Məhkəmə qərarları › İş №2(102)-1106/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1106/2022

21.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1106/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7080/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq aşağıdakıları müəyyən etdi: İşin halları Mübahisə İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu 63 ünvanında inşa etdiyi binanın 63-cü mənzilinə dair cavabdehlərlə bağlanmış müqavilələrin etibarsızlığı tələbi ilə bağlıdır. MTK, həmin müqavilələrin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmasına görə etibarsızlığını iddia edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu 63 ünvanında tikdirdiyi binanın 63-cü mənzilinin cavabdehlərə verilməsi haqqında 06.05.2010-cu il tarixli, 04.10.2012-ci il tarixli, 24.10.2012-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi haqqınd a qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 63 ünvanında tikdirdiyi binanın 63-cü mənzilinin guya cavabdehlərə pul müqabilində verilməsi haqqında müqavilələr aşkar edilmiş, müqavilələrdə və maliyyə arayışlarında İddiaçı MTK adından sədri Şahid adı yazılsa da, müqavilələrdəki imzalar ona məxsus deyil. “NUR" MTK nə cavabdehlərlə həmin mənzilə dair müqavilə bağlamamış, nə də ki həmin müqavilələr üzrə mənzil dəyəri kimi cavabdehlər tərəfindən İddiaçı MTK- nın hesabına hər hansı vəsait mədaxil edilməmişdir. Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin müqav ilələrdə nəinki belə bir icazə (razılıq) olmamış, ümumiyyətlə İddiaçı MTK bu müqavilələrin bağlanmasından və mövcudluğundan məlumatsız olmuşdur. Məhkəməyə təqdim edilmiş “06” V 2010-cu tarixli müqavilənin surətinə əsasən kooperativ Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küşəsi 63 ünvanında İddiaçı MTK-nın tikilməkdə olan binasında 63 nömrəli mənzili payçı Cavabdeh2 verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. “04” oktyabr 2012-ci il tarixli müqavilənin surətinə əsasən kooperativ ünvan 4 ünvanında İddiaçı MTK-nın tikilməkdə olan binasında 63 nömrəli mənzili payçı Cavabdeh3 verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadn müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. “24” oktyabr 2012-ci tarixli müqavilənin surətinə əsasən kooperativ ünvan 4 ünvanında İddiaçı MTK-nın tikilməkdə olan binasında 63 nömrəli mənzili payçı Cavabdeh1 verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, həmin təmirli mənzili Cavabdeh3 aldığını, evin pulunu sonuncunun etibarnamə üzrə nümayəndəsinə ödədiyini, daha sonra “Nərimanov” metrosunun yaxınlığında İddiaçı MTK-nın ofisinə gedərək kooperativ ilə müqavilənin bağlandığını, həmin evdə uzun müddət yaşamadığını və 2018-ci ildə həmin mənzilə köçdüyünü bildirmişdir. Ev bir neçə dəfə satıldığına görə yeni alıcının pulunu satıcıya ödəmiş, "xxxx" MTK isə sadəcə olaraq yeni alıcı ilə təzə müqavilə bağlamışdır. Həmçinin, X2 tanımadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, təmirsiz mənzili hazırda adı yadında qalmayan bir şəxsdən aldığını, evin pulunu sonuncuya ödədiyini, daha sonra “Nərimanov” metrosunun yaxınlığında İddiaçı MTK-nın ofisinə gedərək kooperativ ilə onun arasında yeni müqavilənin bağlandığını, maneəsiz 63 nömrəli mənzildə təmir işlərini aparıb yekunlaşdırdıqdan sonra evi Cavabdeh3 satdığını, pulu sonuncu alandan aldığını, yenidən “Nərimanov” metrosunun yaxınlığında İddiaçı MTK-nın ofisinə gedərək özünə aid olan müqaviləni təhvil verdiyini və Şahid tanımadığını bildirmişdir. İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şə həri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu 63 ünvanında tikdirdiyi binanın 63-cü mənzilinin cavabdehlərə verilməsi haqqında 06.05.2010-cu il tarixli, 04.10.2012-ci il tarixli, 24.10.2012-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsində bina inşa ediləndən sonra kooperativin təmsilçilərindən (cəmi beş nəfər) birinin binada səlahiyyətli nümayəndəsi kimi çalışdığını, yeni sakinlər binaya gələndə təqdim etdikləri müqavilələrin yoxlanılması məqsədi ilə İddiaçı MTK-nın ofisi ilə telefon əlaqəsi saxlanıldığını və müsbət cavab alınandan sonra həmin şəxslərin mənzilə buraxılıb onlara təmir işlərin aparılması və yaşaması üçün icazə verilirdiyini bildirmişdir. Bununla yanaşı o, qeyd etmişdir ki, Cavabdeh2 63 nömrəli mənzili kooperativdən almasaydı, evində təmir işləri apara bilməzdi, çünki onunla yanaşı kənar şəxslərin mənzillərə daxil olmasına digər təmsilçilərin nümayəndələri də nəzarət edirdilər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsində bina inşa ediləndən sonra “Nərimanov” metrosunun yaxınlığında yerləşən İddiaçı MTK-nın ofisində işlədiyini, Şahid ofisdə daimi oturmadığını, hər hansı bir mənzili alan ilk sakinin pulu kooperativə ödədiyini, sakinlərin arasında növbəti alqı- satqılarla bağlı pulların ödənilməsini aralarında həll etdiklərini, koope rativin isə sadəcə olaraq yeni sakin ilə təzə müqavilənin bağlanılmasını həyata keçirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsində inşa etdiyi binanın 63-cü nömrəli təmirsiz mənzilini təxminən 2010-cu ildə aldığını, lakin bina onun xoşuna gəlmədiyinə görə mənzili hazırda adı yadında qalmayan şəxsə satdığını, pulu alandan sonra “Nərimanov” metrosunun yaxınlığında İddiaçı MTK-nın ofisinə gedərək özünə aid olan müqaviləni təhvil verdiyini bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Emin Əliyev) 08 avqust 2019-cu il tarixli, 2(001)- 4072/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə Mülki Məcəllənin 339-cu, 149.2-ci, 157.5-ci, 182.1-ci maddələrinə istin ad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı MTK-nın ofisi Nərimanov metrosunun yaxınlığında yerləşsə də, yaşayış binası Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilmiş və həmin vaxt İddiaçı MTK-nın sədri Şahid olmuşdur. İddiaçı öz tələbində İddiaçı MTK-nın binasında 63 nömrəli mənzilin kooperativ tərəfindən heç kimə satılmadığı və məhkəməyə təqdim olunan müqavilələrdə imzaların MTK-nın sədri Şahid məxsus olmadığına görə həmin müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir (halbuki iddiaçı Şahid imzalarının mübahisələndirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir). Məhkəməyə təqdim olunan müqavilələrin əsli olmamış, məhkəmə iclasında isə müəyyən edilmişdir ki, mənzili satan əvvəlki sakin köhnə müqaviləni İddiaçı MTK-ya geri qaytarmış, kooperat iv isə yeni sakin ilə təzə müqavilə bağlayırmış. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, bina kooperativ təmsilçilərinin beş nümayəndəsinin nəzarəti altında olduğuna görə kənar şəxslərin 63 nömrəli mənzildə təmir işləri aparması və yaşaması qeyri-mümkündür. Bununla yanaşı, məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı MTK-da mənzillərin satılması ilə bağlı lazımi qaydada kargüzarlıq işləri aparılmamış və həmin müqavilələr mövcud olan reyestrdən qeydiyyatdan keçirilməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ardıcıl bir-birinə mübahisəli mənzili satmışlar və yeni alıcılar məhz “Nərimanov” metrosunun yaxınlığında yerləşən İddiaçı MTK-nın ofisində isə yeni müqavilə (ikisi köhnə alıcı tərəfindən ofisə təhvil verilib) almışlar. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanunla nə zərdə tutulmuş qaydada mülkiyyət hüquqlarını əldə etməsələr də, 63 nömrəli mənzilə mövcud dövrlərdə gözlənilən mülkiyyət hüquqları var idi (Cavabdeh1 hal-hazırda da var) və onlar vicdanlı alıcılardır. Həmçinin, İddiaçı MTK-nın ofisində Şahid əvəzində üçüncü şəxslərin imza etməklərinə görə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cavabdehlik daşıya bilməzlər. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Vahid Sadıqov) 17 iyun 2020-ci il tarixli, 2(103)4472/20 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instan siyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Zaur Əliyev - sədrlik edən və məruzəçi, İlqar Xələfov və Gündüz Quliyev) 05 may 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iddia tələbinin hüquqi əsası kimi daşınmaz əmlaka hüquqların əsassız qeydə alınmasına dair 149.2-ci maddəsini, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkə n gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsinə dair 157.5-ci maddəsini, daşınar əşyalarla bağlı vicdanlı əldə etmə barədə 182.1-ci maddəsini və iradənin zədələnməsi hallarında əqdin mübahisələndirilməsinə (etibarsızlığına) dair 339-cu maddəsini tətbiq etmişlər. Halbuki məhkəmələr tərəfindən iddiaçının bildirdiyi faktiki hallarla həmin normaların dispozisiya şərtləri arasında uyğunluq müəyyən edilməmiş və əsaslandırılmamışdır. Bu hal ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddiaçı sözügedən müqavilələrin səlahiyyəti olmayan şəxs tərəfindən bağlandığı üçün etibarsız olmasına istinad edir. Tələb onunla əsaslandırılmışdır ki, 2010-2015-ci illərdə MTK-nın rəhbəri olmuş Şahid həmin müqavilələri i mzalamamış, başqa sözlə adı çəkilən hüquqi şəxsin mənzilə sərəncam verilməsinə dair ifadə edilmiş iradəsi olmamışdır. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 358-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya əsasən, səlahiyyətsiz şəxsin əşyaya dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi ilə həyata keçirilirsə etibarlıdır. Normanın əks mənasından göründüyü kimi qanunverici səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi halında əgər müvafiq razılıq yoxdursa belə əqdi etibarsız sayır. Bununla belə, əgər səlahiyyətli şəxs sözügedən əqdin bağlanmasını bildikdən sonra onu bəyənirsə həmin etibarsızlıq halı aradan qalxır və əqd bağlandığı andan etibarlı hala gəlmiş olur. O da nəzərə alınmalıdır ki, səlahiyyətli şəxs etibarsızlıq halının bilindiyi vaxtdan etibarən ağlabatan müddətdə əqdə bağlı olduğunu nümayiş etdirirsə əqdi bəyənmiş olur. Bəyənmə hər hansı məcburi formaya tabe deyil. Baxılan işdə iddiaçı, tələbinin faktiki əsasları ilə bağlı dəlil kimi ona istinad etmişdir ki, müqavilələri MTK-nın sədri Şahid bağlamamış, həmin əqdlərdə kooperativin iradəsi ifadə olunmamışdır. Şahid həmin dövrlərdə möhürün onda olmadığını və müqavilələrə imza qoymadığını Vergilər Nazirliyi yanında X4 verdiyi 07.01.2015-ci il tarixli izahatında təsdiqləmişdir, həmin sənədin surəti isə işdə vardır. Bundan əlavə, iddiaçı müqavilələrdəki imzanın Şahid məxsus olub-olmamasının yoxlanılması və şahidlərin məhkəmə iclasına dəvət olunaraq dindirilməsi üçün vəsatətlər qaldırmış, lakin bu vəsatətlər təmin olunmamışdır. Eyni zamanda cavabdehlər mübahisələndirilən müqa vilələrin əslini məhkəməyə təqdim etməmişlər. MTK isə sözügedən əqdləri bəyəndiyini göstərən hər hansı hüquqi hərəkət etməmişdir. Kassasiya məhkəməsi hesab etmişdir ki, mübahisənin düzgün həlli üçün əvvəlcə sözügedən müqavilələrin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanması ilə bağlı iddiaçının bildirdiyi halların tam və hərtərəfli yoxlanılması üçün tərəflərə lazımi şərait yaradılmalıdır. Buna baxmayaraq hazırkı işdə həmin prosessual qaydaya məhkəmələr tərəfindən əməl edilməmiş, iddiaçının istinad etdiyi halların yoxlanılması üçün tərəflərə imkan yaradılmamışdır. Odur ki, mübahisələndirilən müqavilələrin səlahiyyətli şəxs tərəfindən bağlanıb-bağlanmaması ilə bağlı yuxarıda qeyd edilən, habelə əhəmiyyət kəsb edən digər hallar araşdırılmalı, məhkəmə işdəki sübutları prosessual qanunverici liyə uyğun qiymətləndirməklə həmin xüsusatla bağlı bəlli bir nəticəyə gəlməlidir. Bununla yanaşı, nəzərdən qaçırılmamalıdır ki, əşyaya dair sərəncam səlahiyyətsiz şəxs tərəfindən verilmiş olsa belə, onun müvafiq qaydada bəyənilməsi əqdin etibarsızlığını aradan qaldıran haldır. Bu baxımdan mübahisəli mənzilin 06.05.2010-cu il tarixli müqavilə bağlandıqdan sonrakı faktiki vəziyyəti, kim(lər)in sahibliyində olması, bu sahibliyin hüquqi əsasları, iddiaçının həmin sahiblik vəziyyətinə faktiki münasibəti, MTK-nın səlahiyyətli nümayəndələrinin müqavilələri bəyənməsinə dəlalət edən hərəkətlərinin olub-olmaması və s. hallar araşdırılmaqla mübahisəyə Mülki Məcəllənin 358-ci maddəsinin dispozisiya şərtləri baxımından yekun hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icr aat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı iş üzrə kompleks məhkəməxəttşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında 06.05.2010, 04.10.2012 və 24.10.2014-cü il tarixli (i.v.4,6,8) müqavilələrdə istifadə edilən möhürün İddiaçı MTK-ya məxsus olub-olmaması və həmin müqavilələrdəki imzanın Şahlarov.H.Q adlı şəxs tərəfindən icra edilib-edilməməsi ilə bağlı suallar qoyulmuşdur. Məhkəmə Eks pertizası Mərkəzinin 14.10.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş 07 oktyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, 06.05.2010, 04.10.2012 və 24.10.2014-cü il tarixli (i.v.4,6,8) İddiaçı kooperativ binada mənzil tikintisi haqqında müqavilələrin reproqrafik surətlərinin üzərində olan möhür əksləri reproqrafik surət olub, surətçıxaran aparat vasitəsilə sənədlərin üzərinə köçürülmüşdürlər. Məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsi üçün isə tədqiqat obyekti olan 06.05.2010-cu il tarixli, 04.10.2012-ci il tarixli və 24.10.2014-cü il tarixli müqavilələrin əsillərinin və Şahid 3-5 sənəddə sərbəst və 57 vərəqdə eksperimental imza nümunələrinin ekspertə təqdim edilməsi məqsədilə İddiaçı MTK-ya 03.09.2021-ci il tarixli məktub ünvanlanmışdır. Məktubda ekspert vəsatəti ndə qeyd edilən müvafiq nümunələrin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Buna baxmayaraq, iddiaçı 27.09.2021-ci il tarixində məhkəməyə məktub ünvanlayaraq MTK-da olan müqavilələrin məhkəməyə göndərilməsini, 2010-2014-cü illərdə işlədilən möhürün hal-hazırda Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən araşdırma predmeti kimi görürülməsini, Şahid telefonlara cavab verməməsinə görə imza nümunələrinin götürülməsini təmin edə bilməməsini, arxivdəki imzası olan sənədlərin əsillərinin məhkəməyə göndərilməsini bildirmişdir. Ekspert vəsatətində qeyd edilən müvafiq nümunələr iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə-xəttşünaslıq ekspertizası üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, Ali Məhkəmənin göstərişlərinə müvafiq olaraq məhkəmə müqavilənin səlahiyyətli şəxs tərəfindən bağlanıbbağlanmaması hallarının araşdırılması üçün müvafiq ekspertiza təyin edilməsinə baxmayaraq, iddiaçı tərəfindən tələb olunan nümunələr məhkəməyə təqdim edilmədiyindən iddianın əsaslı olması öz təsdiqini tapmamışdır. İşin hallarından göründüyü kimi, iddiaçıya öz tələbini əsaslandırması üçün kifayət qədər imkan yaradılmış, lakin iddiaçı müvafiq imza nümunələrini məhkəməyə təqdim etməməklə ekspertizanın keçirilməsinə mane olmuşdur. İş materiallarından müəyyən olunur ki, İddiaçı MTK-nın ofisi Nərimanov metrosunun yaxınlığında yerləşləsə də, yaşayış binası Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilmiş və həmin vaxt İddiaçı MTK-nın sədri Şahid olmuşdur. İddiaçı ö z tələbində İddiaçı MTK-nın binsında 63 nömrəli mənzilin kooperativ tərəfindən heç kimə satılmadığı və məhkəməyə təqdim olunan müqavilələrdə imzaların MTK-nın sədri Şahid məxsus olmadığına görə həmin müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir (halbuki iddiaçı Şahid imzalarının mübahisələndirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir). Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkəməyə təqdim olunan müqavilələrin əsli olmamış, məhkəmə iclaslarında isə müəyyən edilmişdir ki, mənzili satan əvvəlki sakin köhnə müqaviləni İddiaçı MTK-ya geri qaytarmış, kooperativ isə yeni sakin ilə təzə müqavilə bağlayırmış. Bununla yanaşı bina kooperativ təmsilçilərinin beş nümayəndəsinin nəzarəti altında olduğuna görə kənar şəxslərin 63 nömrəli mənzildə təmir işl əri aparması və yaşaması qeyri-mümkündür. Həmçinin, iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı MTK-da mənzillərin satılması ilə bağlı lazımi qaydada kargüzarlıq işləri aparılmamış və həmin müqavilələr mövcud olan reyesterdən qeydiyyatdan keçirilməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ardıcıl birbirinə mübahisəli mənzili satmışlar və yeni alıcılar məhz “Nərimanov” metrosunun yaxınlığında yerləşən İddiaçı MTK-nın ofisində isə yeni müqavilə (ikisi köhnə alıcı tərəfindən ofisə təhvil verilib) almışlar. Göründüyü kimi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüquqlarını əldə etməsələr də, 63 nömrəli mənzilə mövcud dövrlərdə gözlənilən mülkiyyət hüquqları var idi (Cavabdeh1 hal-hazırda da var) və onlar vicdanlı alıcılardır. Həmçinin, İddiaçı MTK-nın ofisində Şahid əvəzində üçüncü şəxslərin imza etməklərinə görə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cavabdehlik daşıya bilməzlər. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlə rin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Qeyd olunan hal öz möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxsin üzərinə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyur. Bu baxımdan hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənədlərdəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə bu o anlama gəlir ki, hüquqi şəxsin təmsilçisi Mülki Məcəlləni n 360.2-ci maddəsinə əsasən müqaviləni bəyənmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, müqaviləni İddiaçı MTK-nın ofisində bağlamışdır. Bu hal bir daha təsdiq edir ki, iddiaçının həmin müqavilələri mübahisələndirərək, müqavilədəki imzaların onun səlahiyyətli nümayəndəsinə aid olmamasını bildirməsi, ona aid imza nümunələrini ekspert tədqiqatına təqdim etməməsi müqavilənin MTK tərəfindən bağlanmadığını sübuta yetirmir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir. Beləliklə, hüquqi şəxsin adından tərtib olunmuş sənədlərin və ya bağlanmış müqavilələrin mötəbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi həmin sənədin birmənalı qeyri-mötəbər kimi sübut qiymətləndirilməsinə əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə, işin hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələri imzalamış şəxsin imza nümunələrinin təqdim edilməməsi tərəflər arasında bağlanmış müqavilənin iddiaçı tərəfindən təsdiq edilməməsi kimi qiymətləndirmək üçün əsas deyildir. İddia tələbinin rədd edilməsindən ibarət birinci intansiya məhkəməsinin möv qeyi əsaslı olmuşdur. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Ma ddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci mad dələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7080/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar