Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1101/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Həsənov Fərid İzafət oğlunun, cavabdeh YYYnun vəkili Hümbətov Camal Əli oğlunun, nümayəndəsi XXX iştirakları ilə, cavabdeh YYYnun və vəkili Hümbətov Camal Əli oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2(103)-11134/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyy ən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(005)220/2019 saylı qətnaməsi ilə (hakim R.N.Quliyev) İddiaçı-nın cavabdeh YYYna qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və binanın giriş-çıxışına məhdudiyyət yaradan hərəkətlərin qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X5, X7 və X10 cavabdeh YYYna qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və binanın giriş-çıxışına məhdudiyyət yaradan hərəkətlərin qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiaları təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 36B ünvanında yerləşən və cavabdeh tərəfindən istifadə edilən köməkçi otağın qarşısındakı metal konstruksiyalı talvarın cavabdeh YYYnun hesabına sökülməsi, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 36B ünvanında yerləşən yaşayış binasının giriş-çıxışına məhdudiyyət yaradan hərəkətlərin cavabdeh YYYY-na qadağan edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2(103)-11134/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) cavabdeh YYY tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(005)-220/2019 saylı qətnaməsi cavabdeh YYYna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər YYYna və Ca vabdeh2 qarşı qanunsuz tikinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və cavabdeh tərəfindən istifadə edilən 48,7 kv.m. özbaşına tikili olan qarajın cavabdeh YYYnun hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən və cavabdeh tərəfindən istifadə edilən 16,0 kv.m. özbaşına tikili olan qarajın Cavabdeh2 hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında hündürmərtəbəli bina tikmiş və hazırda binada tamamlama işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 338 nömrəli 13.08.2015-ci il tarixli Sərəncamı ilə göstərilən ünvanda 0,3362 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçı-ya istifadəsinə verilmişdir. Həmin Sərancamın 7-ci bəndinə əsasən sahənin zəbt edilməsi, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətə nəzarət Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Lakin cavabdeh X2 özünə məxsus 26,6 kv.m. sahədən kənara çıxaraq əlavə 48,7 kv.m. sahəsi olan qaraj tikməklə orada avtomobil təmiri sexi açmış, sərəncamla tikinti şirkətinə verilmiş sahəni özbaşına zəbt edərək binaya girişin qarşısını almışdır. Eyni qaydada digər Cavabdeh2 da 42.0 kv.m sahədən kənara çıxaraq əlavə 16,0 kv.m. sahəsi olan qaraj tikməklə sərəncamla tikinti şirkətinə verilmiş sahəni özbaşına zəbt edərək binaya girişin qarşısını almışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı-nın nümayəndəsi və vəkili Həsənov Fərid İzafət oğlu Azərbaycan Respublikası M PM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni məhkəməyə təqdim edərək, ünvan 1 ünvanında yerləşən və cavabdeh YYY tərəfindən istifadə edilən köməkçi otağın qarşısındakı metal konstruksiyalı talvarın sökülməsi və onun tərəfindən binanın giriş-çıxışına məhdudiyyət yaradan hərəkətlərin qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ünvan 1 ünvanında yerləşən və cavabdeh tərəfindən istifadə edilən özbaşına tikili olan qarajın Cavabdeh2 hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı-nın nümayəndəsi və vəkili Həsənov Fərid İzafət oğlu bir daha Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə digər Cavabdeh 2 ilə iddiaçı arasında qarşılıqlı razılaşma olduğundan ona dair hissəyə dəqiqləşmə verdiyini, sonuncunun iddia tələbindən çıxardıqlarını qeyd edərək, ünvan 1 ünvanında yerləşən və cavabdeh tərəfindən istifadə edilən köməkçi otağın qarşısındakı metal konstruksiyalı talvarın cavabdeh YYYnun hesabına sökülməsi və onun tərəfindən binanın giriş-çıxışına məhdudiyyət yaradan hərəkətlərin qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X19, X13, X15 və X18 cavabdeh YYYna qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və binanın giriş-çıxışına məhdudiyyət yaradan hərəkətlərin qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizə si ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və cavabdeh tərəfindən istifadə edilən köməkçi otağın qarşısındakı metal konstruksiyalı talvarın cavabdeh YYYnun hesabına sökülməsi və onun tərəfindən binanın giriş-çıxışına məhdudiyyət yaradan hərəkətlərin qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddianı onunla əsaslandırmışlar ki, onlar bina sakinləri olaraq 2018-ci ildən İddiaçıdan mənzil alaraq, hal-hazırda həmin mənzillərdə yaşayırlar. Həmin MTK-nın həyətyanı sahəsi geniş olmadığından binaya giriş-çıxışla bağlı bir çox problemlər yaşayırlar. Buna baxmayaraq, binanın ön hissəsində YYY tərəfindən mövcud qanunvericiliyin tələbləri kobud surətdə pozularaq, həmin sahənin bir hissəsi zəbt edilərək, əsassız giriş-çıxış q apısı qoyularaq, həmin sahəni avtomobil təmir sexi etmiş və onların həmin binaya nəinki girişlərini, hətta binada normal yaşayışlarını belə qeyri-mümkün hala gətirmişdir. Belə ki, günboyu təmir sexinə gələn avtomobillər və orada aparılan təmir işlərinin səs-küyündən həmin binada demək olar ki, normal yaşayış üçün heç bir şərait qalmamışdır. X3 Səyyad oğluna bu barədə şikayətlərini bildirsələr də, cavabdeh buna məhəl qoymur və öz qanunsuz hərəkətlərinə davam edir. Təmir gətirilən avtomobillər isə kütləvi şəkildə yolun hərəkət hissəsini tutmaqla yanaşı avtomobillərinin intensiv hərəkətini mümkünsüz edir. Aparılan həmin tikinti, mövcud tikinti norma və qaydalarına qəti şəkildə ziddir. Eyni zamanda, ekspert rəyindən də görünür ki, ünvan 3 ünvanında yerləşən və cavabdeh tərəfindən istifadə ed ilən köməkçi otağın qarşısındakı metal konstruksiyalı talvar, binanın giriş çıxışını məhdudlaşdırır və həmin məhdudiyyətin aradan qaldırılması üçün söküntü işləri aparılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası FHN-nin DYNX 3-cü ərazi X23 İdarəsindən İddiaçı-nın sədri GGG-a ünvanlanmış 00000 tarixli cavab məktubundan görünür ki, həmin tikili yanğın avtomobillərinin binaya yaxınlaşmasını üçün yolu məhdudlaşdırır. Hal-hazırda məcburiyyət qarşısında qalaraq avtomobillərini binanın həyətindən kənarda saxlayırlar. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh YYY həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya in stansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh YYY və vəkili Hümbətov Camal Əli oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdehin quraşdırdığı çıxıntının başqalarının heç bir hüquqlarını məhdudlaşdırmadığını nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılm amış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh YYYnun vəkili Hümbətov Camal Əli oğlu və nümayəndəsi Allahverdiyev Səyyad Allahqulu oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı-nın vəkili Həsənov Fərid İzafət oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh YYYnun vəkili Hümbətov Camal Əli oğlunun, nümayəndəsi Allahverdiyev Səyyad Allahqulu oğlunun, İddiaçı-nın vəkili Həsənov Fərid İzafət oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh YYYnun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin « İnternet Vergi İdarəsi» saytından çıxarışdan görünür ki, İddiaçı-nin (VÖEN **********), dövlət qeydiyyatına alındığı tarix 07.05.2015-ci il, hüquqi ünvanı AZ1078, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Ə.Əlizadə küçəsinin kəsişməsi, 143A, qanuni təmsilçisi X8r. İş materiallarında olan: - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15/153 saylı istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı 13.08.2015-ci il tarixli, 338 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 143A ünvanıda yerləşən 0,3362 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi üçün İddiaçı-ya verilmişdir. -222222 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 36, mənzil 3 ünvanı 02.10.1997-ci il tarixdən xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. -RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanı 09.01.2018-ci il tarixdən xüsusi mülkiyyət kimi YYYnun adına qeydiyyata alınmışdır. -MH seriyalı 002164 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 7 ünvanı 02.02.1999-cu il tarixdən xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasınının Fövqəladə Hallar Nazirliyi X23 Xidməti 3-cü ərazi X23 İdarəsinin 16.07.2018-ci il tarixli, 37136-01471 nömrəli məktubundan görünür ki, aparılmış müvafiq araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15/153 saylı istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı və 19.09.2016-cı il ta rixli, 18/04-253 saylı razılaşdırılmış baş plana əsasən inşa olunmuş 1 girişli yüksək mərtəbəli yaşayış binasının M.Əlizadə küçəsi istiqamətindən girişin qarşısında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09.01.2018-ci il tarixli, ******* saylı çıxarışına və 09.01.2018-ci il tarixli, 272 saylı texniki pasportuna əsasən ünvan 8 ünvanda yaşayan vətəndaş YYY tərəfindən köməkçi otaqdan avtotexniki təmir sahəsi kimi istifadə edərək binadan 2,3-3,1 metr məsafədə naves quraşdırılması və avtomobillərin park edilməsi nəticəsində yüksək mərtəbəli yaşayış binasına M.Əlizadə küçəsi istiqamətindən yanğın avtomobillərinin yaxınlaşması üçün yolun məhdudlaşdırılması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən müvafiq tədbir görülməsi üçün Bakı şəhəri ünvan 9 ünvanlanmışdır. -25.12.2017-ci il tarixli, 1 5 nömrəli müqavilədən görünür ki, İddiaçı (icraçı) Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143A ünvanında inşa etdiyi yaşayış binasının 1-ci girişində, 5-ci mərtəbədə yerləşən 15 saylı mənzilini X9 (sifarişçi) təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdələrinə götürmüşlər. -25.12.2017-ci il tarixli, 15 nömrəli müqavilədən görünür ki, İddiaçı (icraçı) Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143A ünvanında inşa etdiyi yaşayış binasının 1-ci girişində, 13-ci mərtəbəsində yerləşən 66 saylı mənzilini X16 (sifarişçi) təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdələrinə götürmüşlər. -07.03.2017-ci il tarixli, 21 nömrəli müqavilədən görünür ki, İddiaçı (icraçı) Ba kı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143A ünvanında inşa etdiyi yaşayış binasının 1-ci girişində, 6-cı mərtəbədə yerləşən 21 saylı mənzilini X4 (sifarişçi) təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdələrinə götürmüşlər. -30.06.2016-cı il tarixli müqavilədən görünür ki, İddiaçı (icraçı) Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143A ünvanında inşa etdiyi yaşayış binasının 1-ci girişində, 11-ci mərtəbədə yerləşən 52 saylı mənzilini X11 (sifarişçi) təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdələrinə götürmüşlər. -06.06.2018-ci il tarixli, 35 nömrəli müqavilədən görünür ki, İddiaçı (icraçı) Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143A ünvanında inşa etdiyi yaşayış binasının 1-ci girişində, 8-ci mərtəbədə yerləşən 35 saylı mənzilini X14 (sifarişçi) təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdələrinə götürmüşlər. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi Azər Nəbizadə tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (texniki pasport, reyestr nömrəsi **********53-05101-093008) ünvan 6 ünvanında, sahəsi 118,3 kv. metr olan mənzil sahəsi YYYnun xüsusi mülkiyyətinə rəsmiləşdirilmişdir. Sözüge dən mənzil sahəsinin planı və ölçüləri reyestr nömrəsi (**********53-05101-093008 olan) Texniki pasportda öz əksini tapmışdır. Cavabdeh2 istifadə və sahibliyində olan qaraja dair hec bir hüquqmüəyyənedici və yaxud tekniki sənəd məhkəmənin müraciətinə əlavə edilməmişdir. Sözügedən ərazidə yerləşən mübahisələndirilən tikililərin İddiaçı tərəfindən inşa edilmiş çoxmənzilli binanın girişlərini məhdudlaşdırması və bu halın aradan qaldırılması üçün hansı tədbirlərin görülməsi səlahiyyətlərinə aid olmaması səbəbindən cavablandırmaq mümkün olmamışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.03.2019-cu il tarixli, 27441 nömrəli ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən cavabdeh YYYnun istifadə və sahibliyində olan mübahisəli tikilinin (baxış zaman ı avtomobillərə texniki xidmət sexi kimi fəaliyyət göstərmişdir) sahə baxımından YYYnun mülkiyyətində olan 118,3 kv.m. olan 3B saylı mənzilin tərkibində olduğu müəyyən edilmiş, Cavabdeh2 faktiki istifadəsində olan mübahisəli tikiliyə (qaraj) dair hüquqmüəyyənedici və texniki sənədlər mülki iş materiallarında öz əksini tapmamışdır. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən ünvan 6 ünvanında yerləşən cavabdeh YYYnun istifadə və sahibliyində olan mübahisəli tikilinin, eləcə də, ünvan 11 ünvanıda yerləşən Cavabdeh2 istifadə və sahibliyində olan mübahisəli tikilinin (qaraj) İddiaçı tərəfindən inşa edilmiş hündürmərtəbəli çoxmənzilli yaşayış binasının birinci mərtəbəsindəki girişlərin (blokların, pandusun) giriş-çıxışının məhdudlaşdırdığı müəyyən edilir. Məhdudiyyətin aradan qaldırılması üçün, tədqiq olunan ərazidə müəyyən söküntü işləri aparılmalı, o, cümlədən cavabdeh YYYnun istifadə və sahibliyində olan mübahisəli tikilinin qarşısındakı metal konstruksiyalı talvar sökülməlidir ki, göstərilən məsələ hüquqi xarakter daşıdığından son nəticə məhkəmə tərəfindən müəyyən edilə bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satma q, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Kassasiya kollegiyası qeyd edir k i, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin quraşdırdığı çıxıntının başqalarının heç bir hüquqlarını məhdudlaşdırmamasının nəzərə alınmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün h üquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh YYY tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2(103)-11134/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №2(102)-1101/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1101/2020
03.03.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver