişlər. Əri xx.xx.2000-ci il tarixində vəfat etmişdir. 2022-ci ilin iyul ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh qismində çıxış edən oğlu Gülağa onu aldatmış, üzərində ev olan həmin torpağın ona bağışlanılmasına dair müqaviləyə imza çəkdirtmişdir. Gülağa yalan olaraq ona demişdir ki, torpaqlarının sənədinə çıxarış alınması barədə imza çəkmək üçün notariusa getməlidir. Latın qrafikası ilə yazıb-oxumağı bacarmadığı halda, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Notariat hərəkətlərinin aparılması haqqında” təlimatın tələblərinə zidd olaraq, heç bir şahid olmadan və müqavilə ucadan oxunmadan ona imza çəkdirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-29-2/2-27/2023 saylı məktubundan və həmin məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, o, latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarmır. Sonradan, Gülağa ələ keçirdiyi torpaqdan müəyyən hissəni 17.000 manata öz kürəkəninə satmışdır. Halbuki həmin torpağın hazırkı bazar dəyəri 60.000 manat təşkil e dir. Eyni zamanda, torpağın müəyyən hissəni də nəvəsinə, yəni X3 oğluna bağışlamışdır. Torpaq ona 1972-ci ildə verilmişdir, hazırda ona övladı X8 baxır. Göründüyü kimi, əmlakı dələduzluq yolu ilə ələ keçirilmiş, ona qarşı mülkiyyət əleyhinə hüquq pozuntusu törədilmişdir.
6. Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizə və iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı müqavilənin bağlanmasında birbaşa iştirak etmişdir. Yəni onun şəkili çəkilmiş, əl imzası alınmış və bunlar müqaviləyə əlavə olunmuşdur. Eyni zamanda, müqavilənin 5-ci bəndindən notarius tərəfindən müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələrin izah edildiyi görünür. Müqavilənin imzalanmasında iddiaçının 6 nəfər yaxın qohumu iştirak etmişdir. Onların da iddiaçı kimi müqaviləyə öz şəkilləri, imzala rı əlavə edilmişdir. Bu qədər qohumun iştirakı ilə aparılan bir prosesdən iddiaçının xəbərinin olmaması absurd və əsassızdır. İddiaçı müqavilənin xx.xx.2016-cı il tarixində özünün də iştirakı ilə bağlanılmasından 6 il, 3 ay keçdikdən sonra, yəni 2022-ci ilin iyul ayında xəbər tutduğunu bildirir. İddiaçı ötürülmüş iddia müddəti barədə fikirləri yayındırmaq məqsədindədir. Əqdin bağlandığı forma qanunvericiliyin tələblərinə uyğun olmuş, yəni notarial təsdiq edilmişdir. Əqdin etibarsızlığına səbəb olacaq hər hansı hal mövcud deyildir. Eyni zamanda, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Bu hal üzrə iddiaçı özünün iradə ifadəsini 7 il ərzində cavabdehə heç bir vasitə ilə (pretenziya və s.) bildirməmişdir. Bu hal da idd iaçının əqdin mahiyyətindən xəbərdar olduğu qənaətinə gəlmək üçün əsasdır.
7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-2654/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdə iddiaçı əqdin bağlanması üçün iradə ifadəsi ilə bağlı şərtlərin pozulduğuna istinad etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Lakin hazırkı işdə məhkəmə araşdırması z amanı mübahisələndirilən müqavilə bağlanarkən iradə ifadəsinin bildirilməsi ilə bağlı şərtlərin pozulduğu müəyyən edilməmişdir. Müqaviləni tərəflər şəxsən imzalamış, orada onların fotoşəkilləri əks olunmuşdur. Yəni iddiaçının belə bir müqavilə bağlamaması barədə dəlili iş materialları ilə təkzib olunur. İddiaçı özünə məxsus mübahisəli əmlakı öz istəyi ilə, öz iradəsi ilə cavabdehə bağışlamışdır. Tərəflər arasında bağlanan müqavilənin etibarsızlığı üçün əsaslar mövcud deyildir.
9. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, müqavilənin bağlanmasından altı ildən artıq müddət keçmişdir. Ötən müddət ərzində iddiaçı müqaviləni mübahisələndirməmiş, yalnız indi torpaq sahəsinin qiymətinin artması ilə əlaqədar belə bir iddianı qaldırmışdır.
10. Məhkəm ə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 372.1, 372.2, 373.1, 373.2, 275.1, 375.2, 389.1, 389.2, 405.1, 405.2, 666.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Sözügedən müqavilə əqdin etibarsızlığı anlayışının təsir dairəsinə düşür. Bu müqavilə ilə bağlı mübahisə mövcuddur. Mübahisə edilən əqdlər də özlüyündə etibarsızlığ ı ehtiva edir. Əgər müqavilə barəsində mübahisə varsa, o, etibarsızdır. İradə ifadəsinin qarşı tərəfə bildirilməməsinin səbəbi ondan ibarətdir ki, iddiaçı iradə ifadəsinin sərbəstliyi ilə bağlı iradə ifadəsinin subyekti hesab edilə bilməz. Çünki o, latın qrafikalı əlifbada yazıb-oxumağı bacarmır, bunu təsdiq edən sübutlar da iş materiallarına əlavə edilmişdir. Bu müqavilənin doğura biləcəyi yeganə nəticə elə onun etibarsızlığıdır. O, bağlandığı andan etibarsızdır, çünki aldatma nəticəsində bağlanmışdır. Bu iş üzrə cavabdeh iddiaçını aldadaraq, guya torpağa çıxarış alınması adı ilə əslində bağışlama müqaviləsinə qol çəkdirmişdir. Məhz bu səbəbdən də həmin müqavilə bağlandığı andan etibarsızdır. Qanunvericiliyin tələbinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar Mülki Məcəllə ilə müəyyənləşdirilir. İddiaçı məhz bu yaxınlarda öyrənmişdir ki, oğlu onu aldadıb və o, dərhal məhkəməyə müraciət etmişdir. Müddətin keçməsi barədə məhkəmənin arqumentləri işə hüquqi qiymət verməkdən yayınma cəhdi kimi qəbul edilməlidir. Məhkəmə baş vermiş dələduzluq faktı barəsində prokurora xəbər vermək əvəzinə, formal qətnamə qəbul edərək işi öz üzərindən atmışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-1725/2023 nömrəli 17 oktyabr 2023-cü il qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi) Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini formal və əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil2 Oqtay oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, bir çox notariat hərəkətlərinin aparılması fotoşəkillərin çəkilməsi ilə həyata keçirilir. İddiaçının bağışlama müqaviləsində foto-şəklinin olması onun arzu etdiyi əqdi bağladığı, iradə ifadəsini n pozulmadığı anlamına gəlmir.
17. İddia müddətinin ötürülməsinə gəldikdə isə iş materiallarından da müəyyən edilir ki, iddiaçı yazıb oxumaq bacarmamış savadsız və yaşlı bir qadın olmuşdur. Mülki Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Digər tərəfdən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı savadsız olmuş, yazıb oxuya bilməməsi səbəbindən bağladığı müqavilənin mahiyyətini dərk etməmiş, müqavilədə nə yazıldığını oxuya bilmədiyindən hazırkı zamanadək əmlakının ələ keçirilməsi məqsədilə oğlu tərəfindən aldadıldığından xəbərdar olmamış, oğlunun onu aldatdığını yenicə öyrənmiş, daha sonra dərhal məhkəmədə iddia qaldırmışdır. Bu baxımdan iddiaçı hüququnun pozulduğunu yeni öyrəndiyindən iddia müddəti ötürülmüş hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd müb ahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
22. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
23. Maddə 666.1. Bağışl ama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətlərinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin dəlillər əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
36. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, baxılan iş üzrə məhkəmələr hazırkı iddianı ilk növbədə müddət keçdiyi üçün deyil, iddia tələbi mahiyyəti üzrə əsassız olduğu üçün (iddiaçının cavabdeh tərəfindən aldadıldığı sübuta yertirilmədiyi üçün) təmin etməmişdir. Bu hal isə hazırkı iddia tələbi üzrə müddətin keçibkeçməməsindən asılı olmayaraq iddianın rədd olunması üçün birmənalı əsasdır.
37. Bununla yanaşı, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən aldatma əsası ilə əqdi mübahisələndirən tərəf həmin halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəl lənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli” Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən mübahisə edilən əqdlər Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş səbəblərə görə (aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.) şəxsin iradəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərdir. Belə əqdlər iradəsi zədələnmiş şəxs onu mübahisələndirənə qədər etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, həmin hallarda əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə əqdi mübahisələndirmək hüququ verilir. Mülki Məcəllənin 354.2-ci maddəsindəki bir illik və bir aylıq müddət də məhz bu kimi hallarda əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir. Başqa sözlə əqdin tərəfi həmin müddətdə əqdi (Mülki Məcəllənin 337.2ci maddəsində göstərilən qaydada) mübahisə etdikdə onu bağlandığı andan etibarsız hala gətirir, etmədikdə isə mübahisələndirmək hüququ aradan qalxır və hüquqi müstəvidə əqd etibarlı kimi qalmaqda davam edir.
39. Nəzərə alınmalıdır ki, iddia müddətlərindən fərqli olaraq kəsici müddətlər birbaşa nəzərdə tutulan hallar istisna olmaqla dayandırılmır, kəsilmir və bərpa edilmir.
40. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
41. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1725/2023 nömrəli 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.