Məhkəmə qərarları › İş №2(102)-1108/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1108/2023

17.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1108/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik, miras əmlaka sahiblik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X15 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2027/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X11 və İddiaçı Ağasəf oğlunun adına verilmiş JN:0003; KOD 30124028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Akta əsasən, Qusar rayonu, Qullar kəndində yerləşən 2.3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin şəxslərin ümumi mülkiyyətinə verilmişdir.

3. Miras qoyan Oğlanbacı Ağakişiyeva xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş üzrə İddiaçı və (cavabdeh Asif Ağakişiyevin atası) Ağakişi Ağakişiyev onun vərəsələri olmuşlar.

4. Miras əmlak Qusar rayonu, Qullar kəndində yerləşən 2.3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahə si üzərindəki mülkiyyət hüququnun Oğlanbacı Ağakişiyeva aid hissəsi olmuşdur.

5. Qusar rayon notariat ofisi tərəfindən verilmiş 11 iyul 2012-ci il tarixli, 2V1251 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 30 iyul 2006-cı il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 1ində qeydiyyatda olan oğlu X21, şəhadətnamənin verildiyi miras əmlak kimi isə Əmanət Kassasına qoyulmuş 3462 nömrəli hesabdakı pul göstərilmişdir.

6. X21 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Oğlu Cavabdeh1 onun vərəsəsidir.

7. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-603/2020 nömrəli qətnaməsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X5 və İddiaçı Ağasəf oğlunun adına verilmiş JN:0003 KOD 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının İddiaçı və X8 məxsus olması faktı müəyyən edilmişdir. 8. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən 2.3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X6 adlarına qeydiyyata alınmışdır.

9. Qusar rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə vəfat etmiş X6 vərəsəsi X13r, sonuncu xx.xx.2017-ci il tarixdə vəfat etdiyinə görə miras əmlakı Cavabdeh1 keçmişdir. Şəhadətnamə verilən miras əmlak kimi xx.xx.2020-ci il tarixdə X8 verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 2.3742 hektar torpaq sahəsi göstərilmişdir. 10. 16.11.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən 2.3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Torpaq sahəsinin digər 1/2 hissəsinə dair hüquq sahibi kimi İddiaçı göstərilmişdir.

11. Qusar rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 255 saylı arayışa əsasən, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X12 vəfat edənə kimi ünvan 1ində yaşamışdır. Onun vəfatından sonra 7 vərəsəsi qalmışdır: İddiaçı, X16 (vəfat edib), X24, X22, X25 (vəfat edib), X17, X14. Mərhumun vəfatından sonra əmlakını X16 (vəfat edənə kimi, sonra onun oğlu Cavabdeh1) və İddiaçı idarə edir.

12. X18, X23 və X41 tərəfindən tərtib edilmiş və Qusar rayon İHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş 20 iyun 2022-ci il tarixli akta əsasən 30 iyul 2006-cı il tarixdə vəfat etmiş X4 və onun oğlu İddiaçı ünvan 1ində yerləşən 2,3742 hektar torpaq sahəsi olmuşdur. X28 vəfat edənədək Cavabdeh1 atası X21 ilə birlikdə yaşamış və ona məhz Ağakişi Ağakişiyev baxmışdır. X28 vəfat etdikdən sonra ünvan 1ində yerləşən 2,3742 hektar torpaq sahəsinin həmin şəxsə məxsus 1,1871 hektar hissəsi məhz Ağakişi Ağakişiyev tərəfindən idarə olunmaqla onun sahibliyində olmuşdur. Ağakişi Ağakişiyev 2017-ci ildə vəfat etmişdir. Həmin şəxs vəfat etməmişd ən əvvəl qardaşı İddiaçı ilə razılığa gəlmişlər ki, 2,3742 hektar torpaq sahəsinin yarısını, yəni 1,1871 hektar hissəsini İddiaçı, digər 1,1871 hektar hissəsini isə Ağakişi Ağakişiyev istifadə etsin. Həmin vaxtdan etibarən uzun müddət razılıq əsasında həmin qaydada torpaq sahəsi istifadə olunmuşdur. Ağakişi Ağakişiyev xəstələndikdən sonra isə sonuncunun oğlu Cavabdeh1 həmin 1,1871 hektar torpaq sahəsindən istifadə etməyə başlamış, orada bağ sahəsi salmışdır. Cavabdeh1 6-7 ildir ki, həmin torpaqdan istifadə edir. İddiaçı isə özünün 1,1871 ha hissəsini istifadə etmişdir. İddiaçı torpaq sahəsinin X28ya məxsus 1,1871 ha hissəsini heç vaxt istifadə etməmiş, ona sahiblik etməmişdir.

19. Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli tədiyyə bildirişin dən görünür ki, yerli vergi ödəyicisi kodu 47251xxxxxxx olan Cavabdeh1 ünvan 1ində yerləşən torpaq sahəsinə görə 2021-ci il üçün 10.07 manat, ötən dövrlər üçün 10.07 manat, faiz məbləği 3.16 manat, cəmi ödəniləcək məbləğ 23.30 manat hesablanmaqla həmin borcun bələdiyyənin X56 filialında yerləşən VÖEN **********, AZ33AİİB******************** nömrəli hesabına X54 üzərindən bank və poçt şöbələri, ödəniş terminalı vasitəsilə nağd, www.gpp.az saytından isə ödəniş kartları vasitəsilə ödənilməsi tələb olunmuşdur. 20. xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən Qusar rayonu Şirvanlı bələdiyyəsinin hesabına torpaq vergisi kimi 36,88 manat məbləğində pul vəsaiti ödənilmişdir.

13. Qusar rayonu, Şirvanlı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 93 saylı arayışından görünür ki, ünvan 1 sakini Cavabdeh1 xx.xx.2022-ci il tarixə kimi qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 1.1871 hektar torpaq sahəsinin vergisini ödəyir.

14. Qusar rayon notariat ofisinin 11 mart 2022-ci il tarixli, X-379 saylı məktubu ilə İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, ona xx.xx.2006-cı ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlaka tam olaraq Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün mümkün deyildir. Bununla bağlı hər hansı bir mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi İddiaçı tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 5 oktyabr 2021-ci il tarixli 2V-981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 və onun özünün adına verilmiş 16 noyabr 2021-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə və X1ndan miras qalmış ünvan 1ində yerləşən 1,1871 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ½ hissədə - yəni 0,59355 hektar hissədə o nun və ½ hissədə, yəni 0,59355 hektar hissədə Cavabdeh1 miras paylarının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

16. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1i ərazisində onun və mərhum anası X7 ümumi birgə mülkiyyətlərində 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0003 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. X51 əvəzinə həmin torpaq sahəsinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 08 oktyabr 2020-ci il tarixdə onun və mərhum X1nın adına **********10 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X1 30 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra birinci növbədə vərəsələri o və onun X2 qalmışlar. Anasının ölümündən sonra ondan miras qalmış torpaq sahəsini birinci növbədə vərəsələri, o və X2 faktiki qəbul edərək sahiblik etmişlər. X2 22 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra anasından miras qalmış torpaq sahəsindən o və qardaşının oğlu, iş üzrə Cavabdeh1 birlikdə istifadə etmişlər. Onun və mərhum X1nın ümumi birgə mülkiyyətlərində olan həmin 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN:0003 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adlarında səhvlər olmuşdur. O, həmin səhvləri aradan qaldırmaq üçün 2020-ci ildə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 24 iyul 2020-ci il tarixli 2(029)603/2020 say lı qətnaməsinə əsasən JN:0003 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı səhvlər aradan qaldırılaraq həmin Dövlət Aktının ona və mərhum X1na məxsus olması faktı müəyyən edilmişdir. Bundan sonra o, həmin 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən onun və mərhum X1nın adına 08 oktyabr 2020-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. İş üzrə Cavabdeh1, ondan gizlin, mərhum X2nun ölümündən sonra onun vərəsəsi olaraq DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun və mərhum anası X7 ümumi birgə mülkiyyətində olan 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən anasının payına düşən torpağın yarısına qanunsuz olaraq bütünlüklə öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qusar rayon Notariat Ofisi 5 oktyabr 2021-ci il tarixdə 2V-981 saylı reyestrdə qeydiyyata almaqla, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun və mərhum X1nın ümumi birgə mülkiyyətində olan 2,3742 hektar torpaq sahəsindən anasının payına düşən torpağın yarısına bütünlüklə Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, X1nın birinci növbədə vərəsələri olmaqla həm onun, həm də ki, X2nun vərəsəsi olaraq iş üzrə Cavabdeh1 adlarına hərəsinə 1/2 hissədə bərabər paylarda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilərdi. Bundan sonra Cavabdeh1 Qusar rayon Notariat Ofisinin verdiyi 5 oktyabr 2021-ci il tarixli, 2V-981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən həmin 2,3742 hektar torpaq sahəsinin 1/2 hissəsinə özünün və 1/2 hissəsinə onun mülkiyyət hüquqlarına dair 16 noyabr 2021-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. Qusar rayon Notariat Ofisi X1nın birinci növbədə vərəsələrinin dairəsini dəqiq müəyyənləşdirmədən, qanunsuz olaraq Cavabdeh1 adına 05 oktyabr 2021-ci il tarixli 2V-981 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki X1nın birinci növbədə vərəsəsi olaraq onu heç axtarm ağa da ehtiyac yox idi, vərəsəlik məsələsinin həll edildiyi torpaq sahəsinə dair çıxarışda onsuz da onun adı var idi. Bir daha qeyd etmək istəyir ki, mübahisənin predmeti olan ünvan 1ində yerləşən 2,3742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və mərhum X1nın ümumi birgə mülkiyyətində olmuş, həmin torpaqda payları notariat və ya məhkəmə qaydasında ayrıca müəyyənləşdirilməmişdir. Qanunun tələbinə uyğun olaraq həmin 2,3742 ha torpaq sahəsinin yarısı, yəni 1,1871 ha hissəsi ona, digər yarısı olan 1,1871 ha hissəsi isə X1na məxsusdur. Buna uyğun olaraq o, X1ndan miras qalmış ünvan 1ində yerləşən 1,1871 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/2 hissədə, yəni 0,59355 ha hissədə onun və 1/2 hissədə, yəni 0,59355 ha hissədə Cavabdeh1 paylarının müəyyənləşdirilməsini tələb edir.

17. Cavabdeh1 iddiaya qarşı verdiyi yazılı etirazında göstərmişdir ki, X31 vəfat edənədək atası Ağakişi Ağakişiyevin yanında yaşamışdır. ünvan 1i ərazisində mərhum nənəsi X6 və əmisi olan İddiaçı birgə mülkiyyətlərində 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Nənəsi vəfat etdikdən sonra həmin torpaq sahəsi atası Ağakişi Ağakişçiyev tərəfindən idarə olunmaqla onun sahibliyində olmuşdur. İddiaçı isə həmin torpaq sahəsindən istifadə etməmiş və torpaq sahəsindən atasının istifadə etməsinə heç bir etirazı olmamışdır. Hətta, bankda nənəsinin adına olan pul vəsaiti də 2012-ci ildə atası Ağakişi Ağakişiyevə verilmiş və bu barədə Qusar rayon Dövlət notariat kontoru tərəfindən müvafiq qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İddiaçının buna da heç bir etirazı olmamış dır. 2015-ci ildən sonra atası Ağakişi Ağakişiyev xəstələnmiş və 2017-ci ildə vəfat etmişdir. Atası xəstələndikdən sonra isə yuxarıda göstərilən torpaq sahəsini istifadə etməyə başlamış və orada bağ sahəsi salmışdır. Əmisi İddiaçı onun həmin torpaq sahəsindən istifadə etməsinə heç bir etirazı olmamışdır. Atası xəstə olarkən əmisi İddiaçı yanına çağırmış və bildirmişdir ki, 2.3742 ha torpaq sahəsinin yarısını, yəni özünə məxsus 1.1871 ha hissəsini əmisi istifadə etsin, qalan hissəsini, yəni digər 1.1871 ha hissəsini isə onun istifadəsində qalsın. Əmisi İddiaçı bununla razılaşmış və bundan sonra torpaq sahəsini öz aralarında bölmüşlər. Həmin vaxtdan etibarən 1.1871 ha torpaq sahəsinin torpaq vergilərini ödəyir, orada saldığı bağa qulluq etməklə torpaq sahəsinə sahiblik edir və ondan istifadə edir. Atası vəfat etdikdən bir il neçə il keçdikdən sonra əmisi İddiaçı onunla mübahisə edərək onun faktiki istifadə etdiyi 1.1871 ha torpaq sahəsindən pay tələb etmişdir. Halbuki, nənəsi vəfat etdiyi vaxtdan artıq 16 il, atası vəfat etdiyi vaxtdan isə 5 il müddət keçmişdir. Həmin müddətlər ərzində iddiaçı mirasın qəbulu ilə bağlı nə notariat kontoruna ərizə vermiş, nə də həmin mirası faktiki qəbul etmişdir. Mübahisəli torpaq sahəsinin mərhum atası, daha sonra onun tərəfindən istifadə olunmasına isə heç bir etirazını bildirməmiş, bununla bağlı mübahisə yaratmayaraq hər hansı iddia irəli sürməmişdir. İddiaçı istər mirasın qəbul edilməsi müddətini, istərsə də, mirasın qəbulu ilə əlaqədar mübahisənin qaldırılması üçün nəzərdə tutulan 2 aylıq müddəti heç bir üzrlü səbəb olmadan ötürmüşdür.

18. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim etməklə iddiaçı tərəfindən hazırkı iddia üçün nəzərdə tutulmuş iki ay iddia müddətinin ötürüldüyünü göstərərək iddia müddəti tətbiq edilməklə iddiadan imtina olunmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

19. Qusar Rayon Məhkəməsinin e-2(029)-454/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddia rədd edilmişdir.

20. Birinci instansiya məhkəməsinin mövqeyinə görə məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1ində yerləşən 2.3742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 və İddiaçı adına qeydiyyata alınmışdır. Oğlanbacı Ağakişiyeva xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Həmin şəxs vəfat edənə kimi ünvan 1ində oğlu X21 ilə birlikdə yaşamış, onun oğl u, iş üzrə İddiaçı isə həmin kənddə qeydiyyatda olsa da, uzun müddətdir ki, Qusar şəhərində yaşayır. Oğlanbacı Ağakişiyeva vəfat etdikdən sonra onun cəmi yeddi vərəsələri qalmışdır. X35 istisna olmaqla digər vərəsələrdən heç biri X28nın mirasını qanunla müəyyən edilmiş müddət daxilində qəbul etməmiş, bu barədə ərizə ilə müvafiq notariat orqanına müraciət etməmişlər. Ağakişi Ağakişiyev isə həmin şəxsin Əmanət Kassasında olan hesabdakı pulunu miras əmlak kimi qəbul etmiş, bu barədə Qusar rayon Notariat Kontoruna müraciət etmiş və onun adına 11 iyul 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da, X30 Ağakişiyevanın vərəsəsi olaraq onun həmin mirasını qəbul edib ona yiyələnmişdir. Onun həmin mirası qəbul etməsinə iddiaçı da daxil olmaqla digər vərəs ələrin heç biri etiraz etməmiş, bununla bağlı ona qarşı hər hansı iddia irəli sürməmişlər. Bundan başqa, Ağakişi Ağakişiyev mərhum X20 rayonu Qullar kəndində yerləşən mübahisəli torpaq sahəsinə də sahiblənməklə ondan istifadə etmiş, bunu iddiaçı tərəf də bildirmişdir. Ağakişi Ağakişiyev həmin torpaq sahəsinə məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq sahiblənmiş və ondan istifadə etmiş, oğlu Cavabdeh1lə birlikdə orada bağ sahəsi salmışdır. Ağakişi Ağakişiyev xx.xx.2017-ci il tarixdə vəfat etmiş və bundan sonra həmin torpaq sahəsinə onun oğlu, iş üzrə Cavabdeh1 sahiblənmiş, ondan istifadə etmiş, Qusar rayonu Şirvanlı bələdiyyəsində 1.1871 ha torpaq sahəsinə dair vergi ödəyicisi kimi qeydiyyata alınmış və torpaq sahəsinin torpaq vergilərini ödəmişdir. İddiaçı miras qoyan X28nın mirasını q əbul edərək ondan Ağakişi Ağakişiyevlə birgə istifadə etdiyini göstərsə də, onun torpaq sahəsinin mülkiyyətçisi kimi deyil, məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq istifadə etdiyini, ona sahibləndiyini-yəni Ağakişi Ağakişiyevlə, sonuncunun ölümündən sonra onun oğlu Cavabdeh1lə birlikdə torpaq sahəsinin məhz miras qoyan Oğlanbacı Ağakişiyevaya məxsus 1.1871 ha hissəsinin torpaq vergisinin ödənilməsində, orada bağ salınmasında iştirak etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

21. Məhkəmə Mülki Məcəllənin vərəsəlik hüququ və mirasın qəbuluna dair normalarına istinad edərək göstərmişdir ki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiy yətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində-yəni mirasın açıldığı vaxtdan 6 ay müddətində həyata keçirilməlidir. Həmin müddət keçdikdən sonra isə mirasın hər hansı üsulla qəbul edilməsinə yol verilmir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.

22. Məhkəmə iclasında müəyyən olunmuşd ur ki, İddiaçı miras açıldığı vaxtdan təxminən 16 il müddət keçməsinə baxmayaraq belə bir ərizə verməmiş, miras qoyan Oğlanbacı Ağakişiyevanın mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirməmiş, yalnız 11 mart 2022-ci il tarixdə bu barədə Qusar rayon Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Bununla da, ərizənin verilməsi üsulu ilə onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülmüşdür.

23. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahib lik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Belə hərəkətlər əsasən vərəsənin miras qoyanın ölümündən əvvəl və bundan sonra onun evində yaşaması və ya miras qoyanın ölümündən sonra onun evinə köçərək orada yaşaması, mirasın saxlanması və idarə olunması üçün onun tərəfindən xərclərin çəkilməsi və vergilərin ödənilməsi və s. hərəkətlər aiddir.

24. İddiaçı özünün iddiasını onun özünün miras qoyanla birlikdə mübahisəli torpaq sa həsinin birgə mülkiyyətçisi olması və bu səbəbdən də torpaq sahəsindən istifadə etməklə onu faktiki olaraq qəbul etməsi ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, torpaq sahəsinin mülkiyyətçisi kimi onun sahibi olmaq və ondan istifadə edilməsi mülkiyyət hüquq münasibətlərinə, torpaq sahəsinə vərəsə olaraq sahiblənmək və ondan istifadə edilməsi isə vərəsəlik hüquq münasibətlərinə aiddir. Birinci halda şəxs özünün mülkiyyətində olan əmlaka sahiblik edir və ondan istifadə edirsə, ikinci halda şəxs vərəsə kimi miras qoyanın mülkiyyətində olan əmlaka sahiblənir, ondan istifadə edir və onun mülkiyyətçisi olmaq niyyətini nümayiş etdirir. İddiaçı miras qoyan X28nın mirasını faktiki qəbul edərək ondan Ağakişi Ağakişiyevlə birgə istifadə etdiyini göstərsə də, onun torpaq sahəsinin mülkiyyətçisi kimi deyil, məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq istifadə etdiyini, ona sahibləndiyini-yəni Ağakişi Ağakişiyevlə, sonuncunun ölümündən sonra isə onun oğlu Asəf Ağkişiyevlə birlikdə torpaq sahəsinin məhz miras qoyan Oğlanbacı Ağakişiyevaya məxsus 1.1871 ha hissəsinin torpaq vergisinin ödənilməsində, orada bağ salınmasında iştirak etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 255 saylı arayışını isə onun Oğlanbacı Ağakişiyevanın mirasını faktiki qəbul etdiyini sübut edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda İddiaçı Ağakişi Ağakişiyevlə və Cavabdeh1lə birlikdə əmlakı idarə etdiyi göstərilsə də, onun həmin əmlakı nə qismində idar ə etdiyi, onun əmlakı idarə etməsinin nədə ifadə olunması dəqiq şəkildə göstərilməmişdir. Bundan başqa, Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən və xx.xx.2022-ci il tarixli 93 saylı arayışdan müəyyən olunur ki, Oğlanbacı Ağakişiyevanın 1.1871 ha torpaq sahəsinin torpaq vergisi ödəyicisi yalnız Cavabdeh1dir. Bundan başqa, İddiaçı özü də izahatında bildirmişdir ki, o, 1985-ci ildən valideynlərinin evindən çıxmış, uzun müddət Rusiya Federasiyasında yaşamış, Qusar rayonuna qayıtdıqdan sonra da valideynlərinin evində yaşamamış, oradan pay tələb etməmiş, anasından və qardaşı Ağakişi Ağakişiyevdən ayrı yaşamışdır. İddiaçı anası öldükdən sonra da, onun evinə köçərək orada yaşamamışdır. Bu, isə əslində həmin şəxsin əvvəlcədən valideynlərin in, o cümlədən miras qoyan anası Oğlanbacı Ağakişiyevanın mirasına yiyələnməklə həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olmadığına dəlalət edir. İddiaçı qardaşı Ağakişi Ağakişiyevlə torpaq sahəsinin formal bölüşdürülməsi və ondan istifadə edilməsi barədə razılığa gələrkən artıq mirası Ağakişi Ağakişiyev anası öldüyü vaxtdan faktiki olaraq qəbul etmiş, İddiaçı isə mirasın qəbul edilməsi müddətini ötürmüşdü. Həmçinin, o, torpaq sahəsinin formal olaraq bölünməsində və torpaq sahəsindən istifadə edilməsində vərəsə kimi deyil, torpaq sahəsinin birgə mülkiyyətçisi kimi iştirak etmişdir. Ağakişi Ağakişiyevin torpaq sahəsindən istifadə etməsi isə onun miras qoyan Oğlanbacı Ağakişiyevanın mirasına dair vərəsəlik hüququndan irəli gəlmişdir. Bilal Ağakşiyevin mübahisəli torpaq sahəsinin birgə mü lkiyyətçisi olması isə onun X28nın mirasını faktiki qəbul etmə kimi qəbul edilə bilməz. Belə ki, İddiaçı birgə mülkiyyət hüququnun vərəsəlik hüququna aidiyyəti yoxdur və onun vərəsə olub-olmaması onun həmin torpaq sahəsinin birgə mülkiyyətçisi olmasına heç bir təsir etmir. Bundan başqa, İddiaçı ölən qardaşı Ağakişi Ağakişiyev həm də, miras qoyan Oğlanbacı Ağakişiyevanın mirasının bir hissəsini-yəni Əmanət Kassasındakı hesabda olan pul vəsaitini mirasın qəbul edilməsinin formal üsulu ilə-yəni ərizə vermək yolu ilə qəbul etmişdir. Ağakişi Ağakişiyev öldükdən sonra isə onun X28nın mirasına dair bütün hüquqları oğlu Cavabdeh1 keçmiş və bu səbəbdən də, həmin mirasa dair Qusar rayon Notariat Ofisi haqlı olaraq həmin şəxsin adına məlum qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. O dur ki, məhkəmə iddiaçının X28nın mirasını faktiki olaraq qəbul etməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qəbul etmir, onun iddiasını qanuni və əsaslı hesab etmir.

25. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 213.1, 213.2, 372.1, 372.2, 373.1, 373.4, 375.2, 382, 1146, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1255 və 1272-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

26. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iddiaçının mərhum X6 birinci növbədə vərəsəsi olmasını, Cavabdeh1 isə mərhumun ikinci növbədə vərəsəsi, yəni atasına çatacaq payı irsi transmissiya qaydasında alan vərəsə olduğunu nəzərə almamış, cavabdeh Qusar rayon Notariat Ofisi tərəfindən yol verilmiş qanun pozuntusunu aradan qaldırmamış, bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, iddiaçı məhkəmə prosesində özünə və mərhum X1na ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan bütövlükdə 2,3742 hektar torpaq sahəsinə görə dövlət tərəfindən ödənilən subsidiyaların artıq uzun illərdir ki, iddiaçı tərəfindən alındığını, iddiaçıda subsidiyaların alındığı “Fermer Kartı”-nın və digər sənədlərin olduğunu, habelə həmin torpaq sahəsinin vergilərinin iddiaçı tərəfindən ödənildiyini, bu barədə sənədlərin olduğunu bildirmiş, həmin sənədləri məhkəməyə təqdim etmək istəmişlər. Lakin məhkəmə həmin sənədlərin təqdim edilməsi üçün iddiaçıya şərait yaratmamışdır.

28. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı verilmiş yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı iddiasını özünün miras qoyanla birlikdə mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi olması və bu səbəbdən də torpaq sahəsindən istifadə etməklə onu faktiki olaraq qəbul etməsi ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, torpaq sahəsinin mülkiyyətçisi kimi onun sahibi olmaq və ondan istifadə edilməsi mülkiyyət hüquq münasibətlərinə, torpaq sahəsinə vərəsə olaraq sahiblənmək və ondan istifadə edilməsi isə vərəsəli k hüquq münasibətlərinə aiddir. Birinci halda şəxs özünün mülkiyyətində olan əmlaka sahiblik edir və ondan istifadə edirsə, ikinci halda şəxs vərəsə kimi miras qoyanın mülkiyyətində olan əmlaka sahiblənir, ondan istifadə edir və onun mülkiyyətçisi olmaq niyyətini nümayiş etdirir. İddiaçı miras qoyan X28nın mirasını faktiki qəbul edərək ondan mərhum atası Ağakişi Ağakişiyevlə birgə istifadə etdiyini göstərsə də, onun torpaq sahəsinin mülkiyyətçisi kimi deyil, məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq istifadə etdiyini, ona sahibləndiyini, yəni Ağakişi Ağakişiyevlə, sonuncunun ölümündən sonra isə onun oğlu ilə, yəni onunla birlikdə torpaq sahəsinin məhz miras qoyan Oğlanbacı Ağakişiyevaya məxsus 1.1871 hektar hissəsinin torpaq vergisinin ödənilməsində, orada bağ salınmasında iştirak etdi yini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 255 saylı arayışı isə onun Oğlanbacı Ağakişiyevanın mirasını faktiki qəbul etdiyini sübut edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda iddiaçının Ağakişi Ağakişiyev və Cavabdeh1 ilə birlikdə əmlakı idarə etdiyi göstərilsə də, onun həmin əmlakı nə qismində idarə etdiyi, onun əmlakı idarə etməsinin nədə ifadə olunması dəqiq şəkildə göstərilməmişdir. Bundan başqa, Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən və xx.xx.2022-ci il tarixli, 93 saylı arayışdan müəyyən olunur ki, Oğlanbacı Ağakişiyevanın 1.1871 hektar torpaq sahəsinin torpaq ve rgisi ödəyicisi yalnız özüdür. Eyni zamanda iddiaçının özü də izahatında bildirmişdir ki, o, 1985-ci ildən valideynlərinin evindən çıxmış, uzun müddət Rusiya Federasiyasında yaşamış, Qusar rayonuna qayıtdıqdan sonra da valideynlərinin evində yaşamamış, oradan pay tələb etməmiş, anasından və qardaşı Ağakişi Ağakişiyevdən ayrı yaşamışdır. X31 vəfat etdikdən sonra ona məxsus olmuş fərdi yaşayış evində yalnız atası və ailəsi, o cümlədən özü yaşamış, həmin ev də qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. İddiaçı isə nənəsi vəfat etdikdən sonra həmin evə köçməmiş, nənəsinin evinə sahiblənmək niyyətini bildirməmişdir. Hətta, məhkəmə iclasında bu barədə iddiaçı özü də bildirmiş və qeyd etmişdir ki, o, nənəsinin mülkiyyətində olmuş fərdi yaşayış evindən pay tələb etməmişdir.

29. S umqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2027/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X46 (sədrlik edən və məruzəçi), X32 və X19) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. Məhkəmə kollegiyası mövqeyinin hüquqi ə sası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 213.1, 213.2, 372.1, 372.2, 373.1, 373.4, 375.2, 382, 1146, 151.1, 1151.2, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1255 və 1272-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4 və 384.0.1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkil X47) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə, işin yenidən apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmasına d air qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi də eynilə birinci instansiya məhkəməsi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələblərini pozmuş, iddiaçının mərhum X6 birinci növbədə vərəsəsi olmasını, Cavabdeh1 isə mərhumun ikinci növbədə vərəsəsi, yəni atasına çatacaq payı irsi transmissiya qaydasında alan vərəsə olduğunu nəzərə almamış, cavabdeh Qusar rayon Notariat Ofisi tərəfindən yol verilmiş qanun pozuntusunu aradan qaldırmamış, bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Digər tərəfdən, apellyasiya instansiya məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələblərini pozmuş, iddiaçı tə rəfindən məhkəməyə təqdim edilmiş, mübahisəli torpaq sahəsinə dövlət tərəfindən verilən subsidiyaların iddiaçı tərəfindən hal-hazıradək alınmasını təsdiq edən xx.xx.2020-ci ildə verilmiş və 2023-cü ilin yanvar ayına kimi qüvvədə olan “Fermer Kartı”-ı, ödəniş kartı üzrə bank çıxarışını, X59 İnkişaf Mərkəzinin 02 avqust 2022-ci il tarixli məktubunu araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

35. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

36. Maddə 29, İ-İV, Vİİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mül kiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

38. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

39. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

40. Maddə 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

41. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

42. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

43. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyy ənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

44. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

45. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

46. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

47. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

48. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məq amadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

49. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

50. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.

51. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

52. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfin dən qəbul edilmiş sayılır.

53. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

54. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

55. Maddə 1302. Miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübut un məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

61. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. üçün apellyasiya

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı işdə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

64. Mübahisə miras əmlaka - Qusar rayonu, Qullar kəndində yerləşən 2.3742 torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun X9 aid hissəsinə iddiaçının vərəsəlik hüququnun tanınması ilə bağlıdır.

65. Belə ki, miras qoyanın öldüyü məqamda cavabdeh Asif Ağakişiyevin atası, birinci növbə vərəsələrdən Ağakişi Ağakişiyevin sağ olması və mirası qəbul etməsi mübahisə olunmur. Cavabdeh Asif Ağakişiyev nənəsindən atasına və sonuncunun ölümü ilə ona keçən vərəsəlik üzrə miras əmlakın tamamına (torpaq sahəsinin ½ hissəsinə) vərəsəlik şəhadətnaməsi alaraq, həmin pay üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

66. İddiaçı buna etiraz edərək bildirir ki, anasından miras qalmış əmlakın yarısı vərəsəlik qaydasında ona çatmalıdır. Buna görə də mirasın tamamına cavabdehin vərəsəlik və mülkiyyət hüququnun rəsmiləşdirilməsi yanlış olmuşdur.

67. Cavabdeh isə torpaq sahəsini həmişə atasının və özünün idarə etdiyini, iddiaçının mirası qəbul etmədiyini bildirərək iddiaya etiraz etmişdir.

68. Məhkəmələr də iddianı o əsasla rədd etmişlər ki, iddiaçı mirası qəbul etməmişdir. Belə ki, iddiaçının torpaq sahəsinin ümumi mülkiyyətçisi olması üzərində miras açılmış əmlakı qəbul etməsi anlamına gəlmir. O, torpaq sahəsini mülkiyyətçi kimi deyil, məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq istifadə etdiyini, ona sahibləndiyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir.

69. Kassasiya kollegiyası qeyd edir ki, vərəsəlik hüququ, şəxsin öləndən sonra əmlakının vəziyyətini və bununla bağlı yaranan münasibətləri tənzimləyir. Bu cür nizamlama o zərurətdən irəli gəlir ki, bir kimsənin ölməsi ilə birlikdə onun əmlak hüquqları və öhdəlikləri ləğv olmur, sahibsiz qalmır. Çünki şəxsin ölməsi ilə onun əmlakının sahibsiz hala gəlməsi bir tərəfdən ədalətli deyil, digər tərəfdən fərdin və cəmiyyətin ehtiyaclarına uyğun gəlmir. Bu səbəbdən, ölənin əmlakının vərəsələrinə keçməsi bir çox hallarda miras qoyanın iradəsinə hörmət göstərilməsi, ailə münasibətlərinin dayanıqlılığının təmin edilməsi, miras qoyanın kreditorlarının, o cümlədən mülki dövriyyənin davamlılığının və hüquqi etimadın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Odur ki, qanunvericilikdə vərəsəlik hüququna dair qaydalar sistemi qeyd olunan məqsəd və funksiyalara uyğun şəkildə qurulmuşdur.

70. Belə ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 44, 48, 50, 54).

71. Göründüyü kimi mirası qəbul edən vərəsənin əmlak üzərində mülkiyyət hüququ yaranır və bu hüququn təminatları ona da şamil edilir.

72. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiyasının “Mülkiyyət hüququ” adlanan 29-cu maddəsində dövlətin vərəsəlik hüququna təminat verdiyi xüsusi olaraq göstərilmişdir (§ 36).

73. Məlum olduğu kimi, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (§ 35-36).

74. Bununla belə nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit e tməklə yanaşı, ona gətirilə bilən məhdudiyyətlərinin hüdudlarını da müəyyən etmişdir. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunda nəzərdə tutulmalı, qanuni məqsədlərə yönəlməli (başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi və s. məqsədilə tətbiq edilməli) və həmin məqsədə mütənasib olmalıdır.

75. Hazırkı işə baxan məhkəmələr iddiaçının vərəsəlikdən irəli gələn mülkiyyət hüququnu tanımadıqlarını belə əsaslandırmışlar ki, iddiaçı mirası qəbul etməmişdir.

76. Kollegiya bu qənaəti əsaslı saymır ona görə ki, əvvəla, iddiaçı mübahisəli torpaq sahəsinin miras qoyanla birlikdə ümumi mülkiyyətçisidir. Qanuna əsasən, miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır (§ 55).

77. Bundan başqa, işdə olan Q usar rayon İHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.2006-cı il tarixdə vəfat edəndən sonra əmlakını X16 (vəfat edənə kimi, sonra onun oğlu Cavabdeh1) və İddiaçı idarə edir (§ 11).

78. Məhkəmə həmin məlumatı mirasın qəbulu baxımından sübut kimi qəbul etmədiyini belə əsaslandırmışdır ki, arayışda İddiaçı Ağakişi Ağakişiyevlə və Cavabdeh1lə birlikdə əmlakı idarə etdiyi göstərilsə də, onun həmin əmlakı nə qismində idarə etdiyi, onun əmlakı idarə etməsinin nədə ifadə olunması dəqiq şəkildə qeyd olunmamışdır.

79. Mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (§ 57).

80. Sözügedən arayışda miras qoyanın vəfatından sonra onun əmlakını həm də İddiaçı idarə etdiyi açıq şəkildə qeyd olunmuşdur. Üzərində miras açılan torpaq sahəsi ümumi mülkiyyətdə vahid bir əşya olduğu halda iddiaçının sahibliyinin həmin əşyanın tamamına şamil edilməməsi barədə mövqe sahiblik və mülkiyyətlə bağlı mülki hüquq qaydalarının mahiyyəti ilə də uzlaşmır.

81. Belə ki, sahiblik faktiki vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Sahiblik, sahibin xeyrinə faktiki hakimiyyətdən doğan və hüquqla qorunan imkan, səlahiyyətləri də ifadə edir. Bu yönü ilə sahiblik həm də qanunvericiliklə müdafiəsin ə təminat verilən hüquqi vəziyyətdir.

82. Əşya üzərində sahibliyin olması (tanınması) üçün maddi və iradi ünsürlər müəyyən edilməlidir.

83. Maddi ünsür dedikdə, şəxsin əşyaya fiziki olaraq malik olması, əl altında tutması, əşyaya yaxın bir vəziyyətdə olmaqla onu təsir dairəsində saxlamasıdır. Bir əşyanın maddi yaxınlıq dairəsində olub-olmadığı həyatın normal axışı şərtlərinə, təcrübələrə, işgüzar adətlərə, əşyanın təyinatı və istifadə məqsədinə, müddətinə və bunlar baxımından ağlabatanlıq meyarına görə müəyyən edilir.

84. İradi ünsür isə şəxsin əlinə keçirdiyi əşya üzərində hakimiyyət qurmaq iradəsini – sahiblik istəyini göstərir. Belə bir iradəsi olmayan şəxsin əşya üzərində hakimiyyət qurması sahiblik hesab olunmur. Sahibliyin yaranması üçün sahibliyin qazanıldığı anda kafi dərəcədə anla qlılığın olması kifayət edir. Hətta bu iradənin xüsusi olaraq bəyan edilməsinə gərək yoxdur.

85. Mülki hüquq ədəbiyyatında hakim olan fikrə görə, bu qaydadan yeganə istisna vərəsənin miras əmlak üzərindəki sahibliyidir. Belə ki, vərəsə miras kütləsinə daxil olan əmlak üzərində faktiki hakimiyyət qurmasından və bu yöndəki iradəsindən asılı olmayaraq, həmin əmlakın sahibi hesab olunur.

86. Beləliklə, sahiblik - predmeti olan əşya üzərində iradəvi şəkildə hakimiyyətin ələ keçirilməsi ilə doğan, bu hakimiyyətin iradəvi olaraq tərk edilməsinə və ya başqası tərəfindən qəsb edilməsinə, yaxud başqa səbəblərdən sonlanmasına qədər davam edən bir hüquqi vəziyyətdir.

87. Sahiblik institutu cəmiyyətdəki ictimai nizamı - sülhü qorumaq və digər funksiyaları ilə yanaşı, əşyalar üzərindəki hüquqi vəziyyə tin üçüncü şəxslərə açıqlanması baxımından mühüm əhəmiyyət kəsb edir.

88. Təsadüfi deyil ki, Mülki Məcəllənin 7-ci fəslində ayrıca olaraq sahiblik və bununla bağlı bağlı hüquq münasibətlərini tənzimləyən normalar nəzərdə tutulmuşdur.

89. Həmin fəsildə yer alan 159 və 161-ci maddələrinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir (§ 39-40).

90. Göründüyü kimi, qanunda əşyaya mülkiyyətçi kimi sahiblik, yəni mülkiyyətçinin öz əşyasına sahiblik etdiyi xüsusi olaraq qeyd edilmişdir.

91. Eyni zamanda sahibliyi mülkiyyət hüququnun bir komponenti kimi təsbit edən Mülki Məcəllənin 152.2-ci maddəsində göstərilmişdir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (§ 38).

92. Şərh olunan normaların mənasından o nəticə hasil olur ki, mülkiyyət hüququ, mülkiyyətçinin həmin əşyaya maddi və iradi ünsürlə sahibliyini ehtiva edir. Başqa sözlə, əşya ilə şəxs arasındakı faktiki (fiziki) yaxınlıqdan və ya müddətdən asılı olmayaraq, mülkiyyətçi öz əşyasının sahibi sayılır. Bu səbəbdəndir ki, mülkiyyətçinin uzun müddət ərzində əl altında saxlamadığı (məsələn, bağ evindəki) daşınar əşyalar, yaxud xeyli müddət ərzində baş çəkmədiyi daşınmaz əşyalar (torpaq sahəsi və s.) üzərində onun sahibliyi istisna olunmur, tanınır.

93. Əşyalar üzərindəki sahibliyin açıqlanması (bilinməsi) daşınar əşyalarda faktiki hakimiyyətlə, daşınmaz əşyalarda isə dövlət reyestrindəki qeydiyyatla təmin olunur. Belə ki, Mülki Məcəllənin 166-cı maddəsinə görə, daşına r əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir (§ 40-41).

94. Göründüyü kimi daşınmaz əmlak üzərindəki mülkiyyət hüququnu təsdiqləyən rəsmi qeydiyyat və ya ona bərabər tutulan sənədlər həmin hüquq sahibinin əşya üzərindəki sahibliyinin qəbul edilməsi üçün kifayət edir.

95. Məlum olduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (§ 37).

96. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (§ 42-43).

97. Göründüyü kimi, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq isə iki və ya daha artıq şəxsdən ibarət ortaqlığa (ümumiliyə) aiddirsə birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsusdursa paylı mülkiyyətdir. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

98. Kollegiya bu xüsusat üzrə təkra rən vurğulamaqda yarar görür ki, ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ (o cümlədən sahibliyi) əşyanın naturada bir hissəsinə deyil, onun tamamına şamil olunur. Məsələn, torpağın ümumi mülkiyyətçilərdən hər hansı birinin sahənin naturada onun payına uyğun gələn hissəsinə deyil, hər nöqtəsinə münasibətdə öz payı həcmində mülkiyyət hüququna sahib olduğu qəbul edilir. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fər di mülkiyyət vəziyyətinə keçənədək) davam edir.

99. Odur ki, paylar ayrılmadığı müddətcə ümumi mülkiyyətçinin vahid əşyanın bir hissəsinə mülkiyyətçi kimi sahiblik etdiyi, digər hissəsinə isə sahiblik etmədiyinə dair qənaət doğru bir yanaşma sayıla bilməz.

100. Kollegiya onu da vurğulayır ki, Konstitusiyanın 29-cu maddəsində vərəsəlik hüququna verilən təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmal ı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.

101. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən yuxarıda qeyd edilənlər nəzərə alınmamış, maddi hüquq normaları düzgün tətbiq olunmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir (§ 57-59).

102. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

103. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2027/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar