Məhkəmə qərarları › İş №2(102)-1098/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1098/2023

10.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1098/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitin tərəflər arasında paylara uyğun bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitin tərəflər arasında paylara uyğun bölünməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6117/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə 10 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikası DƏDRX DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışının surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı və digər ½ hissədə isə Cavabdeh mülkiyyətindədir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2750/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzilin naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

3. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən 18 nömrəli mən zildə olan payını satmaq qərarına gəlmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq birinci satış təklifini Cavabdeh etmişdir.

4. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzildə olan payını satmaq qərarına gəlmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq birgə əmlak olduğu üçün payını 90.000 manata almağı Cavabdeh təklif etmişdir.

5. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, İddiaçı ilə Cavabdeh aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 559/560 ünvanda yerləşən 18 saylı mənzilin ona məxsus olan ½ hissəsini 70000 manata cavabdeh tərəfindən alınmasını ona təklif etmişdir.

6. Cava bdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən sonuncu, İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 559/560 ünvanda yerləşən 18 saylı mənzilin ½ hissəsinə görə təklif etdiyi məbləğlə razı deyildir və İddiaçı payını almaq üçün maddi imkanının olmadığı bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitin tərəflər arasında paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti 559/560 saylı evin 18 nömrəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında paylarına mütən asib surətdə bölüşdürülməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 559/560, 18 saylı mənzilin (**********45-05101-093041 saylı Dövlət reyestirin qeydiyyatında olan) 1/2 hissəsi payı ona və yerdə qalan 1/2 hissəsi Cavabdeh məxsusdur. Həmin evdə bir yerdə yaşamaq mümkün olmadığı üçün evin naturada bölgüsü üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ilə müraciət edilmişdir. Yasamal Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/1994 nömrəli rəyində göstərilmişdir ki, mübahisəli mənzilin 2 hissəyə bölünməsi texniki cəhətdən mümkün deyildir. xx.xx.2021ci il tarixdə Bakı şəhəri Yas amal rayon Məhkəməsinin № 2(004)- 2750/2021 qətnaməsilə iddia təmin edilməmişdir. Bu səbəbdən hesab edir ki, mənzil hərracdan satılaraq əldə olunmuş məbləğ bərabər şəkildə bölünməlidir.

9. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin iddia etdiyi ev ilə hazırki mübahisə predmeti olan mənzillər eyni mənzillər deyildir. Digər ev ona nənəsinin bacısından qalmışdır. Belə ki, həmin qadın yaşlı olduğundan ona ömrünün sonuna kimi qulluq etmiş və hətta qadının dəfnini də o, eləmişdir. Nənəsinin bacısı həmin dövrdə ona baxmağına görə mənzili ona verəcəyini vəd etmiş və mənzili ona vermişdir. Bildirir ki, atasının ona köməyi dəysə də, həmin mənzili atası ona alıb verməmişdir. Hazırki mənzildə isə onun ½ payı vardır. Sözü gedən payı bir neçə dəfə cavabdehə təklif etmiş, lakin cavabdeh tərəfindən onun təkliflərinə müsbət yanaşma olmamışdır. Bundan başqa cavabdeh tərəfindən sözü gedən ünvanda əlavə tikililər tikilsə də, həmin tikililərin heç bir hüquqi sənədi yoxdur və onlar qanunsuz tikilidir. Ekspertin rəyi ilə demək olar ki, razıdır və rəydə qeyd edilmiş məbləğə, yəni 70000 manata ona məxsus olan payını təkrarən cavabdehə təklif edir. Lakin cavabdeh həmin pulu ödəyə bilmirsə, ev hərracda satılsın və ona aid hissənin pulunu ona versinlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamənin çıxarlmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil ona valideyni tərəfindən bağışlanmışdır. Belə ki, on ların atası iddiaçıya başqa bir ev almış və hazırki mənzili də evin kiçiyi kimi ona vermişdir. Sözü gedən ünvanda olan mənzilə o əlavə olaraq, 40.000 manata yaxın xərc çəkmişdir. Belə ki, həmin ünvanda əlavə tikililər tikmiş və tikinti zamanı anasından icazə almışdır. Ekspert tərəfindən rəy verilərkən, həmin tikililər nəzərə alınmamış, onların qiyməti hesablanmamışdır. İddiaçının təklif etdiyi hissəsini də almağa maddi imkanı çatmır. Qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir.

11. X3 Mərkəzinin YDQM 004-065/2022 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.cavid prospekti, məhəllə 559/560 ünvanda yerləşən 18 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 145000 manat, likvid dəyəri isə 130000 manat müəyyən edilmişdir.

12. Ba kı şəhəri Yasamal Rayon Məhkəməsinin (X1) 2(004)-319/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, 18 nömrəli mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə 1/2 hissədə bölüşdürülərək onlara ödənilməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18-də payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdeh payının dəyərinə görə iddiaçıya kompensasiya vermək imkanı olmadığından, qeyd edilən əmlaklar açıq hərracdan satılmalı və satış pulu tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməli, iddia tələbinin təm in edilməsi barədə qətnamə çıxarılmalıdır.

14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3, 220.4, 220.6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və bölgünün onun çəkdiyi xərclər nəzərə alınmaqla yenidən aparılması barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, miras əmlakın bölgüsü hər birinə 1/2 hissəsi olmaqla aparılsa da əslində onun həmin evdə daha çox haqqı var. Mənzildə əlavə 2 otaq artırmışdır.Tam təmir etmişd ir, ümumilikdə 40.000 manatdan artıq xərci çıxmışdır. Buna görə də mənzil satılıb pulunun bərabər bölünməsi ədalətli deyil.

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Əlavə olaraq verilən suallara cavabında bildirmişdir ki, mənzilin yaxşılaşdırılması işləri tərəflərin mənzillə bağlı mülkiyyət hüququna dair qeydiyyat aparılmasından əvvəl görülmüşdür

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, mənzildə heç bir artırma və yaxşılaşdırma işləri görülmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən Şərafət Məmmədova, hakimlər Aida Hüseyn və F uad Babayev) 2(103)-6117/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı və digər ½ hissədə isə Cavabdeh mülkiyyətində olduğunu, cavabdeh mənzilin yaxşılaşdırma işləri aparıldığı təqdirdə hal-hazıra kimi mülkiyyət hüququ üzrə payları mübahisələndirmədiyini, cavabdehin yaxşılaşdırma xərci ilə bağlı gələcəkdə ayrıca mübahisə açmaq imkanını nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələn dirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. Məhkəmə Kollegiyası tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18-də payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdeh payının dəyərinə görə iddiaçıya kompensasiya vermək imkanı olmadığından, qeyd edilən əmlak açıq hərracdan satılmalı və satış pulu tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməlidir.

22. Kollegiya öz mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6117/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh (Vəkil Alahverdi oğlu) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və bölgünün onun çəkdiyi xərclər nəzərə alınmaqla yenidən aparılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayəti ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən normalara istinad edilmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 220.3 paylı mülkiyyətin mülkiyyətçiləri ümum i əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir

26. Maddə 220.4 paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılı ğı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

27. Maddə 220.6 Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

35. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində cavabdeh qətnamənin qismən ləğv edilməsi və bölgünün onun çəkdiyi xərclər nəzərə alınmaqla yenidən aparılması hissəsində mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, bildirir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tərəflərin əmlakdakı payları bərabər olduğundan, Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən əmlakın açıq hərracdan satılmasından əldə olunan pul vəsaiti də onların bərabər paylarına mütənasib surətdə bölüşdürülməlidir. Göründüyü kimi, əmlaka çəkilmiş xərcin bu mərhələdə nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Kollegiyanı n gəldiyi bu qənaət gələcəkdə kassatorun qarşı tərəfə qarşı ümumi əmlakın yaxşılaşdırılması ilə bağlı çəkdiyi xərclər üzrə əsassız varlanma tələbi ilə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır.

40. Kassasiya şikayətinin digər dəlilləri isə mülahizə xarakterli olmaqla, əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməzlər.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-6117/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar