Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1099/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 7 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4048/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı və Cavabdeh1 21 aprel 1996-cı il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə boşanmışlar. 3. 06 iyun 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanda yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. 4. 06 iyun 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən, İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 378.8 kv.m, yaşayış sahəsi 146.5 kv.m, köməkçi sahəsi 232.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evini (Tağıyev küçəsi 8ci döngə ev 5c ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evi) Cavabdeh1 bağışlamışdır. 5. 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümümi sahəsi 114.2 kv.m olan qeyri-yaşayış sahəsini Süleymanlı Çingiz (Bilal) Süleyman oğluna satmışdır. 6. 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evini Süleymanlı Çingiz (Bilal) Süleyman oğluna satmışdır. 7. 17 aprel 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 007024 №-li adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətinə əsasən, X4 adını Çingizdən Bilala dəyişdirmişdir.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evin və ünvan 6 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh1 bağışlanmasına dair daşınmaz əmlakın bağışlama müqavilələrinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evinə və ünvan 6 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsinə dair AN-İ ******* №-li və AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin evin və qeyri-yaşayış sahəsinin ona qaytarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsini məhkəmədən xahiş etmiş, həmin qətnamə ilə iddia tələbi rədd edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10279/2017 №-li 06 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2105/2018 №-li 03 aprel 2018-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10279/2017 №-li 06 noyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-12/2022 №-li 28 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər İddiaçı, X9, X3, X11, X12 və X10 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, bu qətnamənin cavabdehlər X3, X11, X12 və X10 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6216/2022 №-li 22 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-12/2022 saylı iş üzr ə 22 iyun 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-261/2023 №-li 23 yanvar 2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6216/2022 nömrəli 22 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10173/2021 №-li 07 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 saylı 19 iyul 2018-ci il tarixli və 2(003)-15/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnamələrindən verdiyi apelyasiya şikayətlərinin təmin edilməməsi, hazırkı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Mə hkəməsinin 2(003)-2273/2018 saylı 19 iyul 2018-ci il tarixli və 2(003)-15/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Həmin qətnaməyə əsasən, İddiaçı cavabdehlər X1, Cavabdeh1 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri Xəzər rayonu 7 saylı Xüsusi Notariat Kontorunun Xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsinin və ünvan 8 ünvanı nda yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh1 bağışlanmasına dair daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ilə X4 arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun Xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsinə və ünvan 9 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsinə dair AN-İ ******* №-li və AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin yaşayış sahəsi ilə qeyri-yaşayış sahəsini ona qaytarmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2273/2018 saylı 19 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” hissəsində təmin olunmaması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-15/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində təmin olunmaması qət edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2294/2022 №-li 20 aprel 2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10173/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaç ı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Bakı şəhəri 7 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun arasında bağlanmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsi və ünvan 8 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi üzrə 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında həmin daşınmaz əmlaklar üzrə bağlanmış 11 avqust 2016-cı il alqısatqı müqavilələrinin isə ləğv edilməsi ba rədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
18. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsi 1996-cı ildən 08 avqust 2016-cı il tarixədək onun mülkiyyətində olmuş və o, ailəsi ilə birlikdə orada daimi yaşamışdır. Həmçinin, ünvan 10 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi də 1996-cı ildən onun mülkiyyətində olmuş, o, uzun müddət həmin qeyri-yaşayış sahəsini icarəyə verərək icarədən əldə olunan pul vəsaiti ilə özünü və dörd azyaşlı övladını dolandırmışdır. 2016-cı ilin may ayından başlayaraq Cavabdeh1 ona təzyiq göstərərək mülkiyyətində olan fərdi yaşayış və qeyri-yaşayış sahələrini bağışlama yolu ilə notari al qaydada onun adına sənədləşdirməyə məcbur etmişdir. O, cavabdehin təhdidlərinə dözməyərək ailəni qoruyub saxlamaq üçün onunla belə bir razılığa gəlmişdir ki, o, daimi olaraq övladları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən fərdi yaşayış evində yaşasın, cavabdeh daimi olaraq ailənin bütün zəruri tələbatlarını və xərclərini ödəsin, icarəyə verilən ünvan 11 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsindən əldə olunan gəliri də ailənin ehtiyaclarına sərf etsin. Cavabdeh1 onun bütün bu şərtlərinin bağışlama müqavilələrində öz əksini tapacağını vəd edib onu inandırmış və bundan sonra 06 iyun 2016-cı il tarixdə onlar Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoruna getmişlər. Həmin notariat kontorunda o, qeyd olunan şərtlərin bağışlama müqavilələr ində göstərilməsini xahiş etsə də, notarius X13 vəzifəsindən sui-istifadə edərək bağışlama müqavilələrinin formal xarakter daşıdığını, şərtlərin müqavilərdə əks olunduğunu bildirərək onu aldatmış, müqavilələrin mətnlərini oxumaq üçün ona şərait yaratmamış, o isə notariusa inanıb bağışlama müqavilələrini imzalamışdır. Qeyd olunan şərtlərin müqavilələrdə əks etdirilməməsi ona 11 avqust 2016- cı il tarixindən sonra məlum olmuşdur. Cavabdeh1 ona əvvəlcə təsir və təzyiqlər göstərməklə, sonradan isə onda inam yaratmaqla 01 avqust 2016-cı il tarixdə onun bütün mülkiyyətinə dair öz adına etibarnamə təsdiq etdirmiş, bundan sonra isə qəsdən aralarında mübahisələr yaratmış, 08 avqust 2016-cı il tarixdə bıçaqla onu hədələyib uşaqlarla birlikdə onu Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/ 434-də yerləşən fərdi yaşayış evindən qovmuşdur. O, Cavabdeh1 onun mülkiyyətində olan əmlakını planlı surətdə ələ keçirmək istədiyini başa düşüb 01 avqust 2016-cı il tarixdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində təsdiq olunmuş ona verdiyi etibarnaməni 10 avqust 2011-cı il tarixdə ləğv etdirmişdir. Cavabdeh1 bununla kifayətlənməyib 11 avqust 2016-cı il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsini guya 30.000 manata, ünvan 8 ünvanında yerləşən 114.2 kv.m qeyriyaşayış sahəsini isə guya 20.000 manata dəyərləndirərək Qala kənd məscidində tanış olduğu dostu, cavabdeh Süleymanlı Çingiz( Bilal) Süleyman oğlunun adına formal olaraq alqı-satqı müqaviləsini təkra rən 7 saylı Notariat Kontorunda rəsmiləşdirmiş və onun bu mülkiyyətinə də sahiblik etmək üçün həmin gün Çingiz (Bilal) Süleymanlının mülkiyyətinə dair etibarnaməni öz adına təsdiq etdirmişdir. Daha sonra Cavabdeh1 ona qarşı nikahın pozulması barədə iddia qaldırmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə aralarındakı nikah pozularaq hər uşağa görə 117 manat məbləğində aliment tutulması qət olunmuşdur. Şəxsi mülkiyyətində olan evini və qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamasına baxmayaraq, ötən müddət ərzində Cavabdeh1 bu günə qədər də aliment ödəməkdən yayınaraq məhkəmənin qətnaməsini icra etməkdən boyun qaçırır. Cavabdeh1 bütün bu hərəkətləri onu və övladlarını ağır vəziyyətə salmışdır. Cavabdeh1 indiyə kimi uşaqlarına aliment ödəmədiyi üçün Ba kı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi onun vəsatəti əsasında RF-da tanınması üçün həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası ƏN-nin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsilə RFnın Ədliyyə Nazirliyinə göndərilmiş, Rusiya Federasiyası Moskva şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərardadı ilə vəsatəti təmin edilmişdir. Alimenti ödəməmək üçün Cavabdeh1 həmin qərardaddan da şikayət vermişdir. Hazırda həmin şikayətə RF-nın Moskva şəhərinin ümumi yurisdiksiyalı birinci məhkəməsində baxılır. Bundan başqa, 2016cı ildən hal-hazıra kimi onunla Cavabdeh1, Çingiz (Bilal) Süleymanlı və digərləri arasında məhkəmə mübahisələri davam edir. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında bir kassasiya şikayəti vardır. Eyni zamanda, Bakı şəhə ri Xəzər Rayon Məhkəməsində birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı iddiasına, habelə Çingiz (Bilal) Süleymanlının ona qarşı maddi ziyanın ödənilməsi tələbinə dair absurd iddiasına baxılır. Hələ bütün bunlar azmış kimi keçmiş həyat yoldaşı Cavabdeh1, yəni dörd övladının atası onu, anasını və qardaşını sosial şəbəkələrdə təhqir etməyə başlamışdır. Bundan əlavə, 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin 1/2 hissəsinə pay hüququnun tanınması üçün məhkəməyə müraciət etmək məqsədi ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən həminn mənzilin hüquqi rejimi barədə arayış alarkən ona məlum olmuşdur ki, həmin mənzil 21 iyun 2016-cı il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış, lakin 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. Hazırda bu iş üzrə də məhkəmə prosesi davam etdirilir. Beləliklə, Cavabdeh1 onun və qohumlarının barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini ehtimal etdiklərinə, habelə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin, yəni onun və övladlarının hamısı barəsində kobudcasına pozduğuna, həmçinin əmlak vəziyyəti ağırlaşdığına, yaşamağa mənzili olmadığına, eyni zamanda övladlarının (üçü tələbə, biri məktəblidir) təhsil problemləri ilə əlaqədar olaraq öhdəlikləri yarandığı üçün Cavabdeh1 ilə onun arası nda 06 iyun 2016-cı il tarixdə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunda bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və eləcə də Cavabdeh1 ilə Çingiz (Bilal) Süleymanlı arasında həmin daşınmaz əmlaklar üzrə bağlanmış 11 avqust 2016-cı il tarixli aiqı-satqı müqavilələrinin isə ləğv edilməsi barədə birinci instansiya məhkəməsində iddia qaldırmaq qərarına gəlmişdir. Çünki bağışlama müqavilələri etibarsız hesab edildiyi təqdirdə Cavabdeh1 həmin daşınmaz əmlaklar barəsində müqavilə bağlamaq hüququndan məhrum olur.
19. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı heç bir yerdə işləmir. X21 İ.M.Secenov adına X31 Tibb Universitetinin Bakı filialında, digər oğlu Orucəli Dad aşev TC Kütahıya Dumlupınar Universitetinin Spor Bilimləri fakültəsində, üçüncü oğlu Əmirəli Dadaşev TC Tokat Qaziosmanpaşa Universitetinin Sağlıq bilimləri fakültəsində, qızı Şahzadə Dadaşeva Bakı şəhəri Xəzər rayonu 183 nömrəli tam orta məktəbinin İX sinfində təhsil alır. İddiaçı universitet tələbələri olan hər üç oğlu pullu təhsil alır. İddiaçının onların təhsil haqqını ödəməyə imkanı yoxdur. Çünki işləmir və hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. İddiaçı Cavabdeh1 ilə onun arasında 06 iyun 2016-cı il tarixdə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunda bağlanmış bağışlamalardan imtina etmiş, bu barədə Cavabdeh1 bildiriş göndərmişdir. Belə olan halda İddiaçı özünə məxsus yaşayış evini, eləcə də qeyri-yaşayış sahəsini kiməsə bağışlamasının anlamı qalmır. Eyni zamanda, İddia çı övladları ilə birlikdə hazırda bağışlamasından imtina etdiyi həmin yaşayış sahəsində yaşayır. Odur ki, İddiaçı Cavabdeh1 ilə Çingiz (Bilal) Süleymanlı arasında həmin daşınmaz əmlaklar üzrə bağlanmış 11 avqust 2016-cı il tarixli alqı-satqı müqavilələrinin isə ləğv edilməsi barədə birinci instansiya məhkəməsində iddia qaldırmaq qərarına gəlmişdir. Çünki bağışlamadan imtina edildiyi təqdirdə Cavabdeh1 həmin daşınmaz əmlaklar barəsində müqavilə bağlamaq hüququndan məhrum olur. Göstərilənlərə əsasən İddiaçı xüsusi mülkiyyətində olmuş daşınmaz əmlakların bağışlanmasından imtina etdiyi üçün Cavabdeh1 ilə onun arasında bağlanmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən yaşayış sahəsi 146.5 kv.m, yardımçı sahəsi 232.3 kv.m, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış sahəsi və ünvan 8 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi üzrə 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrinin, habelə Cavabdeh1 ilə Cavabdeh2 arasında həmin daşınmaz əmlaklar üzrə bağlanmış 11 avqust 2016-cı il alqı-satqı müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
20. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, tərəflər arasında mübahisəli daşınmaz əmlaklara dair bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair çoxsaylı iddialara baxılmış və qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən qeyd olunan əmlaklara dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hazırda isə iddiaçı eyni əsaslarla bağışlmadan imtina etdiyini və bu səbəbdən də bağışlma və alqı-satqı müqavilələrinin ləğv edilməsini xahiş edir. İddiaçının iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqavilələrinə nəzər yetirdikdə görünür ki, həmin müqavilələr hər hansı şərt və öhdəliyin yerinə yetirilməsindən asılı edilməmişdir. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 378.8 kv.m, yaşayış sahəsi 146.5 kv.m, köməkçi sahəsi 232.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evi (Tağıyev küçəsi 8-ci döngə ev 5c ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evi) Cavabdeh1 mülkiyyətində olmuş, sonradan iddiaçıya bağışlamışdır. Bundan başqa, ünvan 8 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 qardaşı X7 mülkiyyətində olmuş, sonuncu həmin daşınmaz əmlakı 11 iyul 2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamışdır. Bağışlama müqaviləsi bağlanan zaman E.Dadaşovu qardaşı, hazırkı iş üzrə Cavabdeh1 təmsil etmişdir. Digər tərəfdən, iddiaçının bağışlamadan imtina etməsinin səbəblərindən biri də Cavabdeh1 tərəfindən ona və qohumlarına qarşı təhqir cinayətini törətməsidir. Bununla əlaqədar olaraq məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş “təhqir” cinayəti isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Digər tərəfdən, iddiaçının Cavabdeh1 barəsi ndə xüsusi ittiham qaydasında məhkəməyə verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh1 iddiaçının özünə və yaxın qohumlarına qarşı hər hansı cinayət törətməmişdir, bunu sübut edən qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyildir. Bundan başqa, cavabdeh X2 iddiası əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 12/2022 №-li 28 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, X9, X3, X11, X12 və X10 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, qətnamənin cavabdehlər X3, X11, X12 və X10 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı iddiasının heç bir hüquqi əsası yoxdur.
21. Bakı şəhəri Xəzər Rayon Məhkəmə sinin 2(003)-631/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia təmin edilməmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı “daimi olaraq övladları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə, ev 3/434-də yerləşən fərdi yaşayış evində yaşaması, Cavabdeh1 daimi olaraq ailənin bütün zəruri tələbatlarını və xərclərini ödəməsi, icarəyə verilən ünvan 11 ünvanında yerləşən 114.2 kv.m qeyri-yaşayış sahəsindən əldə olunan gəliri ailənin ehtiyaclarına sərf etməsi” barədə şərtlərin bağışlama müqavilələrində əks etdirilməməsinin ona 11 avqust 2016-cı il tarixindən sonra məlum olduğunu bildirir.
23. Məhkəmə, iddiaçının bu dəlilini əsassız hesab etmiş və qeyd etmişdir ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkə mə qətnamələrindən görünür ki, həmin şərtlərin bağışlama müqavilələrində öz kəsini tapmadığı iddiaçıya 08 avqust 2016-cı il tarixdən (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsinin 2-ci səhifəsi) məlum olmuş, iddiaçı həmin əsaslara görə 2016-cı ildə bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, yuxarıda qeyd olunan məhkəmə qərarları ilə iddia tələbləri rədd edilmişdir. Göründüyü kimi, bağışlamadan imtina üçün iddiaçının iddia etdiyi əsaslar ona 08 avqust 2016-cı il tarixdən məlum olmuş, lakin sonuncu hazırkı iddia tələbi ilə məhkəməyə 13 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Halbuki, bağışlama müqavilələri şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş və bu hallar yuxarıda qeyd edildiyi kimi qüvvədə olan məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır.
24. Bundan başqa, məhkəmə, Cavabdeh1 tərəfindən iddiaçı və onun qohumlarının barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ehtimalı ilə iddiaçının arqumentlərini əsassız hesab etmişdir. Belə ki, əvvəla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)453/2023 №-li 18 yanvar 2023-cü il tarixli qərarına əsasən Cavabdeh1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində (böyük ictimai təhlükə törətməyən cinayət) nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edilməmiş və İddiaçı xüsusi ittiham qaydasında verdiyi şikayətinin icra ata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 1(003)659/2022 nömrəli qərarı dəyişdilmədən saxlanılmışdır.
25. Bundan əlavə, qanunvericiliyin qeyd olunan normalarından görünür ki, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Lakin iddiaçının iddia ərizəsində bağışlamaqdan imtina üçün əsas göstərdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir.
26. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlaklara dair bağışlamadan imtina edilməsi üçün əsaslar mövcud deyildir, ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bağışlama müqavilələrinin ləğv edilməsi hissəsində rədd edilməlidir.
27. Məhkəmə daha sonra qeyd etmişdir ki, bağışlama müqavilələrinin ləğv edilməsi hissəsində iddia tələbi rədd edildiyindən, həmin müqavilələr əsasında Cavabdeh1 ilə X8 arasında bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün də əsaslar mövcud deyildir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 666.1, 670.1, 673.1, 673.1.1, 673.1.2, 673.1.3, 673.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 119.1, 124.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti iddia ərizəsinin dəl illərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi hazırki əsasla cavabdehlərə qarşı heç vaxt iddia qaldırılmadığını nəzərə almamış, digər əsaslar üzrə qaldırılmış iddialar üzrə məhkəmə qətnamələrinin bu mübahisəyə dəxli olub-olmadığını araşdırmamış və obyektiv həqiqəti müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi sözügedən daşınmaz əmlakları ona əvvəllər bağışlanmasını iddianın rədd edilməsi üçün əsas hesab etmişdir. Birinci instansiya məhkəməsi həqiqətin müəyyən edilməsi və obyektiv qərar qəbul edilməsi məqsədilə tərəflər vəsatət verməsə belə onun hər hansı daşınar və daşınmaz əmlaka malik olması barədə aidiyyəti dövlət qurumlarına sorğu verib həmin məlumatlan tələb etməli olduğu halda, etiməmişdir. Birinci instansiya məhkəməsi həqiqətin müəyyə n edilməsi və obyektiv qərar qəbul edilməsi məqsədilə onun ailə vəziyyəti, ailə tərkibi və maddi durumu ilə bağlı iddia əizəsində göstərilən halları dəqiqləşdirmək məqsədi ilə müvafiq dövlət qurumlarına sorğu verib həmin məlumatları tələb etməli olduğu halda, etməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh1 indiyə kimi dörd övladına aliment verib-verməməsi məsələsinə, ümumiyyətlə, əhəmiyyət verməmişdir. Halbuki Cavabdeh1 indiyə kimi uşaqlarına aliment ödəmədiyi üçün Bakı şəhəri Xəzər rayon məhkəməsinini 25 oktyabr 2016-cı il tarixli qətnaməsi vəsatətləri əsasında RF-da tanınması üçün həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası ƏN-nin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsilə RF-nın Ədliyyə Nazirliyinə göndərilmiş, RF Moskva şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərardadı ilə vəsatətləri təmin edilmişdir. Alimenti ödəməmək üçün Cavabdeh1 həmin qərardaddan da şikayət vermişdir. Həmin şikayət RF-nın Moskva şəhərinin ümumi yurisdiksiyalı birinci apellyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Hazırda isə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya qaydasında şikayət verilmişdir. Birinci instansiya məhkəməsi şəraitin dəyişməsinə əhəmiyyət verməmişdir. Belə ki, bağışlama müqavilələri bağlanarkən onun hər hansı bir problemi mövcud olmamışdır. Hazırda isə o, işləmir, şəxsi biznesi və habelə yaşamağa özünəməxsus mənzili və ya evi yoxdur. İki oğlu Türkiyədə, bir oğlu isə Bakıda ödənişli ali təhsil alır. Qızı orta məktəbdə oxuyur. Özünün səhhətində problemlər var. Keçmiş həyat yoldaşı uşaqlarına görə ona aliment ödəməkdən boyun qaçırır. Bundan başqa Cavabdeh1 həmçinin 19 oktyabr və 14 noyabr 2022-ci il tarixlərdə özünəməxsus “SaidMuadzin-ArazDadashev” adlı “Facebook” səhifəsində iddiaçı onu, qardaşını və anasını küçə sözləri ilə təhqir etmişdir. Hazırda onun hərəkətlərindən xüsusi ittiham qaydasında şikayət vermişlər. Birinci və apellyasiya instansiyası məhkəmələrinin qanunsuz və əsassız qərarlarından verdikləri kassasiya şikayəti hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının icraatındadır. Birinci instansiya məhkəməsi isə bu hala, ümumiyyətlə, əhəmiyyət verməmişdir. Bundan əlavə cavabdeh Araz Dadaş ev iddiaçı ilə birgə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İsmayılov küçəsi, 7 saylı evin 47 saylı mənzili iddiaçının razılığı olmadan satmış və pulunu da öz şəxs i ehtiyaclarına sərf etmişdir.
31. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4048/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və G.T.Axundova) apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “bağışlama müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddianın təmin edilməməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
32. Kollegiya qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə hazırkı iddiaçının hazırkı cavabdehlərə qarşı bağışlama müqavilələrinin ləğvi ilə bağlı iddialara baxılmış və iddia rədd edilmişdir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2273/2018 №-li 19 iyul 2018-ci il tarixli qətnaməsində bağışlama müqavilələrinə Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 673-cü maddəsində qeyd olunan əsaslarla da münasibət bildirilmiş və bağışlama müqavilələrinin ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10173/2021 №-li 07 dekabr 2021ci il tarixli qətnaməsində isə qeyd edilmişdir ki, “...Məhkəmə kollegiyası iddiaçının bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin 19 iyun 2018-ci il tarixli qətnaməsi ilə gəldiyi nəticəni əsaslı və qanuni hesab edir..” Hazırda da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsində göstərilən hallarla bağlı yeni əsasların yaranması müəyyən olunmur. İddiaçı tərəf tərəflərin övladlarının yaşlarının artması, alimentin ö dənilməməsi, iddiaçıya qarşı yeni iddiaların verilməsini yeni əsas kimi qeyd etsə də, kollegiyanın qənaətinə görə bu hallar yeni əsasın yaranmasını ehtiva etmir. Ən azı ona görə ki, tərəflər artıq 2016-cı il tarixdən nikahlarını pozmuşlar və qeyd olunduğu kimi 2018-ci ildə bu mübahisəyə (tələbə) məhkəmə müstəvisində baxılmış və qüvvəyə minmiş məhkəmə aktı ilə qiymət verilmişdir. Məhkəmə hesab etmişdir ki, 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrinin ləğvi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırkı tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunvericiliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. Məhkəmə öz mövqeyini Mülki-Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
33. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının (hakimlər X22 (məruzəçi), X14 və X19) 2(103)-4048/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, alqı-satqı müqavilələrinin ləğv edilməsi ilə bağlı iddia tələbi bağışlama müqavilələrinin etibarsız hesab olunmaları tələbindən irəli gəldiyindən və bağışlama müqavilələrinin ləğv olunması tələbi üzrə iş üzrə icraata xitam verildiyindən həmin müqavilələr əsasında Cavabdeh1 ilə X8 arasında bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün də əsaslar mövcud deyildir.
35. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4,666.1, 670.1, 673.1, 673.1.1, 673.1.2, 673.1.3, 673.3, 673.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X15 (məruzəçi), X6 və X28) 2(102)-4017/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4048/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. İddiaçının kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi şəraitin dəyişdiyini, yeni situasiyanın yarandığını nəzərə almamışdır. Belə ki, məhkəmələr hazırkı əsasla cavabdehlərə qarşı heç vaxt iddia qadırılmadığını nəzərə almamış, digər əsaslar üzrə qaldırılmış iddialar üzrə məhkəmə qətnamələrinin bu mübahisəyə dəxli olub-olmadığını araşdırmamış və obyektiv həqiqəti müəyyən etməmiş, sözügedən daşınmaz əmlakların İddiaçı əvvəllər bağışlanmasını iddianın rədd edilməsi üçün əsas hesab etmişdir. Məhkəmələr Cavabdeh1 indiyə kimi dörd övladına aliment verib-verməməsi məsələsinə, ümumiyyətlə, əhəmiyyət verməmişdir. Halbuki Cavabdeh1 indiyə kimi uşaqlarına aliment ödəmədiyi üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinini 25 oktyabr 2016-cı il tarixli qətnaməsi vəsatətləri əsasında RF-da tanınması üçün həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası ƏN-nin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsilə RF-nın Ədliyyə Nazirliyinə göndərilmiş, RF Moskva şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərardadı ilə vəsatətləri təmin edilmişdir. Alimenti ödəməmək üçün Cavabdeh1 həmin qərardaddan da şikayət vermişdir. Həmin şikayət RFnın Moskva şəhərinin ümumi yurisdiksiyalı birinci apellyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Hazırda isə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərardadınd an kassasiya qaydasında şikayət verilmişdir. Məhkəmələr şəraitin dəyişməsinə əhəmiyyət verməmişdir. Belə ki, bağışlama müqavilələri bağlanarkən iddiaçının hər hansı bir problemi mövcud olmamışdır. Hazırda isə iddiaçı işləmir, şəxsi biznesi və habelə yaşamağa özünəməxsus mənzili və ya evi yoxdur. İki oğlu Türkiyədə, bir oğlu isə Bakıda ödənişli ali təhsil alır. Qızı orta məktəbdə oxuyur. Özünün səhhətində problemlər var. Keçmiş həyat yoldaşı uşaqlarına görə ona aliment ödəməkdən boyun qaçırır. Maddi durumu belə olan bir şəxs kiməsə özünün yeganə evini, habelə özünün yeganə dolanışıq mənbəyini bağışlaya bilərmi?! Əgər bağışlayıbsa belə bu duruma düşdüyü təqdirdə sözsüz həmin bağışlamadan imtina edəcəkdir. Bundan başqa Cavabdeh1 həmçinin 19 oktyabr və 14 noyabr 2022-ci il tarixlərdə özünəməxs us “SaidMuadzin-Araz Dadashev” adlı“Facebook” səhifəsində İddiaçı, onun qardaşının və anasını küçə sözləri ilə təhqir etmişdir. Hazırda onun hərəkətlərindən xüsusi ittiham qaydasında şikayət vermişik. Birinci və apellyasiya instansiyasıməhkəmələrinin qanunsuz və əsassız qərarlarından verdikləri kassasiya şikayəti hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının icraatındadır. Birinci instansiya məhkəməsi isə bu hala, ümumiyyətlə, əhəmiyyət verməmişdir. Bundan əlavə Cavabdeh1 iddiaçı ilə birgə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İsmayılov küçəsi, 7 saylı evin 47 saylı mənzili iddiaçının razılığı olmadan satmış və pulunu da öz şəxsi ehtiyaclarına sərf etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə tam hüquqlu məhkəmə kimi işə işdə ola n sübutlar əsasında mahiyyəti üzrə baxmalı olduğu halda heç bir araşdırma aparmadan, apellyasiya şikayətinin dəlillərinə qiymət vermədən birinci instansiya məhkəməsinin qanunsuz, əsassız və məntiqsiz qənaətini əsas götürmüşdür. Halbuki apellyasiya instansiyası məhkəməsi mübahisənin predmeti bölünməz оlduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam şəkildə yоxlamalı olduğu halda yoxlamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
40. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
41. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərə fin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
42. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
43. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Prosessual Məcəllə
44. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. İşə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Belə ki, alqı-satqı müqavilələrinin ləğv edilməsi ilə bağlı iddia tələbi bağışlama müqaviləl ərinin etibarsız hesab olunmaları tələbindən irəli gəldiyindən və bağışlama müqavilələrinin ləğv olunması tələbi üzrə iş üzrə icraata xitam verildiyindən həmin müqavilələr əsasında Cavabdeh1 ilə X8 arasında bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün də əsaslar mövcud deyil.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kass asiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4048/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.