Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3307/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə 03.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-888/2025 nömrəli, 2025-ci il 9 iyul tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 03 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmiş və onların birgə nikahından 3 yanvar 2018-ci il təvəllüdlü X15 adlı bir övladları anadan olmuşdur.
2. Tərəflər birgə nikah zamanı "xxxx" MTK tərəfindən inşa edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, ev № 3-də yerləşən 12 №-li mənzili əldə etmişlər.
3. Abşeron Rayon Məhkəməsinin e-2(012)-724/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X16 ilə cavabdeh İddiaçı arasında 1 saylı Bakı şəhəri "ASAN Xidmət’ X17 tərəfindən 18 fevral 2017-cı ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 340 №-si ilə qeyd edilmiş nikahın pozulması, cavabdeh İddiaçı X8 xeyrinə 03 yanvar 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 191 (yüz doxsan bir) manat sabit pul məbləğində aliment tutulması, aliment tutulmasının əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-701/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının 12 saylı mənzilinə dair pay üzərində 1/2 pay nisbətində İddiaçı, 1/2 pay nisbətində isə Cavabdeh hüquqlarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3519/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 701/2024 nömrəli qətnaməsi ləğv edilməsi, iddia qismən təmin olunması, "xxxx" MTK tərəfindən inşa edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, ev № 3-də yerləşən 12 №-li mənzilə dair "xxxx" MTK ilə Axiyeva (Əliyeva) Zinyət Rafiq qızının arasında bağlanmış xx.xx.2020-ci il tarixli 43 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda Axiyeva (Əliyeva) Zinyət Rafiq qızı və İddiaçı hər birinin payı ½ (ikidə bir) hissə müəyyən olunması, iddianın qalan hissəsi təmin edilməməsi, hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilməsi qət edilmişdir. 6. "xxxx" MTK tərəfindən Vəkil2 ünvan lanmış məktubdan görünür ki, Əliyeva (Axiyeva) Zinyət Rafiq qızı və İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin pay hüquqlu ilə üzvü olmamışdır. "xxxx" MTK-ya məxsus Bina 3 mənzil 12-də Əliyeva (Axiyeva) Zinyət Rafiq qızı və İddiaçı ilə MTK arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Göstərilən mənzilə dair, daxili qaydalara uyğun müvafiq pul məbləği MTK-nın hesabına köçürülməmişdir. 20 dekabr 2010-cu ildə daxili kredit əsasında X10 tərəfindən 29,645 manata alınmışdır. 12 sentyabr 2020-ci ildə öz aralarında razılaşma yolu ilə X4 həmin mənzili 57.000 manata X2. 2020-ci ildən nikahları pozulana kimi İddiaçı və Əliyeva (Axiyeva) X14 MTK-ya məxsus Bina 3 mənzil 12-də yaşamışdılar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “m ənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, payı üzərində ½ hissəsində hüquqları tanınan ünvan 2 ünvanında yerləşən 12 saylı mənzildən istifadəsinə yaradılan maneənin Cavabdeh qadağan edilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2017-ci il tarixdə, 1 saylı Bakı “ASAN xidmət” Qeydiyyat Şöbəsində 340 qeydiyyat nömrəli nikaha daxil olmuşlar. Birgə nikahlarından 3 yanvar 2018-ci il təvəllüdlü X15 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)- 724/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikahın pozulması qət edilmişdir. Tərəflər 12 sentyabr 2020-ci il tarixdə, yəni birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən 12 saylı mənzil əldə etmişlər. "xxxx" MTK ilə Əliyeva (Axiyeva) Zinyət Rafiq qızı arasında 12 sentyabr 2020-ci il tarixdə bağlanmış müqavilənin 3.2-ci maddəsindən də göründüyü kimi mübahisəli mənzilin alınması üçün 57.000 manat məbləğində pul ödənilmişdir. İddiaçı 12 sentyabr 2020-ci il tarixdə, yəni birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən 12 saylı mənzil üzərində payının müəyyən edilməsi üçün iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 701/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının 12 saylı mənzilinə iddiaçının və cavabde hin hər birinin 1/2 payı tanınmışdır. Lakin hazırda cavabdeh iddiaçının pay haqqı tanınan mənzildən istifadəsinə süni maneələr yaradır. Həmin mənzili tanımadığı şəxslərin istifadəsinə verir. İddiaçı hazırda pay haqqı tanınan, mülkiyyət hüququ olan əmlakdan istifadə edə, mənzilə daxilə ola bilmir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflərdən heç biri mübahisəli mənzildə yaşamır. Mənzilin açarı cavabdehdə deyil. Cavabdehə əl ilə yazılmış kağızla satılmış evə görə verdiyi pulu qaytarmağa çalışırlar. İddiaçı tərəf iddia tələbini Mülki Məcəllə ilə əsaslandırmışdır. Lakin bu iddialar Mənzil Məcəlləsi ilə tənzimlənir. İddiaçının həmin evə mülki yyət hüququ yoxdur.
10. Abşeron Rayon Məhkəməsinin 2025-ci il 14 mart tarixli, 2(012)-729/2025 nömrəli qətnaməsi ilə (hakim X3) iddia qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə bütün hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş arvadı onu yaşadığı evdən qanuni əsas olmadan məhrum edib. Qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli mənzilə dair gözlənilən mülkiy yət (gözlənti) hüququ mövcuddur ki, cavabdehin hərəkətləri buna maneçilik törədir. Bu baxımdan İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada qismən sübut edə bilmişdir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından nüəyyən edilir ki, tərəflər 2020-ci ildən mübahisəli mənzildə yaşamışdırlar. Həmçinin tərəflərin hər birinin mübahisəli mənzilə dair bağlanmış müqavilədən irəli gələn hüquqa payları məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən müəyyən edilmişdir.
12. Bununla belə, məhkəmə qeyd etməyi lazım bilmişdir ki, iddia tələbi iddiaçının mənzildən istifadəsinə yaradılan maneənin Cavabdeh qadağan edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı qeyd edilən maneənin nədən ibarət olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş və bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 82.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(012)-729/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Koperativi tərəfindən verilmiş rəsmi arayışa əsasən, iş üzrə keçən İddiaçı və Cavabdeh h eç bir zaman "xxxx" MTK-də payçı qismində üzv olmamışlar və mübahisəli mənzilin əldə olunasına, alınmasına, satlmasına dair MTK ilə bu şəxslər arasında hər hansı bir müqavilə bağlanmamışdır. Mübahisəli mənzil, daxili qaydalara uyğun olaraq, "xxxx" MTK tərəfindən kooperativ üzvü olan, X1. Sonradan S.Budaqova qanundan kənar formada, aralarında baş tutumuş sadə razılığa əsasən mübahisəli mənzili, Cavabdeh faktiki istifadəsinə vermişdir. İddiaçı və Cavabdeh arasında olan nikah pozulduqdan sonra (2023-cü il) hər ikisi bu mənzili tərk etmişlər ("xxxx" MTK arayışına). Qeyd: Mübahisəli mənzil daxil olmaqla, "xxxx" MTKya məxsus çoxmərtəbəli bina “sahibkarlıq təyinatlı” torpaq üzərində inşa edildiyindən qeyri-qanuni, özbaşına tikili hesab edilmiş və hazırki vaxdadək bu bina, Dövlət tərəfindən, müvaf iq qaydada qəbul edilməmişdir (Bakı ş. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 701/2024 saylı mülki iş materiallarına). Qeyd olunanlar AR Mülki Prosessual Məcəlləsinin 388-ci, 390, 217.3 və 218.1 maddələrinin pozulması ilə nəticələnmişdir. Məhkəmə, qətnaməsində AR MPM-n 82.3-cü maddəsinə istinad edilməklə hesab edilmişdir ki, İddiaçı mübahisəli mənzil üzrə ½ payı, Bakı Apellyasiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunduğundan fakt yenidən müzakirə oluna bilməz. Məhkəmə nəticəyə gəlmişdir ki, göstərilən iddiaçının mübahisəli mənzilə köçürülməsinə əsas yaradan dəlildir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi, AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələlərdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarının 4.14-cü maddəsini (icrası gə ləcəyə hesablanmış bir xəyal) əsas gətirərək kooperativ üzvü olmayan ər-arvadın faktiki istifadəsində olan mənzil üzərində 1/2 payının müəyyənləşdir. Mübahisəli çoxmrətəbəli binanın özbaşına tikili olmasını sübut edən dəlilin üzdə olmasına baxmayaraq, apelyasiya instansiya məhkəməsinin qərarın 4.11-ci bəndini tətbiq etməmişdir). Payın müəyyən edilməsinə dair tələb qanunda təsbit iddia kimi qəbul olunur və apellyasiya məhkəməsi qətnaməsində, düzgün olaraq pay üzərində iddiaçı, İddiaçı hüquqlarının tanınmasının mümükün olmadığını bildirmişdir. Göründüyü kimi, İddiaçı mübahisəli mənzil üzərində payının müəyyən edilməsi faktı, icrası qeyri-müəyyən gələcəyə hesablanmış məhkəmə qətnaməsi ilə təsdiq yox, təsbit olunmuşdur. Pay üzərində istifadə, sahiblik, mülkiyyət hüququları müvafiq qaydada tanı nmadığından iddiaçı, öz payını ümumi əmlakdan ayrılmasını və bölünmüş payın üzərində “fərdi mülkiyyətçiyə” tanınmasına dair tələb irəli sürməmişdir. İddiaçı bu günkü günədək mənzil üzrə öz payını, qanunda nəzərdə tutulmuş qaydada, ayırıb böldürməmişdir bu səbəbdən, fərdi mülkiyyətçi kimi həmin konkret əmlaka (mənzil) dair hüquqlar əldə etməmişdir. Nikah pozulduğundan sonra iddiaçı, İddiaçı və cavabdeh, Cavabdeh biri-birinə kənar şəxslər hesab olunurlar. Bu əsasla, İddiaçı mübahisəli mənzilin ümumi sahəsinə köçürülməsi 3-cü şəxsin hüquqlarını pozur: iddiaçı yalnız ümumi əmlakdan (mənzildən) ayrılaraq bölünmüş öz sahəsinə (mülkiyyət və istifadə hüququ ilə) köçürülə bilinər. Qeyd olunanlara əsasən payın məhkəmə qətnaməsi ilə təsbit olunması, mübahisəli mənzilə köçürülmək üçün iddiaçıya tələb etmək hüququnu aça bilməmişdir: pay ayrılıb bölünmədiyindən həmin əmlaka dair hüquqlar bağlı vəziyyətdə qalmaqda dvam edir. Qətnamədə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə olunan istinadı da, düzgün hesab etmək olmaz belə ki,mübahisəli mənzil iddiaçının faktiki istifadəsində (qanuni istifadəsində olması haqda heç bir subut yoxdur) olmuş və bir neçə il bundan öncə iddiaçı bu mənzili tərk edərk (zorla çıxarılmasının sübutu yoxdur) getmişdir. Qeyd olunan əsasla iddiaçının bir zamanlar faktiki yaşadığı mübahisəli mənzil üzrə hər hansı bir hüququ qanunla tanınmadığından, onların pozulmasıda mümkünsüz hesab olunmalıdır. Məhkəmə qətnaməsində istinad olunan 43 saylı müqavilə, "xxxx" MTK tətəfindən verilmiş arayışa əsasən saxta hesab olunmalıdır. Belə ki, “müqaviləyə” nəzər s alanda görünür ki, bu “sifariş” müqaviləsi 2010 cu ildə, yəni nikahdan 7 il öncə tərtib edilib və 2-ci vərəginə fərqli, kiçik şriflə saxta əsaslı məlumat daxil edilmişdir (43 saylı müqaviləyə). Belə bir müqavilənin, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələlərdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarının 4.14 maddəsi istiqamətində nə vaxtsa, kiməsə, hansısa bir hüquq yaratması mümkünsüzdür. Bu əsasla, iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün saxta əsaslarla tərtib edilmiş 43 saylı müqavilə formasında olan kağız parçası sübut növündə qətnaməni əsaslandıra bilməz. Məhkəmə qətnaməsinin əsaslandırılması üçün, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsi düzgün seçilməmişdir. Bu maddənin “mənzilə köçürülmə” iddiası ilə heç bir əlaqəsi yoxdur. AR MM-nin 157-ci maddəs i əmlakın özgənin sahibliyindən geri tələb etməsini tənzimləyir. İddiaçı ümüumi əmlakda (mənzildə) hansı payını fərdi əmlak şəklində ayirıb böldürüb ki,onu cavabdehdən geri tələb etsin və ya, konkret hansı əmlakı cavabdeh özündə saxlayıb iddiaçıya qaytarmır?! Hazırki iddia işinin hallarına əsasən,İddiaçı mübahisəli mənzili illər öncə könüllü şəkildə tərk edib, yaşamır (rəsmi arayış). Belə olan halda iddiaçı hansı əsasla bir müddət faktiki istifadəsində olmuş mənzilə “əmlaka sahib etmiş” şəxs adı altında köçürülə bilinər?! Bildiyimiz kimi, “mənzilə köçürülmə” tələbi ilə əlaqədər mübahisələr, AR Mənzil Məcəlləsində nəzərdə tutulmuş normalar əsasında həll olunur. Mülki Məcəllənin normaları isə, paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə etmək qaydalarını tənzimləyir. Əgər mübahi səli mənzil, Tikinti Koperativinə məxsus çoxmərtəbəli binada yerləşirsə, iddiaçı ora “əmlaka sabiblik edən şəxs” qismində yox, Mülki Məcəllənin 178.8, 146.1. və 215- ci maddələrinin tələbi əsasında sahiblik və iatifadə hüququ ilə “köçürülə” bilinər. Göründüyü kimi, məhkəmə qətnaməsində AR Mülki Məcələsinin 157.8-ci maddəsi səhv tətbiq etmişdir. Bundan başqa, Cavabdeh mənzilə köçürülməyə dair iddia tələbinə cavab verən tərəf kimi nə iddiaçı nə də, məhkəmə tərəfindən seçilə biməz. Belə ki, Cavabdeh bir müddət faktiki istifadəsində olan mübahisli mənzili illər öncə tərk edib və orada yaşamır (rəsmi arayış). Mübahisəli mənzildə yaşamayan Cavabdehlik daşımaqla iddiaçının mənzilə köçməsinə necə maneçilik törədə bilməsi bəlli deyildir. İddiaçı iddia tələbi üzrə kimi cavabdeh göstəribsə məhkəmədə, şəxsin kimliyinə aydınlıq gətirmədən onu cavab verən tərəf kimi tanımışdır. İş materiallarından göründüyü kimi mübahisə predmeti olan mənzil, Tikinti Koperativinə məxsus çoxmərtəbəli binada yerləşir. Bu mübahisənin həll yolları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarında özünü tapmışdır. Bu qərara əsasən, kooperativ mənzillərlə əlaqədər mülkiyyət, istifadə və sahiblik hüququ Mülki Məcəllənin 146.1-ci maddəsinin tələbi əsasında həll olunmalıdır. Məhkəmə qətnaməsi ilə iddiaçının “köçürüldüyü” mənzil, "xxxx" Mənzil Tikinti Koperativinə məxsus binada yerləşir və əgər iddiaçı X18 hansısa müqavilə əsasında tikinti-koperativinə məxsus mənzilə köçürülürsə həmin müqa vilənin, Plenum Qərarına və Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən notarial təsdiq olunması tələb olunur. İşə əlavə edilmiş 43 saylı müqavilə saxta olduğundan onun notarial təsdiq edilməsi mümkünsüzdür. Məhkəmə mübahisəli mənzilin MTK-ya məxsus çoxmərtəbəli binada yerləşməsini, iddiaçı və cavabdehin pay hüququ ilə kooperativ üzvü olmadığını, mübahisəli mənzilin qanundankənar, adi razılaşmaya əsasən kooperativ üzvü olan, X11 tərəfindən cavabdehin faktiki istifadəsinə verilməsini, iddiaçı və cavabdehin mübahisəli mənzili 2023-cü ildə könüllü şəkildə tərk etmə faktlarını araşdırmamışdır. Mülkiyyət, sahiblik, istifadə hüququ əldə etməyən iddiaçı, İddiaçı koperativ üzvlərinə məxsus binada yerləşən mənzilə əsassız olaraq “əmlaka sahiblik edən şəxs” adı altında köçürülmüşdür. Nəticədə tikinti kooperativin payçı üzvlərinin qanunla qorunan hüquqları pozulmuşdur. Məhkəmə iddiaçını mübahisəli mənzilə “əmlaka sahiblik edən şəxs” qismində köçürmüşdür. Lakin İddiaçı necə, nə vaxt, hansı qayda və əsaslarla tikinti kooperativinə məxsus binada yerləşən mübahisəli mənzilə sahiblik etməsi faktına dair heç bir sübut göstərilməmişdir. Məhkəmə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli mənzilə dair gözlənilən mülkiyyət hüququ mövcuddur, amma cavabdeh hərəkətləri ilə buna maneçilk törədir. Payçı hüququ ilə kooperativ üzvü olmayan və mübahisəli mənzilə qanunda nəzərdə tutulmuş qaydada istifadə və sahiblik etməyən iddiaçının heç bir mülkiyyət hüququ “gözləyə” bilməz. Bundan başqa, mübahisəli mənzili 2023-cü ildə tərk etmiş və mübahisəli mənzilə dair hər hansı bir hüququ tanınmayan cavabdehi n hansı hərəkətləri iddaçının mənzilə “köçürülməsinə” maneçilik törədə bilməsi başa düşünülmür. Göründüyü kimi işin halları məhkəmənin gəldiyi nəticə ilə uyğunsuzluq daşıyır.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 9 iyul tarixli, 2(105)-888/2025 nömrəli qətnaməsi ilə (hakimlər: X22 (sədrlik edən və məruzəçi), X5 və X23) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-729/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şika yətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq əvvəla qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3519/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" MTK tərəfindən inşa edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, ev № 3-də yerləşən 12 №-li mənzilə dair "xxxx" MTK ilə Axiyeva (Əliyeva) Zinyət Rafiq qızının arasında bağlanmış xx.xx.2020-ci il tarixli 43 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda Axiyeva (Əliyeva) Zinyət Rafiq qızı və İddiaçı hər birinin payı ½ (ikidə bir) hissə müəyyən olunması qət edilmişdir. Hazırki iş üzrə iddiaçının sözügedən daşınmaz əmlakın ½ hissəsində mülkiyyət hüququ vardır.
19. Cavabdeh tərəfin “payın ayrılaraq bölünmüş öz sahəsinə (mülkiyyət və istifadə hüququ ilə) köçürülə bilinməsinin mümkün olması” barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Hazırki iş üzrə isə iddiaçı hüquqa payı müəyyən edilmiş mənzilə köçürülməsinə dair iddia ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq onun iddiasını həmin hissədə təmin etmişdir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43.1, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4, 157.8, 213.2, 215.1, 215.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-888/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi nəticəyə gəlmək üçün mübahisənin həlli istiqamətində Mülki Məcəllənin 178.8ci maddəsini tətbiq et məmişdir. Həmçinin, qətnaməsində istinad etdiyi “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarının 4.15ci bəndini səhv təfsir etmişdir. Belə ki, qeyd edilən Plenum Qərarının 4.15-ci bəndinə əsasən, pay üzərində hüququn tanınması indi deyil, qeyri-müəyyən vaxt olan “gələcəkdə” ər-arvadın birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququnun qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmasını nəzərdə tutur. Göründüyü kimi hüququn yaranma məqamı indiki zamana deyil, gələcəkdə baş tutacağına hesablanıb. Qeyd edilən hala fikir verməyən apellyasiya instansiya məhkəməsi əsassız olaraq hesab etmişdir ki, müb ahisəli mənzil üzərində iddiaçının payı, mülkiyyət hüququ müəyyən edilmişdir.
23. İşin hallarına görə İddiaçı qanunda nəzərdə tutulan qaydada "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı ilə nə ilkin, nə də yeni üzv kimi qəbul olunmayıb və Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən mübahisəli mənzilə dair pay haqqı ödəmədiyindən mənzilə köçməsi üçün hər hansı bir hüquq qazanmamışdır. Hazırda mübahisəli kooperativə aid mənzil üzərində hüququ olmayan və belə bir hüququn gələcəkdə yaranma halına əsaslanaraq, İddiaçı kooperativ mənzilə köçürülməsi, həmin binanın kooperativ üzvlərinin hüququnu pozmuşdur. Belə ki, mübahisəli mənzil hazırda kooperativin fonduna aid edilən əmlakı hesab olunur. Belə olan halda MTK-nın iş üzrə tərəf kimi seçilərək məhkəmədə iştirak etməsi zəruri idi. Lakin, məhkəmə MTK-nın üzv olan payçılarından xəbərsiz, kooperativlə heç bir əlaqəsi olmayan şəxsi, İddiaçı kooperativə aid edilən mənzilə köçürmüşdür.
24. İş materiallarında olan dəlillərdən müəyyən olunur ki, İddiaçı və Cavabdeh ərarvad qismində qanunda nəzərdə tutulmuş qaydada, daşınmaz əmlaka aid edilən, mübahisəli mənzil üzərində, Mülkü Məcəllənin 146-cı maddəsinin tələbinə uyğun hər hansı bir hüquq əldə etməmişlər.”Kotanlı” MTK-nın verdiyi rəsmi arayışda bildirilir ki, İddiaçı və Cavabdeh heç bir zaman, hər hansı bir müqavilə üzrə, MTK-nın üzvü olmamışlar, pay hüququ qazanmaq üçün MTK-ya hər hansı bir pul məbləği ödəməyiblər və bir müddət pul müqabilində kooperativ üzvü, Sultan Budaqovaya məxsus mübahisəli mənzildə faktiki yaşayıblar. Nikah pozulandan sonra (2022-ci il) isə mübahisəli mən zil üzərində faktiki istifadə və faktiki sahiblik hüquqlarına son qoyub, öz xoşlarına mənzili tərk edib getmişlər (arayış işə əlavə olunub). Qeyd olunan arayış bir daha təsdiq edir ki, adı çəkilən Plenum Qərarının 4.15-ci bəndinə əsasən iddiaçının payının müəyyən edilməsində əsas dəlil kimi göstərilən, ”43” saylı müqavilə saxtadır və mübahisəli mənzil üzərində nə iddiaçıya, nə də cavabdehə “gələcəkdə” heç bir hüquq əmələ gətirə bilməz. Rəsmi arayışa əsasən "xxxx" MTK iddiaçı və ya cavabdehlə mübahisəli mənzilin əldə olunması üçün aralarında hər hansı bir müqavilənin bağlanmasını inkar etmişdir. Əgər belə bir müqavilə bağlanmış olsa idi belə onun Mülki Məcəllənin 146-cı maddəsinə əsasən notarial təsdiq edilməsi tələb olunur. Göründüyü kimi iddiaçı,İddiaçı mübahisəli mənzil üzərində istifadə və sahiblik hüququ tanınaraq köçürülməsi qeyd olunan qanun normasına ziddir.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin həcmi əsasən cavabdehin şikayətinin mətni ilə və iddiaçının ərizədə qeyd etdiyi hallarla “doldurularaq” yüklənmişdir. İddianın təmin edilməsini əsaslı hesab edən apellyasiya instansiya məhkəməsi, İddiaçı hazırki vaxtda mövcud olan hansı konkret hüququn, köçürülməyə əsas verdiyini göstərməmişdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024 cü il tarixli Plenum qərarının 4.15-ci bəndinə uyğun məhkəmə qətnaməsi ilə “payların müəyyən edilməsi”, nə pay üzərində, nə də mübahisəli mənzil üzərində İddiaçı hazırki vaxt üçün, heç bir h üquq yaratmamışdır. İş üzrə müəyyən edilmiş hallara görə, mübahisəli mənzil üzərində olmuş faktiki sahiblik və istifadə hüququnu, İddiaçı 2023-cü ildə mənzili öz xoşuna tətk etdiyi andan itirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İddiaçı mövcud olan hansı hüququna əsaslanıb mübahisəli kooperativ mənzilə köçürülməsini, qətnaməsində əsaslandıra bilməmişdir.
26. Cavabdeh “mənzilə köçürüməsinə” dair iddiaya cavab verən tərəf kimi seçilə bilməz. Beləki, işin dəlillərindən müəyyən edilmişdir ki, Cavabdeh MTK ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh mübahisəli mənzili əldə etmək üçün "xxxx" MTK ilə hər hansı bir müqavilə bağlayıb nə ilkin, nə də yeni üzv kimi qəbul olunmamışdır. Mübahisəli mənzilə dair MTK-ya hər hansı bir pul məbləği ödəmədiyindən pay yığımı hüququnu da qazanmayıb. Cavabdeh mübahisə li mənzil üzərində hər hansı bir hüququ İddiaçı kimi, “gələcəkdə” mənzil onun adına daşınmaz əmlak qismində Reyestri Xidmətində qeydiyyata alınandan sonra yaranacaq. Mübahisəli mənzil üzərində heç bir hüququ olmayan Cavabdeh “mənzilə köçürülməyə” dair iddia tələbinə hansı öhdəliklə cavab verməsi bəlli deyil. Məhkəmə bu halın üzərindən keçərək aydınlıq gətirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu
29. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları nami nə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi il ə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın.
31. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
33. Maddə 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
34. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
35. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tə tbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyin ə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. İşin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qə dər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəm əsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiy a şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-888/2025 nömrəli, 9 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.