Məhkəmə qərarları › İş №2(102)-1098/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1098/2022

15.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1098/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin əsasının sübut edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7196/2021 nömrəli iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki İddiaçı ilə Cavabdeh arasında 25.05.2018-ci il tarixdə 126 saylı müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzili sökülmək üçün İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı isə ünvan 2 ünvanında yerləşən Cavabdeh istifadəsində olan yaşayış sahəsinin sökülməsini və söküləcək mənzilin 50,0 kv.metr olan hissəsinə nəzərdə tutulmuş 20% əlavə edilərək həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 10-cu blok, 9-cu mərtəbəsində 60,0 kv.metr, təmirsiz mənzili Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzillə təmin olunma və daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qismən təmin olunması, cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında xxx saylı fərdi yaşayış evinə dair bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı MMC tərəfindən ünvan 3 ünvanda inşa edilən yeni yaşayış binasından 2 otaqlı, sahəsi 60 kv.metrdən az olmayan təmirli mənzilin iddiaçı X3 təhvil verilməsi öhdəliyinin cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması, cavabdeh İddiaçı MMC-yə ünvan 3 ünvanda yerləşən mənzilin söküldüyü 29 may 2018-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək iddiaçı X3 hə r ay üçün 400 (dörd yüz) manat kirayə haqqının verilməsinin həvalə edilməsi, iddia ərizəsi qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

3. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs Cavabdeh və X2 apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(006)- 4391/2018 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin “X MMC ilə Cavabdeh arasında bağlanmış 25.05.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19.12.2019-cu il tarixli, 2(102)-7608/2019 saylı qərarı ilə cavabdeh İddiaçı MMC-nin direktoru Fərid Xəlilinin kassasiya şikayətini n təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8698/2019 nömrəli iş üzrə 25 iyun 2019-cu ii tarixli qətnaməsi dəyişdirilərək qətnamənin “qət etdi” hissəsinə “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(006)-4391/2018 nömrəli qətnaməsi İddiaçı MMC ilə Cavabdeh Ağa oğlu arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab olunmasının təmin edilməsi hissədə ləğv edilsin” sözlərinin əlavə edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 25 may 2018-ci il tarixli 126 saylı müqavilənin etibarsız he sab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, pilot layihənin icrası ilə əlaqədar Cavabdeh ilə 25 may 2018-ci il tarixdə 126 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər AR NK-nin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü maddəsinin tələblərinə əsasən öz üzərinə müəyyən öhdəliklər götürmüşdür. Belə ki, cavabdeh (müqavilə üzrə yaşayış hüququ olan) istifadəsində olan ünvan 4 ünvanında yerləşən və faktiki sahəsi 50 kv.m olan yaşayış sahəsini sökülməsi üçün iddiaçıya təhvil verməyi, iddiaçı isə (müqavilə üzrə Tikinti şirkəti) bunun əvəzində cavabdehin istifadəsində olan faktiki 50 kv.m yaşayış sahəsinin üzərinə 20% əlavə edilərək həmin ərazidə tikiləcək hündürmərtəbəli binanın 10- cu blok, 9-cu mə rtəbəsində 60 kv.m təmirsiz mənzili cavabdehin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən cavabdeh söküləcək evlə bağlı qeydiyyatda olan şəxslərin etirazlarının olmamasına dair ərizələri, mənzildə qeydiyyatda olan şəxslərlə bağlı arayışı da təqdim etməli idi. Bu zaman cavabdeh evin mülkiyyətçisi barədə məlumatı iddiaçıya verməkdən imtina etmiş, bu məlumatı gizlətməklə iddiaçını aldatmışdır. Belə ki, cavabdeh söküləcək fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin razılıq ərizələrini iddiaçıya təqdim etmiş, özünün də həmin evdə 1947-ci ildən qeydiyyatda olmasına dair 41 saylı MKİS-in arayışını da vermişdir. Lakin yenə də evin əsl mülkiyyətçisinin kim olması barədə məlumatı iddiaçıdan gizlətmişdir. Bu səbəbdən iddiaçı da cavabdehə inan araq müqaviləni onunla bağlamışdır. Lakin bir müddət sonra X4, yəni sökülən evin əsl mülkiyyətçisi cavabdeh İddiaçı MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi, mənzillə təmin olunma və daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh MMC ilə Cavabdeh arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı MMC-nin üzərinə iddiaçı X6 rayonu, xxx ünvanında inşa edilən binada 2 otaqlı, sahəsi 60 kv.m-dan az olmayan təmirli mənzillə təmin edilməsi, iddiaçının mənzilinin söküldüyü 29 may 2018-ci il tarixdən mənzi llə təmin olunma tarixinə kimi hər ay üçün 400 manat kirayə haqqı məbləğinin ödənilməsi və məhv edilmiş mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 25000 manat maddi zərərin və 10000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(006)-4391/2018 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında xxx saylı fərdi yaşayış evinə dair bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı MMC tərəfindən ünvan 6 ünvanında inşa edilən yeni yaşayış binasından 2 otaqlı, sahəsi 60 kv.m-dən az olmayan təmirli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə q oyulması, cavabdeh MMC-yə ünvan 6 ünvanında yerləşən mənzilin söküldüyü 29 may 2018-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək iddiaçıya hər ay üçün 400 manat kirayə haqqının verilməsinin həvalə edilməsi və iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sonradan həmin iş üzrə üçüncü şəxs olan Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018- ci il tarixli, 2(006)-4391/2018 saylı qətnaməsi cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında xxx saylı fərdi yaşayış evinə dair bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmişdir. Qalan hissədə qətnamə dəyişdir ilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı MMC tərəfindən kassasiya şikayəti verilsə də, AR Ali Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli iş üzrə yekun qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qərarla müəyyən olunmuşdur ki, hazırki iş üzrə iddiaçı olan İddiaçı MMC Cavabdeh yanlış məlumat verməsi, aldatma və evin mülkiyyətçisi barədə məlumatı gizlətməsinə görə onunla 25 may 2018-ci il tarixdə yanlışlıqla müqavilə bağlamış və ona əsassız yerə mənzil vermək öhdəliyini üzərinə götürmüşdür. Halbuki mülkiyyətçi X olduğundan müqavilə onunla bağlanmalı idi. Bütün bunlara səbəb hazırda cavabdeh olan Cavabdeh iddiaçını aldatması, yanlış məlumat verməsi olmuşdur. Bu faktlar qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqini tapmışdır. İddiaçı bu barədə qanuni qüvvəsini al mış yekun qərarı, yəni AR Ali Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarını əldə etdikdən sonra cavabdehlə bağlanmış 25 may 2018-ci il tarixli 126 saylı müqaviləni mübahisələndirmək hüququ əldə etmişdir. Həmin iş üzrə Ali Məhkəmənin qərarı 19 dekabr 2019-cu il tarixdə, Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi isə 25 iyun 2019-cu il tarixdə qəbul edilmişdir, hər iki halda hazırkı iddia ilə müqavilənin mübahisələndirilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş 1 (bir) illik müddət ötürülməmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Musayeva) 2(006)-2091/2020 saylı 16.09.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

8. Bi rinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, onun irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından mübahisənin predmeti olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.05.2018- ci il tarixli, 126 saylı müqavilə iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən etibarsız hesab edilməsi halı istisna edilir.

9. Məhkəmə həmçinin Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqəd ar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar).

10. İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddia sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır.

11. Məhkəmə qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin isə iddia müddətinin bir növü olduğunu nəzərə alaraq hesab etmişdir ki, hazırkı mülki i ş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edildiyindən kəsici müddətin tətbiqindən məhkəmə tərəfindən imtina edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, 339.2, 339.3-cü, Mülki Prossesual Məcəllənin 14.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən İddiaçı MMC və Cavabdeh apellyasiya şikayətləri vermişlər.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7196/2021 nömrəli iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilənin etibarsız sayılması barədə tələbini mənzilin mülkiyyətçisinin başqa şəxs (Arif Mustafayev) olması, cavabdehin mənzilin mülkiyyətçisi barədə məlumatı gizlətməsi, nəticədə isə yanlışlıq üzündən cavabdehlə müqavilə bağlayaraq ona mənzil verməyi öhdəsinə götürməsi ilə əsaslandırsa da, müqavilənin məzmunundan görünür ki, cavabdeh özünü mülkiyyətçi kimi deyil, “yaşayış hüququ olan” kimi təqdim etmiş, iddiaçı isə bununla razılaşaraq müqavilə bağlamışdır. Cavabdeh iddiaçıya mənzilin mülkiyyətçisinin kim olması barədə məlumat vermək vəzifəsi daşımır, çünki qanunla və ya müqavilə ilə onun üzərinə belə vəzifə qoyulmayıb. Göründüyü ki, müqavilənin al datma nəticəsində bağlandığı sübut olunmur.

16. Aldatma mövcud olmadığına görə iddiaçı bu əsasla müqavilənin etibarsız sayılmasını tələb etmək hüququna malik deyil. Hüquq mövcud olmadığına görə onun həyata keçirilməsi müddəti, yəni Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddət tətbiq edilə bilməz.

17. Beləliklə, məhkəmə Mülki Məcəllənin 339.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəmə si müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

25. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)

26. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (maddə 324.4)

27. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (maddə 324.5)

28. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (ma ddə 337.1)

29. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (maddə 337.5)

30. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (maddə 339.2)

31. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (maddə 339.3)

32. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (maddə 354.2) Mülki Prossesual Məcəllə

33. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

34. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

36. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, ap elyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7196/2021 nömrəli iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar