Məhkəmə qərarları › İş №2(102)-4725/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4725/2022

11.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4725/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, köçürülmə barədə mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-392/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin i nzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı2 yazdığı 16 avqust 2004-cü il tarixli notarial qaydada təsdiq edilmiş qəbzə əsasən, o mərhum babası Abdurəhim Hacısəlim oğlunun adına Şəki şəhər, 15-ci rayon F.X.Xoyski küçəsi, 43 saylı miras mülkdən ona və bacısı X2 çatacaq pay hesabına Cavabdeh 1000 (bir min) ABŞ dolları almışdır.

2. İddiaçı2 oxşar məzmunlu, eyni tarixli notarial qaydada təsdiq edilmiş ərizəsini Şəki Rayon Məhkəməsinə ünvanlamışdır.

3. İddiaçı1 Şəki Rayon Məhkəməsinə ünvanlandığı eyni tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən, Şəki şəhər, 15-ci rayon F.X.Xoyski küçəsi, 43 saylı evin həyat yoldaşının babası Abdurəhim Hacısəlim oğlunun adına olan hisəsindən həyat yoldaşı İddiaçı2 və baldızı X2 çatacaq his səsinin öz aralarında qiymətləşdirdiklərindən dəyərini, yəni 1000 (bir min) ABŞ dolları Cavabdeh almışlar.

4. Şəki Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-222/2007 saylı qətnaməsi ilə İddiaçı1 ünvan 3 ünvanda yerləşən yaşayış evinin 29,58 kv.metr sahəsi olan bir otağından X4 ailəliklə çıxarılması, özünün və ailə üzvlərinin həmin evdə yaşamaqla istifadə hüquqlarının bərpası və evin 29,58 kv metr sahəsi olan bir otağına köçürülmələri tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 3537 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, ünvan 4 ünvanında yerləşən ev Əbdürəhim Hacısəlim oğlu, Nur Məmm əd, Fərrux, Tofiq, Nahiyyə, Əhmədin adına qeydiyyata alınmışdır.

6. Səlimzadə X5 H.Səlim oğlundan miras qalmış əmlaka atası Səlimzadə Səlim Abdulrəhim oğluna düşən hissə üzrə özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə notariat ofisina müraciət etmiş, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə DƏDRX tərəfindən qeyd edilən mübahisəli evə dair çıxarış verilmədiyindən və əmlaka dair hər hansı sənəd olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün hesab edilmişdir.

7. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, ünvan 4 ünvanında yerləşən evdə ölçü işlərinin aparılmasına maneçilik törədildiyindən ərizənin icrası mümkün olmaması və ölçü işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə müraciətə təkrar baxılacağı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,

1. Şəki şəhəri, F.X.Xoyski, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması;

2. Onların həmin evə köçürülmələrinin təmin edilməsi;

3. Evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə yönələn maneələrin aradan qaldırılması;

4. Ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. İddiaçılar tələbini onunla əsaslandırmışl ar ki, onlar 1982-ci ildə ailə qurduqdan sonra İddiaçı2 ata-baba yurdu olan mübahisəli evdə yaşamışlar. Onlar və onların orada doğulmuş 4 övladı pasport qeydiyyatına düşməklə orada yaşamışdır. Hazırda İddiaçı2 əmisi oğlu olan cavabdeh onları həmin evdə yaşamağa qoymur və evin sənədləşməsi ilə bağlı maneələr yaradır. Cavabdeh onların evdən çıxarılmaları ilə 2001-ci ildə məhkəməyə müraciət etsə də, həmin iddia təmin edilməmişdir. Lakin, uzun müddətdir cavabdeh onların orada yaşamasına ciddi şəkildə maneələr yaratmaqla onların qanunla qorunan istifadə hüquqlarını məhdudlaşdırmışdır. Onların oğlu X10 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla, qazidir. Suqovuşan istiqamətində gedən döyüşlərdə xəsarət almışdır.

10. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı1 hazır da ona qarşı eyni predmet barədə və eyni əsaslarla qaldırdığı iddiası hələ 14 il bundan əvvəl Şəki Rayon Məhkəməsində baxılaraq hakim Ə.Nurməmmədovun sədrliyi ilə çıxarılmış 10 aprel 2007-ci il tarixli qətnamə ilə rədd edilmişdir. İddiaçı1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin K.Rəhimovun sədrliyi ilə çıxarılmış 02 oktyabr 2007-ci il tarixli qətnamə ilə rədd edilərək sözügedən qətnamə qüvvədə saxlanılmışdır. 1989-cu ildə Mingəçevir şəhərində dövlət tərəfindən dördotaqlı mənzillə təmin edilən Səlimzadələr ailəsi həmin mənzili 1994-cü ildə özəlləşdirdikdən sonra, Səlimzadə X3 şəhərinin pasport qeydiyyatından çıxaraq Şəki şəhəri F.X.Xoyski küçəsindəki 43 saylı evin pasport qeydiyyatına düşməsi üçün heç bir əsası olmadığı halda məhz qanunsuz yolla qeydiyya ta düşmüşdür. Daha sonra, Səlimzadələr ailəsinin digər üzvləri biri-birinin ardınca Mingəçevir şəhərinin qeydiyyatından çıxaraq qanunsuz yolla Şəki şəhəri, F.X.Xoyski küçəsindəki 43 saylı evin pasport qeydiyyatına düşmüşlər və evin bir hissəsini zəbt etmişlər. Bu səbəblə Səlimzadələrlə onların arasında mübahisə 10 ildən artıq davam etmiş, nəhayət öz aralarındakı razılaşmaya əsasən onlar 1940-cı ildə vəfat etmiş babası Əbdürəhim Hacısəlim oğlundan Kənana və bacısı Şərqiyyəyə çatası miras paylarını ona satdıqları haqda və bir daha ona qarşı heç bir tələb irəli sürməyəcəkləri, həmçinin məhkəməyə müraciət etməyəcəkləri haqda notarial qaydada təsdiqlənmiş ərizələrini ona təqdim edərək, müqabilində isə ondan 1000 (bir min) ABŞ dolları məbləğində pulu alaraq 18 avqust 2004-cü il tarixdə sözügedən evi tərk etmişlər. Bildirmişdir ki, Səlimzadələr evi tərk edərkən ən son anda ondan daha 250.000 (iki yüz əlli min) manat həmin vaxtın pulu ilə tələb edərək almışlar ki, bəs taxta darvazanı dəmir darvaza ilə əvəz ediblər və bu səbəblə darvazanı da ona ayrıca satmışlar. Bundan sonra, onlar həmin evdə Səlimzadələrin artıq heç bir əşyalarının qalmaması haqda Akt bağlamışlar və İddiaçı2 həmin akta imzasını ataraq və ondan pulları alaraq “halallığını ver” deyərək ona əlini uzatmışdır. O, İddiaçı2 əlini sıxıb “halal xoşun olsun!” demişdir. Kənan əlini silkələyib “sən də bu evin xeyirini görəsən!” demişdir. Bundan sonra onlar evi tərk etmişlər. Hazırda artıq 18-ci ildir ki, sözügedən ev onun və beş nəfərlik ailə üzvlərinin idarəçiliyindədir. Bütün bunlardan sonra ər-arvad Səlimzadələrin istər 20 07-ci ildə ona və sözügedən evə qarşı hər hansısa iddia irəli sürmələri heç bir çərçivəyə sığmayan və qanunvericiliklə uzlaşmayan hal idisə, indi, aradan 17 il keçdikdən sonra ümumiyyətlə adı yoxdur. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.

11. Şəki Rayon Məhkəməsinin 2(075)-1968/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim C.İmanov) iddia tələbinin “evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması və evə köçürülmələrinin təmin edilməsi” hissələri üzrə işə xitam verilmişdir.

12. Şəki Rayon Məhkəməsinin eyni nömrəli və eyni tarixli qətnaməsi ilə iddia tələbi “evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə yönələn maneələrin aradan qaldırılması” hissəsində rədd edilmişdir.

13. Məhkəmə qəra rdadla bağlı qənaətini belə əsaslandırmışdır ki, hazırki iddia tələbinin “Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi” hissəsi üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 bundan əvvəl yəni, 2007-ci ildə də eyni predmet barəsində, eyni əsaslar üzrə və eyni tərəfə qarşı məhkəmədə iddia tələbi irəli sürmüşlər. İddiaçıların həmin vaxt qaldırmış olduqları iddia hazırkı iddianın “Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi” hissəsi ilə eyniyyəti təşkil edir və tələbləri Şəki Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-222/2007 saylı qətnaməsi qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə apel lyasiya qaydasında mübahisələndirilsə də sonda dəyişdirilmədən saxlanılmış, qanuni qüvvəsini almışdır. Göründüyü kimi hazırkı iddia tələbi tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə artıq mübahisələndirilmiş və bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.

14. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-1456/2021 saylı qətnaməsini əsas götürərək cavabdehin yaşadığı evdə “evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə yönələn maneələrin aradan qaldırılması” tələbi ilə iddia irəli sürmüşdür. Lakin, əvvəlki məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, iddiaçıların qeyd edilən mübahisəli ev üzərində mülkiyyət hüquqları mövcud deyildir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçıların həmin evə dair istifadə hüquqları belə yoxdur. Bütün bunlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıların həmin tələb üzrə subyektiv hüquqları yoxdur və onların iddiaları əsaslı deyildir. Buna görə də, iddia qeyd olunan hissədə təmin edilə bilməz. Əksinə, iddiaçıların izahatları və işdə olan sənədlərlə müəyyən olunur ki, cavabdeh artıq uzun müddətdir ki, qeyd edilən mübahisəli evdə ailəsi ilə birlikdə yaşayır. Avropa Məhkəməsi presedentlərində göstərildiyi kimi, yaşayış evində hal-hazırda cavabdeh X7 yaşayır. Həmin yaşayış evi Avropa Məhkəməsinin presedentlərinə görə «mühüm iqtisadi maraq» kəsb edir və həmin yaşayış evi üzərində onun ən azından istifadə, həmçinin “gözlənilən” hüququ vardır. Apellyasiya ins tansiyası məhkəməsindəki icraat

15. İddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, həmin iddia üzrə vərəsəlik işinin icra edilməsi məqsədilə, ünvan 5 ünvanda yerləşən evə aidiyyatı qurumların əməkdaşlarının daxil olaraq, öz xidməti vəzifələrinin yerinə yetirilməsinə, ölçü işlərinin aparılmasına yönələn maneələrin aradan qaldırılması dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-392/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), A.Mahmudov və Ə.Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Mə hkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı mübahisəli əmlaka dair vərəsəlik şəhadətnaməsi almamışdır. Nə qədər ki, ona həmin əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməmişdir, onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmır. Eyni zamanda, Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(075)- 1968/2021 saylı qərardadı ilə iddia tələbinin evə köçürülmələrinin təmin edilməsi hissəsi üzrə işə xitam verilmiş, iddiaçı tərəf həmin qərardadı mübahisələndirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gönd ərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, hal-hazırda Şəki regional ASAN Xidmət Mərkəz Notariat ofisinin icraatında X1 qalmış Şəki şəhəri, F.X.Xoyski küçəsi 43 ünvanındakı ev dair, miras əmlakdan İddiaçı2 atası Səlimzadə Səlim Abdulrəhim oğluna düşən hissə üzrə özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi üçün vərəsəlik işi vardır. Həmin vərəsəlik işi üzrə Şəki şəhəri, F.X.Xoyski küçəsi 43 ünvanında yerləşən ev daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmadığından İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Bu səbəbdən Notariat ofisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-nin 12 sa ylı Şəki ərazi idarəsinə məktub ünvanlayaraq həmin evin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Dövlət reyestrinin əməkdaşları həmin mənzildə ölçmə işləri aparmaq məqsədilə getmiş lakin həmin ünvanda yaşayan Cavabdeh onların evdə ölçü işləri aparmasına maneə yaratmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmalıdır.

34. İşin mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçıların mübahisəli evə dair mülkiyyət hüquqları yoxdur. Ona görə də, məhkəmələr haqlı olaraq hesab etmişdir ki, iddiaçıların həmin tələb üzrə subyektiv hüquqları yoxdur.

35. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlı dır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə məcmu halında qiymət verərək hesab edir ki, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə u yğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-392/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar